31.05.2013

Atlantida.

   İtmiş Alantida.
   İtmiş Atlantida insan ağlını düşündürən ən qədim tarixin sirlərindən biridir.Antik zamanlardan bəri insanlar Atlantidanı tapmağa çalışırlar.Güman olunur ki ,Atlantida zəlzələ və ya sunami nəticəsində batmışdır.
   Yunan alimi Platon Atlantida haqqında yazılarında onu Hibraltar yaxınlığında böyük ada kimi təsvir edir.
Bu ada qədim sivilizasiyanın mərkəzi və gözəl sarayı olan bir məkandır.Atlantidanın gözəl sakinləri vardı.Burada Paseydonun məbədi yerləşirdi.
   Baxmayaraq ki,şəhərin yerləşdiyi yer haqqında çoxlu mülahizələr var, bu şəhəri  tampaq hələ heç kimə nəsib olmayıb .Tarixçilər və səyyahlar dəfələrlə şəhəri tapmaq üçün ekspedisiyalar təşkil ediblər,onu nə güman olduğu kimi Cənubi Amerika,nə Yunan adaları,nə Antarktika ərazisində  tapmaq mümkün olmayıb.Deyəsən hələ çox uzun əsrlər boyu bu sirr ağılları düşündürməyə davam edəcək.Güman edirik ki,bir zaman bu sirrin üstü açılacaq.


Bu gün Azərbaycanda “Son zəng” qeyd olunur.



Bu gün Azərbaycanda “Son zəng” qeyd olunur.
Bizim məktəbimizdə də onbirincilərin son zəngi təmtərahla qeyd olundu.Onbirincilərin bir-birindən maraqlı çıxışları hamının marağına səbəb oldu.Şagirdlər həm sevinir ,həm də kədərlənirdilər.Kimisə göz yaşlarını saxlaya bilmirdi.Valideynlərdə məzunların sevincinə şərik oldular.Birincilər isə maraqla baş verənləri izləyir,rəqs edir,şənlənirdilər.
Əziz məzunlar!Hər birinizə gələcək müstəqil həyatda uğurlar arzulayırıq.Hər birinizə şərəfli tələbə adını qazanmaq arzulayırıq.Qoy uğur sizin daimi yol yoldaşınız olsun.Sizin uğurlarınızla məktəbiniz ,müəllimləriniz fərəhlənsin.


30.05.2013

402-ci milli atıcı diviziya.

    402-ci milli atıcı diviziya 1941-ci ilin avqustunda Naxçıvanda və  Ordubadda təşkil edilmişdir və onun tərkibində Azərbaycan türkləri 90% təşkil edirdi. Diviziya 1941-ci ilin oktyabrınadək İranda (Cənubi Azərbaycan) yerləşirdi.Bundan sonra Vətənə qaytarılan diviziya 1941-ci ilin oktyabrının əvvəllərində Ordubad və Kivraq şəhərlərindən müharibə zonasına göndərildi. Qafqaz uğrunda döyüşlərə 44-cü ordu tərkibində döyüşə başlayan diviziya Qroznı şəhərinin müdafiəsi xəttində (Terek çayının sağ sahilində) yerləşdirildi.

Kaspilər.



   Hələ qədimdən kaspi tayfaları Azərbaycan ərazisində
məskunlaşmışdılar. Kaspilər Xəzər dənizinin cənub-qərb sahillərindən Qafqaz dağlarınadək ərazilərdə yaşayırdılar. Kaspilərin məskunlaşdıqları ərazilər Kaspiana (sonralar - Paytakaran) adlanırdı.

29.05.2013

Avesta.

Avesta - zərdüştilərin müqəddəs kitabı. Avestanın ən qədim hissələrinin
yadda qalmasını asanlaşdırmaq üçün onlar şer formasında tərtib olunmuş və nəsildən-nəslə şifahi ötürülmüşdür. Antik və Şərq mənbələrinin verdikləri məlumata görə, Əhəməni şahı III Dara üzərində qələbə çalan Makedoniyalı
İsgəndər "çoxlu maq öldürsə də", "çoxlu ocaq söndürsə də", atəş məbədini qarət etsə də, habelə zərdüştilik rəvayətinə görə, Suzda Əhəməni şahlarının sarayını
yandırmaqla Avestanın 12.000 dana dərisi, ya da taxta üzərində qızıl hərflərlə yazılmış ilkin variantını məhv etsə də, Avestanın əsas məzmunu salamat qalmışdır.

1sual-1 cavab.


-Alanlar kimlər idilər?
 -  Alanlar - on iri sarmat tayfalarından biri. E.ə. II əsrdən roksolan adı ilə məlumdurlar. Eramızın ilk əsrlərində köçəri alan tayfaları Azovyanı və Ön Qafqazın çöl bozqır rayonlarında məskunlaşmışdılar. I - II əsrlərdə alan tayfaları Cənubi Qafqaz ölkələrinə - Qafqaz Albaniyasına, İberiyaya, habelə Atropatenaya, Kiçik Asiyaya və Roma imperiyasının bir sıra əyalətlərinə tez-tez talançı basqınlar edirdilər.

28.05.2013

Audio tarix-1.(11 sinif Dərs1. 1 hissə.)

Kürdəmirdə 28 May Respublika Günü təntənə ilə qeyd olundu.

    2013-cü il 27 may tarixdə Kürdəmir rayonunun Heydər Əliyev Parkında 28 May Respublika günü böyük təntənə ilə qeyd olundu.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev ,ağsaqqallar və ziyalılar,təhsil işçiləri və məktəblilər,rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir parkın ərazisində açıq havada 5-min illik Azərbaycanın Dövlətçilik tarixini özündə əks etdirən ərazidə təşkil edilərək keçirildi.Məktəblilər tədbir iştirakçılarına ayrı-ayrılıqda Azərbaycanın dövlətçilik tarixi barədə ətraflı məlumat verdilər. Onların ifasında hazırlanmış kompazisiyalar dinlənildi.
Bizim məktəbin 8 s sinfinin şagirdləri Qasımova Aytac-Şəddadilər dövləti haqqənda,Məmmədov İsmayıl-Az.SSR-i haqqında məlumat verdilər.Müasir Demokratik Azərbaycan Respublikası haqqında isə təqdimatı Qasımova aytac,Şıxaliyeva Aytac,Bağırova Cəmilə təqdim etdi.

Respublika Günü

       
 
     28 may-1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.

27.05.2013

Azərbaycan tarixi fənni üzrə məzmun xətləri.



Məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hissələridir. Bu hissələr bir-biri ilə həm məntiqi, həm də xronoloji cəhətdən bağlı olur, məzmunun bütöv və əhatəli ifadə olunmasını təmin edir.
Azərbaycan tarixi fənni üzrə məzmun xətləri ümumi təhsilin səviyyələri üzrə bütün şagirdlər üçün vacib olan məzmunu əhatə etməyə, hər bir şagirdin Vətən tarixindən öyrənə biləcəyi və öyrənməli olduğu məsələləri müəyyənləşdirməyə imkan yaradır. Onlar siniflər üzrə özlərinə məxsus əsas və alt-standartları ehtiva etməklə fərqlənir .
Azərbaycan tarixi fənni üzrə məzmun standartları aşağıdakı siniflər üzrə sistemləşdirilmiş və beş məzmun xətti üzrə qruplaşdırılmışdır:

1. Tarixi zaman
2. Tarixi məkan
3. Dövlət
4. Şəxsiyyət
5. Mədəniyyət

Azərbaycan tarixi fənni üzrə məzmun xətlərinin vacibliyi aşağıdakı zərurətdən irəli gəlir.

Afina.



Afina - müasir Yunanıstanın paytaxtı. Afina şəhər ilahəsi -qoruyucusunun şərəfinə belə adlandırılmış ən qədim şəhərlərdən biridir. Afina e.ə. II minilliyin sonlarında Orta Yunanıstanın cənub-şərqində yerləşən Attika vilayətində salınmışdır. Attika vilayətinin təbii şəraiti arpa, üzüm və zeytun ağacları becərmək üçün əlverişli idi. Buna görə də burada üzümçülük, şərabçılıq inkişaf etmişdi; burada istehsal olunan yüksək keyfiyyətli zeytun yağı geniş  ərazilərdə məlum idi. Külli miqdarda keyfiyyətli gilin olması Attikada dulusçuluq sənətinin inkişafına səbəb olmuşdu. Afina sənətkarları şəhərin Keramik adlanan
rayonunda məskunlaşdılar ("keramika " sözü buradan yaranıb). Afina  sənətkarlarının düzəltdikləri amforalar xüsusilə məşhur idi. Pirey adlı əlverişli liman da Afina yaxınlığında yerləşirdi. Buraya taxıl, taxta-şalban və qul  gətirirdilər. Qulların gümüş çıxardıqları Lavrion mədənləri də Attikada yerləşirdi.E.e. VI əsrdə Afinada özlərinin gümüş pullarını kəsməyə başladılar.Attika tayfalarının Afina ətrafında birləşdirilməsi çar Teseyin adı ilə bağlanılır. Bundan sonra e.ə. I minilliyin əvvəllərindən Afina Qədim Yunanıstanın tarixi və mədəniyyətində mühüm rol oynayan şəhərdövlətə çevrildi. 

Aslanov Həzi Əhəd oğlu (1910-1945)

    1942-ci ilin sonu – 1943-cü ilin əvvəllərində II Dünya müharibəsinin gedişində əsaslı dönüş baş verdi. Stalinqrad ətrafında gedən döyüşlərdə almanların feldmarşal Paulyusun başçılıq etdiyi 330 minlik hərbi qruplaşması mühasirəyə alınaraq darmadağın edildi. Bu qələbənin qazanılmasında azərbaycanlı sərkərdə Həzi Aslanovun müstəsna xidməti olmuşdur. Müharibənin gedişində ən ağır döyüşlərdən qaliv çıxmış Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, ona general-mayor rütbəsi verilmişdir. Moskvada Zirehli Tank Qoşunları Akademiyasını bitirmiş Aslanov o dövrdə Sovet Ordusunun ən görkəmli tankçı sərkərdələrindən sayılırdı. Lakin 1945-ci ilin yanvarında onun müəmmalı ölümü bu görkəmli şəxsiyyətin həyat və fəaliyyətini yarımçıq qoydu.
Azərbaycan hərb tarixinə Həzi Aslanov cəsur döyüşçü, görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk və yeganə azərbaycanlı, tank qoşunlarının tətbiqinin yeni üsul və metodlarını yaratmış şəxs kimi daxil olmuşdur.

24.05.2013

Tarix dərslərinin tədrisi zamanı fəndaxili və fənlərarası inteqrasiya.

“Ümumi təhsil pilləsində dövlət standartları və proqramları (kurikulumları)” sənədi və onun əsasında hazırlanmış Azərbaycan tarixi üzrə təhsil proqramı (kurikulumu) fəndaxili və fənlərarası əlaqələrin geniş tətbiqini nəzərdə tutur. Ənənəvi təlimdə şagirdlərə faktlar toplusu verilir və onları əzbərləmək tələb olunur. Nəticədə isə şagirdlər həyatda onlara lazım olmayan məsələləri öyrənməli olurlar. Onlar çox vaxt cəmiyyətdə və öz kollektivlərində baş verən proseslərlərdən baş çıxara bilmirlər. İnteqrativ kurrikulum isə fənn sahələrinin kombinasiyasını özündə əks etdirməklə şagirdi obyektə deyil, subyektə çevirir. Burada təhsilin məqsədinə hadisə və təzahürləri öyrənmək və bilmək deyil, həm də əldə olunmuş bilik, bacarıq və dəyərlərdən müxtəlif situasiyalarda istifadə etmək, araşdırmaları təkmilləşdirmək, anlama, birbaşa şəxsi iştirak daxildir. Belə kurikulum şagirdlərə öyrənmə zamanı müxtəlif fənlər arasında bilik və konsepsiya səviyəsində dəyərli əlaqələr yaratmaqda köməklik göstərir.

"Bermud üçbucağı": insanların fantaziyasıdır, yoxsa sadəcə sərt və şıltaq təbiətli məkan?


AMEA Yer Elmləri Bölməsinin mətbuat katibi Səid HÜSEYNOV.

"Bermud üçbucağı": insanların fantaziyasıdır, yoxsa sadəcə sərt və şıltaq təbiətli məkan?
"Bermud üçbucağı" Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. "Şeytan üçbucağı" adlanan bu məkan alimlər üçün sirr, fantastik film və əsərlərin isə mövzu obyekti olaraq qalır. Gəmilərin, təyyarələrin bu ərazidə müəmmalı şəkildə yoxa çıxması dünya ictimaiyyətini, eləcə də biz azərbaycanlıları çox düşündürür. Odur ki, həmin məkan barədə real təsvir yaratmaq üçün faktlar, dəlillər axtarmağa başladıq. Bu günlərdə gözləmədiyimiz bir məlumat əldə etdik: sən demə, Azərbaycandan iki alim həmin sirlər yuvasında olub. Onlardan biri AMEA Geologiya İnstitutunun baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Rüstəm Babayevdir. Fikirləşdik ki, möcüzəli üçbucaqda baş verənlərin canlı şahidi olmuş bu alimlə söhbət oxucular üçün də maraqlı olar. 

23.05.2013

Dərs planı. 6 sinif. Mövzu:Atropatena – Azərbaycan.

Mövzu: Atropatena – Azərbaycan.
Standart: 3.1.1.Azərbaycanda dövlət qurumları və qədim dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi münasibətləri təsvir edir.
4.1.1. Dövlətlərin yaranmasında, inkişafında tarixi şəxsiyyətlərin (İranzu, Tomiris, Atropat, Oroys və b.) rolunu dəyərləndirir.
Məqsəd: 1. Atropatena dövlətinin yarandığı dövrü bilir.
2.Atropatena dövlətinin sosial-iqtisadi vəziyyətini təsvir edir.
3. Atropatenanın tarixində Atropatın rolunu dəyərləndirir.
İnteqrasiya : H-b. 2.1.2.

Azərbaycan tarixi fənn kurikulumunun tətbiqində istifadə olunan üsullar.



Azərbaycan tarixi fənn kurikulumunun tətbiqində istifadə olunan üsullar:
1. Xəritələrlə iş
Tarixi məlumatın şagirdlərin yaddaşında möhkəmləndirilməsində mühüm vasitələrdən biri də xəritələrlə işdir. Xəritələrlə iş mühüm hadisələri məkanla (hadisə yeri ilə), həmçinin müasir dövrlə əlaqələndirməyə imkan verir.

Xalq geyimləri.

   
   Təbiətin obrazı,insanın məişət və həyat tərzi xalq geyimlərində öz əksini tapmışdır.Geyim ənənələri müxtəlif olsa da,əsas xüsusiyyətləri eynidir-istifadədə rahatlıq,gözəllik və rəngarənglik.

22.05.2013

Qazan xanın islahatları.





1295-ci ildə daxili çəkişmələr nəticəsində Qazan xan hakimiyyətə gəldi. Onun hakimiyyətə gəldiyi dövrdə Hülakülər dövləti sosial-iqtisadi və siyasi cəhətdən böhran keçirirdi. Qazan xan Hülakülər dövlətini mövcud böhrandan çıxarmaq məqsədilə islahat lahiyəsi hazırladı. Qazan xanın islahatlarının məqsədi:

Maliyyə - vergi sistemini nizamlamaq;
Dövlətin xəzinəsini sabit gəlir mənbələri ilə təmin etmək;
Monqol əyanlarının özbaşınalığına son qoymaq;
Sıravi monqolları torpaqla təmin etmək.
Qazan xan Fəzlullah Rəşidəddinin köməyi ilə torpaq, məhkəmə, rabitə və ticarət sahələrində islahatlar keçirdi.
Torpaq islahatı
Qazan xanın torpaq islahatının əsasını monqolların orta təbəqəsinin və dövlətə xidmət edən yerli əyanların mənafeyinin qorunması təşkil edirdi. Qazan xanın torpaq islahatına əsasən:
Bayrat torpaqları qeydə alındı və onların sahibkarlığı müəyyənləşdirildi;
Sahibsiz torpaqlar divan sərəncamına verildi;
Becərilməyən mülklər satın alınaraq dövlət torpaqlarına qatıldı;
İqta torpaqları alınıb-satıla bilməzdi;
Sahibi öldükdən sonra iqta hərbi xidməti davam etdirən varisə verilirdi;
Becərilməyən torpaqlar yeni sahibkarlara paylandı və onların bu ərazi üzərindəki hüquqları divan sənədləri ilə qanuniləşdirildi;
Orduda xidmət edən monqollara incu, bayrat və divan torpaqları hesabına iqta verilirdi;
Kəndlilər öz torpaqlarını tərk edə bilməzdi(1303-cü il fərmanına əsasən).
Vergi islahatı
Qazan xanın həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də vergi islahatıdır. İslahata əsasən:
Vergi verənlərin siyahısı tutuldu;
Qeyri-qanuni vergilər ləğv edildi;
Hər bir kəndin və ya şəhərin ödəyəcəyi verginin məbləği lövhələrə həkk olunurdu;
Vergilər pulla və ya natura ilə toplana bilərdi;
Əldə edilmiş vergilərin məsrəfi üzərinə ciddi nəzarət qoyuldu;
Vergilərin toplama vaxtı dəqiqləşdirildi;
Vergilərin toplanması Mərkəzi Divana həvalə olundu;
Vilayət hakimləri vergilərin toplanmasına müdaxilə edə bilməzdi;
Vergilərin toplanmasının icarəyə verilməsinə ciddi nəzarət qoyuldu.
Məhkəmə islahatı
Qazan xan ölkədəki rüşvətxorluq, özbaşınalıq və məhkəmə sistemindəki problemləri həll etmək məqsədi ilə islahat keçirdi. İslahata əsasən:
30 illik iddia sənədləri öz qüvvəsini itirdi;
Mühakimələr üçün alınan ödənclər dəqiqləşdirildi;
Şəhər, kənd və mahal qazılarının səlahiyyətləri müəyyənləşdirildi;
Qazı vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə iltizam alınırdı.
Rabitə islahatı
Qazan xanın rabitə islahatına əsasən vahid rabitə sistemi yaradıldı. Əsas yollarda hər 20 km-dən bir yamlar qurulurdu. Yamlara aiddir:
Əmirlər tərəfindən idarə edilməsi;
Sərəncamlarında qulluqçuların olması;
Elçilərin qarşılanmasında mühüm rol oynaması.
Pul islahatı
Qazan xanın pul islahatına əsasən:
Vahid pul sistemi yaradıldı;
Çəki və ölçü vahidləri sabitləşdirildi;
Ayrı-ayrı vilayətlərdə işlədilən pullar ləğv edildi.

İslamın qəbul edilməsi

Qazan xan ölkə daxilində birliyi möhkəmləndirmək, müsəlman zadəganları və ruhanilərin dəstəyini qazanmaq üçün İslam dinini qəbul etdi. Qazan xan islam dinini qəbul etdikdən sonra Mahmud adını aldı və “Hicri altıncı əsr İslam dininin islahatçısı” kimi tanınmağa başladı. Qazan xanın islam dininini qəbul etməsilə Azərbaycanda xristianlığın, bütpərəstliyin və digər dinlərin mövqeyi sarsıldı.

Qazan xanın islam dinini qəbul etməsi köçəri monqol əyanlarının narazılığına səbəb oldu. Qazan xana qarşı sui-qəsd hazırlandı. Lakin sui-qəsdin üstü açıldı və onun təşkilatçıları edam edildi. 1297-1298-ci illərdə Qazan xana qarşı baş verən üsyan da yatırıldı.

Tarix dərslərində fəal təlimin tətbiqi xüsusiyyətləri.

19.05.2013

Kərim Kərimov

Sovet kosmonavtlarının uçuşdan qayıtmalarını göstərən tele və kinokadrlara diqqətlə baxsaq görərik ki, kosmonavtlar general paltarında olan bir şəxsə yaxınlaşır və ona tapşırığı yerinə yetirmələri, uçuşu başa vurmları haqqında raport verirlər. O isə kosmonavtları dinləyib onları uğurlu uçuşla təbrik edir. Bu general Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri Kərim Kərimovdur. Azərbaycan tarixinə Kərim Kərimov kosmik tədqiqatlar sahəsində general-leytenant rütbəsinə ucalan ilk azərbaycanlı, kosmik tədqiqatlar sahəsində bir çox yeniliklər etmiş ixtiraçı və alim kimi daxil olmuşdur

Test.



SƏFİƏDDİN URMƏVİ (1230-1294)

Musiqini notsuz təsəvvürümüzə gətirə bilmirik. Amma
 muğamlarımızı, xalq mahnılarımızı adətən notsuz ifa edirlər. Çox zaman isə belə bir qənaət yaranır ki, Azərbaycan, eləcə də Şərq musiqisi notsuz inkişaf edib, not isə bizə Avropadan keçib.
Amma musiqi tariximizi öyrənən araşdırıcılar sübut etmişlər ki, Şərqdə də notlu musiqi olmuşdur. Lakin Şərq musiqiçilərinin istifadə etdikləri not işarələri bugünkündən fərqlidir.

17.05.2013

Səlib yürüşləri.

Xristianların din bayrağı altında işğalçılıq yürüşləri
haqqında nə bilirsiniz?

Tarixdə Səlib yürüşləri, Xaç yürüşləri adı ilə də bəlli olan (öz paltarlarına xaç dikdikləri üçün onlara bu ad veril-mişdir) və 1096-cı ildən 1270-ci ilə qədər xristian katolik-lərin təşkil etdiyi bu yürüşlər Fələstindəki “müqəddəs” yerləri müsəlmanlardan azad etmək bəhanəsi ilə yeni torpaqlar tutmaq məqsədi daşıyırdı.

13.05.2013

Tac-Mahal.

Hindistanın Aqra şəhərində ucaldılmış qəbirüstü abidəni — Tac-Mahalı çоx vaxt dünyanın səkkizinci möcüzəsi  adlandırırlar.
 Əsrarəngiz gözəlliyi ilə insanları heyrətləndirən bu memarlıq incisi türk memarı Ustad Məhəmməd İsa Əfəndinin təxəyyülünün, dərin savadının məhsuludur. Məhəmməd İsa Əfəndi Osmanlı imperiyasının baş memarı Sinanın şagirdlərindəndir.

Polis sözünün mənası nədir?

Polis yunan sözüdür. Mənası şəhər dövlət deməkdir.Belə ki, Qədim Yunanıstanın hər şəhəri müstəqil dövlət idi. Bu dövlətlərin özünəməxsus sosial-iqtisadi və siyasi quruluşu vardı. Polis torpaq sahibləri ilə müxtəlif sənət və peşə sahiblərinin ittifaqından əmələ gəlmişdi. Əkinçilər və tacirlər də buraya daxil idilər. Şəhərlərdə hakimiyyət ağsaqqallar şurasının, kəndlərdə isə hərbi rəhbərlərin əlində idi. 

11.05.2013

Test-Azərbaycan tarixi.

Mövzu-İbtidai icma quruluşu.


Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi Kürdəmirdə təntənə ilə qeyd olundu


Kürdəmir rayonunda 2013-cü il 10 may tarixdə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi böyük təntənə ilə qeyd edildi.
Aprel ayının ikinci yarısından başlanan tədbirlər silsiləsi Ulu Öndərin abidəsinin ümumxalq ziyarəti ilə yekunlaşdı.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, pedaqoji kollektivlər, minlərlə kürdəmirli dünya şöhrətli Azərbaycanlı, böyük dövlət xadimi, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevə tükənməz ehtiramını bildirmək üçün onun möhtəşəm abidəsi önünə gəldilər.
İcra Başçısı İrşad Əliyev Ulu Öndərin abidəsi önünə əklil qoyandan sonra abidənin ümumxalq ziyarəti başlandı.
Sonra tədbir şəhərin mərkəzi meydanında konsert proqramı ilə davam etdi. Konsertdə Azərbaycan Dövlət “Muğam” teatrının kollektivi maraqlı proqramlarla çıxış etdilər. Tədbirdə Respublikanın Əməkdar artistləri Əsgər Əhmədov, Zeynəb Behbudova,Elza Qaybalıyeva,Vəsilə İbrahimova,Ədilə Əflaki və digər ifaçılar rəngarəng konsert proqramları ilə çıxış etdilər.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatdı.

10.05.2013

Kürdəmirdə gül bayramı-biz yenə qalibik.



Bu gün Azərbaycanda 10 May Gül bayramıdır. Bu bayram Kürdəmirdə də möhtəşəm qeyd olundu.Ümumşəhər gül bayramı Heydər Əliyev adına parkda  təşkil olunmuşdu. Hər bir bağça və məktəb gül bayramı üçün maraqlı ekspozisiya hazırlamışdı.Müəllim və tələbələr digər müəssisə və təşkilatların hazırladıqları kompozisiyalarla da tanış oldular, fikir mübadiləsi apardılar.Aparılan müsabiqədə bu il də bizim məktəb birinci yeri tutaraq mükafat qazandı. Məktəb kollektivimizi ürəkdən təbrik edirik.





09.05.2013

Kürdəmir rayonunda 9 May-Qələbə günü qeyd eildi

2013-cü il 09 may tarixində Kürdəmir rayonunun Qələbə parkında Böyük Vətən Müharibəsində alman faşizmi üzərində qələbənin 68-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev və Böyük Vətən Müharibəsi iştirakçıları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları 1941-45-ci illərdə həlak olmuş soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksinin və Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstü önünə əklil və tər gül dəstələri düzdülər.
 Sonra  1 saylı məktəbin şagirdlərinin ifasında Böyük Vətən Müharibəsi iştirakçılarına həsr olunmuş kompazisiya nümayiş etdirildi.
Sonda Böyük Vətən Müharibəsi iştirakçılarına rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev tərəfindən pul mükafatı təqdim edildi və tədbir çay süfrəsi arxasında davam etdi.

Bu gün Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur



Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur.

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər.

Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.


http://www.milli.az/news/politics/186994.html

08.05.2013

Abiturient-2,3 qrup.

Əziz abiturientlər!2-ci və 3-cü ixtisas qruplarına bir cədvəl təqdim edirəm.Cədvəl sizin tarix fənnindən imtahanlara hazırlaşmağınıza köməkçi olacaq.Azərbaycan tarixində hakimiyyətdə olan hökmdarların siyahısı xronoloji ardıcıllıqla verilib.

Yüklə.

Şuşanın işğalı


Şuşanın dağları başı dumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı...
Ustad Xan Şuşinskinin yazdığı və oxuduğu bu mahnını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir. Çünki əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan da dumanlar alıb.

Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunub. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, о cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı "Gövhər ağa məscidi", Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Ü. Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri belə düşmən gülləsinə tuş gəlib... Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasından didərgin düşən qaçqınlar yenidən öz yurdlarına qayıdacaqdır. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq "Xanın səsi", "Qarabağın şikəstəsi...“ 




06.05.2013

Discovery Edication




Tatınmış Discovery telekanalı bizləri təkcə məhşur  yüksək keyfiyyətli elmi filmləri ilə maraqlandırmır.Bir neçə ildir  ki bu kanalın Discovery Edication layihəsi böyük populyarlıq qazanıb.

“Gənc Heydərçilər Mədəniyyət və istirahət parkı”nda Kitab bayramı keçirildi

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Kürdəmir rayonunun “Gənc Heydərçilər Mədəniyyət və istirahət parkı”nda Kitab bayramı keçirildi.
Kitab bayramında Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov,YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli,Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev başda olmaqla 2000 nəfərə yaxın təhsil,səhiyyə və mədəniyyət işçiləri iştirak edirdilər.
Bayram iştirakçıları nümayiş olunan “Heydər Əliyev - 90”, “Heydər Əliyev və dövlət quruculuğu”, “Müstəqilliyimiz əbədidir”, “Müqəddəs qayıdış”, “Dünya şöhrətli siyasətçi”, “Əsrin müqaviləsinə gedən yol”, “Nəsillərə örnək şəxsiyyət”, “Heydər Əliyev yolu ilə”, “Müqəddəs ailə”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və milli mənəvi dəyərlər”, “Zərifə Əliyeva – 90” , “Rayonumuzun ziyalıları”, “Qarabağım qan yaddaşım”, və sair sərgilərə tanış oldular.
Sərgidə həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu il yubileyləri keçiriləcək görkəmli şəxsiyyətlərin əsərlərindən ibarət müxtəlif başlıqlar altında 2500 – dən çox ədəbiyyat nümayiş etdirildi. Tədbiri giriş sözü ilə Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev açdı. O, qeyd etdi ki, bu günkü bayram sirlərlə dolu xəzinəyə - kitaba həsr olunur. Kitab bəşəriyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Siyasi mübarizənin ən güclü silahı insanlığın topladığı bütün biliklər məcmuəsini mənimsətmək üçün ən qiymətli mənbədir.
Sonra Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov çıxış edərək rayon İcra Hakimiyyətinin Başçısı cənab İrşad Əliyevin adından Kitab bayramı və Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi və onları kitabla dost olmağa çağırdı. Çıxış üçün söz uzun illər kitabxana sisteminin inkişafında böyük xidmətləri olan MKS – nin direktoru Şahalı Şıxəliyevə verildi. Şahalı müəllim qeyd etdi ki, Ulu öndər kitabxananı məbədgah adlandırmışdır. Sizləri bu məbədgaha dəvət edirəm. Cünki, elmə, biliyə yol məhz bu məbədgahda yerləşən kitablardan gedir. Kitabxanamız Azərbaycan dövlətçiliyinin milli ideologiyanın, azərbyacançılığın təbliğat mərkəzi kimi ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin toplanıb saxlanmasında və təbliğində mühüm rola malikdir. Bayramda rayon üzrə ilin ən fəal oxucuları müəyyən edildi. Bu Qəhrəmanova Ofelya Ramiz qızı, Hidayətova Şəlalə İkram qızı, Səfərli Leyla Salman qızı idi. İlin ən yaxşı kitabxanaçısı nominasiyası üzrə kitabxanaçı - Nəsirov Yaşar Böyükkişi oğlu oldu. Onlar Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanı ilə təltif olundular və hədiyyələrlə mükafatlandırıldılar. Kitab bayramında Kürdəmir rayon uşaq incəsənət məktəbinin şagirdləri və rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin iştirakı ilə təqdim edilən musiqi nömrələri, Ulu öndər Heydər Əliyevə həsr edilmiş ədəbi kompozisiya və intellektual oyunlar tədbiri daha da rəngarəng etdi. Sonda aparıcı tədbiri yekunlaşdıraraq tədbir iştirakçılarını Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təşkil edilmiş kitab sərgisinə baxmağa dəvət etdi.

05.05.2013

Səttar Bəhlulzadə

II Dünya müharibəsində sonra Azərbaycan rəssamlığında bütün janrlar- tematik şəkil, portret, mənzərə və s. nərəzərçarpacaq dərəcədə inkişaf etmişdir. Bir sıra rəssamlar öz yaradcılıq axtarışlarını məhdudlaşdırmadan uğurla çalşmışlar. Belə rəssamlardan biri də Səttar Bəhlulzadə olmuşdur. Səttar Bəhlulzadə təəssərüfat rəsamı hesab olunur. O, təbiətin əzngin boyalarından, günün müxtəlif çağlarından, ilin fəsillərində aldığı təəssərüfatı məharətlə verə bilərik. Onun mənzərlərində poetik əhaval-ruhiyyə və kompozisiya quruluşu, işlətdiyi boyalarda isə kolorit çox güclüdür.
Azərbaycan tarixinə Səttar Bəhlulzadə qeyri-adi istedad sahibi, dahi bir rəssam kimi daxil olmuşdur.



03.05.2013

Mətbuat fədaisi.





Kürdəmir rayonunda ”Vətənim Azərbaycan” milli intelektual bilik yarışması keçirildi və biz qalib gəldik.


Kürdəmir rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi 01 may 2013-cü il tarixdə Kürdəmir rayon “Gənclər Evi”ndə rayonun ümumtəhsil məktəbləri arasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Vətənim Azərbaycan” milli intelektual bilik yarışması keçirdi.
 Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar işlər üzrə müavini Əbulfət Mikayilov iştirak etmiş və yarış işitirakçılarına uğurlar arzulamışdir. O,öz çıxışında Ulu Öndər Heydər Əliyevin gənclərə daim olan diqqət və qayğısından söz açaraq Azərbaycan gənclərinin formalaşmasında, yetişdirilməsində Ulu öndərin misilsiz xidmətlərini qeyd etdi.Bu siayasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və məhz aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan gəncləri uğurlu naliyyətlər əldə etmişlər.
 Tədbirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda video çarx numayış olundu.Yarışda rayonun 12 ümumtəhsil məktəbinin( şəhər 1; şəhər 2; şəhər 3; şəhər 4; şəhər 5; şəhər6; Yenikənd; Topalhəsənli; Dəyirmanlı; Mürtülü; Atakişili; Köhnəbazar) komandaları iştirak etmişdir. Yarışın yekun nəticəsinə görə

I yer- şəhər-1 saylı tam orta məktəb:
II yer - şəhər-6 saylı tam orta məktəb:
III yer- Topalhəsənli kənd tam orta məktəbi
layiq görüldü.
Komandamızın üzvlərini-Nurlan,Amid,Samir,Loğman və Kamranı təbrik edirik və yeni uğurlar arzulayırıq.