12.04.2016

İŞĞALÇI ermənistanı bütün dünyada ifşa etmək üçün SƏS VERİN!

İŞĞALÇI ermənistanı bütün dünyada ifşa etmək üçün SƏS VERİN! Aşağıdakı linkdən istifadə edərək: https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe


Obama Administrasiyasına ünvanlanan “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” petisiyanın (müraciətin) imzalanması ilə bağlı
    YADDAŞ

Kürdəmirdə şəhidlə izdihamlı vidalaşma


Aprelin 11-də rayonun Sığırlı kəndində aprelin 1-dən 2-sinə keçən gecə cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan Ordusunun Giziri Qurbanov Tural Gürşad oğlunun dəfn mərasimi keçirilib.

Kürdəmir şəhidləri son mənzilə yola salınıb


Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçimiz baş leytenant, şəhid Əbubəkir İsmayılovun nəşi rayon sakinləri tərəfindən böyük izdihamla qarşılanıb. Aprelin 10-da axşam saatlarından Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları, 10 minlərlə kürdəmirlinin böyük coşğu ilə qarşıladığı şəhidin vida mərasimi onun yaşadığı evində baş tutdu .
Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Ermənistan silahli birləşmələrinin təxribatının qarşısının alınması nəticəsində Azərbaycan Ordusu çox böyük zəfər əldə etmişdir. Ordumuz düşmənin həmləsinin qarşısını alaraq xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv edərək işğal olunmuş bəzi yüksəklikləri, eləcə də bir neçə yaşayış məntəqələrimizi düşməndən azad etmişdir. İşğalçı Ermənistan ordusu xeyli sayda itki verərək qaçmağa məcbur olmuşlar. Azərbaycan Ordusunun bu uğurlu əməliyyatı nəticəsində bir neçə igid oğullarımız şəhid olmuş və yaralanmışlar. Şəhid olmuş oğullarımızdan iki nəfəri Kürdəmir rayonundandır. Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayıb və qalmayacaqdır.Mən inanıram ki, tezliklə Möhtərəm Prezidentimiz Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız Şuşada, Laçında, Xankəndində, eləcə də Dağlıq Qarabağın hər bir güşəsində dalğalanacaqdır.

Aprelin 11-də şəhid İsmayılov Əbubəkir Vüqar oğlu Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edildi.