21.02.2015

Azərbaycan tarixi onlayn sınaq test.


İrəvan

Hər bir azərbaycanlı üçün qədim Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər əziz və doğmadır. Azərbaycan xalqının itirlimiş irsi olan İrəvan xanlığını rəsmlərdə və fotolarda sizə təqdim edirik.

Sxemlər.

Kürdəmir 1 saylı orta məktəbdə "Beynəlxalq Ana dili günü" qeyd edildi.


20 fevral 2015-ci ildə məktəbimizin akt zalında "Beynəlxalq Ana dili günü"-nə həsr edilmiş Ədəbi-bədii gecə keçirildi.Tədbiri məktəbimizin filoloqu İsmiyeva səadət müəllimə hazırlamışdı.Tədbirin hazırlanmasında 7-11 sinif şagirdləri iştirak etmişdi.Tədbirdə Rayon İcra Hakimiyyətindən və şəhərimizim 2,3,5,6 saylı məktəblərindən qonaqlar iştirak edirdi.Tədbir öz rəngarəngliyi ilə fərqlənirdi.Tədbirdə doğma dilimizə həsr edilən şeirlər,mahnılar səsləndi,maraqlı rəqslər ifa edildi.Bütün tamaşaçılar adından tədbirin hazırlanması üçün İsmiyeva Səadət müəlliməyə,MDHM Məmmədov Rəfael müəllimə,məktəbin direktoru Nəsirov Vüqar müəllimə və 7 a,8 d,9 s,6 s,1 b sinif şagirdlərinə təşəkkür edirik.

17.02.2015

İtaliyada etrusklara məxsus piramida aşkarlanıb.

İtaliyanın Orvietto  
şəhərində  şərab zirzəmilərindən birində, alimlər əhəng  daşından yonulmuş  qədim pilləkən şəbəkəsi aşkar edib. Pilləkənlər torpaq altında gizlədilib, yalnız onların yuxarı hissəsi görünürdü.

02.02.2015

Sxemlər.


Hörmətli abituriyentlər, sizlərə təkrarlamaq üçün sxemlər təqdim edirəm.Sxemlər İmişli rayonundan olan tarix müəllimi Nərimanov Asim tərəfindən hazırlanıb.Bu sxemlər qısa vaxt ərzində bəzi mövzuları təkrarlamaq imkanı verir.Asim müəllimə əməyi üçün dərin təşəkkürümüzü bildiririk.