29.01.2014

XIV əsrin sonu - XV əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti

Bəhs etdiyimiz dövrdə Cənubi Qafqaz, Yaxın və Orta ġərqin siyasi vəziyyətində bir sıra mühüm amillər əsaslı rol oynadı. Bunlardan ən başlıcası Azərbaycanın və qonşu ölkələrin Teymurun dağıdıcı basqınlarına məruz qalması idi. Bu zaman Azərbaycanın şimalında Şirvanşahlar dövləti I İbrahimin (1382-1417) hakimiyyəti altında müəyyən iqtisadi-siyasi tərəqqiyə nail olmağa başladı. I İbrahimin ağıllı və təmkinli siyasəti nəticəsində ġirvan Azərbaycanın digər hissələrindən fərqli olaraq öz istiqlaliyyətini itirmədi, xarici işğalçıların zülmünə məruz qalmadı. Böyük siyasi nüfuz qazanmış I İbrahim eyni zamanda Orlat sülaləsindən olan ġəki hakimi Seydi Əlinin oğlu Seydi Əhmədi Teymurla barışdırıb ġəki torpaqlarını işğalçıların basqınından xilas etdi. Gürcü çarı Georginin də Teymurla sülh müqaviləsi bağlamasında Şirvanşahın müsbət rolu özünü göstərdi.

26.01.2014

Şirvan monqol işqalları dövründə.

XII əsrdə-XIII əsrin birinci rübündə xarici siyasi şərait və yadellilərin hücum təhlükəsi ilə əlaqəli Şirvanın şəhər və digər yerlərində müdafiə xarakterli iri qurğuların, qala bürclərinin və istehkamlarının, şəhər divarlarının, habelə bir sıra digər binaların - saray, məscid və karvansaraların tikildiyi nəzərə çarpır. Həmin tikililərdəki kitabələrdə
Şirvanşahların adları bütün dəbdəbəli titulları ilə çəkilirdi ki, bu da həmin hökmdarların və iri feodalların müstəqil və dövlətli olmasına dəlalət edir. Şirvan şəhərlərinin mənbələrdə göstərilən iqtisadi inkişafını və çiçəklənməsini XIII əsrin 20-ci illərində Azərbaycanı od
və qılıncdan keçirən monqollar dayandırdılar. Bu şəhərlərdən bəzisi bir daha dirçələ bilməyərək həmişəlik süquta uğradı, bəzisi isə viran qaldı. B.B.Bartold monqol dağıntılarının nəticələrinin çox da ağır olmadığını
hesab etsə də, əslində, Şirvan və Arran elə güclü dağıntıya məruz qalmışdı ki, Gəncə, Bərdə, Beyləqan, Şəbəran və digər iri mərkəzlər xarabalığa çevrilərək öz əvvəlki əhəmiyyətlərini itirdilər. Bakı işğalçıların gəldikləri böyük yoldan kənarda olduğundan, görünür,
başqa şəhərlərlə nisbətən az zərər çəkmişdir. Bununla belə, ərəb müəllifləri monqollar şəhəri tutarkən istehkamlardan birinin üst hissəsinin dağıdıldığını xəbər verirlər. Əhali Bakı şəhərini qəhrəmanlıqla müdafıə edirdi. Bakuvi nəql edir ki, monqollar dəniz sahilindəki möhkəmləndirilmiş qalanı ala bilmirdilər1 və yalnız 1239-cu ildə bütün ölkə istila edildikdən sonra şəhər təslim olmaq məcburiyyətində qaldı. Monqolların Qafqaz ölkələrinə hücumlarında baş verən hadisələrin müasiri olan Yaqut Beyləqanın işğalı haqqında aşağıdakıları yazır: "Tatarlar h.617 (1220/l)-ci ildə şəhərə girdilər,
əllərinə keçən adamların hamısını qırdılar, şəhəri talan etdilər, sonra isə yandırdılar.

Azərbaycan tarixi.Şirvanşahlar dövləti


24.01.2014

Xurşidbanu Natəvan.

Şimali Azərbaycan XIX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibinə qatıldıqdan sonra çar məmurları zadəgan ailələrini təqib edir, onlarımüxtəlif vasitələrlə xalqın gözündən salmağa çalışırdılar. Hətta bir ara zadəganların mülklərinin müadirə edilməsi haqqında fərman da verilmişdi. Lakin xalqın öz başbilənlərinə inamını görən və üsyan təhlükəsindən qorxan imperator bu fərmanı ləğv edir. Sonralar Azərvaycanda sovet hakimiyyəti qurulanda da sovetlərin ilk addımları Azərbaycanın zadəgan ailələrinin nümayəndələrinin məhv edilməsi oldu. Beləliklə, xalq öz ziyalılarını, sərkərdələrini, siyasətçilərini itirdi. Lakin qədirbilən xalqın yaddaşında bu ailələrin Azərbaycana verdiyi töhfələr həmişə yaşamışdır. Xalq tərəfindən sevilən, həmişə hörmətlə xatırlanan belə zadəgan ailələrindən biri də Pənahəli xan Cavanşir nəslidir. Bu nəsildən İbrahimxəlil və Mehdiqulu xan kimi siyasətçilərlə yanaşı, Xurşidbanu Natəvan kimi şairə və xeyriyyəçilər də çıxmışdır.
Xurşidbanu Natəvanın adı Azərbaycan tarixində gözəl şairə, həmçinin xeyriyyəçi, Şuşa şəhərinə içməli su xətti çəkən bir insan kimi həmişə xatırlanacaqdır.


11.01.2014

Tarix fənninin tədrisi prosesində layihə işinin təşkili və rolu.


Hörmətli oxucular!Sizlərə "Kurikulum"jurnalının 2013 il  3

buraxılışında dərc olunan məqaləmi təqdim edirəm.

Müəllif:Kürdəmir şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi  İbrahimova Gülbəniz Qeyrət qızı.

Məqalə tarix dərslərində layihə işinin düzgün təşkili və  dərsin effektivliyinin artırılması barədədir.Layihə işinin növləri,planlaşdırılması və nümunələri haqqında geniş məlumat verilir.


    İnsan həyatında hər yeni bir dövr insandan dəyişməyi ,yeni inkişaf mərhələsinə qədəm qoyaraq özündə yeni bacarıq və keyfiyyətlərin aşkar edilməsini tələb edir.Müasir qloballaşma gedən dünyamıza yeni insan tələb olunur.Bu insan yalnız bilikli olmaqla kifayətlənməməli,bu biliklərə yiyələnmə prosesinə fərqli baxmalı və bu biliklərdən günü-gündən dəyişən dünyanın ona gətirəcəyi problemlərin həllində istifadə edə bilməlidir.Və bu yeni şəxsiyyəti məkəb hazırladığı üçün birinci növbədə dəyişikliklər məktəb müəlliminin öhdəsinə düşür.Belə olduqda ənənəvi təlimin bu problemin öhdəsindən gəlməsi mümkün deyil.Və əlbətdə ki ,bu zaman müəllimin köməyinə  zamanın tələblərinə adekvat cavab verən yeni təlim metodları və vasitələri gəlir.Yeni metodlardan biri olan layihə işi haqqında çox danışılır.Lakin bu məqalədə çalışacam ki,layihə işinin tarix dərslərindəki effektivliyi haqqında sizlərə məlumat verim.

       Layihə işinin təşkili bizə təlim zamanı  ilk növbədə problemin həlli və fəaliyyət baxımından  çox məqsədəuyğundur.Şəxsiyyətyönümlülük,əməkdaşlıq bacarıqlarının aşılanması da bu metodun üstünlüklərindəndir.Bu gün təhsil layihələri özündə təlim,yaradıcılıq,oyun fəaliyyətlərini cəmləyərək,qarşıya qoyulan bir məqsədə ,birlikdə  ,vəzifələri bölərək  çatmağı nəzərdə tutur.Şagirdlərin gücünü nəzərə alaraq layihə işinin 5 növünü ayırırlar:araşdırma,yaradıcı,oyun və yarış,informasiya toplama,praktik iş .