26.02.2013

Məktəbimizdə Xocalı soyqırımı qurbanlarının anım mərasimi.


Fevralın 25-də Ağdaş Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə  Xocalı faciəsinin 21-ci il dönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə, tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirin aparıcıları Səfərov Taleh və Bağırova Cəmilə 21 il öncə fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən, faciənin başvermə səbəblərindən, o vaxtkı Azərbaycan hakimiyyətinin öz vətəndaşlarının taleyinə qarşı göstərdiyi biganəlikdən danışdılar, qırğının miqyasını, nəticələrini əks etdirən dəhşətli statistikanı diqqətə çatdırdılar.


Məktəbin  8"a" və 8"s" sinfinin şagirdləri Xocalı hadisələrinə, həmin kütləvi qırğın zamanı düşmən əli ilə faciəli şəkildə həlak olmuş yüzlərlə insanın acı taleyinə həsr olunmuş şeirlər söylədilər, səhnəciklər göstərdilər.

Tədbirdə Rayon Ağsaqqllar şurasının sədr müavini Hacıyev Vaqif və Rayon Təhsil Şöbəsinin əməkdaşı Qasımov Seyidhüseyn,məktəbimizin direktoru Nəsirov Vüqar və Dərs hissə müdiri Məmmədov Rəfayıl  də çıxış etdi.Tədbirdə çıxış edənlər Xocalı faciəsinin dəhşətlərindən söz açaraq torpaqlarımızın düşməndən tezliklə azad olunacağına və bu qisasın yerdə qalmayacağına əminlik ifadə etdilər.


Tədbirin sonunda Xocalı faciəsini əks etdirən film nümayiş olundu.


Tədbiri hazırladıqlarına görə məktəb rəhbərliyi və müəllimlər şagirdlərə:
Səfərov Taleh,Qasımova Aytac,Bağırova Cəmilə,Şıxaliyeva Aytac,Ağarəhimova Almaz,Rüstəmova Səbinə,Abduləzizli İlahə,Mürşüdova Nərmin,Məmmədova Şəbnəm,Mirzəyeva Fidan,Cəmilə,Aytaca,Məmmədov İsmayıl,Məmmədov Ənvərə və Dərs hissə müdiri Məmmədov Rəfayıla və Məmmədov Məhəmmədəliyə  təşəkkür etdilər.

Xocalı soyqırımı




Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

21.02.2013

21 fevral-Beynalxalq Ana Dili Gününə həsr olunmuş tədbir.


21 fevral -Beynalxalq Ana Dili günü münasibəti ilə məktəbimizdə tədbir keçirilmişdir.Tədbiri məktəbimizin ana dili və ədəbiyyat müəllimi İsmiyeva Səadət 7 s sinfi ilə birlikdə hazırlamışdı.Tədbirdə Rayon Maarif Şöbəsinin əməkdaşı Qasımov Seyidhüseyn yoldaş və rayonun digər məktəblərindən qonaqlar iştirak edirdi.Tədbir məktəbimizin Dərs Hissə üzrə müdir müavini Məmmədov Rəfaelin çıxışı ilə başladı.Şagirdlər bir-birindən maraqlı çıxışları ilə hamının marağına səbəb oldular.Şagirdlərin ifasında ana dilinə həsr olunmuş şeirlər və mahnılar səsləndi.Şagirdlərin hazırladığı səhnəcik də çox maraqlı idi.Tədbirə görə 7 s sinfinə və İsmiyeva Səadət müəlliməyə "Tarix klubu" adından təşəkkürümüzü bildiririk.


20.02.2013

"Titanik"gəmisinə virtual səyahət.

Əziz oxucular,sizləri "Titanik"gəmisinə virtual ekskursiyaya dəvət edirəm.Aşağıdakı ünvana yollanmağınızla virtual gəmiyə səyahətə başlayacaqsınız.

http://webtous.ru/pages/titanic.html


Darağın tarixi.




Daraq insanların qədim kəşflərindən biridir.Bunu arxeoloji qazıntılar da sübut edir.İlk daraqlar sümük,buynuz və ağacdan hazırlanmışdır.Şübhəsiz qadınların ilk kosmetik aləti də məs daraq olmuşdur.Öz tarixi boyunca daraqlar müxtəlif funksiyalar yerinə yetirirdilər.Şərq qadınlarının ilk daraqları balıq sümüyü olmuşdur.Avropada tapılan ilk daraqlar daş dövrünə aid edilir.Zaman keçdikcə daraqlar varlı insanların fəxr obyektinə çevrildi.Onları qiymətli metallardan,fil sümüyündən hazırlayıb,üzərini daş-qaşlarla bəzəyirdilər.Orta əsrlərdə daraqların üzərində mələklər,mifoloji heyfanlar təsvir olunurdu.Zaman keçdikcə xüsusi daraq ustaları meydana gəlirdi.Bir usta gündə 10-15 daraq hazırlaya bilirdi.Bu dövrdə daraqlar daha çox ağacdan hazırlanırdı.1862-ci ildə plastmasın ixtirası ilə daraqlar hamının gündəlik alətinə çevrildi.Həm varlı,həm də kasıblar artıq daraqdan istifadə edə bilirdilər.


















İskəndəriyyə kitabxanasının sirləri.


İskəndəriyyə şəhəri e.ə.332-ci ildə yaradılmışdır.Deyilənə görə, İskəndər İskəndəriyyənin əsası qoyulan zaman ona verilmiş planda əlifbanın beş birinci hərfi cizgilədi: ABQDE. Bunun mənası belədir: "Aleksandros Vasilev Qenos Dios Ektise" — "Aleksandr-çar, Zevsdən törəmiş, əsasını qoydu..." Bu ,şəhərin elm ocağı kimi məşhur olacağının əlamətidir.

İskəndəriyyə alimləri öz kitabxanası üçün ən qədim, ən etibarlı əlyazmaları tapmağa çox çalışırdılar. Ptolemey əmri verdi: İskəndəriyyə limanına girəcək bütün gəmilərdə kitab axtarışı etsinlər ,əgər səyahətçilərdən kimdəsə kitab tapılacaqsa — onun surətini çıxarıb sahibinə bu surəti verib kitabı kitabxanaya versinlər. Esxilin, Sofoklun və Yevripidin faciələrinin ən etibarlı əlyazmaları Afinada saxlanılırdı. Ptolemey böyük girovun altında bu əlyazmalara vermələrini xahiş etdi, onlarla öz kitabxanasının kitablarını yoxlamaq üçün. Afinalılar kitabları verdilər və , əlbəttə, Ptolomey girovu qurban etdi, surəti qaytardı və əlyazmalar İskəndəriyyədə qoydu . Təxminən 700 min bağlama İskəndəriyyə kitabxanasında yığılmışdı. Burada nə vaxtsa yunan dilində yazılmış əlyazmalar saxlanılırdı.


18.02.2013

Luvr muzeyinə ekskursiya.



Əziz oxucular,sizləri dünyanın ən məhşur muzeylərindən biri olan Fransanın Luvr muzeyinə ekskursiyaya dəvət edirəm.Əminəm ki,bu ekskursiya sizin üçün maraqlı olacaq.
Luvr muzeyi (fr. Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biri. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ildə muzeyə 8 300 000 nəfər baş çəkmişdir.

Hazırda yerləşdiyi ərazinin sahəsi 160 106 metr² olmaqla, dünyada böyüklüyünə görə üçüncü yeri tutur. Bu sahənin 58 470 m²-ni ekspozisiyalar tutur. Muzey Parisin mərkəzində, Senanın sağ sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir.

Muzeyin binası qədim kral sarayının binasıdır (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur.

Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır. Bu proses Kapetinqlər sülaləsinin dövründən etibarən formalaşmağa başlamışdır.
Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinədək rast gəlmək olar.

Avropanın müasir mədəniyyət nümunələri, yəni 1848–ci ildən bizim dövrümüzədək olan eksponatlar Orse Muzeyində və Jorj Pompidu Mərkəzində nümayiş olunur. Asiya ənənələrini özündə birləşdirən kolleksiyalar isə Guimet muzeyində gələn qonaqlara baxmaq üçün təklif olunur. Burada hətta Afrika, Amerika və Okeaniyanın da incəsənət nümunələri qorunur ki, onlara da sahilyanı Branli muzeyində tamaşa etmək mümkündür.

Luvrun ən tanınmış eksponatları: Hamurappi qanunları, Miloslu Venera və Samofrakiyalı Nika heykəlləri, Cokonda (Mona Liza) və Leonardo da Vinçinin digər rəsmləri, Rembrant və Tisianın əsərləri, Ejen Delakruanın "Xalqa yol göstərən azadlıq" rəsm əsəri sayılır. Luvr dünyada ən çox ziyarət edilən muzey adlandırılır, 2007–ci ildə burada 8,3 milyon nəfər olmuşdur.
Luvrun əsas hissəsini qala-istehkam tutur. Həmçinin, burada 1190–cı ildə kral Filip Avqust tərəfindən inşa edilmiş Böyük Luvr qalası da var. Bu qalanın tikilməsinin əsas səbəblərindən biri Senanın daim göz altında olması, yəni yoxlanılması idi, vikinqlər dövründən bilindiyi kimi bura onların ənənəvi yolu adlanırdı. 1317–ci ildə Tamplierlər ordeninin mülkiyyətinin Malta ordeninə keçməsindən sonra kral xəzinəsi Luvra köçürülür. V Karl bu qalanı yeni kral iqamətgahına çevirir. Lakin, 1528–ci ildə I Fransiskin əmri ilə Luvr qalasının köhnə Böyük qülləsi dağıdılır və 1546–cı ildən etibarən qalanın möhtəşəm krl sarayına çevrilməsi işləri başlanır.
Bu işlərin aparılması və qalanın tikilməsi Pyer Leskonun başçılığı altında aparılır və II Henrix və IX Karlın dövründə də davam edir. Binaya iki yeni artırma əlavə olunur. 1594–cü ildə II Henrix Luvru Tüilri sarayına birləşdirməyi qərara alır. Bu Yekaterina Mediçinin arzusu nəticəsində həyata keçirilir. Dördbucaq həyətə malik olan bu sarayın memarları isə əvvəlcə Lemerse, daha sonra isə Lui Levo olmuşdur. Bu memarlar XIII və XIV Lüdovikin hakimiyyət dövründə işləmişlər. Bu kralların sayəsində sarayın həyəti əvvəlki böyüklüyündən dörd dəfə də artıq vəziyyətə gətirilərək, tam şəkildə genişləndirilmişdir. Sarayın bəzəklərinin hazırlanması və oradakı işləmələrin edilməsi həmin dövrün görkəmli rəssamları olan Pussen, Romanelli və Lebrenə tapşırılmışdır. 1678–ci ildə sürətlə gedən işlər qəflətən dayandırıldı. Bunun əsas səbəbi XIV Lüdovikin kral iqamətgahı kimi Versal sarayını seçməsi idi.
Bir müddət Luvr diqqətdən kənarda qalır. Yalnız XVIII əsrdə Luvrda yeni layihələr üzərində işləməyə başlanılır. Bu vaxt baş verən əsas hadisələrdən biri isə Luvrun muzeyə çevrilməsi idi. Layihə XV Lüdovikin rəhbərliyi ilə başlasa da, Fransa İnqilabı ilə başa çatır.

Muzeyin qapıları ilk dəfə 8 noyabr 1793–cü ildə adi vətəndaşlar üçün açıq elan edildi. 1989–cu ildə sarayın mərkəzinə şüşədən hazırlanmış piramida qoyuldu, onun memarı amerikalı Yo Minq Peydir.


Əziz uşaqlar,daha ətraflı məlumatı Luvr haqqında sizhttp://www.louvre.fr/saytında  ala bilərsiniz.

Mənbə:http://az.wikipedia.org/wiki/Luvr_muzeyi
http://louvre.historic.ru/virttour.shtml