29.01.2013


“Gənclərə yol açmaq, qocalara ehtiram göstərmək lazımdır”(H.Əliyev)
“Uşağı bütə döndərmək olmaz, ypxsa böyüyəndə “qurbanlar tələb edər”(Üzeyir Hacıbəyov)
“Yaşlılar qocalmış uşaqlardır”(P.Hayze)
“Uşağın çəkdiyi ilk əzabın ağrısı böyükdür”(R.Rollan)
“Dahi-bəşəriyyət kitabının sərlövhəsidir”(F.Hebbel)
“Yaratmaq ölümü öldürmək deməkdir”(R.Rollan)
“Tərbiyəsiz istedada heyif”(Sədi)
“İnsanların çoxunun dəyərini bilmədiyi iki şey vardır-sağlamlıqları və zamanları”(Məhəmməd peyğəmbər(s)
“Çalışqanlar yaramaz işlər barədə düşünmək istəsələr belə, buna vaxt tapa bilməzlər”(Həzrət Əli)
“Zaman puldur”(E.Bulver-Litton)
“Vaxtı öldürmək ən bahalı əyləncədir”(O.Balzak)
“Vaxtdan ağıllı istifadə etsək, kifayət qədər vaxtımız olar”(İ.Höte)
“Vaxt həyatın vicdanıdır, itirilmiş vaxt adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır”(Y.V.Çəmənzəminli)
“İnsanların ən xeyirlisi insanlara ən çox faydalı olanıdır”(Məhəmməd peyğəmbər(s)

Məqaləni 8"s" sinfinin şagirdi Bağırova Cəmilə hazırladı.


Gizli tarix. Reyxin Bakı planları (film, 2010)



Gizli tarix. Unudulmuş qəhrəman Fərrux ağa Qayıbov (film, 2011)



24.01.2013



Hörmətli oxucular.Bizə Fizuli rayonundan qatılan Elçin Əsədovdan xahiş etmişdik ki,şəxsi muzeyindəki tapıntıların rəsmi ilə bizimlə bölüşsün.
Elçin müəllim ,xahişimizi yerinə yetirdiyiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk.Doğrudan da çox gözəl tapıntılardır.Şagirdlərimizə bunları görmək çox maraqlı olacaq.Təxmin edirik ki,siz tarixçisiniz.Gələcəkdə də bizimlə fikirlərinizi bölməyi xahiş edırdik. 
Salam. Bütün bu tapıntılar Sak-iskit-Massagetlərə aid ox ucluqları,bəzək əşyalarıdır.Üzük formasındakı tapıntı isə oxu uzaq məsafəyə atmaq üçün Massagetlərin düzəltdikləri xüsusi alətdir.Həmin alətin vasitəsi ilə onlar oxu 530 metrə qədər uzağa ata bilirdilər.Bütün bu tapıntılar Azərbaycan Elmlər Akademiyası alimləri tərəfindən təsdiq edilmişdir.Sizə şəkillərin hamısını göndərmədim.Bəzi tapıntıların tədqiqata ehtiyacı var.

Elçin Əsədov  Füzuli rayonu

6 d sinfində tarixdən açıq dərs.

22 yanvar 2013 il 6 d  sinfində Azərbaycan tarixindən açıq dərs keçirildi.Mövzu "Atropatena dövlətinin yaranması" idi.Müəllim -İsmayılova Dilarədir.Dərs  çox maraqlı  idi.Şagirdlər suallara yaxşı cavab verir ,tədqiqat aparır,xəritə ilə işləyir,xronoloji məsələlər həll edir .




18.01.2013

Qanlı yanvar.



20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
Xalq o günlərdə böyük bir həqiqəti — həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin — qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdilər... Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də İmperiyanın mərkəzində, Moskvada...
Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.

..."20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu... Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi...

Qanlı 20 Yanvar



Qar deyil ki, günəş vura əriyə,
Yara deyil məlhəm çəkəm giriyə.
Dağ çəkilən milyonlardan biriyəm,
Kimə acım, kimə deyim bu dərdi.

Başım üstə bayraq etdim haqqımı,
Güllə ilə sındırdılar şaqqımı,
Haqlı çıxdı əbədiyyət satqını,
Kimə acım, kimə deyim bu dərdi.

Qanadlandı ölüm yüklü güllələr,
Sinəmizdə çiçək açdı lalələr,
Yaddan çıxmaz o gecəki nalələr,
Kimə acım, kimə deyim bu dərdi.

Topladılar yüz dərənin suyunu,
Doldursunlar suya həsrət quyunu,
Başımıza açdılar min oyunu,
Kimə acım, kimə deyim bu dərdi.

Cana gəlir dünya mənim odumdan,
Xəbəri yox taleyimdən, adımdan.
Sıxılmaqdan adım çıxır yadımdan,
Kimə acım, kimə deyim bu dərdi.

Tumarlanır bostanıma daş atan,
Addımını əyri atan, çaş atan,
O, silahlı, mən əlimdə quşatan,
Kimə acım, kimə deyim bu dərdi.

Yurd yolunda min qurbanlıq baş durub,
Hər addımda tarixləşən daş durub,
Qarşımızda qar-boranlı qış durub,
Kimə acım, kimə deyim bu dərdi.

Kim unudar İyirmisi yanvarı,
Əbədilik milyon qəlbin qübarı,
Yüz altmış il Vətən yarı, biz yarı,
Kimə acım, kimə deyim bu dərdi.

Şair: Sərdar Zeynal Tivili

09.01.2013

   
    Qədim yunan filosofu.Efes şəhərində doğulub.
Dialektikanın banisi.Şəhər hökmdarlığından imtina edib,hakimiyyəti qardaşına vermişdir.Artemida məbədinə çəkilib uşaqlarla oynamağa başlamışdır.Efeslilərin tənəsinə cavab olaraq demişdir ki,sizin kimiləri idarə etməkdənsə,sizin uşaqlarınızla oynamaq daha yaxşıdır.Qara camaata ikrah etdiyini sübut etmək üçün dağlara çəkilib ot-ələflə dolanmış,nəticədə xəstələnib ölmüşdür.Artemida məbədində yaşayarkən"Təbiət haqqında" adlı əsərini yazmışdır.Əsər itmiş,antik filosofların əsərlərində fraqmentləri qalmışdır.Heraklitə görə hər şey oddan əmələ gəlir,mütəmadi olaraq dəyişir,suya,havaya,torpağa dönüb sonra yenidən oda çevrilir.

   Dünyada dəyişməz və hərəkətsiz heç nə yoxdur.Ziddiyətlər bir-birinə keçir.
   İran şahı Dara onun əsərini oxuyub,filosofu sarayına dəvət etmişdir.Lakin Heraklit "nadanlar" arasında yaşasa da,vətənini tərk etməmişdir.
                                Deyimləri.
Bir çayda iki dəfə çimmək olmaz.
İnsanların çoxu başlarına gələnlərdən qətiyyən ağıllanmırlar.
Xalq qanun yolunda öz evinin divarı üçün vuruşduğu kimi vuruşmalıdır.
Əbədiyyət şahmat fiqurları ilə əylənən uşaq kimidir.
Yuxarıda və aşağıya gedən yol eynidir.
Dinclik dəyişiklikdədir.
Mən özüm-özümə tədqiq edirəm.
Xəstəlik sağlamlığın,şər xeyirin,aclığ toxluğun,yorğunluğ istirahətin ləzzətini bildirir.
Təbiət gizlənməyi sevir.
Çox məlumatlı olmağın ağıllı olduğunu göstərməz.
Dəyişməyən tək şey, dəyişiklikdir.
Əgər ədalətin özü olmasaydı insanların ədalətin adını bilməzdi.
Gözlənilməz olanı gözləmədikcə, onu tapa bilməyəcəksən.
Haqq anlayışını haqsızlıq anlayışı olmasaydı bilə bilməzdik.
Xalq qanun yolunda öz yaşadığı qala divarları uğrunda vuruşduğu kimi vuruşmalıdır.
Xoşbəxtlik maddi sevinclərdən ibarət olsaydı, çayıra qaçan öküzləri xoşbəxt saymaq lazım idi.
İnsanların xarakterləri onların qədərləridir və insanlar layiq olduqları həyatları yaşayarlar.
Özbaşınalığın qarşısını yanğından daha tez almaq lazımdır.



Əlisa Nicatın "Dünya fəlsəfi irsindən yarpaqlar" kitabindan.

Azərbaycan ərəb istilası ərəfəsində



 7-ci əsrin başlanğıcında təqribən bütün Orta Şərq, o cümlədən Zaqafqaziya bir- biri ilə çəkişən iki qüdrətli rəqib dövlət-Bizans ilə Sasanilər İranı arasında bölüşdürmüşdü.      
      Ümumi adı “Arran” (Albaniya,Ağuan) olub,yarımmüstəqil əmirlik və ya padşahlıq şəklində İrandan asılı olan Azərbaycanın şimal rayonları daim öz daha güclü qoşunları və xəzərlərin işğalçılıq hücumlarına məruz qalmışdır;bu işğalçılardan hər biri Arran xalqını kölə halına salmağa,onun torpaqlarını və təbii sərvətlərini qarət etməyə cəhd edirdi.Bu şəraitdə Arran çox vaxt gah bir,gah digər güclü qoşunla siyasi və iqtisadi cəhətdən asılı vəziyyətdə olmuşdur.

06.01.2013

Məktəbimizin pedoqoji kollektivini "İlin ən yaxşı məktəbi "adı almağı münasibəti ilə təbrik edirik!!!


Piramidalar necə tikildi.


eAzerbaycan Aska

Səfiəddin Urməvi(1216-1294)


SƏBUHİ ƏHMƏDOV "AZƏRBAYCAN TARİXİNDƏN YÜZ ŞƏXSİYYƏT"kitabından.

Orta əsr Şərqində ən böyük musiqiçi və musiqişünasın kim olması barədə sual ortaya çıxanda, şübhəsiz, Səfiəddin Urməvinin adı çəkilir. Onun ud çalmaq məharəti haqqında müsəlman Şərqində rəvayətlər danışılırdı. Musiqi nəzəriyyəsini öyrəndikdən sonra Şərq musiqi yazılış sistemini yaradan Səfiəddin onu özünün “Kitan-əl Ədvar” əsərində təsvir etmişdir. XIII əsrdə Qütbəddin Şirazi, XIV əsrdə Əbdülqadir Marağayi və Məhəmməd əl-Curcani, XV əsrdə Əbdürrəhman Cami onun yaratdığı sistemi açan əsərlər yaratmışdır. Urməvinin əsərini türk dilində XV əsrdə Şükrullah Əhmədoğlu tərcümə etmişdir. Sonralar o, fransız dilində tərcümə olunmuşdur.
Azərbaycan tarixinə Səfiəddin Urməvi Şərq musiqi sistemini yaratmış musiqişünas, musiqi nəzəriyyəsinin bilicisi, bəstəkar, mahir ifaçı və pedoqoq kimi daxil olmuşdur.
Səfiəddin Əbdülmömin ibn Yusif Urməvi 1216-cı ildə Azərbaycanın qədim mədəniyyət mərkəzi Urmiya şəhərində anadan olmuşdur. O dövrdə bu şəhər Azərbaycan Atabəyləri dövlətinin tərkibində idi. Elm və mədəniyyətin inkişafına daim diqqət yetirən dövlət başçılarının səyləri nəticəsində şəhərdə çoxlu məktəb və mədrəsə fəaliyyət göstərirdi.