Dərs nümunələri.


Səmsəddin eldəniz копия from baxsiyeva
Şəmsəddin Eldəniz necə hökmdar oldu.

Hörmətli müəllimlər.5-ci sinifdə "Şəmsəddin Eldəniz necə hökmdar oldu"mövzusunda hazırladığım dərsi sizlərə təqdim edirəm.Dərs yeni təlim metodlarından istifadə edilməklə qurulmuşdur.Prezentasiya ilə birlikdə sizlərə dərsin planını da təqdim edirəm.Beləcə dərsin quruluşunu daha yaxşı başa düşərsiniz.
Şagirdlərim belə hazırlanmış dərsləri çox sevirlər.Oyunlar,iş vərəqlərinin tərtibatı onların işini daha maraqlı edir.Qruplar vasitəsi ilə şagirdlər tədqiqat aparır,tədqiqat sualının cavabını birlikdə araşdırır.

                                    Yüklə.

Tarix turniri.

Tarix turniri 7 sinif şagirdlərinin 1-ci yarımil ərzində öyrəndiklərini təkrarlatmaq üçün ən yaxşı vasitədir.İki 7-ci sinifdə əvvəlcədən turnir haqqında məlumat verdim.Şagirdlərimə 1-ci yarımil ərzində həm "Azərbaycan tarixi"ndən həm də "Orta əsrlər tarixi"ndən əldə etdikləri bilikləri yoxlamaq məqsədi ilə onları yarışdıracağımı bildirdim.Hər iki sinif mükəmməl şəkildə bütün mövzuları təkrarladılar.Qalib gəlmək istəyi onlara stimul verdi ,mən isə məqsədimə çatmış oldum.Yarımil proqramı şagirdlər tərəfindən mən istədiyim səviyyədə təkrarlandı.Şagirdlər isə bunu mən məcbur etdiyim üçün deyil ,öz istəkləri ilə etdilər.Turnirə salınan məntiq və maraq sualları onların çox xoşuna gəldi.Artıq 2-ci yarımilin yekunlaşdırmaq üçün onlar özləri yenə yarış keçirməyi xahiş etdilər.Beləliklə həm mən öz məqsədimə çatıram,həm də şagirdlərə yarış həyəcanı yaşadıram.

                                 Yüklə.

Çin mədəniyyəti.

Dərs Çinin mədəniyyətinə həsr olunub.Dərsdə interaktiv metodlardan istifadə olunub.Bu metodların vasitəsi ilə şagirdlərə Çinin mədəniyyəti yaxından tanıdılır.İlk dəfə kağızın,kompasın çində ixtira olunduğu vurqulanır.Konfutsi təlimi haqqında məlumat verilir.Çin səddi,Böyük İpək yolu haqqında və onun Azərbaycanla əlaqəsi haqqında danışılır.Çin memerlığı çəkillər vasitəsi ilə izah olunur.Dərsdə həm keçmiş dərsin sorğusu ,həm də testlərlə iş qruplarla aparılır.Yeni dərsin izahı motivasiya ilə başlayır.


                                                  Yüklə.


Yunanıstan mədəniyyəti.


6 sinif "Qədim dünya tarixi" fənnindən "Yunanıstan mədəniyyəti"mövzusunda Mikrosoft Pover Point proqramında hazırlanmış dərs.Dərsin hazırlanmasında internet saytlarından istifadə olunub.Dərs prosesində yeni təlim metodlarından("Karusel,Əqli hücum,testlərlə iş,xəritə ilə iş,motivasiya üsulundan )istifadə olunmuşdur.Dərsin əvvəlinda sinfin şagirdləri 4 qrupa bölünür.Keçmiş dərsin sorqusu karusel usulu ilə yaxlanılır.Testlərə qrup şəklində cavab verilir.Məqsəd-zəif şagirdlərin dərs prosesində iştirakını təmin etməkdir.Testlərin cavabını yaxladıqdan sonra"Kimdir?" və "Nədir?"oyunları keçirilir.Bəzən oyun metodları daha yaxşı effekt verdiyi üçün bu metodlardan istifadə etməyi vacib sayıram.Sonra yeni dərsin adını motivasiya metodından istifadə edərək şagirdlər özü tapır.Dərsi izah etmədən əvvəl şagirdlərə dərsin mahiyyətini təşkil edən sual verilir.İzah bitdikdən sonra onlar bu suala cavab verməlidirlər.Yeni dərs slaydlarin ardıcıllığı ilə izah edilir.Dərsin yekununda qiymətləndirmə aparılır.


                                 Yüklə.


Tarixdən yarışma


Bu işim 9 sinif şagirdlərinin ilin sonunda öz biliklərini yoxlaması üçün nəzərdə tutulub.Məqsəd 2 dənə 9 -cu sinifi yarışdıraraq onlarda həm rəqabət hissi yaradaraq daha yaxşı nəticə əldə etməkdir(yarişmada qalib gəlmək üçün şagirdlər bütün mövzuları təkrarlayırlar),həm də il boyu şagirdlərin dərsləri necə mənimsədiyi meydana çıxır.Bu yarışmada tək Azərbaycan tarixi deyil ,həm də yeni tarix, konstitusiyavə insan və cəmiyyət dərslərindən şagirdlərin mənimsədiyi biliklər yoxlanılır.Təəssüf ki mən işi tam göndərə bilmirəm çünki bundan qabaq göndərdiyim iş limiti aşdığı üçün yarımçıq getmişdir.Guman edirəm ki işimi bəyənərsiz.


                                                Yüklə.

Orta əsr Azərbaycan şəhərləri.-7 sinif

7 sinif "Azərbaycan tarixi"dərsindən "Orta əsr Azərbaycan şəhərləri" mövzusunda hazırladığım dərsi sizlərə təqdim edirəm.Dərs tədqiqat əsasında qurulub.Şagirdlərin verildiyi mövzunu özlərinin araşdırma nəticəsində öyrənmələri,daha effektiv olur.Baxdıqdan sonra rəy yazmağı unutmayın.2-ci videonun tutumu böyuk olduğundan serverə yüklənmədi,onu: http://youtu.be/IBXV4VwlIV4 adresində baxa bilərsiniz.

                                              Yüklə.


 Neft sənayesi-10 sinif.

Sizlərə 10 sinifdə "Neft sənayesi və onunla bağlı olan sahələr"mövzusunda hazırladığım dərsi təqdim edirəm.Fikirlərinizi bilmək istərdim.Dərsi yeni təlim metodlarına əsasən qurmuşam.Şagirdlər yeni dərsi tədqiqat nəticəsində mənimsəyir.Testlər oyunlar şagirdlərin dərsə marağınını artırır, nəticədə qarşıya qoyulan məqsədə çatırıq.

                                               Yüklə.


Albaniya dövləti.-5 sinif.




                                     Yüklə


Albaniya dövlətinin yaranması-6 sinif.




                                     Yüklə

Oğuz dövləti.-7 sinif.



                                                 Yüklə.

    Çin-7 sinif.



                                              Yüklə.


    Bakı xanlığı-9 sinif.


                                   Yüklə.