22.11.2014

Yeni məktəb -mənim marşrutum.II Beynəlxalq Təhsil konfransı.






Hörmətli müəllimlər "Yeni məktəb -mənim marşrutum.II Beynəlxalq Təhsil konfransı." artıq geridə qaldı.Bir çox maraqlı vebinarları,treninqləri və digər tədbirləri ilə yadda qalan bu konfransda mən də iştirak etdim.Müəllimlər üçün əsl fürsət olan bu konfransın əsas məqsədləri müəllimləri günün tələblərinə uyğun olaraq müasir təhsil metodları ilə yaxından tanış etmək,digər ölkələrin müəllimləri ilə yaxından təmasda olaraq fikir və ideyaların paylaşması idi.
Bir çox maraqlı və praktik biliklər əldə etdim.Treninqlərdə iştirak etdim və sertifikatlar qazandım.
Bu konfrans Rusiya Federasiyasının Təhsil Nazirliyi,"İntel" korporasiyası,Mikrosoft,
Polimediya,Prestigio və Moskva Beynəlxalq Təhsil salonunun dəstəyi ilə keçirildi.

10.11.2014

Arxeoloji mənbələr


Arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə uyğun olaraq xüsüsi qrupa aid edilir və aşağıdakı növlərə bölünür: 1. Əmək alətləri. 2. Silahlar. 3. Məişət əşyaları. 4. Dini-inanc xarakterli əşyalar. 5. Bəzək əşyaları. 







09.11.2014

Bayraq günü.


Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

SƏRBƏSTLƏŞDİRMƏ OYUNLARI


1.«Əşya yiyəsindən danışır»
Hər bir iştirakçı ona aid olan əşyanı əlinə götürüb, bu əşyanın
adından onun yiyəsi haqqında danışır. Başqa «əşyalar» danışana onun
yiyəsi haqqında istənilən sual verə bilərlər.

2.Qarşılıqlı təqdimatlar
İştirakçılar qruplara bölünür. Onlara özləri barədə bir-birindən
daha ətraflı və hərtərəfli məlumat almaq üçün 6 dəqiqə vaxt verilir.
Sonra qarşılıqlı təqdimatlar aparılır. iştirakçılar ən mühüm və onlara
maraqlı olan məlumatlarla istifadə edib öz müsahibinin portretini
yaradırlar.


07.11.2014

Kürdəmirdə Dövlət Bayrağı Günü qeyd edilmişdir


Noyabrın 7-də rayonun Mədəniyyət evində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi, idarə ,müəssisə, təşkilat rəhbərləri, əmək kollektivlərinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ziyalıları,ağsaqqallar,gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Mərasimdə Kürdəmir şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin ifasında "Bir kərə yüksələn bayraq, bir daha enməz" mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilmişdir.

04.11.2014

Ümumtəhsil məktəblərində fənn kurikulumlarının tətbiqi ilə əlaqədar tarix dərslərində xəritə üzərində işin təşkilinə dair

Giriş (tarix xəritələrinin təsnifatı)

Cəmiyyətin həyatı, inkişafı və dəyişməsi müəyyən bir məkan çərçivəsində baş verir. Həmin məkanın təbii-coğrafi şəraiti insanların həyat tərzinə, məşğuliyyətlərinə, mədəni inkişaf xüsusiyyətlərinə böyük təsir göstərir. Ona görə də, bu şəraitin öyrənilməsi təsərrüfatın, mədəniyyətin, dövlət quruluşunun, ictimai həyatın, daxili və xarici siyasətin inkişaf məntiqini izləməyə və onun gələcək inkişaf perspektivlərini proqramlaşdırmağa imkan verir. Buna görə də şagirdlərin cəmiyyətin inkişafının ətraf mühitdən, təbiətdən, geosiyasi amillərdən asılılığının başa düşülməsi və düzgün qiymətləndirməsi üçün onlara tarixlə bağlı təbii coğrafi amilləri müəyyən etməyə imkan verən biliklər və bacarıqlar aşılanmalıdır.