09.11.2014

SƏRBƏSTLƏŞDİRMƏ OYUNLARI


1.«Əşya yiyəsindən danışır»
Hər bir iştirakçı ona aid olan əşyanı əlinə götürüb, bu əşyanın
adından onun yiyəsi haqqında danışır. Başqa «əşyalar» danışana onun
yiyəsi haqqında istənilən sual verə bilərlər.

2.Qarşılıqlı təqdimatlar
İştirakçılar qruplara bölünür. Onlara özləri barədə bir-birindən
daha ətraflı və hərtərəfli məlumat almaq üçün 6 dəqiqə vaxt verilir.
Sonra qarşılıqlı təqdimatlar aparılır. iştirakçılar ən mühüm və onlara
maraqlı olan məlumatlarla istifadə edib öz müsahibinin portretini
yaradırlar.




3.Qeyri-verbal hədiyyə
Hərəkətlər və mimika vasitəsi ilə; mehriban hissləri və ya
hədiyyələri təsvir edib, dairə şəklində onlara ötürmək.
4.Pəncərə
Sizin aranızda heç bir səs buraxmayan çox qalın şüşəsi olan
pənxərə var. siz yoldaşınıza nə isə demək istəyirsiniz. Hər kəs
əvvəlcədən yoldaşına nə demək istədiyini müəyyən etməlidir. Bunun
üçün öz dodaqlarınızla hərəkət edib, səs çıxara bilərsiniz,
barmaqlarınızla başa sala bilərsiniz. Yoldaşınız başa düşməlidir və eyni
qayda ilə cavab verməlidir.


Mənbə:A.H.DƏMİROV   S.M.MƏMMƏDOV    Ş.N.İSMAYILOV
YENĠ TƏLİM   TEXNOLOGİYALARI VƏ   MÜASİR DƏRS