21.05.2015

ŞİRVANŞAH ŞAHƏNŞAH

Şamaxıda zəlzələ 131 vaxtı I Axsitanın arvadı və uşaqları həlak olduğundan Şirvanşahın özü təqribən 1197/7-ildə öldükdə varisi qalmadığı üçün taxta onun qardaşı I Şahənşah ibn III Mənuçöhr çıxdı. Bu Şirvanşahın hakimiyyəti dövründə onun adından zərb edilmiş sikkələrdən başqa bir abidə qalmamışdır. Şamaxı rayonundakı Altıağac kəndindən iki dəfinə tapılmışdır: bir hissəsı Ermitajda saxlanılan132 birinci dəfinə XII-XIII əsrlərə aid 346 sikkədən və 8 bilərzikdən, yarıdan çox hissəsi Bakıda Azərbaycan 311 tarixi muzeyində saxlanılan133 ikinci dəfinə isə 100 sikkədən ibarətdir. Bu iki dəfinədə Şirvanşah Şahənşahın adından zərb edilmiş azacıq gümüş qarışığı olan mis sikkələr də aşkar olunmuşdur.Üz tərəfində dini rəmz və xəlifə ən-Nasir-lidin - Allahın adı, habelə Qurandan parçalar (9,33 və 61,9-cu surələr), əks tərəfində ısə “Məhəmməd rəsulillah, əlməlik əl-müəzzəm, Şahənşah, ibn Mənuçöhr Şirvanşah” sözləri həkk olunmuşdur.134 Sikkələrin kəsildiyi tarix xəlifə ən-Nasirin hakimiyyət dövrü ilə h.575-622 (1180-1225) illə müəyyənləşdirilir. Ermitajda 7675-ci nömrəsi ilə saxlanılan sikkələrin birinin üz tərəfində “Əl-məlik əl-müəzzəm Şahənşah ibn Mənuçöhr Şirvanşah” sözləri vardır. Sikkənin qırıqlarında “beş yüz doxsan yeddi” tarixi oxunur (h.597/1201-ci il). Əks tərəfındə isə müsəlman dini rəmzi və xəlifə ən-Nasirin adı həkk olunmuşdur.135 Şahənşah, ehtimal ki, 4 il -1196-17-ci ülə (şərti olaraq, I Axsitanın öldüyü il) Şahənşahın qardaşı oğlu II Əfridınun oğlu III Fəribürzün hakimiyyətə keçdiyi 1200/1-ci il arasında hakimiyyət sürmüşdür. Şirvanşah Şahənşah III Mənuçöhrün oğlu və I Axsitanın qardaşı idi. Ehtimal ki, Axsitanı ölümündən sonra Şirvanşah taxtında I Axsitanın digər qardaşı I Fərruxzad ibn III Mənuçöhrün nəsli möhkəmlənənə qədər hakimiyyət uğrunda daxili çəkişmələr getmişdir.136 I Axsitanın bilavasitə varisi Şahənşah idi. Belə ki, Y. A. Paxamov I Axsitan və Şahənşahın sikkələrinin kimyəvi təhlili əsasında Şahənşahın hakimiyyətə başlaması ilə I Axsitanın hökmranlığının sonunun vaxt etibarilə yaxın olduğu qənaətinə gəlmişdir.137 Şahənşahın sikkələrində yalnız xəlifə ən-Nasirin adı vardır. "Məlik əl-müəzzəm" ləqəbi və Şirvanşah titulu Şirvanşahın XII əsrin sonu, XIII əsrin əvvəllərində müstəqil olduğunu göstərir. Şahənşahın hökmranlığı uzun sürməmiş və özündən sonra sikkələrdən başqa heç bir abidəsi qalmamışdır. O, 1 Axsitanın Şirvanşah taxtına göz tikən, ehtimal ki, artıq ahıl yaşlarında olan qardaşlarının taxtda bir-birini tez-tez əvəz etdikləri hərc-mərclik dövründə yaşamışdır.13S I Axsitanın ölümündən keçən qısa müddət - təqribən 8 il ərzində Şahənşah, Fəribürz və Fərruxzad hökmranlıq etmiş, bundan sonra hakımiyyət atadan oğula keçməyə başlamışdır. Ehtimal ki , D. Kuymcan kimi, Z. M. Bünyadov da ölkənin feodal pərakəndəliyi şəraitində qısa müddət ərzində - 1196/7-ci ildən 1204-cü ilədək Şirvanın ayrı-ayrı şəhər və vilayətlərində - Şamaxıda, Dərbənddə, yaxud Bakıda, Şəki və Qəbələdə 139 Axsitanın qardaşları Şahənşah, Fərrüxzad qardaşı oğlu II Fəribürzün eyni vaxtda hakimiyyət sürə bilməsinə dair mülahizələrində haqlıdır