28.03.2014

Tarixdə bu gün. 29 mart.


1803 – Gürcü çarlıqlarını ələ keçirən Rusiya qoşunları Azərbaycanın şimal-qərbinə - Car-Bəlakənə hücum ediblər. Bir ay sonra Car-Balakən Rusiyanın tabeçiliyinə keçməyə məcbur edildi. Bu, çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarının işğalının başlanğıcı idi.

Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən və əlavə materiallardan istifadə etməklə dərsin təşkili

Cəmiyyətimizin bütün sahələrində yeniliklərin tətbiq olunduğu bir dövrdə təhsilimiz də bu yeniliklərdən kənarda qalmır. Respublikamız müstəqillik, qazandıqdan sonra dünya standartlarına cavab verən bir təhsil sisteminin qurulması bu yolda dünya təcrübəsinə əsaslanan yeniliklərin tətbiq olunması bu günkü təhsilimizin təməlini təşkil edir. Yeni təlim teexnologiyalarının məktəbə yol açması, fəal təlim metodlarının təlimdə yer alması şagirdlərin təfəkkürünü inkişaf etdirərək onlardakı passivliyi aradan qaldırır. Artıq şagirlərdə sərbəst fikir formalaşdıraraq mühakimə yürütmək bacarıqları xeyli inkişaf edib. Tarix dərslərinin tədrisi zamanı daha çox şifahi nitqin formalaşması baxımından faktların səlist ifadə olunması, analiz edilərək hadisələrin inkişafının qiymətləndirilməsi şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

Azərbaycan tarixi.Nadir xan


“Qaraqoyunlu dövlətinin yaranması” mövzusunda açıq dərsin icmalı

Dərsdə vaxt bölgüsü


1. Sinfin təşkili – 2 dəq.
2. Keçmiş dərsin frontal sorğusu – 4 dəq.
3. Keçmiş dərsin fərdi sorğusu – 10 dəq.
4. Keçmiş mövzu ilə yeni mövzu arasında əlaqələndirmə – 3 dəq.
5. Yeni mövzunun izahı – 20 dəq.
6. Yeni mövzunun möhkəmləndirilməsi – 2 dəq.
7. Yeni dərsin yekunu və ev tapşırığının verilməsi – 2 dəq.
8. Şagirdlərin biliklərinin qiymətləndirilməsi – 2 dəq.

19.03.2014

Kürdəmirdə Novruz şənliyi


Həyatın,təbiətin,torpağın,ruhun oyanışı olan bahar fəsli,Novruz bayramı hər gəlişi ilə insanlara sevinc,fərəh bəxş edir.Kürdəmir rayonun sakinləridə yurdumuza qədəm qoyan baharın,qədim Novruzun xoş ovqatı ilə yaşayırlar.Bu münasibətlə martın 18-də rayonun Heydər Əliyev Parkında Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi altında keçirilmiş Novruz şənliyi bunu bir daha təsdiq etmişdir.El şənliyində rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri,idarə,müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti nümayəndələri, ağsaqqallar və ziyalılar,məktəblilər,gənclər, eləcədə rayonda məskunlaşmış məcburi köckün və qaçqınlar iştirak etmişlər.

13.03.2014

Ümumi orta təhsil səviyyəsinin Tarix fənn kurikulumunun tətbiqi

“Ümumi orta təhsil səviyyəsinin Tarix fənn kurikulumunun tətbiqi üzrə” treninqin iştirakçiları üçün
TƏLİM MATERİALI    (müəllimin iş kitabı)
Təlim strategiyası : Konstruktiv yanaşma ilə interaktiv təlim
Fatma xanım Bunyatova Özəl “İdrak məktəbi”nin direktoru Beynəlxalq trener
Bakı – 2013
Mündəricat
Bölmə.I. Kurikulum islahatı təhsil islahatının əsas komponenti kimi
-10 saat
XXI əsrin bacarıqları və kurikulum islahatı.Ön test 2 saat
 XXI əsrdə təhsilin xüsusiyyətləri və təhsil islahatını zəruri edən səbəblər.
 XXI əsrin bacarıqları. Kompetensiya anlayışı.Müəllim və şagird kompetentliyi
 “Kurikulum” anlayışı.
 Milli kurikulum konseptual sənəd kimi. Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası(Milli kurikulum) sənədinin əsas məqsədləri.
Kurikulumun əsas xüsusiyyətlərinin ənənəvi tədris proqramlarından fərqi
1.2.Kurikulum xüsusiyyətlərinin təlim-tərbiyə prosesində tətbiqi üçün müəllimin qarşısında qoyulan tələblər.-2 saat
Kurikulum struktur quruluşu və tərkibi. Azərbaycanda həyata keçirilən islahatlar və ümumi təhsil pilləsi üzrə dövlət standartları. “Standart” anlayışı.
Kurikulum xüsusiyyətlərinin təlim-tərbiyə prosesində tətbiqi üçün müəllimin qarşısında qoyulan tələblər.
Milli və fənn kurikulumu anlayışı, onların məzmun və strukturun səciyyəvi xüsusiyyətləri və ənənəvi təlim proqramlarından fərqi.
Ümumi təhsil pilləsi üzrə dövlət standartları və proqramları (kurikulumları) sənədinin məzmunu və quruluşu.
Ümumi orta təhsil səviyyəsi üzrə ümumi təlim nəticələri.
2.Fənn kurikulumlarının strukturu və məzmunu 6 saat
2.1. Tarix fənn kurikulumun strukturu və tərkibi.
 Tarix fənn kurikulumu anlayışı, onun məzmun və strukturun səciyyəvi xüsusiyyətləri və ənənəvi təlim proqramlarından fərqi.
 Tarix fənn kurikulumunun məzmununun tərkib hissələri və onların ifadəsi.
Əsas standart və alt-standartların funksiyaları və əhəmiyyəti.
2.2 Məzmun standartın bilik və fəaliyyət komponentləri.
 Azərbaycan tarixi və ümumi tarix fənlərinin məzmun standartın bilik və fəaliyyət komponentləri və onların praktiki əhəmiyyəti.
 Məzmun standartın bilik kateqoriyaları üzrə təhlili.
 Ənənəvi təlim məqsədlərin və kurikulum üzrə təlim nəticələrin müəyyən edilməsində fərq.

12.03.2014

Azərbaycan Tunc dövründə


Açıq dərs


More PowerPoint presentations from aSGuest124970


Lənkəran şə h ər 6 saylı el e ktron məktəbin ”6-b” sinfində Həbibova Elnarə Eldar qızının “Azərbaycan tarix”indən keçiriləcək açıq dərsin iş planı .

Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən və əlavə materiallardan istifadə etməklə dərsin təşkili

Cəmiyyətimizin bütün sahələrində yeniliklərin tətbiq olunduğu bir dövrdə təhsilimiz də bu yeniliklərdən kənarda qalmır. Respublikamız müstəqillik, qazandıqdan sonra dünya standartlarına cavab verən bir təhsil sisteminin qurulması bu yolda dünya təcrübəsinə əsaslanan yeniliklərin tətbiq olunması bu günkü təhsilimizin təməlini təşkil edir. Yeni təlim teexnologiyalarının məktəbə yol açması, fəal təlim metodlarının təlimdə yer alması şagirdlərin təfəkkürünü inkişaf etdirərək onlardakı passivliyi aradan qaldırır. Artıq şagirlərdə sərbəst fikir formalaşdıraraq mühakimə yürütmək bacarıqları xeyli inkişaf edib. Tarix dərslərinin tədrisi zamanı daha çox şifahi nitqin formalaşması baxımından faktların səlist ifadə olunması, analiz edilərək hadisələrin inkişafının qiymətləndirilməsi şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Bu günün müəllimi şagirdin marağını fənnin öyrənilməsinə yönəltmək üçün 5-11 siniflərdə prezentasiyalardan geniş istifadə etməlidir. Bu cür yanaşma dərslərin ənənəvi üsulla tədrisindən uzaqlaşmaqla yanaşı, şagirdlərdə fərdilik və yaradıcı yanaşmanı da inkişaf etdirir. Prezentasiyaların hazırlanması ciddi və yaradıcı prosesdir. Orada hər element düşünülərək şagirdin qavraya biləcəyi tərzdə təqdim olunmalıdır. PowerPoint proqramı dərslərdə xəritələrin, rəsmlərin, tarixi şəxslərin portretlərinin , videofraqmentlərin , dioqramların təqdim edilməsinə, internet isə bu və ya digər məlumatların tapılıb istifadə edilməsinə imkan yaradır.
Bu imkanlardan yararlanaraq milli kurikulumun tətbuq edilmədiyi 7 – 11-ci siniflərdə ənənəvi dərs prosesində İKT-dən və interaktiv təlim metodlarından istifadə şagirdlərin dərsə marağını artırmaq olar.

Azərbaycan xanlıqlar dövründə

11.03.2014

Azərbaycan tarixi.Ağqoyunlu dövləti


XIV əsrin sonu XV asrin əvvəllərində siyasi vəziyyət. Azəbaycanda feodal dövlətləri.


VI sinif Azərbaycan tarixi fənnindən “Atropatenanın qonşu dövlətlərlə münasibətləri” mövzusunda dərs nümunəsi.

Standartlar: 1.1.1. ; 3.1.2.

Məqsəd: 1. Mühüm tarixi hadisələrin xronoloji çərçivələrini müəyyənləşdirir.

2. Atropatenanın daxili və xarici siyasətini izah edir.

İnteqrasiya: Ü-t. 3.1.1; Az-d. 2.2.3.

İş forması: Kollektiv və qruplarla iş

İş üsulu: Beyin həmləsi, BİBÖ.

Resurs: Dərslik, marker, xəritə, kompyuter, slaydlar, iş vərəqləri, rəngli kağızlar,

Dərsin gedişi.
Motivasiya: Bu mərhələdə şagirdlərin diqqətini mövzuya cəlb etmək üçün beyin həmləsindən istifadə edərək lövhədən Azərbaycanın qədim dövrünün xəritəsi asılır və sual verilir: “Bu xəritə haqqında nə deyə bilərsiniz?”

08.03.2014

8 Mart qadınlar gününüz mübarək!!!

8 Mart — qadın və gözəllik bayramı kimi qeyd olunurLakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin «qadın bayramı»nın qeyd olunması daha qədim tarixə malikdir desək, yanılmarıq. Gəlin, birlikdə bu tarixə nəzər salaq.

Bəzi şeylər sevilir çünki onlar dəyərlidir, bəziləri də var ki, dəyərlidir çünki onlar sevilir. Qadınlar hər ikisinə layiqdir.Bu gün qadınların səbirsizliklə gözlədikləri günlərdən biridir.Bu gün yalnız xanımlara məxsusdur. 8 Mart beynəlxalq qadınlar günü münasibəti ilə hər bir qadını yaşından asılı olmayaraq təbrik edirik, qoy hər zaman həyatınız sevgi ilə dolu olsun.

Kürdəmirdə 8 mart bayramı qeyd olundu.



8 Mart Qadınlar bayramı təkcə bu müqəddəs insanlara göstərilən hörmət və ehtiramın deyil,eyni zamanda qadınların ictimai-siyasi həyatdakı fəallığının,analıq şərəfinin,ana müqəddəsliyinin daha bir göstəricisidir.Bu tarixi bayramın məna və əzəməti qadınlar bayramı münasibəti ilə Kürdəmir rayonunda keçirilən təntənəli mərasimdə bir daha öz təsdiqini tapdı.
Bayram mərasimində çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev bu əlamətdar gün münasibəti ilə tədbirə toplaşan qadınları və onların simasında rayonun bütün qadınlarını,analarını təbrik etdi,onlara xoşbəxtlik və sadət arzuladı.Böyük fəxrlə və qürur hissi ilə qeyd edildi ki,Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO-nun xoşməramlı səfiri,Millət vəkili Mehriban xanım Əliyevanın mənalı həyat və çoxşaxəli fəaliyyəti əsil nümunədir.
Həmçinin qeyd olundu ki, ölkənin birinci xanımının fədakarlığından ilham alan Kürdəmir rayonunun qadınlarıda uşaqların tərbiyyəsində,sosial-iqtisadi həyatda, sosial və mədəni quruculuq tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edirlər.
Bayram mərasimində Qəhrəman ana Ağxanım Mahmudovaya və Azərbaycan Bayrağı Ordenli şəhid Tahir İslamovun anası Elmira İslamovaya rayon İcra Hakimiyyəti Başçısının adından tər çiçək dəstələri və qiymətli hədiyyələr , eləcədə tədbirdə iştirak edən qadınlara təzə-tər gül dəstələri təqdim olundu.
Maraqlı keçən mərasimdə anaların,qadınların şərəfinə şeirlər,mahnılar səsləndi.Tərtib olunmuş rəngarəng konsert proqramı qadınların məclisini dahada rövnəqlədirdi.
Mərasim iştirakçıları ölkəmizdə qadınlara ,analara göstərdikləri yüksək diqqət və qayğılara görə Respublika Prezidenti İlham Əliyev cənablarına və onun xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

01.03.2014

Azərbaycan tarixi.Ərəb Xilafəti


Böyük coğrafi kəşflər və müstəmləkə işğallarının başlanması

8-ci sinif

Mövzu: Böyük coğrafi kəşflər və müstəmləkə işğallarının başlanması
Standart: 1.1.1. Oxşar tarixi faktların bas verdiyi zamandan irəli gələn fərqli cəhətləri müqayisə edir.
5.1.3. Elmi kəşf və ixtiraların dünya mədəniyyətinin inkişafına təzahürünü izah edir.
Məqsəd: 1.Müxtəlif dövrlərdəki ekspedisiyaları, onların rəhbərlərini və kəşf olunan əraziləri müqayisə edir.
2.Coğrafi kəşflərin hansı elmi və siyasi hadisələrə yol açmasını izah edir.
İş forması: qruplarla iş , kollektivlə iş.
İş üsulu: anlayışın müəyyən edilməsi, əqli həmlə,müzakirə.
İnteqrasiya: Coğrafiya, Biologiya, Fizika
Resurslar: İKT, xəritə iş vərəqləri, paylayıcı material, dərslik
Təchizat: Mimio qurğusu, kompyuter, proyektor, dəftərxana ləvazimatı
Dərsin mərhələləri
Motivasiya: