01.03.2014

Böyük coğrafi kəşflər və müstəmləkə işğallarının başlanması

8-ci sinif

Mövzu: Böyük coğrafi kəşflər və müstəmləkə işğallarının başlanması
Standart: 1.1.1. Oxşar tarixi faktların bas verdiyi zamandan irəli gələn fərqli cəhətləri müqayisə edir.
5.1.3. Elmi kəşf və ixtiraların dünya mədəniyyətinin inkişafına təzahürünü izah edir.
Məqsəd: 1.Müxtəlif dövrlərdəki ekspedisiyaları, onların rəhbərlərini və kəşf olunan əraziləri müqayisə edir.
2.Coğrafi kəşflərin hansı elmi və siyasi hadisələrə yol açmasını izah edir.
İş forması: qruplarla iş , kollektivlə iş.
İş üsulu: anlayışın müəyyən edilməsi, əqli həmlə,müzakirə.
İnteqrasiya: Coğrafiya, Biologiya, Fizika
Resurslar: İKT, xəritə iş vərəqləri, paylayıcı material, dərslik
Təchizat: Mimio qurğusu, kompyuter, proyektor, dəftərxana ləvazimatı
Dərsin mərhələləri
Motivasiya:



Gizlədilmiş sual işçi sahəyə gətirilir və sandıqdakı xəzinənin açarını tapmaq tələb olunur. Bunun üçün gizlədilmiş ifadələrdən istifadə olunur:metallara tələbat, əmtəə istehsalı,İstanbulun fəthi,qizila hərislik, tez varlanmaq, ticarətin genişlənməsi.

Anlayışın çıxarılması açar sualın tapılmasına kömək edir.

Tədqiqat sualı: Coğrafi kəşfləri zəruri edən səbəblərlə onun nəticəsi arasında hansı qanunauyğunluq var?

Tədqiqatın aparılması: Tədqiqata cəlb olunan şagirdlər üç elmi mərkəzdə qruplaşırlar.

Coğrafiya mərkəzi – aşağıdakı tədqiqatları araşdırır.

Tapşırıq 1. Krossvordu düzgün yerinə yetirsəniz, fərqləndirilmiş sahədə ilk dünya səyahətçisinin adı alınar.

Tapşırıq 2. İşarələnmiş ərazilərə ekspedisiyaları müəyyən edin.

Biologiya mərkəzi –

Tapşırıq 3. Bitkiləri Avropaya gətirilmə dövrünə görə qruplaşdırın.

Tapşırıq 4. Müstəmləkələrdən gətirilən məhsulları yaz və yoxla. Fizika mərkəzi -

Tapşırıq 5. Coğrafi kəşflərlə kosmik yeniliklər arasındakı zaman fərqini tapın.

Tapşırıq 6. Fikirləri tamamlayın.

Məlumatın mübadiləsi: Tədqiqat mərkəzlərinin liderləri lazımi vaxtda tapşırıqları təqdim edirlər.

Məlumatın müzakirəsi: Cavablar interaktiv lövhədəki düzgün cavablarla müqayisə olunur. Düzəliş və əlavələr edilir. Müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilir. Kollektivlə iş: Suallarla şagirdlərə müraciət olunur.

Hansı böyük kəşfləri tanıyırsınız? Coğrafi kəşflər hansı yeniliklərə yol açdı? Bəs hansı mənfi nəticələri oldu? Müstəmləkə anlayışını izah edin.

Movzuya dair elektron materiallara (müəllimin hazırladığı) baxılır.

Nəticə və ümumuləşdirmə: Nəticədə şadirdlər müəyyən edirlər ki, coğrafi kəşflər nəticəsində Avropa bir cox mədəni bitkilərlə tanış oldu. Dünyanın kürə şəklində olması qəti surətdə təsdiq olundu. Kosmik tədqiqatlar üçün imkanlar yarandı.

Amerika, Afrika və Asiya xalqları üçün müstəmləkə işğallarının başlanğıcı oldu.



Tapşırıq 6.

_______ telekommunikasiya peyki Azərbaycana məxsusdur.

_______ 200 il əvvəl Azərbaycan alimi ________bu materikin olduğunu göstərmişdir.

H.Kopernik_____________ nəzəriyyəsində

Nəsirəddin Tusinin _____________ əsərindən istifadə etmişdir.

cavabı tupa ilə yoxla

Yaradıcı tətbiqetmə:

Siz hansı kəşflər üzərində işlərdiniz? Niyə?

Çünki

____________________________

Mövzuya şagirdlər münasibət bildirir.

Ev tapşırığı: Araşdırın: Azərbaycana hansı bitkilər coğrafi kəşflərdən sonra gətirilmişdir.

Qiymətləndirmə meyarlar əsasında aparılır.

Yaradıcı tətbiqetmə:
ŞİRİNCAN MƏMMƏDOVA,
126 tam orta məktəbin
tarix müəllim


http://www.tehsilproblemleri.com/?p=2976