29.08.2013

Azərbaycan xalçalarında mifik quş təsvirləri

Xalçaçılıq sənəti yarandığı gündən bədii və mənəvi irsi özündə ifadə edib. Mifik görüş və inamla bağlı adət-ənənələri daim sirli rəmzlərlə müqəd-dəsləşdirib. Müəyyən inkişaf mərhələlərində xalq fantaziyası bu təsəvvürlərdən daha geniş şəkildə bəhrələnib. Xalçalar üzərində əks olunan müxtəlif realistik və abstrakt formalı təsvirlər təkcə dekorativ sənət nöqteyi-nəzərindən əhəmiyyət daşımır. Bu təsvirlər bədii zövqün inkişaf etdirilməsinə, gözəllik hissinin aşılanmasına da xidmət göstərib. 

24.08.2013

Tarix klubu II yerə layiq görüldü.

Əziz tarix klubunun üzvləri.Sizləri bloqumuzun  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən IV “Elektron Təhsil”müsabiqəsində II yerə layiq görülməsi  münasibəti ilə təbrik edirəm.


Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən IV “Elektron Təhsil” və “1 şagird : 1 kompyuter” Respublika müsabiqələrinin qalibləri 23 avqust tarixində elan edildi.

“Elektron Təhsil” müsabiqəsi

“Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli”, “Təhsildə İnternet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə keçirilən IV “Elektron təhsil” müsabiqəsində 781 layihə iştirak etmişdir. Müsabiqə üzrə onlayn müzakirələrdəwww.musabiqe.edu.az İnternet səhifəsində 2013-cü ilə qədər qeydiyyatdan keçmiş 4937 müəllim, 1616 tələbə, 4405 şagird, 570 valideyn iştirak etmişdir.

Müsabiqənin məqsədi Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının daha geniş istifadəsini stimullaşdırmaq və müəllimlər üçün bu istiqamətdə motivasiyanı artırmaqdır.

“Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə I yerə Sona Səlimova (Bakı Modern Məktəbin müəlliməsi), II yerə Çingiz Əzimov (Ağdam rayonu Quzanlı kənd tam orta məktəbin 9-cu sinif şagirdi), III yerə isə Cəsarət Əzimov (Ağdam rayonu Quzanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi) layiq görülmüşdür.
“Müəllimlırin bloqları” nominasiyası üzrə I yeri Sevil Abdulkərimova (Mingəçevir 3 nömrəli tam orta məktəbin müəlliməsi) tutmuşdur. Gülbəniz İbrahimova (Kürdəmir 1 nömrəli tam orta məktəbin müəlliməsi) II yerə, Etibar Süleymanov (Ordubad Dırnıs tam orta məktəbin müəllimi) və Şərafət Bayramov (İsmayıllı Cülyan kənd tam orta məktəbin müəllimi) III yerə layiq görülmüşlər.Birgə layihə ilə çıxış edən Dünyabəyim Eminova və Nail Fərəcov (İsmayıllı 2 nömrəli məktəb) “Təhsildə İnternet resursları” nominasiyası üzrə I yerə, Aliyə Səlimova və Anar Səlimov (Bakı şəhər, 264 nömrəli tam orta məktəb) - II yerə, Aygün Qasımova (Şəki şəhər, 5 nömrəli tam orta məktəbin müəlliməsi) – II yerə, Aydın Əbilli (Bakı şəhər, Yeni Yazarlar və Sənətçilər Qurumu) isə III yerə layiq görülmüşdür.

Qaliblərə diplomlar, noutbuklar, netbuklar, printerlər və digər xüsusi mükafatlar təqdim olunmuşdur.

21.08.2013

NAXÇIVANIN QƏDIM ŞƏHƏRLƏRI: SUMBATAN-DIZƏ

Naxçıvanin əlverişli təbii-coğrafi şəraiti və geosiyasi mövqeyi bölgədə iqtisadi münasibətlərin erkən inkişafına və sosial differensasiyaya şərait yaratmışdı. Artıq İlk tunc dövründə yaşayış məskənləri genişlənmiş, onların plan quruluşunda müəyyən qanunauyğunluqlar əmələ gəlmişdi. Əlverişli təbii hündürlükdə yerləşən dini mərkəzin – məbədin ətrafında nisbətən varlı yaşayış evləri və sənətkar emalatxanaları yerləşmişdi.

18.08.2013

Hacı Zeynal Abdin Tağıyevin ev muzeyi.

Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H.Z.A.Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.A.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) H.Z.A.Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar, 8) yataq otağı, 9) təmizlik otağı.

16.08.2013

Yenə də birinciyik!!!


15 avqust 2013-cü il tarixində Ucar rayonunda, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən Kompyuter oyunları üzrə VIII Azərbaycan Milli Çempionatının zona mərhələsi keçirildi.
Tədbir Ucar rayonunun Heydər Əliyev Mərkəzindəki internet klubunda keçirildi. 
Çempionatın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünya görüşünü, internet, kompyuter texnologiyaları sahəsində biliklərini artırmaq, eləcədə asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. 
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin məsləhətçisi Mehdiyev Elnar Heybət oğlu, Kiber İdman Federasiyasından, hakimlər Hüseyn və Fərəc iştirak etdilər. Zona mərhələsində 4 rayon (Ağsu, Şamaxı, Kürdəmir və Ucar) komandalarından 24 nəfər iştirak etdi. 
Turnir 2 oyun üzrə (Counter-Strike və FİFA 13) təşkil edildi.

 "Counter-Strike" oyununda 4 komanda mübarizə apardı və Kürdəmir rayonunun 1 saylı orta məktəbin komandası qalib oldu.Komandanın kapitanı İbrahimov Cəmil.
 

"FİFA 13" oyununda birinci yerə Ucar rayon komandasının üzvü Yaqubov Feyruz Novruz oğlu layiq görüldü.
Qaliblər diplomlarla təltif edildi və respublika final mərhələsinə vəsiqə qazandılar.


Xatırladıram ki, “Xəmsə” Milli İntellektual oyunu üzrə VI Azərbaycan Çempionatının zona mərhələsində də bizim məktəbin şagirdlərindən təşkil etdiyim komanda qalib olmuşdur.
17 aprel 2013-cü il tarixdə Ucar rayon Mədəniyyət evində Qobustan, Ağsu, İsmayıllı, Şamaxı, Ucar və Kürdəmir rayonlarından olan komandaların iştirakı ilə “Xəmsə” Milli İntellektual oyunu üzrə VI Azərbaycan Çempionatının zona mərhələsi keçirilmişdir.  VI Azərbaycan Çempionatının zona mərhələsində birinci yerə Kürdəmir, ikinci yerə Ağsu, üçün yerə isə Ucar rayonundan iştirak edən komandalar layiq görülmüşdür.
Məktəbimizə qalibiyyət gətirən hər bir şagirdi ürəkdən təbrik edir və yeni nailiyyətlər arzulayırıq.


13.08.2013

Açıq dərs-4.


General-mayor XOSROV BƏY SULTANOV

Xosrov Paşabəy oğlu Sultanov Zəngəzur mahalının Gürdhacılı kəndində dünyaya göz açmış və Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada tibb təhsili almışdır.1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökuməti kabinetində X.Sultanov Hərbi Nazir təyin edilmişdi.X.Sultanov Zaqafqaziya Seyminin və Azərbaycan parlamanının üzvü olmuşdur.X.Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin edilmişdi. Az sonra həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişdi. X.Sultanovun başçılığı ilə daşnak generalı Dronun hərbi dəstələri mayın 30-da darmadağın edildi və Azərbaycan silahlı dəstələri Xankəndi və Şuşaya daxil oldular.1923-cü ildə general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlandı. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşadı,
Almaniyada Tibb Universitetində professor vəzifəsində işləmişdir.Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov,Trabzonda məskunlaşır, sonra isə 1941-45-ci illər müharibəsi dövrü əsir düşmüş
azərbaycanlı əsgərlərin Almaniyadakı düşərgələrindən Türkiyəyə gətirilərək, xilas edilməsinə kömək etmişdir. Fəaliyyətinin son dövrü haqqında məlumat azdır.

09.08.2013

Daha bir uğur!



Məktəbimizin  ingilis dili müəllimi Məmmədova Mehribanın şagirdi İsmiyev Rüstəm  YUNESKO və Gio Sülh Fondu tərəfindən "Mədəniyyətin gücü daha yaxşı gələcək üçün" mövzusunda Gənclər üçün Beynəlxalq İnşa Müsabiqəsinin sertifikatına layiq görülmüşdür.Bu münasibətlə bizim Tarix klubunun üzvü olan Rüstəmi və Mehriban müəlliməni təbrik edir və yeni nailiyyətlər arzulayırıq.

 Dünyanın hər bir guşəsinin öz mədəniyyəti var,öz adət ,ənənələri var.Qarmoniyalı həyat təmin etmək üçün biz digər xalqların mədəniyyətini olduğu kimi qəbul etməli və hörmətlə yanaşmalıyıq. YUNESKO və Gio Sülh Fondu tərəfindən "Mədəniyyətin gücü daha yaxşı gələcək üçün" mövzusunda Gənclər üçün Beynəlxalq İnşa Müsabiqəsi elan edilmişdir. "The Power of Culture to Create a Better Future" inşa müsabiqəsinin keçirilməsində məqsəd gənclərin dünya mədəniyyətini dərk etmək,öz bacarıqlarını aşkar etmək,fikirləri ilə bölüşməkdir. Müsabiqə iki isiqamətdə keçirilirdi :14 yaşa qədər və gənclər arasında.
Müsabiqənin qalibiləri pul mükafatı ilə qiymətləndiriləcək və 2013-cü ilin noyabr ayında Yaponiyanın paytaxtı Tokio şəhərində təqdimata dəvət olunacaqlar.
1 yer:Sertifikat və 100 000 yien (1140 US$)-1 iştirakçıya.Qalib  2013 ilin noyabrında Tokioya dəvət alacaq
2 yer:Sertifikat və 50 000 yien  (570  US$)-2 iştirakçıya.
3 yer:Sertifikat və hədiyyə.-5 iştirakçıya.
Əlavə hədiyyələr:Sertifikat və hədiyyə-25 iştirakçıya.
 Bütün qaliblər 2013 ilin noyabr ayında  YUNESKO və Gio Sülh Fondunun  rəsmi saytlarında elan olunacaq. (www.goipeace.or.jp) , (www.unesco.org/youth) Hədiyyələr və sertifikatlar qaliblərə dekabr ayında göndəriləcək.
Biz isə Rüstəm,sənə noyabrda Yaponiyaya sənin getməyini və qalib olmağını arzulayırıq.Səsin və sorağın həmişə ucalardan gəlsin. 

08.08.2013

Məktəbimiz ilin ən yaxşı ümumtəhsil məktəblərindən biri seçilib.


Əziz müəllimlər və şagirdlər!Məktəbimizin bu ilin (2013) "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin  qalibi olmağı münasibəti ilə sizləri təbrik edirik.Bu bizim üçün çox şərəfli və qürurverici bir hadisədir.Bu münasibətlə xüsusi olaraq məktəbimizin direktoru Nəsirov Vüqara,dərs hissə müdiri Məmmədov Rəfaelə və məktəbimizə bu sevinci yaşatmaq üçün çalışıb əziyyət çəkən hər bir şəxsə öz dərin minnətdarlığımızı bildiririk.İnanırıq ki,gələcəkdə də,Kürdəmir 1 saylı tam orta məktəb öz nəaliyyətləri ilə bizləri daim sevindirəcək.
Məktəbimizin kollektivi adından  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə,  Təhsil Nazirliyinə və Rayon Təhsil şöbəsinə  öz dərin minnətdar-lığımızı bildiririk.  


"Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan,

Ramazan bayramınız mübarək!


 Müsəlman aləminin ən müqəddəs bayramlarından biri olan Ramazan bayramı bu il də öz gözəlliyi və bərəkəti ilə xalqımıza öz sirrlərini ərməğan etdi. Uzun və isti yay günlərinə təsadüf edən bu gözəl günlər, çox-çox insanların ruhlarını saflaşdıraraq, Allah qarşısında borclarını verməyə, günahlarından azad olmağa kömək etdi. Bu uzun və isti yay günlərində günün böyük hissəsini ac, susuz və orucluğun tələb etdiyi bir çox məhrumiyyətləri insana yaşatdıqca, çətin günlərin və çətinlikdə yaşayanların hisslərini hamıya duyurdu. Uzaqda, başqa məhrumiyyətlərlə həyat sürənlərin hisslərini yaşatdı. Bundan tərbiyəvi əhəmiyyət dərk edərək, insanları başa sala bildi ki, pis əməllərdən çəkinsinlər ki, hansı məhrumiyyətlərin onları gözlədiyini anlasınlar. Daha neçə-neçə sirlərini açdı bəşər övladına. Sonda isə nemətləri düzdü onların qarşısına. 

Bütün Azərbaycan xalqını və bütün müsəlman dünyasını bu müqəddəs bayram münasibəti ilə təbrik edir, onlara can sağlığı, uzun ömür və firavan yaşayış arzu edirik. Allah bu müqəddəs bayramınızı mübarək eləsin!

07.08.2013

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlmişdir


Dövlət Başçısı əvvəlcə Kürdəmir şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidentinə Heydər Parkında və Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.


Bildirildi ki, parkda iki fəvvarə kompleksi yaradılmış, şəlalə inşa olunmuş, 300 yerlik yay kinoteatrı, avtokartinq, uşaq əyləncə mərkəzi, mağaza, ana və uşaq kafesi tikilmiş, karusel quraşdırılmışdır. Burada Gənclər Mərkəzi də fəaliyyət göstərir.



05.08.2013

Babilər hərəkatı

Babilər hərəkatı - 1844 - 52-ci illərdə İranda (Mazandaran və Neyrizdə) və Cənubi Azərbaycanda Babın dini-siyasi təliminə - babizmə əsaslanan hərəkat.Kişilərin və qadınların bərabərliyi ideyası qadınları da babizmə cəlb etmişdir.Qəzvin şəhəri (Cənubi Azərbaycan)müctəhidinin qızı Zərrintac babilər arasında böyük hörmətə malik idi. Özünün alovlu çıxışları və lirik şerləri ilə o, Qəzvində
babilərin sayının artmasına səbəb olmuşdur.