24.02.2017

Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə Xocalı soyqırımı faciəsi yad edildi.


Bu gün məktəbimizdə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar matəm mitinqi keçirildi. Tədbirdə 8b sinif şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəbin direktoru Vüqar Nəsirov soyqırımla bağlı məlumat verdi.

20.02.2017

Bermud üçbucagında tapıntı.

Bermud üçbucağında yaşı 200 000 olan nəhəng sualtı kompleks aşkar edilib.Alimlərin fikrincə bu kompleks 50 000 il əvvəl batıb.Ən maraqlısı odur ki ,bu qurğunu kim yaradıb.Professor-okeanoloq doktor Robetr Ballard dümişdir:"Əyər bu qurğu insan əli ilə düzəldilibsə  bu halda biz bu səviyyəyə çatmalıyıq.Müasir texnologiyalar belə bunu yaratmağa qadir deyil."

18.02.2017

Tapşırıq:qədim dövr.



                   Keçid:Tapşırığa başla

İntellektual oyun.


     Kecid:  Oyuna başla

Dərs nümunələri:Neft sənayesi və onunla bağlı olan sahələr


Ən yaxşı müəllimin dərs nümunəsi
 Şirincan MƏMMƏDOVA,
Bakı şəhəri T.Heybətov adına 126 nömrəli tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015) qalibi

Ümumtəhsil məktəblərində tədris olunan hər bir fənnin özünəməxsus imkanları və qarşıda duran vəzifələri vardır. Bu baxımdan, gələcək nəslin hərtərəfli vətəndaş kimi formalaşmasında tarix fənninin üzərinə daha böyük vəzifələr düşür. Bu, bir tərəfdən fənnin öz məqsədləri ilə bağlıdırsa, digər tərəfdən ölkəmizin geosiyasi və geocoğrafi məkandakı yeri ilə əlaqədardır. Belə ki, şimalla cənubun, şərqlə qərbin qovşağında yerləşən, xarici maraqların toqquşduğu bir bölgənin ayıq düşünən vətəndaşını yetişdirmək biz müəllimlərdən ikiqat məsuliyyət tələb edir. Təsadüfi deyil ki, Abasqulu ağa Bakıxanov yazırdı: “Tarix elə bir danışmayan natiqdir ki, gələcəkdə baş verə biləcək hadisələri keçmişin libasında bir ibrət kimi insanların nəzərinə çatdırır”.

Ona görə də mən tarixdən keçdiyim hər bir mövzuya şagirdin dərketmə fəallığı baxımından yanaşıram. Axı həqiqəti dərk etməyin praktik yolu konkret müşahidədən mücərrəd təfəkkürə, ordan da praktikaya keçid hesab olunur. Bu baxımdan, şagirdlərin vaxtaşırı muzeylərə, tarixi yerlərə ekskursiyaya aparılması xeyli kömək edir. Belə ki, ibtidai siniflərdə şagirdlər daha çox nağıl, hekayə və şeir öyrənirlər. Yuxarı siniflərə keçdikdə isə onlarda çox vaxt hadisələri tarixi fakt, gerçəklik kimi deyil, bir nağıl kimi qavramaq meyli hiss olunur. Elə buna görə də inteqrasiya imkanları şagirdləri məhz bu tendensiyadan uzaqlaşdırır, həyati düşüncəyə təhrik edir.

Mən dərslərimi müasir metodlarla, interaktivlik əsasında keçməyə çalışıram ki, şagirdlərin biliklərə yiyələnməsində yüksək nəticə əldə edə bilim. Bu baxımdan X “b” sinfində keçdiyim “Neft sənayesi və onunla bağlı sahələr” mövzusunda dərsin icmalını təqdim edirəm:

Metodika:Tarix dərslərində şagirdlərin yazılı nitq bacarığının inkişaf etdirilməsi imkanları

İlhamə MƏMMƏDOVA,

Astara şəhər Ceyhun Babayev adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi 

Yazı savadının şüura təsirindən bəhs edən alimlər təsdiq edirlər ki, danışıq dilini yazıda ifadə etmək bacarığı təfəkkür qabiliyyətinə böyük təsir göstərir. Lurianın məşhur nəzəriyyəsinə görə, yazı mədəniyyəti olmayan xalqlar dünyadan xəbərsiz, dar düşüncəli, yalnız işlətdikləri dil çərçivəsində fikirləşməyə qabil olan insanlar olur. Oxuyub-yazmağı bacaran xalqlar isə, əksinə öz fikirlərini yazıb saxlaya bilir, onları müzakirə edir, təkmilləşdirir. Beləliklə, düşüncə və təfəkkürün yeni inkişaf səviyyələrinə qalxırlar.

Dərs nümunəsi:Quba xanlığı - Şimal-Şərqi Azərbaycan dövləti.

İlqar ABDULLAYEV,
Bakı şəhər Məktəb-lisey kompleksinin tarix müəllimi

VIII sinif
Mövzu: Quba xanlığı - Şimal-Şərqi Azərbaycan dövləti.
Standart:
3.1.2. Dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini dəyərləndirir.
4.1.1.Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin (Şah I İsmayıl, şah I Təhmasib, şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, Hacı Çələbi) fəaliyyətini dəyərləndirir.
Məqsəd:
1. Quba xanlığının xarici siyasətini Azərbaycanın mövqeyindən dəyərləndirir.
2. Qubalı Fətəli xanın Azərbaycan dövlətçiliyində oynadığı rolu və fəaliyyətini dəyərləndirir
İş forması: Kollektiv və qruplarla iş.
İş üsulu: Beyin həmləsi, müzakirə, mühazirə.
Resurslar: Dərslik, iş vərəqləri, marker, İKT vasitələri, xəritə, göstərici.
İnteqrasiya:
Ümumi tarix, standart 1.1.3;
Coğrafiya, standart 3.2.1.
Dərsin gedişi:
Salamlaşmadan sonra şagirdlərdə fəallaşma və araşdırılacaq problemə maraq yaratmaq üçün motivasiya qurulur.
Motivasiya:
Motivasiya zamanı şagirdlərə Quba ilə bağlı slayd vasitəsi ilə müxtəlif şəkillər təqdim edilir. Öncə xanlığın yerləşdiyi yerə aid suallar verilərək coğrafiya fənninə inteqrasiya olunur. Sonra isə şagirdlərə ümumiyyətlə Quba xanlığının yaranma tarixi haqqında suallarla müraciət edilir. Motivasiya şagirdlərlə dialoq şəraitində və slaydların nümayişi ilə keçir.
Bu zaman Qubanın və Fətəli xanın şəkilləri göstərilir və sinfə sualla müraciət edilir:
– Bura haradır?