29.09.2013

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Azərbaycan Respublikası təhsil nazirinin

2 sentyabr 2013-cü il tarixli 792 nömrəli

əmri ilə təsdiq edilmişdir


Bu müvəqqəti Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında 3 iyun 2010-cu il tarixli 103 nömrəli və "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasının təsdiq edilməsi haqqında" 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarlarının icrasını təmin etmək məqsədilə tətbiq edilir.

1. ümumi müddəalar

1.1. Ümumi təhsil məktəblərinin yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni məktəbdaxili qiymətləndirmə sistemi tətbiq olunur.


1.2. Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir.

2. Diaqnostik qiymətləndirmə

2.1. Diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində təhsilalanların bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır.

2.2. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir.

AZərbaycan ərazisində ən qədim insan məskəni Qarabağdadır.





22.09.2013

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun Az.TV-nin "Günün nəbzi" proqramına müsahibəsi (17.09.2013)


62 sayli mekteb-lisey. Tarix fenninden Marağa resedxanasi mövzusunda açıq dəs


Qaya və xalça üzərində “Yallı” izləri

 Savalan Fərəcov."Mədəniyyət" qəzeti.
Azərbaycan tarixən Yaxın Şərqin mədəniyyət mərkəzlərindən biri olub. Bunu arxeoloji qazıntılar zamanı aşkarlanan bədii tərtibatlı maddi mədəniyyət nümunələri də təsdiq edir. Qədim dövr sənətkarlarının yaradıcılıq məhsulu olan əşyalar və süjetli kompozisiyalar qədim tayfaların həyat tərzindən, dini inanclarından xəbər verən dəyərli mənbələr sayılır. Qaya, keramika, metal və xalça üzərində təsvir olunan qədim naxış və kompozisiyalar mədəni mirasımızın özəlliklərini əks etdirir.

16.09.2013

Bu gün Azərbaycanda Bilik Günüdür.

Bu gün Azərbaycanda yeni dərs ili başlayır. Sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün, yeni tədris ilinin ilk dərs günü sentyabrın 16-na təsadüf edir. 




Yeni dərs iliniz mübarək əziz şagirdlər,hörmətli müəllimlər!Yeni dərs ilinə məktəbimiz 2012-2013 ilin ən yaxşı ümumtəhsil məktəblərindən biri kimi qədəm qoydu.Arzu edirəm ki,bu uğurlar silsilə ilə davam etdirilsin.Həm müəllimlərimiz,həm də şagirdlərimiz məktəbimizi öz uğurları ilə sevindirsin.Bu yeni dərs ilində sizlərə yeni-yeni nailiyyətlər arzulayıram.

07.09.2013

Kürdəmir müəllimlərinin sentyabr konfransı keçirildi



Sentyabrın 5-də Kürdəmir rayonunun Heydər Əliyev Mərkəzində rayonun təhsil işçilərinin sentyabr konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Daha sonra konfrans öz işinə başlamışdır. Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Tacəddin Novruzov “2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr haqqında” mövzusunda geniş məruzə ilə çıxış etdi. Sonra konfransın işi məruzə ətrafında müzakirələrlə davam etdirildi.Kürdəmir şəhər 1 saylı məktəbin direktoru Nəsirov Vüqar,Şəhər 3 saylı məktəbin ədəbiyyat müəllimi Musayeva  Əsbət müəllimə və şəhər 1 saylı məktəbin müəllimi İbrahimova Gülbəniz müəllimə çıxış etdilər.
Məruzə və çıxışlarda qeyd edilib ki, 2012-2013-cü dərs ilində rayonda 58 ümumtəhsil məktəbi, o cümlədən 43 tam, 12 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərib. Ölkə rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Respublikanın bütün bölgələrində olduğu kimi Kürdəmir rayonunda da son illərdə təhsilin inkişafı istiqamətində xeyli iş görülüb, 6 yeni məktəb binası tikilib istifadəyə verilib, hazırda 4 yeni məktəb binası – Cəyli kəndində 280, Şilyan kəndində 360, Sığırlı kəndində 640, Köhünlü kəndində 220 şagird yerlik yeni məktəb binaları açılışa hazırlanır. Eyni zamanda rayonun Xınıslı və Mürtülü kəndlərində 180 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanması üçün hazırlıq işləri aparılır.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev və Azərbaycan Respublikası Təhsil Nazirliyinin kənd məktəbləri üzrə idarə rəisi Aydın Əhmədov konfransda çıxış edərək, müəllimlərə yeni dərs ilində uğurlar arzuladılar.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev 2013-cü ildə ali məktəblərə yüksək balla daxil olmuş məzunlara və bir qrup qabaqcıl təhsil işçilərinə mükafatlar təqdim etdi.
Konfransın qətnaməsi oxunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon müəllimləri adından müraciət qəbul olundu.

06.09.2013

KÜLTƏPƏ II

Naxçıvan ş.-ndən 12 km şm.-da, Babək r-nunun Yuxarı Uzunoba k. Yaxınlığında e.ə. 4–1-ci minilliklərə aid yaşayış yeri. Bu abidə vaxtilə təbii dağıntıya məruz qalmış, onun böyük bir hissəsi Cəhriçay tərəfindən yuyulmuşdur. Hazırda yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 3 ha.-dır.