31.05.2014

Amerikada ingilis müstəmləkələri.


Колумбун Америка сащилляриня 1492-жи илдя етдийи илк сяфя-
риндян беш ил сонра Жон Кабот адлы бир венесийалы тажир Инэилтяря кра-
лынын тапшырыьы иля индики Нйуфаундлендя чыхмышды. Сонралар Инэилтяря Шимали Америкайа юз иддиаларыны ясасландырмаг цчцн Каботун сяйащятиня чох истинад едирди. Щамфрей Эиберт адлы бир шяхс 1578-жи илдя
кралича Йелизаветадан Йени Дцнйада башга Авропа дювлятляринин
щялялик иддиа етмядикляри “бцтпяряст вя барбар” торпагларыны мяс-
кунлашдырмаг цчцн патент алды. Эиберт дяниздя батдыгдан сонра
онун юэей гардашы Валтер Ралейщ бу иши давам етдирди. 1585-жи илдя
о, Шимали Америкада Шимали Каролина сащилиндя Поупоук адасында
илк вя гыса мцддятли Британийа мяскянини йаратды. XVII ясрдян Ав-
ропадан Шимали Америкайа бюйцк мцщажир ахыны башлайыр. Цч йцз
илдян артыг давам едян бу щярякят бир нечя йцз инэилис мяскунунун
эялишиндян милйонларла кючэцнцн ахынына чеврилди. Эялянляр гитянин
шимал щиссясиндя йени бир мцстямлякя йаратдылар.

30.05.2014

Kürdəmir Şəhər 1 saylı məktəbdə Son zəng.


Doğma məktəbdən, sevimli müəllimlərdən və sinif yoldaşlarından ayrılığın kədərli notlarını, eləcə də böyük həyata çağırışın sədalarını özündə əks etdirən ənənəvi “Son zəng” mərasimi mayın 30-da Kürdəmir rayonunda da təntənə ilə qeyd olunmuşdur.
Rayonun ən qocaman və nümunəvi təhsil ocaqlarından biri, öz uğurları ilə sayılıb seçilən Tofiq İsmayılov adına Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə də həmin gün xüsusi canlanma, çal-çağır sədaları diqqəti cəlb edirdi. Müəllimlər və şagirdlər, valideynlər, rayon ictimaiyyətinin nümayəndələri “Son zəng” mərasiminə toplaşmışdılar. Əllərində əlvan gül-çiçək dəstələri tutmuş, təmiz və səliqəli geyinmiş onbirincilər və eləcə də onları təbrikə gəlmiş birincilər və onların valideynləri daha həyacanlı görünürdülər. Ümumiyyətlə, sevinc dolu həyəcan qəlblərə, duyğulara hakim kəsilmişdir.
“Son zəng” mərasimini giriş sözü ilə açan məktəbin direktoru Vüqar Nəsirov əlamətdar gün münasibətilə tədbirə gələnləri, o cümlədən orta məktəbi bitirib böyük

27.05.2014

28 May - Respublika Günü münasibətilə Kürdəmirdə konfrans kecirildi

Mayın 27-də rayonun Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə “Şərqin ilk demokratik Respublikası-Azərbaycan Xalq Cümhuryyəti” mövzusunda konfrans keçirilmişdir.
Konfransda rayon rəhbərliyi , hüquq-mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar və ziyalılar, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuşlar.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Respublika günü ilə əlaqədar məruzə etmişdir.
Mərasim iştirakçıları Xırdapay kənd tam orta məktəbinin tarix müəllimi İnqlab Rəsulovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ilkin tarixi şərtləri”, Şilyan kənd tam orta məktəbinin tarix müəllimi Xidmət Əhmədovun “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət kimi”,Kürdəmir şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimovanın “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın Dövlətçilik tarixində yeri və rolu”, YAP Kürdəmir rayon təşkilatının gənclər üzrə təlimatçısı Məhəmməd Heydərlinin “Azərbaycan Xalq Cümhuriyyəti və Müstəqil Azərbaycan” mövzularında çıxışlarını dinləmişlər.

20.05.2014

Azərbaycanda müəllimlərin etik davranış qaydaları təsdiqlənib

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov "Müəllimlərin etik davranış qaydaları"nı təsdiq edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu qaydalar bütün növ təhsil muəssisələrində işləyən müəllimlərə şamil edilir.

Qaydaların tətbiqində əsas məqsəd təhsil muəssisələrində saglam işgüzar durumun bərqarar olmasına, vətəndaşların təhsil müəssisəsinə va muəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin va cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin va şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının va maraqların toqquşmasının qarşısının alınmasına və muəllim nüfuzunun yuksəldilməsinə nail olmaqdır.

16.05.2014

Orta əsrlər Azərbaycan dövlətçilik tarixində Şirvanşahlar dövlətinin rolu

Şirvanşahlar dövlətinin yaradıcısı Heysəm ibn Xalid Yezid ibn Məzyədin nəvələrindən idi, ona görə də sülalə Məzyədilər (861-1108) adlanırdı. Akademik Z.M.Bünyadov "Azərbaycan Atabəyləri dövləti" əsərində Şirvanın tarixinə dair geniş tədqiqat işi aparmışdır. Z.Bünyadovun fikrincə, öyrənilməsinə yüz il əvvəl başlansa da, Azərbaycanın şimal-şərq hissəsinin - Şirvanın tarixi ən az tədqiq edilmişdir.Şirvanın (və ya Şirvanşahlar dövlətinin) digər müsəlman aləmindən seçilib ayrılması, yerli tarixi salnamələrin olmaması və ərəb, fars, gürcü dilindəki tarixi əsərlərdə, Y.A.Paxomov və Ə.Ə.Əlizadənin yazdıqları kimi, tarixi materialların azlığı - bütün bunlar tədqiqatçıların işini məhdudlaşdırmış, buna görə də onlar bir çox məsələləri fərziyyələr şəklində izah etməyə məcbur olmuşlar. 

13.05.2014

İsgəndər bəy Münşi “Tarix-i alemarayi-Abbasi”


İsgəndər bəy Münşi 
“Tarix-i alemarayi-Abbasi” 
(Abbasın dünyanı bəzəyən tarixi)Kitab Səfəvi dövrünün ən məşhur müəlliflərindən biri olmuş və I Şah Abbasın sarayında xidmət etmiş görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Türkmanın farsca yazdığı “Tarixi aləmara-yi Abbasi”(Abbasın dünyanı bəzəyən tarixi) adlı üç cildlik əsərin birinci cildinin Azərbaycan dilinə tam tərcüməsidir. Mənbənin bu cildi Səfəvi sülaləsinin əcdadları, Azərbaycan Səfəvi dövlətinin yaranması və inkişafı , ilk dörd Səfəvi şahının ( I İsmayıl, I Təhmasib, II İsmayıl və Məhəmməd Xudabəndə ) hakimiyyəti haqqında qiymətli məlumatlar verir və 1587-ci ildə , I Şah Abbasın hakimiyyətə gəlməsi ilə sona çatır. Vətənimizin, qonşu ölkələrin və bir sıra Yaxın və Orta Şərq ölkələrinin tarixini öyrənmək baxımında böyük əhəmiyyət kəsb edən yazdığı “Tarixi aləmara-yi Abbasi” ilk dəfədir ki, Azərbaycan dilində işıq üzü görür.


09.05.2014

Qələbə günündə qələbə arzusu.



Mayın 9-da rayonun Qələbə parkında alman faşizmi üzərində qələbənin 69-cu ildönümü münasibətilə 1941-45-ci illərdə Böyük Vətən Müharibəsində iştirak etmiş kürdəmirli veteranlarla birgə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi,müharibə veteranları,hüquq-mühafizə orqanlarının , idarə , müəssisə və təşkilatların rəhbərləri ,pedaqoji kollektivlər, mədəniyyət və səhiyyə işçiləri,ümumtəhsil məktəblərinin şagirdləri Böyük Vətən Müharibəsində həlak olmuş kürdəmirlilərin xatirə abidəsi kompleksi önünə topalaşmışlar.

İkinci Dünya müharibəsi



İkinci Dünya Müharibəsi — XX əsrdə baş vermiş iki dünya müharibəsindən ikincisi. Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. 
Lakin müharibədən əvvəlki çatışmalar da nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.
İkinci dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.

08.05.2014

Şuşa həsrəti.

  "Şuşasız,Ağdamsız,ümumiyyətlə Qarabağsız  Azərbaycan yoxdur."Heydər Əliyev, ümummilli lider .


   Şuşanın dağları başı dumanlı, 
Dərdindən ölməyə çoxdur gümanlı...
 

Ustad Xan Şuşinskinin yazdığı və oxuduğu bu mahnını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir. Çünki əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan da dumanlar alıb. Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunub. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, о cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı "Gövhər ağa məscidi", Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Ü. Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri belə düşmən gülləsinə tuş gəlib... Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasından didərgin düşən qaçqınlar yenidən öz yurdlarına qayıdacaqdır. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq "Xanın səsi", "Qarabağın şikəstəsi...“ 

07.05.2014

Roma imperiyasının süqutu.



Roma1 from ayxan12

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə möhtəşəm konsert keçirildi



Mayın 6-da Kürdəmir şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayon İcra Hakimiyyəti və Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkəti maraqlı konsert proqramı təşkil etmişlər.
Bayram konsertində rayon rəhbərliyi, Respublikamızın tanınmış incəsənət ustaları və rayon sakinləri iştirak etmişlər.
Rayon sakinlərinin coşğusu ilə qarşılanan konsert proqramında xalq artistləri Bilal Əliyev, Səməd Səmədov, əməkdar artistləri Mətanət İsgəndərli, Vasif Məhərrəmli, Teymur Əmrah, müğənnilər Elşad Qarayev, Rəvan Qarayev, Günay İbrahimli və digər mədəniyyət xadimləri çıxış edərək kürdəmirliləri bayram münasibətilə təbrik ediblər.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.

Kürdəmirdə Gül bayramı qeyd olundu


Mayın 6-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayonun Heydər Əliyev Parkında keçirilən Gül bayramında Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ,rayonun hüquq-mühafizə orqanlarının, idarə ,müəssisə və təşkilatların rəhbərləri ,pedaqoji kollektivlər, mədəniyyət və səhiyyə işçiləri,ümumtəhsil məktəblərinin şagirdləri , rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bayram iştirakçılarını salamladı,onları bu əlamətdar gün münasibətilə təbrik etdi və dahi rəhbər,Ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi yolunda onlara uğurlar arzuladı.
Bu fərəhli günlərdə diqqəti cəlb edən bir məqamda odur ki, Gül bayramı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Kürdəmirdə aparılan yeni quruculuq ,tikinti-abadlıq işlərinin fonunda daha əzəmətli,daha cazibədar görünürdü.

06.05.2014

Qladiatorlar haqqında

Qladiator latın sözü “qladius” sözündən götürülüb və qılınc adlanır. Qədim Romada bir-birlərinə, vəhşi heyvanlara qarşı vuruşdurmaq üçün hazırlanan daha çevik , güclü qullara deyilirdi.

Qladiatorların döyüşü öz başlanğıcını qədim etruskların dəfn mərasimlərindən götürüb. Romalılar etruskların milli adət-ənənələrinin bir qoluna əsaslanaraq döyüş növünü yaradıblar. Qədim Yunan tarixçisi Tit Livinin yazdığına görə, qladiatorların ilkin döyüşü bizim eradan əvvəl 264-cü ildə Romada Brut Perenin dəfnində olub. Romalılar bu oyunu ―Ahirət oyunları adlandırırdılar. Rəsmi adı ―munu , yəni ―borc, ölənlərin qarşısında dirilərin borcu. Zaman keçdikcə, etruskların ənənəsi burada da davam etdirildi. Nəhayət, b.e.ə. I əsrdə əyləncəli və tərbiyələndirici əhəmiyyətə malik tamaşaya çevrildi. Daha sonra əyalət canişinləri, sərkərdələr, həmçinin, imperatorlar yeni rütbə əldə etdikdə təşkil olunan bayram şənlikləri sırasında qladiatorlar döyüşü də yer aldı. Hətta, oyunların keçirilməsi üçün amfiteatrlar inşa edilməyə başladı.

04.05.2014

Afina.


Afina - müasir Yunanıstanın paytaxtı. Afina şəhər ilahəsi -qoruyucusunun şərəfinə belə adlandırılmış ən qədim şəhərlərdən biridir. Afina e.ə.II minilliyin sonlarında Orta Yunanıstanın cənub-şərqində yerləşən Attika vilayətində salınmışdır. Attika vilayətinin təbii şəraiti arpa, üzüm və zeytun ağacları becərmək üçün əlverişli idi. Buna görə də burada üzümçülük, şərabçılıq inkişaf etmişdi; burada istehsal olunan yüksək keyfiyyətli zeytun yağı geniş ərazilərdə məlum idi. Külli miqdarda keyfiyyətli gilin olması Attikada dulusçuluq sənətinin inkişafına səbəb olmuşdu. Afina sənətkarları şəhərin Keramik adlanan rayonunda məskunlaşdılar ("keramika " sözü buradan yaranıb). Afina sənətkarlarının düzəltdikləri amforalar xüsusilə məşhur idi. Pirey adlı əlverişli liman da Afina yaxınlığında yerləşirdi. Buraya taxıl, taxta-şalban və qul
gətirirdilər. Qulların gümüş çıxardıqları Lavrion mədənləri də Attikada yerləşirdi.

03.05.2014

Şəkidə "Tarixin canlı səhifələri" adlı festival keçirilib

Şəki şəhəri “Xan sarayı”nda MDB məkanında ilk dəfə olaraq tarixi rekonstruksiya formatında təşkil edilmiş "Tarixin canlı səhifələri" adlı Gənclər Festivalı keçirilib.