09.05.14

Qələbə günündə qələbə arzusu.



Mayın 9-da rayonun Qələbə parkında alman faşizmi üzərində qələbənin 69-cu ildönümü münasibətilə 1941-45-ci illərdə Böyük Vətən Müharibəsində iştirak etmiş kürdəmirli veteranlarla birgə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi,müharibə veteranları,hüquq-mühafizə orqanlarının , idarə , müəssisə və təşkilatların rəhbərləri ,pedaqoji kollektivlər, mədəniyyət və səhiyyə işçiləri,ümumtəhsil məktəblərinin şagirdləri Böyük Vətən Müharibəsində həlak olmuş kürdəmirlilərin xatirə abidəsi kompleksi önünə topalaşmışlar.



Mərasimə gələn rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Vətən Müharibəsi veteranları ilə səmimi görüşərək onları ürəkdən salamlamış,hər birinə uzun ömür ,can sağlığı arzulamış , onların istək və problemlərilə maraqlanmış,adiyyatı təşkilatlara müvafiq tapşırıqlar vermişdir.
Sonra Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı adından Böyük Vətən Müharibəsində həlak olmuş kürdəmirlilərin xatirə abidəsi kompleksi və həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstü önünə əklillər və tər çiçəklər qoyulmuşdur.
Mərasimdə “Gənc Heydərçilər” müharibə veteranlarını ədəbi-bədii kompozisiya ilə salamlamışlar.Bayram iştirakçıları rayon incəsənət ustalarının ifa etdikləri vətənpərvərlik mahnılarını da maraqla qarşılamışlar.
Tədbirdə rayonun Böyük Vətən Müharibəsi veteranları adından rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərova təbrik mıəktubu oxunmuşdur.
Yekunda rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən Böyük Vətən Müharibəsi veteranlarına maddi yardım göstərilmiş,eyni zamanda tədbirdə iştirak edə bilməyən xəstə müharibə veteranlarına baş çəkilmiş,onlara şəfa dilənmiş və bayram münasibətilə təbrik edilmişlər.Veteranlardan bir qrupu rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşmüş,onlara keçdikləri döyüş yolundan söhbət açmış və onların yaşam şəraitilə tanış olmuşlar.
Keçirilən tədbirlərdə belə bir arzu və istək səslənmişdir ki, müasir , müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Respublika Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyevin fədakarlıqla apardığı siyasət nəticəsində erməni faşistləri tərəfindən işğal olunmuş dədə-baba yurdlarımızda qələbəmizi tezliklə qeyd edəcəyik.