27.09.2014

Ümumi TarixAzərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ümumi tarix kurikulumu (VI-IX siniflər)



1. Ümumi tarix fənni üzrə ümumi təlim nəticələri

Ümumi orta təhsil səviyyəsi (VI-IX siniflər) üzrə  şagird:
          tarixi dövrləri və sivilizasiyaları xarakterik əlamətlərinə görə fərqləndirir, tarixi şəxsiyyətləri, hadisələri və faktları dövr baxımından qiymətləndirir, onlara münasibət bildirir;
          tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin inkişaf istiqamətlərini, ictimai, iqtisadi, siyasi prosesləri müqayisə edir, nəticə çıxarıb mülahizələrini şərh edir;
          müxtəlif tarixi mənbələri araşdırmaqla lazımi materialları toplayıb sistemləşdirir və təqdim edir.

Azərbaycan Tarixi Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-IX siniflər)


1.  Azərbaycan tarixi fənni üzrə ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə  şagird:
           tarixi hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nəticə əlaqələrini izah edir;
           sivilizasiyaların formalaşmasında, dünya mədəniyyətinin, incəsənətinin inkişafında Azərbaycanın rolu və mövqeyi barədə mülahizələrini bildirir;
           tarixi fakt və hadisələrə, tarixi şəxsiyyətlərə və onların fəaliyyətinə münasibət bildirir, onları müvafiq dövr baxımından qiymətləndirir.
 Tam orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə  şagird:
           Azərbaycanın tarixi keçmişi və müasir dövrü haqqında zəruri biliklərə malik olduğunu nümayiş etdirir;
           tarixi hadisə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və ona münasibət bildirir;
           tarixi informasiyaları toplayır, sistemləşdirir, təhlil edir və nəticələri  barədə  təqdimatlar hazırlayır;
           tarixi hadisələrlə bağlı fərziyyə  və mülahizələr irəli sürür,  proqnozlar verir;
           debatlarda, diskussiyalarda, müzakirələrdə ictimai rəy formalaşdıran məsələlər ətrafında təkliflərlə çıxış edir, hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət, azadlıq) həyatda reallaşmasına münasibət bildirir.

Kürdəmir şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi İbrahimova Gülbənizin 6 sinif “Ümumi tarix” fənnindən “Qədim Hindistan” mövzusunda dərs icmalı.

25.09.2014

Ermənilərin ərazi iddiaları – saxtakarlıq və tarixi həqiqətlər

Mirzəli Tağıyev,
Naxçıvan şəhəri 15
nömrəli tam orta məktəbin tarix müəllimi
Azərbaycanın əzəli torpaqları hesabına (həmçinin Türkiyənin) “erməni dövləti” yaratmaq istəyən ermənilər özlərinin məkrli niyyətlərini həyata keçirmək məqsədi ilə XVII əsrin sonu -XVIII əsrin əvvələrində Qərbi Avropa və Rusiya dövlətləri ilə danışıqlar aparmaq üçün xaricə göndərilmiş İsrail Ori və Minas Vartaped adlı nümayəndələrinin fəaliyyəti nəticəsində XVIII əsrin əvvələrində Çar Rusiyasından (I Pyotrdan) dəstək ala bilmişlər. XIX əsrin birinci yarısında Çar Rusiyası tərəfindən İrandan və Türkiyədən Cənubi Qafqaza (Zaqafqaziya) 100 mindən artıq köçürülən ermənilər Yelizavetopol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdikdən sonra onlar (ermənilər) xəyali “böyük ermənistan ərazisini” yaratmaq üçün daha da fəallaşdılar.

Ermənilərin “böyük ermənistan” yaratmaq ideyası 1890-cı ildə Tiflisdə yaradılmış qatı erməni millətçi partiyası olan “Daşnaqsütyun” partiyası tərəfindən kəskin şəkildə irəli sürülmüşdü (5,s. 91,124).

21.09.2014

Şirvanşahlar dövləti

Fənn: Azərbaycan tarixi. VII sinif.

Mövzu: Şirvanşahlar dövləti

Standart: 2.1.2. Dövrə aid xəritə və xəritə sxemlərdəki müxtəlif tarixi hadisə,proses və təzahürlərə dair məlumatları izah edir.

3.1.2. Azərbaycanda dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir.

4.1.2. Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı sxem və cədvəllər hazırlayır .

Məqsəd: 1. Xəritə və xəritə sxemlərdə olan məlumatlara əsasən Şirvanşahlar dövlətində baş vermiş dəyişiklikləri izah edir.

2. Şirvanşahlar dövlətinə əsaslanaraq dövlətçilik ənənələrinin inkşaf xüsusiyyətlərini dəyərləndirir.

3. Heysəm ibn Xalid və Əbu Tahirin oxşar və fərqli cəhətləri ilə bağlı sxem-cədvəl hazırlayır.

İnteqrasiya: Az.d.2.2.3; H.b.3.2.1.T .i:2.2.1

Ümumi tarix fənn kurikulumunun məzmun standartlarının şərhi

20.09.2014

Zəngəzurun tarixi

Zəngəzurda ermənilər yüzlərlə Azərbaycan tarixi abidəsini məhv edib Ermənistanın Azərbaycana olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmədiyindən, rəsmi Yerevanın mövqeyi daha çox cığal uşağın hərəkətlərinə bənzəyir. Erməni alimlərinin “tarixi sübutları” əsasında yazılan əsərlər ancaq Ermənistanın dövlət səviyyəsində yeritdiyi işğalçılıq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

18.09.2014

Azərbaycanda labirint formalı unikal qəbir abidə tapılıb

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən 8 min il yaşı olan Şahtaxtı arxeoloji abidələr kompleksində arxeoloji tədqiqatlar zamanı labirint tipli unikal abidə tapılıb.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev bildirib.
Onun sözlərinə görə, labirint formalı qəbir abidə həyətyanı sahələrin birindən tapılıb. Arxeoloq bildirib ki, Azərbaycanda arxeoloji qazıntılar zamanı bu tip abidə ilk dəfədir aşkarlanıb: “Abidənin içərisindən boyalı qab tapılıb. Qəbir abidənin e.ə. III minilliyə, tunc dövrünə aiddir”.


17.09.2014

TQDK ayrı-ayrı fənlər üzrə yeni təhsil proqramları (kurikulum) əsasında qiymətləndirmə vəsaitləri nəşr etmişdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ayrı-ayrı fənlər üzrə yeni təhsil proqramları (kurikulum) əsasında V-VI siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edilmişdir. Hər bir vəsait 2 hissədən ibarətdir: I hissədə V-VI siniflərin kurikulum proqramı və dərsliyinə əsaslanan qiymətləndirmə vasitələri, II hissədə isə həmin sinif üçün qapalı (çoxseçimli) və açıqtipli test tapşırıqları toplusu dərc edilib.

Vəsaitlər həm məzmununa, həm də formasına görə ayrı-ayrı siniflər və fənlər üzrə indiyə qədər nəşr olunan və ancaq test tapşırıqları əsasında hazırlanan qiymətləndirmə vasitələrindən bir çox xüsusiyyətlərinə görə fərqlənir.

16.09.2014

Amerikanın kəşfi

XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın kəşf olunmasının X.Kolumbun adı ilə bağlanması, tədris müəssisələrində ona üstünlük verərək gənclərə aşılanması düzgündürmü? Hər halda, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq, ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır.Amerikanın əslinldə kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır.

15.09.2014

Bilik gününüz mübarək!



Bu gün Azərbaycanda Bilik günü və yeni dərs ilinin başlanğıcı qeyd olunur. Ölkə prezidenti İlham Əliyevin 24 avqust 2004-cü il tarixli sərəncamı ilə bütün tədris müəssisələrində dərslər sentyabrın 15-də başlanır. Məhz bu tarix Bilik günü kimi təsdiq olunub.Bütün Respublikada olduğu kimi məktəbimizdə də bu bayram təntənəli şəkildə qeyd edildi.Məktəbimizin direktoru Vüqar Nəsirov  tədbiri məktəbimizin əldə etdiyi nəaliyyətlərinə həsr olunmuş  çıxışı ilə açdı.Məzunların əldə etdiyi yüksək göstəricilər həm qonaqları ,həm də şagirdləri sevindirdi.Tədbirə gələn qonaqlar da öz ürək sözlərini dedilər.1 sinif şagirdləri həyəcanlı səsləri ilə məktəbə həsr edilmiş seirlər söylədi.Sonda qonaqlar birincilərə dərslərində uğur dilədilər.

08.09.2014

Kültəpədə yazılmış tarix


Birinci Kültəpə abidələri Babək rayonunun ərazisində yerləşir. Abidələr sübut edir ki, burada Eneolit, Mis, Dəmir dövründə yaşayış yeri olmuşdur. 105 il bundan əvvəl Kültəpədə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmış, burada əldə olunmuş maddi mədəniyyət nümunələrinin bir qismi 1905-ci ildə Tiflisdəki Qafqaz muzeyinə verilmişdir.

1951-ci ildə isə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları O.Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdılar. Həmin vaxtdan başlayaraq 13 il ərzində müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Birinci təbəqə Eneolit dövrünə aid (6-4-cü minillikləri əhatə edir) olmaqla 18 tikinti qatı aşkar edilmişdir. Tikintilər dairəvi formada çay daşları və möhrədən inşa olunmuşdur. Araşdırmalardan aydın olur ki, insanlar evləri qızdırmaq üçün, otağın mərkəzinə qoyulmuş ocaqdan və ya gildən hazırlanmış manqallardan istifadə etmişlər. I Kültəpədə tədqiqatlar zamanı aşkar edilmiş binalar ölkəmizin Somutəpə, Qoyrətəpə, Yanıqtəpə və başqa abidələrin oxşarıdır. Həmçinin burada 85 qəbir aşkar edilmişdir.

05.09.2014

Kürdəmir müəllimlərinin sentyabr konfransı




Sentyabrın 4-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Avaz Yusifov iştirak etmişlər.

Sınaq Qiymətləndirilməsinin sual kitabçaları

Hörmətli müəllimlər!Bildiyiniz kimi iyun ayında Bakı məktəblərinin müəllimlərinin sınaq qiymətləndirməsi keçirildi.Sizlərə həmin testləri təqdim edirəm.


Tarix fənni.       Yüklə.
Biologiya - azərbaycan bölməsi - Yüklə.
Biologiya - rus bölməsi -
Yüklə.
GCQH -
Yüklə.
İnformatika - azərbaycan bölməsi -
Yüklə.
İnformatika - rus bölməsi -
Yüklə.
İngilis dili - azərbaycan bölməsi--Yüklə.
İngilis dili - rus bölməsi-
Yüklə.
Tarix - azərbaycan bölməsi -
Yüklə.
Tarix - rus bölməsi -
Yüklə.
Metodika - azərbaycan bölməsi-
Yüklə.
Metodika - rus bölməsi-
Yüklə.

Alman dili  -Yüklə.
Coğrafiya - azərbaycan bölməsi -
Yüklə.
Coğrafiya - rus bölməsi   -
Yüklə.
Fizika - azərbaycan bölməsi  -
Yüklə.
Fizika - rus bölməsi  - 
Yüklə.
Fiziki tərbiyə - azərbaycan bölməsi  -
Yüklə.
Fiziki tərbiyə - rus bölməsi  - 
Yüklə.
Fransız dili  - 
Yüklə.
Kimya - azərbaycan bölməsi  - 
Yüklə.
Kimya - rus bölməsi  - 
Yüklə.
Musiqi - azərbaycan bölməsi  - 
Yüklə.
Musiqi - rus bölməsi  - 
Yüklə.
Rus dili  - 
Yüklə.
Texnologiya və əmək - azərbaycan bölməsi  - 
Yüklə.
Texnologiya və əmək - rus bölməsi  - 
Yüklə.
Metodika - azərbaycan bölməsi - 
Yüklə.
Metodika - rus bölməsi  - 
Yüklə.
Azərbaycan dili  -Yüklə
Azərbaycan dili və ədəbiyyat  - 
Yüklə
Riyaziyyat - azərbaycan bölməsi  - 
Yüklə
Riyaziyyat - rus bölməsi  - 
Yüklə
Metodika - azərbaycan bölməsi  - 
Yüklə
Metodika - rus bölməsi  - 
Yüklə