27.09.2014

Azərbaycan Tarixi Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-IX siniflər)


1.  Azərbaycan tarixi fənni üzrə ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə  şagird:
           tarixi hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nəticə əlaqələrini izah edir;
           sivilizasiyaların formalaşmasında, dünya mədəniyyətinin, incəsənətinin inkişafında Azərbaycanın rolu və mövqeyi barədə mülahizələrini bildirir;
           tarixi fakt və hadisələrə, tarixi şəxsiyyətlərə və onların fəaliyyətinə münasibət bildirir, onları müvafiq dövr baxımından qiymətləndirir.
 Tam orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə  şagird:
           Azərbaycanın tarixi keçmişi və müasir dövrü haqqında zəruri biliklərə malik olduğunu nümayiş etdirir;
           tarixi hadisə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və ona münasibət bildirir;
           tarixi informasiyaları toplayır, sistemləşdirir, təhlil edir və nəticələri  barədə  təqdimatlar hazırlayır;
           tarixi hadisələrlə bağlı fərziyyə  və mülahizələr irəli sürür,  proqnozlar verir;
           debatlarda, diskussiyalarda, müzakirələrdə ictimai rəy formalaşdıran məsələlər ətrafında təkliflərlə çıxış edir, hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət, azadlıq) həyatda reallaşmasına münasibət bildirir.

 2. Məzmun xətləri üzrə təlim nəticələri
 Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
 Tarixi zaman         Şagird:
           tarixi hadisələri xronoloji əsasda təsvir edir və qiymətləndirir;
           tarixi hadisələr arasındakı səbəb-nəticə əlaqələrini izah edir;
           sivilizasiyaların formalaşmasında,  dünya mədəniyyəti və incəsənətinin inkişafında Azərbaycanın rolu barədə mülahizələrini şərh edir.
 Tarixi məkan       Şagird:
           tarixi məkana görə sivilizasiyaların formalaşmasında, dünya mədəniyyəti və incəsənətinin inkişafında Azərbaycanın mövqeyini şərh edir, nəticələri təqdim edir.
 Dövlət                  Şagird:
           Azərbaycanda dövlətçilik ənənələrinin yaranması və inkişafı xüsusiyyətlərini qiymətləndirir;
           Azərbaycan dövlətləri ilə bağlı müxtəlif tarixi mənbələrdən topladığı materialları təqdim edir.
 Şəxsiyyət             Şagird:
           tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir;
           mənbələri araşdırmaqla Azərbaycanın görkəmli şəxsiyyətlərinə dair materiallar toplayır və təqdim edir.
 Mədəniyyət       Şagird:
           Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir;
           Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.
 Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
 Tarixi zaman   Şagird:
           mənbələr əsasında Azərbaycanın keçmiş və müasir dövrlərini təhlil edir, onların oxşar və fərqli cəhətlərini izah edir, mülahizələrini təqdim edir;
           tarixi hadisə, proses və təzahürlərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından qiymətləndirir;
           tarixi hadisə, proses və təzahürlərlə bağlı fərziyyə və mülahizələr irəli sürür, proqnozlar verir, təqdimatlar edir.
 Tarixi məkan     Şagird:
           müxtəlif tarixi hadisə, proses və təzahürlərlə bağlı informasiyalar toplayır və qiymətləndirir;
           aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir, Azərbaycan üçün xarakterik cəhətləri izah edir.
 Dövlət               Şagird:
           dövlətlərin yaranması və inkişafında konkret dövrün xüsusiyyətlərini dəyərləndirir;
           mənbələr əsasında Azərbaycanın dövlətçilik tarixinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir;
           dövlət quruluşları və dövlət idarəetmə formalarına dair təhlillər aparır.
 Şəxsiyyət      Şagird:
           tarixi hadisə və proseslərin gedişində şəxsiyyətlərin rolu və fəaliyyətini dəyərləndirir, müqayisələr aparır, mülahizələrini bildirir;
           görkəmli tarixi şəxsiyyətlər haqqında müxtəlif mənbələrdən materiallar toplayır, təhlillər aparır, mülahizələr əsasında təqdimatlar edir.
 Mədəniyyət      Şagird:
           Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin inkişafında rolunu dəyərləndirir;
           Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələrini təqdim edir.
3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
 V sinif       V sinfin sonunda şagird:
           tarixi zaman anlayışlarını fərqləndirir;
           maddi və yazılı mənbələr əsasında sadə tədqiqatlar aparır;
           insanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir;
           insan və cəmiyyətin inkişafı üçün əlverişli təbii coğrafi amilləri izah edir və mühüm tarixi abidələri xəritədə müəyyənləşdirir;
           Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir və xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir;
           Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir;
           Azərbaycanın maddi mədəniyyət abidələrini və mənəvi dəyərlərini qiymətləndirir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
 1. Tarixi zaman.        Şagird:
1.1. Xronologiya ilə bağlı əsas anlayışları fərqləndirir.
1.1.1. Tarixi zaman anlayışları arasındakı əlaqələri müəyyənləşdirir.
1.1.2. Sadə xronoloji məsələləri həll edir.
1.2. Tarixi mənbələri tanıdığını nümayiş etdirir.
1.2.1. Maddi və yazılı mənbələri fərqləndirir.
1.2.2.  İllüstrasiya, şəkil və sənədli materiallardan istifadə edərək tarixi tədqiqat aparır.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir.
 2. Tarixi məkan.      Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. İnsan və cəmiyyətin həyatı üçün əlverişli təbii amilləri təsvir edir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri müəyyənləşdirir.
 3. Dövlət.    Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir.
3.1.2. Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir.
3.1.3.  Kiçikhəcmli tarixi hekayə qurur.
 4. Şəxsiyyət.       Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri (İranzu, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Sara xatun, Şah I İsmayıl, Cavad xan, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev) müəyyən edir.
4.1.2. Mənbələrə əsasən şəxsiyyətlər haqqında təqdimatlar hazırlayır.
 5. Mədəniyyət.     Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyət abidələrinin əhəmiyyətini izah edir.
5.1.2. Milli-mənəvi dəyərləri fərqləndirir.
5.1.3. Azərbaycan mədəniyyəti ilə bağlı sadə təqdimatlar hazırlayır.

VI sinif
 VI sinfin sonunda şagird:
           mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyən edir və zaman oxunda təsvir edir;
           maddi mədəniyyət abidələri, illüstrasiya və yaxud muzey eksponatları əsasında tədqiqatlar aparır;
           insanların birgə yaşayış formalarını fərqləndirir;
           qədim insanların həyat tərzini Azərbaycan ərazisinin təbii- coğrafi şəraiti ilə əlaqələndirir və ilk insan məskənlərini, dövlət qurumlarını, qədim dövlətləri xəritədə müəyyənləşdirir;
           Azərbaycanda  qədim dövlətlərin yaranmasını, daxili və xarici siyasətini izah edir;
           qədim dövlətlərin yaranması və inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirir;
           Azərbaycan mədəniyyətinin inkişafını, müxtəlif xalqların mədəniyyətləri ilə qarşılıqlı əlaqələrini izah edir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman.    Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənləşdirir.
1.1.2.  Mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir.
1.2.  Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrün öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir.
1.2.2. İllüstrasiya və yaxud muzey eksponatları əsasında sadə tədqiqatlar aparır.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların birgə yaşayışının müxtəlif formalarını fərqləndirir.
 2. Tarixi məkan.    Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Qədim insanların həyat tərzini və məşğuliyyətlərini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisində ilk insan məskənlərini, dövlət qurumları və qədim dövlətlərin yerini müəyyənləşdirir.
 3. Dövlət.     Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Azərbaycanda dövlət qurumları və qədim dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi münasibətləri təsvir edir.
3.1.2.  Qədim dövlətlərin daxili və xarici siyasətini izah edir.
3.1.3. Qədim Azərbaycan dövlətləri haqqında mənbələr əsasında məlumatlar toplayır, təqdimat hazırlayır.
 4. Şəxsiyyət.     Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Dövlətlərin yaranmasında, inkişafında tarixi şəxsiyyətlərin (İranzu, Tomiris, Atropat, Oroys) rolunu dəyərləndirir.
4.1.2.  Tarixi şəxsiyyətlər haqqında kiçik hekayə qurur.
 5. Mədəniyyət.    Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Sivilizasiyayaqədərki və sivilizasiya dövrünün mədəniyyət¬lə¬rini izah edir.
5.1.2. Azərbaycan mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edir.
5.1.3.  Mədəni əlaqələrə dair cədvəllər tərtib edir.
VII sinif          VII sinfin sonunda şagird:
           mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir, sxem və cədvəllər hazırlayır;
           Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrə aid yazılı və maddi mənbələr əsasında müəyyən edir;
           Azərbaycanda təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafını onun təbii-coğrafi şəraiti ilə əlaqələndirir;
           Azərbaycanda feodal dövlətlərinin yaranması, müstəqilliyini itirməsi və bərpası səbəblərini şərh edir, dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir;
           tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətlərini qiymətləndirir;
           mədəniyyətin inkişaf mərhələlərini və milli-mənəvi dəyərlərin formalaşmasına dinlərin təsirini dəyərləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman.   Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir.
1.1.2. Tarixi zaman və hadisələr arasında əlaqələrə dair müxtəlif sxem və cədvəllər tərtib edir.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrə aid yazılı və maddi mənbələri əlaqələndirir.
1.2.2. Öyrəndiyi dövrə aid yazılı mənbələr üzərində işləyir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzi və məşğuliyyətində baş vermiş dəyişiklikləri müəyyənləşdirir.
 2. Tarixi məkan.   Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri izah edir.
2.1.2. Dövrə aid xəritə və xəritə sxemlərdəki müxtəlif tarixi hadisə, proses və təzahürlərə dair məlumatları izah edir.
 3. Dövlət.   Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Azərbaycan feodal dövlətlərinin inkişafı, müstəqilliyini itirməsi və siyasi müstəqilliyinin bərpası səbəblərini şərh edir.
3.1.2. Azərbaycanda dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir.
3.1.3.Azərbaycan feodal dövlətləri ilə bağlı cədvəllər hazırlayır.
 4. Şəxsiyyət.    Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (Cavanşir, Babək, Yusif Əbu Sac, Şəmsəddin Eldəniz, İbrahim Xəlilullah, Qara Yusif, Uzun Həsən) oxşar və fərqli cəhətlərinə görə təhlil edir.
4.1.2.  Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı sxem və cədvəllər hazırlayır.
 5. Mədəniyyət.    Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətin inkişaf mərhələlərini dəyərləndirir.
5.1.2. Milli-mədəni dəyərlərin formalaşmasına dinlərin təsirini  dəyərləndirir.
5.1.3. Mədəniyyətin inkişaf mərhələlərini əks etdirən təqdimatlar hazırlayır.
VIII sinif         VIII sinfin sonunda şagird:
           Azərbaycan və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürləri əlaqələndirir və tematik sinxron cədvəllər hazırlayır;
           Azərbaycanda insanların həyat tərzində baş vermiş dəyişikliklərin səbəblərini mənbələr əsasında araşdırır, nəticələri təqdim edir;
           Azərbaycanın coğrafi mövqeyi və təbii amillərini ölkənin ictimai, iqtisadi və siyasi vəziyyəti ilə əlaqələndirir;
           mərkəzləşmiş dövlətin inkişaf xüsusiyyətlərini, dövlətlərarası münasibətdə Azərbaycanın mövqeyini dəyərləndirir;
           Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin fəaliyyətini dəyərləndirir;
           yeni ictimai-iqtisadi münasibətlər şəraitində Azərbaycan mədəniyyətinin inkişafına təsir edən amilləri şərh edir, mədəni nailiyyətləri dəyərləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.  Tarixi zaman.   Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Azərbaycan və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürlərin sinxronluğunu izah edir.
1.1.2. Hadisə və proseslərin zamana görə əlqələndirilməsinə dair tematik-sinxron cədvəllər hazırlayır.
1.2.  Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrə aid hadisə, proses və təzahürləri verilmiş yazılı mənbələrlə əlaqələndirir.
1.2.2. Öyrəndiyi dövrə aid yazılı mənbələri təhlil edir, nəticələrini təqdim edir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. Azərbaycan ərazisində  yaşamış  insanların  həyat tərzi və məşğuliyyətlərin¬də baş vermiş dəyişiklikləri izləyir və onların səbəblərini izah edir.
 2. Tarixi məkan.   Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amillərini   təsərrüfatın, ictimai münasibətlərin inkişafı və ölkənin siyasi vəziyyəti ilə əlaqələndirir.
2.1.2. Xəritələrdəki məlumatlara əsasən sxem və cədvəllər  tərtib edir.
3. Dövlət.   Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Mərkəzləşmiş dövlətin yaranması və tənəzzülü, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizənin xüsusiyyətlə¬rini şərh edir.
3.1.2. Dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini dəyərləndirir.
3.1.3. Dövrlə bağlı mənbələrdən əldə etdiyi məlumatlar əsasında sxem və cədvəllər qurur.
 4.Şəxsiyyət.    Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Azərbaycan  dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin (Şah I İsmayıl, Şah I Təhmasib, Şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, Hacı Çələbi) fəaliyyətini dəyərləndirir.
4.1.2. Tarixi şəxsiyyətlər haqqında müqayisəli sxem və cədvəllər hazırlayır.
 5. Mədəniyyət.    Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1 Yeni ictimai-iqtisadi münasibətlərin mədəniyyətə təsirini dəyərləndirir.
5.1.2. Azərbaycan mədəniyyətinin inkişafına təsir edən amilləri şərh edir.
5.1.3 Azərbaycanın mədəni nailiyyətlərini əks etdirən cədvəllər hazırlayır.
 IX sinif   IX sinfin sonunda şagird:
           tarixi inkişafı zaman baxımından qiymətləndirir və xronoloji cədvəllər hazırlayır;
           yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir, təqdimatlar hazırlayır;
           Azərbaycanda insanların həyat tərzində baş vermiş dəyişiklikləri dövr və sivilizasiyalarla əlaqələndirir;
           Azərbaycanın ictimai- iqtisadi, siyasi inkişafı ilə onun coğrafi mövqeyi və təbii şəraiti arasındakı əlaqələri dəyərləndirir;
           müstəmləkə rejimi və müstəqillik şəraitində Azərbaycanın daxili və xarici siyasətini dəyərləndirir;
           dövlətçiliyin möhkəmləndirilməsi və inkişafında tarixi şəxsiyyətlərin rolunu dövr baxımından dəyərləndirir;
           Azərbaycan və dünya mədəniyyətlərini xarakterik əlamətlərinə görə müqayisə edir, təqdimatlar hazırlayır.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman.    Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəllər hazırlayır.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.
1.2.2. Müxtəlif  mənbələr  əsasında təqdimatlar hazırlayır. 
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
 2. Tarixi məkan.    Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Azərbaycanın  coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif  təsərrüfat sahələri və istehsal münasibətlərinin  inkişafı  arasında  əlaqələri dəyərləndirir.
2.1.2. Mühüm  tarixi  hadisə    prosesləri  kontur xəritələrdə təsvir edir.
 3. Dövlət.   Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Müstəmləkə  rejimi, müstəqillik  şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri  təhlil  edir.
3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın  mövqeyini  dəyərləndirir.
3.1.3. Azərbaycan dövlətləri  ilə bağlı müxtəlif  mənbələrdən  topladığı materialları təqdim edir.
 4. Şəxsiyyət.    Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Dövlətçiliyin  möhkəmləndirilməsində  və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev) rolunu dəyərləndirir.
4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar  toplayır, təqdim edir.
 5. Mədəniyyət.    Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.
5.1.2. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.
5.1.3.Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.

Kurikulum.az.