1.
Ümumi tarix fənni üzrə ümumi təlim nəticələri
Ümumi
orta təhsil səviyyəsi (VI-IX siniflər) üzrə
şagird:
• tarixi dövrləri və sivilizasiyaları xarakterik
əlamətlərinə görə fərqləndirir, tarixi şəxsiyyətləri, hadisələri və faktları
dövr baxımından qiymətləndirir, onlara münasibət bildirir;
• tarixi paralellər aparmaq yolu ilə
ayrı-ayrı dövlətlərin inkişaf istiqamətlərini, ictimai, iqtisadi, siyasi
prosesləri müqayisə edir, nəticə çıxarıb mülahizələrini şərh edir;
• müxtəlif tarixi mənbələri araşdırmaqla
lazımi materialları toplayıb sistemləşdirir və təqdim edir.
2. Məzmun
xətləri üzrə təlim nəticələri
Ümumi
orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
Tarixi
zaman
Şagird:
• tarixi dövrləri xarakterik əlamətlərinə
görə fərqləndirir;
• hadisə və faktları dövr baxımından
qiymətləndirir və onlara münasibət bildirir;
• tarixi paralellər aparmaq yolu ilə
ayrı-ayrı dövlətlərin inkişaf xüsusiyyətlərini müqayisə edir, mülahizələrini şərh
edir.
Tarixi
məkan
Şagird:
• tarixi məkana görə ictimai, iqtisadi,
siyasi və mədəni prosesləri müqayisə edir və mülahizələrini şərh edir, nəticələri
təqdim edir.
Dövlət
Şagird:
• ayrı-ayrı dövlətlərin yaranması və
inkişafı xüsusiyyətlərini, ictimai, iqtisadi və siyasi prosesləri müqayisə
edir, mülahizələrini açıqlayır;
• dövlətlərə aid müxtəlif tarixi mənbələri
araşdırmaqla lazımi materialları toplayıb sistemləşdirir və təqdim edir.
Şəxsiyyət
Şagird:
• tarixi şəxsiyyətləri dövr baxımından
qiymətləndirir, onlara münasibət bildirir;
• mənbələri araşdırmaqla tarixi şəxsiyyətlərə
dair materiallar toplayır, təqdimatlar edir.
Mədəniyyət
Şagird:
• mədəniyyətləri və sivilizasiyaları
xarakterik əlamətlərinə görə müqayisə edir və fərqləndirir;
• müxtəlif xalqların mədəni nailiyyətlərinə
dair araşdırmalar aparır, təqdimatlar edir.
3.
Siniflər üzrə təlim nəticələri və məzmun standartları
VI
sinif
VI
sinfin sonunda şagird:
• tarixdə il hesabından istifadə edir;
• mühüm hadisələrin xronoloji çərçivəsini
müəyyən edir;
• qədim insanların həyatında təbii-coğrafi
şəraitin rolunu müəyyənləşdirir;
• dövlətlərin yaranmasını, onların
siyasi quruluşunu, sosial-iqtisadi münasibətləri tarixi bilik mənbələri əsasında
izah edir;
• tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini
təsvir edir;
• mədəniyyətin yaranması və inkişafını
insanların həyatında baş verən dəyişikliklərlə əlaqələndirir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi
zaman
Şagird:
1.1.
Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.
1.1.1.Tarixdə
il hesabından istifadə edir.
1.1.2.
İbtidai icma cəmiyyəti və quldar dövlətlərin
meydana gəlməsi, inkişafı və tənəzzülü dövrlərini fərqləndirir.
1.1.3.Müxtəlif
ölkələrdə baş vermiş mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini
müəyyən edir.
2.
Tarixi məkan
Şagird:
2.1.
Tarixi hadisə, proses və təzahürlərin baş verdiyi təbii-coğrafi şəraitlə bağlı
bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1.
Ən qədim insan məskənlərinin, ilk sivilizasiyaların, dövlətlərin yaranması və
inkişaf amillərini izah edir.
2.1.2.
Təbii-coğrafi şəraiti əks etdirən xəritə əsasında hadisələrin baş verdiyi
tarixi məkanı təsvir edir.
3.
Dövlət
Şagird:
3.1.
Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar
nümayiş etdirir.
3.1.1.
Qədim dövlətlərin (Misir, Şumer, Babil, Aşşur, İskit, Midiya, Əhəməni, Hun,
Çin, Parfiya, Hindistan, Yunanıstan və Roma dövlətləri) yaranmasını, idarəetmə
qaydalarını, sosial-iqtisadi münasibətləri təsvir edir.
3.1.2.
Mənbələr əsasında qədim dövlətlərlə bağlı məlumatlar toplayır və təqdim edir.
4. Şəxsiyyət
Şagird:
4.1.Tarixi
şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1.
Tarixi şəxsiyyətləri (I Tutmos, III Tutmos, II Ramzes, Hammurapi, Aşşurbanipal,
II Sarqon, II Kir, I Dara, Mete xaqan, İskəndər, Sin Şixuandi, Aşoka, Solon,
Mitridat, Perikl, Yuli Sezar, Oktavian Avqust, Konstantin) müəyyənləşdirir.
4.1.2.
Mənbələr əsasında qədim dövr tarixi şəxsiyyətləri haqqında məlumatlar toplayır,
təqdim edir.
5. Mədəniyyət
Şagird:
5.1.
Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.
5.1.1.
Mədəniyyətin ayrı-ayrı sahələrinin insanların həyat tərzi ilə əlaqələrini izah
edir.
5.1.2.
Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə münasibət bildirir.
5.1.3.
Mədəniyyətlərə, mədəniyyətlərarası əlaqələrə dair məlumat toplayır, təqdim
edir.
VII
sinif
VII
sinfin sonunda şagird:
• tarixi faktları davametmə müddətinə
görə fərqləndirir, onların xronoloji ardıcıllığını və sinxronluğunu müəyyənləşdirir;
• xalqların və dövlətlərin ərazi məkanında
baş verən dəyişiklikləri xəritə əsasında izah edir;
• erkən feodal dövlətlərin idarəçilik
formalarını və sosial-iqtisadi münasibətlərini müqayisə edir;
• dövlət və mədəniyyətlərin inkişafında
tarixi şəxsiyyətlərin rolunu izah edir;
• erkən orta əsrlərdə mədəniyyətlərin
inkişaf istiqamətlərini və xüsusiyyətlərini izah edir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi
zaman
Şagird:
1.1.
Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.
1.1.1.
Mühüm tarixi faktları davametmə müddətinə görə fərqləndirir.
1.1.2.
Müxtəlif ölkələrdə baş vermiş ayrı-ayrı tarixi faktların sinxronluğunu müəyyənləşdirir.
1.1.3.
Tarixi faktları xronoloji qaydada sistemləşdirir.
2.Tarixi
məkan
Şagird:
2.1.
Məkanda baş verən tarixi hadisə, proses və təzahürlərlə bağlı bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1.
Feodal münasibətlərinin yaranmasını və inkişafını dövlətlərin və xalqların
geosiyasi məkanında baş verən dəyişikliklərlə əlaqələndirir.
2.1.2.
Dövlətlərin və xalqların həyatında məkan baxımından baş verən dəyişiklikləri xəritələrdəki
məlumatlar əsasında təhlil edir.
3.
Dövlət
Şagird:
3.1.
Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar
nümayiş etdirir.
3.1.1.
Feodal dövlətlərinin (Çin, Sasani, Qafqaz, Ağ Hun, Qərbi Hun, Göytürk, Uyğur, Xəzər,
Avar, Bulqar, Hindistan, Ərəb xilafəti, Frank, Bizans, Slavyan dövlətləri,
Oğuz, Səlcuq, Samani, Qaraxanlı, Qəznəvi, Xarəzmşahlar, Monqol, Osmanlı, Qızıl
Orda, Teymuri Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Böyük Moğol, Rusiya, İngiltərə, Fransa, İspaniya, İtaliya,
Almaniya) yaranması, idarəçilik formaları və sosial-iqtisadi və siyasi münasibətlərini
şərh edir.
3.1.2.
Feodal dövlətlərinin oxşar və fərqli cəhətləri ilə bağlı cədvəl və diaqramlar
hazırlayır.
4.Şəxsiyyət
Şagird:
4.1.
Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1.
Dövlətlərin və mədəniyyətlərin inkişafında şəxsiyyətlərin (Attila, Xlodviq,
Bumın xaqan, Məhəmməd peyğəmbər, Böyük Karl, Mahmud Qəznəvi, Alp Arslan, Məlik
şah, Çingiz xan, Qara Yusif, Uzun Həsən,
Batı xan, II Mehmet, Əmir Teymur, Sultan Sultan Süleyman Qanuni, Əkbər şah, Şah
İsmayıl, I Təhmasib, Oranlı Vilhelm, IV İvan) rolunu izah edir.
4.1.2.
Dövlətin və mədəniyyətin inkişafında tarixi şəxsiyyətlərin rolu ilə bağlı məlumatlar
toplayır və təqdimatlar hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1.
Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.
5.1.1.
Avropa və Şərq mədəniyyətinin inkişaf xüsusiyyətlərini izah edir.
5.1.2.
Şərq mədəniyyətinin dünya mədəniyyətinə təsirini müəyyən edir.
5.1.3.
Mədəniyyətlərin inkişafı ilə bağlı materiallar toplayır.
VIII
sinif
VIII
sinfin sonunda şagird:
• hadisə, proses və təzahürlər arasında
səbəb-nəticə əlaqələrini ifadə edən xronoloji cədvəllər hazırlayır;
• feodal münasibətlərinin inkişafı və
dağılmasını xalqların və dövlətlərin geosiyasi məkanında baş verən dəyişikliklərlə
əlaqələndirir, həmin dəyişiklikləri kontur xəritəyə köçürür;
• mərkəzləşmiş feodal dövlətlərinin
yaranmasını və inkişaf xüsusiyyətlərini təhlil edir;
• tarixi şəxsiyyətləri oxşar və fərqli cəhətlərinə
görə fərqləndirir;
• Şərqdə və Qərbdə intibah mədəniyyətlərinin
inkişaf xüsusiyyətlərini, onların qarşılıqlı təsirini izah edir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1.
Tarixi zaman
Şagird:
1.1.
Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.
1.1.1.
Oxşar tarixi faktların baş verdiyi zamandan irəli gələn fərqli cəhətlərini izah
edir.
1.1.2.
Oxşar proses və hadisələri əlaqələndirən sinxron cədvəllər tərtib edir.
1.1.3.
Hadisə, təzahür və proseslər arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirən
xronoloji cədvəllər tərtib edir.
2.
Tarixi məkan
Şagird:
2.1.
Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar
nümayiş etdirir.
2.1.1.
Feodal münasibətlərinin dağılması və kapitalist münasibətlərinin yaranmasını,
dünyada baş vermiş iqtisadi, sosial dəyşiklikləri məkanla əlaqədə izah edir.
2.1.2.
Dövlətlərin və xalqların həyatında baş verən ərazi dəyişikliklərini xəritə və sxemlərdəki
məlumatlar əsasında kontur xəritələrə köçürür.
3.
Dövlət
Şagird:
3.1.
Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar
nümayiş etdirir.
3.1.1.
Dövlətlərin (İngiltərə, Fransa, Rusiya, ABŞ, Osmanlı, İran, Çin, Hindistan, Mərkəzi
Asiyanın türk dövlətləri, Qazaxıstan, Krım, Sibir, Volqaboyu, Qafqaz xalqları)
yaranmasını, idarəçilik formalarını, siyasi, sosial-iqtisadi münasibətləri təhlil
edir.
3.1.2.
Yeni tipli dövlətlərin qeyri-bərabər inkişafına aid esse yazır.
4. Şəxsiyyət
Şagird:
4.1.
Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1.
Tarixi şəxsiyyətləri (Oliver Kromvel, Maksimilian Robespyer, I Pyotr, II
Yekaterina, Corc Vaşinqton, Benjamin Franklin, Köprülü Mehmet paşa, III Səlim,
Nadir şah, Ağa Məhəmməd şah Qacar) müqayisə edir.
4.1.2.
Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı cədvəl hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1.
Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.
5.1.1.
Şərq və Qərbdə intibah mədəniyyətinin xüsusiyyətlərini izah edir.
5.1.2.
Elmi kəşf və ixtiraların dünya mədəniyyətinin inkişafına təsirini izah edir.
5.1.3.
Dünya mədəniyyətinin nailiyyətlərinə dair cədvəl və qrafiklər hazırlayır.
IX
sinif
IX sinfin sonunda şagird:
• müxtəlif ölkələrdə baş verən oxşar
tarixi hadisə və faktları dövr baxımından qiymətləndirir;
• kapitalist münasibətlərinin
yaranmasını, dünya ölkələrində baş verən dəyişiklikləri məkanla əlaqədə izah
edir;
• dünya ölkələrinin inkişafındakı
qeyri-bərabərliyi onların siyasi quruluşu ilə əlaqələndirir;
• tarixi şəxsiyyətləri dövr baxımından
qiymətləndirir;
• mədəniyyətləri, sivilizasiyaları
xarakterik əlamətlərinə görə fərqləndirir.
Məzmun
xətləri üzrə əsas və alt-standartlar
1.
Tarixi zaman
Şagird:
1.1.
Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.
1.1.1.
Müxtəlif ölkələrdə oxşar tarixi faktların müxtəlif zamanlarda baş verməsinin səbəb
və nəticələrini izah edir.
1.1.2.
Oxşar tarixi faktların baş verdiyi tarixi şərait arasındakı fərqi müəyyən edir.
1.1.3.
Mühüm tarixi faktların zaman əlaqəsini göstərən sinxron cədvəllər hazırlayır
2.
Tarixi məkan
Şagird:
2.1
Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar
nümayiş etdirir.
2.1.1.
Kapitalist münasibətlərinin inkişaf prosesində və müasir dünyada ölkələrin və
xalqların sosial, siyasi, iqtisadi və mədəni həyatında baş verən dəyşiklikləri
məkan baxımdan qiymətləndirir.
2.1.2.
Dövlətlərin ərazi dəyişikliklərini əks etdirən cədvəl və sxemlər hazırlayır.
3.
Dövlət
Şagird:
3.1.
Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar
nümayiş etdirir.
3.1.1.
Dünyanın (Avropa dövlətləri və Rusiya, ABŞ və Latın Amerikası ölkələri, Türk
dünyası və Qafqaz xalqları, Asiya, Afrika ölkələri) siyasi inkişaf mərhələsini
şərh edir.
3.1.2.
Dünyanın siyasi inkişaf mərhələsinə aid təqdimatlar hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1.
Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1.
Tarixi şəxsiyyətləri (I Napoleon, Cüzeppe Haribaldi, I Aleksandr, Sultan II
Əbdülhəmid, Otto Bismark, Avraam Linkoln, Franklin Ruzvelt, Vladimir İliç
Lenin, İosif Visarianoviç Stalin, Mustafa Kamal Atatürk, Sun Yatsen, Şarl de
Qoll, Konrad Adenauer, Turqut Özal, Mao Tszedun, Cəvahirləl Nehru, Heydər
Əliyev) fəaliyyətini sosial qrupların mənafeyi baxımından təhlil etməklə onlara
münasibət bildirir.
4.1.2.
Topladığı materiallar əsasında tarixi şəxslərə dair esse və hekayələr yazır.
5. Mədəniyyət
Şagird:
5.1.
Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.
5.1.1.
Mədəniyyətlərin inkişafına təsir edən amilləri izah edir.
5.1.2.
Mədəniyyətlərarası və sivilizasiyalararası qarşılıqlı təsiri və ziddiyyətləri
izah edir.
5.1.3.
Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə dair esse və hekayələr
yazır.