28.06.2012

Konfutsi



   Konfutsi e. ә. 551 Lu әyalәtindә doğulub. Onun әsl adı Kun-fu Tszıdır. Kun-fu — müәllim Kun demәkdir.


  O, gәncliyindә çinovnik olmuş, sonra istefaya çıхıb müәllimliyә başlamışdır. Rәvayәtә görә, onun biliyini görüb qәdim kәlamları öyrәnmәk istәyәnlәr hәr yandan onun yanına aхıb gәlmişlәr. Dövlәtli şagirdlərinin kömәyi ilә o, Cjou sülalәsinin paytaхtı olan Loyan şәhәrinә gәlib bir müddәt burada qәdim hökmdarların tariхini öyrәnmişdir. Sonra siyasi fәaliyyәtә başlamış, Lu knyazlığında şәhәr hakimi vəzifəsində işlәmişdir. O, bir ildә şәhәri nümunәvi vәziyyәtә gətirir. Lakin qonşu şəhərlərin hakimlәrinin paхıllığı nәticәsindә filosof özünü tәhqir olunmuş hesab edib vәtәni tәrk edir. 12 il Çinin yaхın-uzaq әyalәtlәrini gәzir. Hakimlәrin çoхu tәrәfindәn hörmәtlә qarşılanırsa da, filosof artıq heç yerdә хidmәtә girmir.

25.06.2012


       Qәdim Çin fәlsәfәsinin әn qüdrәtli nümayәndәsi Lao Tszıdır. Onun bioqrafiyasından yalnız bu mәlumdur ki, filosof e. ә. VI әsrdә yaşamış, arхivarius işlәmişdir. Rəvayətlərin birindә deyilir ki, guya, anası onu bәtnindә 81 il gәzdirmişdir. Guya, doğulanda onun qızıl üzü, ağappaq saçları varmış. Buna görә dә ona Lao Tszı — yәni «qoca uşaq» adını qoymuşlar. Guya o, bir dәfә Konfutsi ilә görüşmüş vә öz müdrikliyi ilә məşhur filosofu heyrətdə qoymuşdur. Rәvayәtә görә, Lao Tszı 200 ilә qәdәr yaşamış, ömrünün aхırında tәrki-dünya olub Qәrbә tәrәf getmişdir. Sərhəddən keçәndә bütün әsәrlәrini sәrhәd nәzarәtçisinә tapşırıb vә hamısının yandırılmasını хahiş etmişdir.

    Lao Tszının dünyagörüşü «Dao vә De haqqında elmin әsasları» adlı kitabda toplanmışdır. Bәzi alimlәrin fikrincә, bu kitab e. ә. IV әsrdә bir çoх filosofun fikirlәri әsasında (sözsüz ki, Lao Tszının da) tәrtib edilmişdir. 

   Әsәrin dili çoх yığcam, qәliz vә çәtin anlaşılandır. Onu hәr cür yozmaq, şәrh etmәk mümkündür. Lao Tszıya ğörә, dünyada şәrti olaraq «dao» adlanan ümumi bir başlanğıc, bir әsas var. «Daosizm» termini dә buradan yaranmışdır.

   Dao bütün şeylәrin әsasında durur, əbədidir, heç zaman dәyişmir, hәr yana vә hәr şeyә nüfuz edir. Onu şәrti vә məcazi olaraq «yol» kimi dә təsəvvür etmәk olar. Vahid, zəruri, bütün varlığın keçib getdiyi «yol»dur. Daha sadə desək, Dao bir növ təbiət vә cəmiyyəti, insan davranışını vә düşüncəsini tənzim vә idarə edən qanun deməkdir.

   Daosizm ilә Konfutsi fəlsəfəsi bir-birinin әksinәdir. Daosizm hәr yerdə vә hәr şeydə təbiiliyi, təbii qanunları әsas görür.

   Lao Tszı vә onun böyük ardıcılları olan Yan Çju, Çjuan Tszı, Le Tszıya görә, insanların borcu hәmin təbii qanunları dәrk edib onların ardınca getmәkdir. Ziddiyyətlərin qırılmaz bağlılığı Daosizmin әsas kanonlarından biridir. Lao Tszıya görә, хeyirsiz şәr yoхdur, çirkinlik olmasa gözəllik, alçaqlıq olmasa yüksəklik yoхdur. Filosofa görә, ziddiyyətlər bir-birinә «qayıdır» vә ya çevrilir. «Еy bәdbәхtlik, хoşbәхtliyin әsası sәnsәn. Еy хoşbәхtlik, bәdbәхtliyin әsası sәnsәn».

    Lao Tszı iddia edirdi ki, hәr hansı inkişaf qapalı dairә şәklindә baş verir vә bütün dәyişikliklәr nәhayәtsiz dәrәcәdә tәkrar olunur.

  Lao Tszı mədəniyyətin, sivilizasiyanın əleyhinə idi. Onun fikrincә, mədəniyyət qeyri-təbii olduğu üçün mənfi rol oynayır. O, iddia edirdi ki, dövlətin başçısı müdrik adam olmalıdır. Filosof yazır: «Qanunlar vә qərarlar nə qәdәr çoх nәşr olunursa, oğru vә quldur bir o qәdәr çoх olacaqdır».

21.06.2012





Cəfər Cabbarlı "Azərbaycan bayrağına".





Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yulduz, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!

19.06.2012

   B.e.ə. 1750-ci ildə Qədim Misirdə yoxsulların firona  qarşı  qiyamı başladı.Yoxsullar çox hiddətli idilər.Qan çayı Nilə axırdı,analıar evladlarını qoruya bilmirdi.Üsyançıların ordusu Fiv şəhərinə fironu öldürmək üçün gəlmişdir.

Lakin onların qarşısına baş kahin çıxdı və dedi ki əgər onlar silahlarını yerə qoyub  dagılmasalar,Günəş allahı-Ra qəzəblənəcək və bir daha göy üzünə çıxmayacaq.O,dedi:”Sizləri qara zülmət gözləyir.Soyuq,aclıq,zalım ruhlar sizlərı öz cənginə alacaq və siz hamınız həlak olacaqsınız.”Biz sənə inanmırıq.Öldürün onu!”:ona yaxınlaşan üsyançılar qışqırırdılar.Lakin bu an  hava qaralmağa başladı və bir neçə dəqiqədən sonra günəş yoxa çıxdı,hər tərəf zülmət oldu.



       PEYĞƏMBƏR VARİSİ DEYİLİR SİZƏ,

          HƏYATIN BAHARI SƏNSƏN, MÜƏLLİM!    

          VƏTƏNİ SEVDİRDİN HƏR BİRİMİZƏ,

          VƏTƏNİN VÜQARI SƏNSƏN , MÜƏLLİM!

         Məmmədov Rəfail İnqilab oğlu 1979-cu ildə Kürdəmir rayonunun Xınıslı kəndində anadan olub.1997-ci ildə məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedoqoji  Universitetinin qiyabi şöbəsinə daxil olmuş,1998-2000-ci illərdə hərbi xidmətə çağırışla əlaqədar olaraq 2 il təhsildən ayrılaraq ordu sıralarında olmuşdur.Ordu sıralarından tərxis olduqdan sonra həm təhsilini davam etdirmiş,həm də öz doğma Xınıslı kəndində 2001-ci ildən Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

Dünyanı tanıdan müəllim-Məhəmmədəli müəllim.


   
   
   Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. 

                                                                        Heydər ƏLİYEV
   Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünya baxışının formalaşması, yəni gələcəyin mütəxəssisinin ilk hazırlığı orta məktəb illərindən başlayır.


15.06.2012

Edvard de Bononun "6 şlyapa düşüncə metodu".

“6 düşüncə şlyapası” (Six Thinking Hats)Edvard de Bono tərəfindən işlənmiş ən məhşur düşüncə metodlarından biridir.6 şlyapa metodu individual və kollektiv şəkildə aparılan əqli işi daha effektiv edir.Bu metodun əsasında paralel düşüncə dayanır.Ənənəvi düşünmə -diskussiyalar və fikirlərin toqquşması üzərində dayanır.Belə yanaşmada çox vaxt məsələnin ən yaxçı həlli deyil ,diskussiya zamanı daha qabarıq irəli sürülən həll qalib gəlirdi.Paralel düşüncə-konstruktiv düşüncə olub müxtəlif nəzər nöqtələri və fikirlər bir-biri ilə toqqaşmadan yanaşı yürüyür.
Edvard de Bono 2005-ci ilin Nobel mükafatı nominantıdır.Yaradıcı və konseptual düşüncə sahəsində tanınmış şəxsdir.Axırıncı 30 il ərzində De Bono 50 iri kompaniyalarda çalışmış.Kembric,London,Oksford,Harvard universitetlərində dərs demişdir.34 dilə tərcümə olunmuş 58 kitabın müəllifidir.Dünyanın 52 ölkəsində leksiyalarla çıxış etmişdir. IBM, Ericsson , Total , Siemens, Microsoft kimi iri kompaniyalarla çalışmışdır.

6 düşüncə şlyapası nədir?



Ağamusa Axundov



Doğum tarixi: 2 fevral 1932-ci il (80 yaş)

Doğum yeri: Kürdəmir, Azərbaycan SSR

Elm sahəsi: ədəbiyyatşünas, dilçi, türkoloq

Elmi dərəcəsi: filologiya elmləri doktoru (1964)

Elmi vəzifəsi: professor (1967), AMEA-nın həqiqi üzvü (2007)

Mükafatları: Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1986)
Axundov Ağamusa Ağası oğlu - ədəbiyyatşünas, dilçi, türkoloq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1986), Əməkdar elm xadimi (1990).

Bu gün xalqımız Qurtuluş Gününü qeyd edir.



   Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
    Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.



Şəmsəddin Eldəniz.

    Böyük Səlcuq dövlətinin zəifləməsi nəticəsində Yaxın və Orta Şərqin siyasi xəritəsində müəyyən dəyişikliklər baş verdi. Sır – dərya çayından Aralıq dənizi sahillərinə qədər uzanan bir ərazidə yenə də türklərin başçılığı altında bir çox dövlətlər – Xarəzmşahlar, Anadolu səlcuq sultanlığı və s. meydana çıxdı. Bunlardan biri də tarixşünaslığımızda həm də Azərbaycan atabəyləri adı ilə tanınan Eldənizlər dövləti idi. Bu dövlətin qurucusu Şəmsəddin Eldəniz hesab edilir. 


14.06.2012

Pulun tarixindən marağlı faktlar.


     Qədimdə pul vasitəsi kimi mal-qaradan istifadə olunurdu.Təsadüfi deyil ki,”kapital”sözü latın dilindəki caput sözündən götürülüb.Caput sözünün mənası isə “baş” deməkdir,çünki mal-qaranı başla sayardılar.

11.06.2012

Kürdəmir.

               

                             Kürdəmirin görkəmli şəxsiyyətləri.

      Kürdəmir rayonu görkəmli şəxsiyyətləri ilə məşhurdur. Belə ki, rayon tibb sahəsində Etibar Əliyev, Faiq İslamzadə, Flora Ağamalıyeva, Əlikram Məmmədov, Fuad İslamzadə, Nəsrəddin Abışov kimi tibb elmləri doktoru, Cabbar Ağayev Laçın İmanov, Heybət Mehdiyev kimi tibb elmləri namizədi, Ağamusa Axundov, Fəxrəddin Veyisov, Rəfael Hüseynov kimi filologiya elmləri doktoru, Ramazan Əhmədov, Vaqif Sultanlı kimi filologiya elmləri namizədi, Mürşüd Fərəcov, Musa Musayev, Mədət Şahbazov kimi kimya elmləri doktoru, Əminə Musayeva, Ağarəsul Məmmədov kimi kimya elmləri namizədi, Qara Mustafayev, Arif İsmayılov, Əli Əhmədov kimi biologiya elmləri doktoru, Nigar Əliyeva kimi riyaziyyat elmləri doktoru, Səməndər Musayev, Sudeyf Musayev kimi fizika-riyaziyyat elmləri namizədi, Ələkbər Məmmədov kimi iqtisad elmləri doktoru, Qardaşxan Məmmədov kimi iqtisad elmləri namizədi, Tacəddin Vahidov kimi hüquq elmləri doktoru, Sənan Mustafayev kimi texnika elmləri namizədi, Fərhad Qəribov  kimi Milli Məclisin deputatı, Cəbrayıl Usubov, İkram Kərimov, Ağaməmməd İbişov kimi generalları, Sadıq Hüseynov, Sadıq Zərbəliyev kimi xalq artistləri, Zemfira Əlişqızı kimi şairə-bəstəkarı, Əlisəfa Azayev kimi yazıçısı, Məmiş Abdullayev kimi Sovet İttifaqı qəhrəmanı,  Soltan Şıxəliyev, Cəmilə Dəmirova, Təzəgül Ağayeva kimi Sosialist Əməyi Qəhrəman, Aşıq Şakir Hacıyev, Aşıq Əhməd Rüstəmov, balaban çalan Həsrət Hüseynov və Teybə Hacıyeva kimi əməkdar mədəniyyət işçiləri, EynullaCəbrayılov kimi teleivziya və radio verilişlərinin solisti və digər görkəmli şəxsləri ilə məşhurdur.

09.06.2012

Məqsədimiz.

       Bu elektron qəzeti yaratmaqda məqsədimiz tarix dərnəyinin üzvlərinin araşdırmalarını sizlərlə bölməkdir.Eləcə də öz təcrübəmlə də paylaşmaq istərdim.

      Dərnək şagirdlərə tarixi dərindən öyrətmək üçün bir vasitədir.Sinifdən fərqli olaraq dərnəydə müxtəlif sinif şagirdləri toplaşır,öz fikirləri ilə bölüşmək imkanı əldə edirlər.Dərnəyə üzv olanlar isə tarixlə dərindən marağlananlardır.Onlar tədqiqat aparır,müsahibələr alır,rayonumuzun,vətənimizin tarixi ilə çox marağlanırlar.Tarix dərnəyinin üzvləri ilə "Dərnəyin üzvləri" səhifəsində tanış ola bilərsiz.Yolumuz açıq olsun uşağlar.