11.06.2012

Kürdəmir.

               

                             Kürdəmirin görkəmli şəxsiyyətləri.

      Kürdəmir rayonu görkəmli şəxsiyyətləri ilə məşhurdur. Belə ki, rayon tibb sahəsində Etibar Əliyev, Faiq İslamzadə, Flora Ağamalıyeva, Əlikram Məmmədov, Fuad İslamzadə, Nəsrəddin Abışov kimi tibb elmləri doktoru, Cabbar Ağayev Laçın İmanov, Heybət Mehdiyev kimi tibb elmləri namizədi, Ağamusa Axundov, Fəxrəddin Veyisov, Rəfael Hüseynov kimi filologiya elmləri doktoru, Ramazan Əhmədov, Vaqif Sultanlı kimi filologiya elmləri namizədi, Mürşüd Fərəcov, Musa Musayev, Mədət Şahbazov kimi kimya elmləri doktoru, Əminə Musayeva, Ağarəsul Məmmədov kimi kimya elmləri namizədi, Qara Mustafayev, Arif İsmayılov, Əli Əhmədov kimi biologiya elmləri doktoru, Nigar Əliyeva kimi riyaziyyat elmləri doktoru, Səməndər Musayev, Sudeyf Musayev kimi fizika-riyaziyyat elmləri namizədi, Ələkbər Məmmədov kimi iqtisad elmləri doktoru, Qardaşxan Məmmədov kimi iqtisad elmləri namizədi, Tacəddin Vahidov kimi hüquq elmləri doktoru, Sənan Mustafayev kimi texnika elmləri namizədi, Fərhad Qəribov  kimi Milli Məclisin deputatı, Cəbrayıl Usubov, İkram Kərimov, Ağaməmməd İbişov kimi generalları, Sadıq Hüseynov, Sadıq Zərbəliyev kimi xalq artistləri, Zemfira Əlişqızı kimi şairə-bəstəkarı, Əlisəfa Azayev kimi yazıçısı, Məmiş Abdullayev kimi Sovet İttifaqı qəhrəmanı,  Soltan Şıxəliyev, Cəmilə Dəmirova, Təzəgül Ağayeva kimi Sosialist Əməyi Qəhrəman, Aşıq Şakir Hacıyev, Aşıq Əhməd Rüstəmov, balaban çalan Həsrət Hüseynov və Teybə Hacıyeva kimi əməkdar mədəniyyət işçiləri, EynullaCəbrayılov kimi teleivziya və radio verilişlərinin solisti və digər görkəmli şəxsləri ilə məşhurdur.