Klubun üzvləri .


                 Dərnəyin yaratmaqda məqsədimiz:

    Dərnəyi yaratmaqda məqsədimiz qədim tarixə malik olan Azərbaycanın ərazisində uzaq və yaxın keçmişdə yaşamış insanların həyatını,onların həyatında baş verən hadisələri,həmin hadisələrin səbəb və nəticələrini daha da dərindən öyrənmək,şagirdlərdə vətənpərvərlik,fəal vətəndaş mövqeyinı,ümumbəşəri humanist dəyərlərə hörmət,mənəvi və mədəni nailiyyətlərə əsaslanan əqidə prinsipləri,dövlətçilik ənənələrinə sədaqət hissi yaratmaq üçün onlara keçmiş və müasir dövr hadisələrini sərbəst təhlil etmək,faktları ümumiləşdirmək bacarığını və vərdişlərini aşılamaqdır. Dərnəy üzvlərinin öz rayonumuzun da tarixi, görkəmli şəxsləri və bugünki inkişafı haqqında məlumatlar əldə etməsi vacib məqsədlərdən biridir.Eyni zamanda dünya tarixini  də mükəmməl öyrənmək,tarixi şəxsiyyətlər, kəşflər və ixtiralar haqqında da şagirdlərdə geniş biliklərin əldə edilməsinə nail olmaq istəyirik.