25.09.2012

Azıx mağarası

Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində mağaradır.
Mağara Azərbaycanın Füzuli rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.

Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.

AZƏRBAYCANIN ORTA ƏSRLƏR TARİXİNƏ ÜMUMİ NƏZƏR

Azərbaycanın orta əsrlər tarixi III-XVIII yüzillikləri əhatə edir. Bu yüzilliklər ərzində Azərbaycan xalqının dövlətçilik təcrübəsində, ictimai-iqtisadi, dini-ideoloji, mədəni həyatında əsaslı dəyişikliklər baş vermişdir.
III əsrin 20-ci illərindən VII əsrin I yarısınadək Azərbaycan Albaniyası və ölkənin cənub qismi (Atropatena) Sasanilər imperiyasının təsiri altında olmuşdur. Azərbaycan Albaniyası bu tarixi dövrün mühüm, müstəqil siyasi gerçəkliyi kimi diqqəti cəlb edir. 

AZƏRBAYCAN QƏDİM DÖVRDƏ

AZƏRBAYCAN QƏDİM DÖVRDƏ
Azərbaycan sivilizasiyanın ən qədim ocaqlarından biridir. Azıx mağarasında arxeoloji qazıntılar nəticəsində aşkar olunan maddi mədəniyyət qalıqları göstərir ki, Azərbaycan ərazisi qədim insanların formalaşması arealına daxil idi. Bu materiallar ibtidai insanların burada 1,5 mln. il əvvəl məskunlaşmasını sübut edir. Qobustan qayaüstü təsvirləri kompleksi Mezolit, Neolit və sonrakı dövrlər incəsənətinin mühüm abidəsidir. Azərbaycan ərazisində e.ə. VI minilliyin ortalarına aid olan yaşayış məskənləri burada qonşu vilayətlərlə sıx əlaqədə olan sakinlərin təsərrüfatı, mədəniyyəti və ictimai münasibətləri haqqında aydın təsəvvür yaradır. E.ə. IV minilliyin ortaları – III minilliyin sonlarında Azərbaycanda və qonşu ərazilərdə Kür-Araz mədəniyyəti yayılmışdır.

03.09.2012

Günəş sisteminə səyahət etmək istəyirsinizsə ,planetləri yaxından izləmək və öyrənmək üçün verilən  ünvana səyahət edin.


http://www.solarsystemscope.com/

Əziz şagirdlərim!Sizlərə Azərbaycan tarixini dərindən öyrənməkdə köməkşi olan "Azərbaycan tarixi portalını"təqdim edirəm.Bu portalda siz Azərbaycan tarixinin hər bir dövrünü əhatə edən kitablar, xəritələr, numizmatik materiallar, sənədlər, abidələrlə tanış ola bilərsiniz. Portal Azərbaycan tarixi ilə maraqlanan hər bir kəs, xüsusilə də tədqiqatçılar üçün faydalı olacaqdır.

http://history.az/