23.11.2012

İmadəddin Nəsimi



Seyid Əli İmadəddin Nəsimi — orta əsr Azərbaycan şairi və hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri. Zamanında Nəsimi təxəllüsü ilə daha çox tanınan şair, Azərbaycan türkcəsində divanın, fars və ərəb dillərindədə isə müxtəlif xırda əsərlərin müəllifi olmuşdur.

17.11.2012


Babək
(816-838)

Azərbaycan VIII əsrin əvvəllərində Ərəb xilafətinin tərkibinə daxil edilir. İlk vaxtlar mülayim siyasət yürüdən əsərb xəlifələri artıq VIII əsrin ortalarında xalqa sözün əsl mənasında zülm etməyə başlayırlar. VIII əsrin II yarısından etibarən xalq ayağa qalxır, üsyanlar edir. Ardı-arası kəsilməyən üsyanlar tədricən iri xalq azadlıq hərəkatına çevrilir. Xürrəmi xalq-azadlıq hərəkatı ərəblərə qarşı yönələn ən iri müqavimət hərəkatı olmuşdur. Hərəkatın başına Babək gəldikdən sonra o daha da mütəşəkkil şəkil almış, tədricən azadlıq müharibəsinə çevrilmişdir. Güclü ordu yaradan Babək ərəblərə qarşı 20 il mübarizə aparmışdır. Sonda Babək tutulub edam edilsə də, onun səyləri hədər olmamışdır: bir müddət sonra Azərbaycanda ərəblərin hakimiyyəti devrilmiş və onun yerində müstəqil dövlətlər yaranmışdır.

15.11.2012

Lüdviq van Bethoven




Lüdviq van Bethoven (Ludwig van Beethoven) (17 dekabr 1770 – 26 mart 1827) – dahi alman bəstəkarı.
Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarından biri, Avropa klassik musiqisində klassizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır.
Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərlərı naşirlərə satmışdır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır.




12.11.2012

Atropat




     E.ə. IV əsrin 30-cu illərində bütün Şərqdə yeni fateh - Makedoniyalı İsgəndər güclü ordu ilə Əhəməni İran dövlətinə qarşı hücuma keçmiş və bir neçə döyüşdə bu dövlətin qoşunlarını sarsıdıcı məğlubiyyətə uğradaraq, Şərqə doğru yürüşünü davam etdirmişdir. İsgəndər qısa müddət ərzində Aralıq dənizinin Hind çayına qədər ərazilərini zəbt etmişdir. Bütün Şərq hökmdarları arasında təkcə Atropat adlı şəxs onunla dil tapa bilmişdir. Vaxtilə Əhəmini qoşunları ilə birgə makedoniyalılara qarşı vuruşmasına baxmayaraq, İsgəndər onu yerli hakim kimi tanımış və onun iran torpaqlarına, indiki Cənubi Azərbaycan ərazisinə toxunmamışdır. Atropat öz torpaqlarını iqtisadi və mədəni baxımdan inkişaf etdirmişdir. E.ə. 323-cü ildə İsgəndər vəfat edəndə və onun dövləti parçalananda Atropat öz dövləti – Atropatenanın müstəqilliyini bəyan edir və tezliklə Atropatena regionun ən qüdrətli dövlətinə çevrilir.


09.11.2012

Tomris (e.ə. VI əsr)


     E.ə. VII əsrdən başlayaraq Azərbaycan ərazisinə şimal tərəfdən kimmer, skit, sak tayfaları köçməyə başlmışlar. Onlar burada məskunlaşmış və yerli əhaliyə qaynayıb-qarışmışlar. Bu zaman Şimali Azərbaycanda, Araz çayı sahilində massaget tayfaları yaşayırdı. E.ə.VI əsrdə İran Əhəməni dövlətinin başçısı II Kir bu tayfaları bu tayfaları tabe etmək məqsədi ilə şimala yürüş edir. Massagetlər tayfa başçıları Tomrisin (bəzi mənbələrdə - Tomris) başçılığı ilə inadlı müqavimət göstərirlər. E.ə. 530-cu ildə həlledici döyüşdə II Kir məğlub edilir və öldürülür. Azərbaycan tarixinə Tomris ölkənin azadlığı uğrunda mübarizə aparan sərkərdə-qadın kimi daxil olmuşdur. 

04.11.2012

İranzu



    Azərbaycan ərazisində yaranmış ilk dövlət Manna dövləti hesab olunur. Manna bir dövlət kimi e.ə. IX əsrdə formalaşmağa başlasa da onu mərkəzləşmiş dövlətə çevirən İranzu olmuşdur. Ciddi tədbirlər və keçirdiyi islahatlar nəticəsində İranzu ölkədə separatçılığın qarşısını almış, daxili sabitliyi təmin etmiş, iqtisadi inkişafa təkan vermiş, güclü ordu yaratmış və bütün bu tədbirlərin öz dövlətini regionun ən qüdrətli dövlətlərindən biriinə çevirmişdir. Onu adı Azərbaycan tarixinə mərkəzləşmiş dövlər tərəfdarı olan siyasi xadim kimi yazılmışdır. 
    İranzu 
    (e.ə.740-719) 

    Azərbaycan ərazisində ilk dövlətçilik ənənələri Urmiya gölü ətrafında yerləşən vilayətlərdə formalaşmağa başlamışdır. Bu vilayətlərə qonşular hələ e.ə. XIV əsrdən yürüşlər etmişlər. İşğal təhlükəsi ilə üzləşən Urmiyaətrafı vilayətlər - Zamua, Gilzan, Allabria, Messi, Manna, Parsua, Uişdiş, Qızılbunda, Andiya, Zikertu, Sanqibudu və Puluadi birləşmək məcburiyyəti qarşısında qalmışlar. Vahid dövlət yaratmaq cəhdini ilk dəfə Zamua vilayətinin başçıları həyata keçirmişlər. E.ə. 881-ci ildə tayfa başçısı Nur-Adad Zamua vilayəti daxilində bütün tayfaları birləşdirmişdir. Vahid dövlət "Manna dövləti" adını almışdır. 

03.11.2012

Tarixi şəxsiyyəti tapın №1

Hörmətli tarixsevərlər.Sizlərə tarixi dərindən öyrənmək üçün yeni bir viktorina təqdim edirəm.Bu viktorinanın şərti belədir:verilmiş köməklərdən istifadə edərək tarixi şəxsiyyəti müəyyən etmək lazımdır.Cavabları qeydlər qrafasına daxil edin.Düzgün cavab dərc olunduqdan 1 gün sonra qaliblər müəyyənləşdirildikdən sonra bildiriləcək.Xoşunuz gəlsə bu viktorinanın davamlı olaraq dərs edərəm.Uğurlar olsun.Beləliklə 1-ci sual.

1)O,öz dövrünün görkəmli şəxsiyyəti olub.
2)İordanın yazdığına görə o,alçaqboylu,enlikürək,iri başlı ,xırda gözlü,seyrək ağarmış saqqalı olan bir adamdır.
3)Ziyafətlər verilən zaman qonaqların gümüş boşqabdan yemək yeməsinə baxmayaraq o,taxta boşqabda yemək yeyərdi.
4)Çoxlu sayda arvadı olmuşdur.
5)Taleyində Krum xanla oxşarlıq var.

Buyurun,onun kim olduğunu müəyyən edin.Uğurlar.

Tarixi şəxsiyyətlərin ölümdən öncə dediyi son sözlər

Sezar: Sən də mi Brut?

Oktavian: Oyun bitdi.

Neron: Dünya böyük bir sənətkarı itirir.

Vespasianus (Ayağa qalxaraq): İmperator ölümü ayaq üstə qarşılamalıdır.

Viktor Hüqo: Qara bir işıq görürəm.

Karl Marks: İşinizlə məğul olun.Yalançı adamlar son söz deyir, yalnız axmaqlar.

Motsart: Ölümün dadı dilimin ucundadı.Bu dünyada olmayan bir şey hiss edirəm.

Nikolay Vasilyeviç Qoqol: Bir nərdivan, tez bir nərdivan gətirin.

Bayron: Hər şey bitdi.Artıq çox gec.

Oskar Vild: Ya divar kağızı gedir, ya da mən.

 Albert Eynşteyn: Mən işimi burda bitirirəm.

Çörçil: Hər şey canımı sıxır.

Çarli Çaplin (Bu vaxt Pedro deyirmiş: Tanrı ruhunu bağışlasın): Niyə də olmasın?Nə də
olsa öz malıdır.

Lüdviq Van Bethoven: Komediya bitdi.

02.11.2012

AZƏRBAYCANDA FEODAL DÖVLƏTLƏRİ




    IX əsrdə azadlıq müharibələrinin genişlənməsi səbəbindən Xilafət  getdikcə  zəiflədi.Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil  feodal dövlətləri meydana gəldi.Belə bir şəraitdə xilafətin işğal etdiyi ölkələrdə yerli hökmdarlıqlar əmələ gəldi və onlar xilafətə tabe olmaqdan boyun qaçırdılar.
  Babək üsyanı yatirildiqdan sonra ,IX-XI əsrlərdə  Azərbaycanda  yaranmaqda olan feodal dövlətləri ərəblərin hakimiyyətindən imtina edir. Belə dövlətlər sayca çox idilər . Onlardan  daha nüfuzluları Şirvanşahlar,Şeddadilər,Sacilər,Salarilər və Rəvvadilər idi.