26.03.2015

Tarix Muzeyinin arxeologiya fonduna yeni materiallar verilib



AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fonduna dörd arxeoloji tapıntı daxil olub. Tapıntılar muzeyə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi çisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli tərəfindən təqdim edilib. Tapıntılar pastadan hazırlanmış üç ədəd silindrik möhürdən və bir tunc toppuz başından ibarətdir.

Klassik xalça sənəti yeni interpretasiyada

RomadaMontoro 12 Contemporary Art” qalereyasının "YAY!" Müasir İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə azərbaycanlı rəssam Faiq Əhmədin fərdi sərgisi açılıb.

15.03.2015

Döyüşlər


Hökmdarlar və dövlətlər oyunu.


Tanışlıq,özünü təqdimetmə oyunları.

1.«DAİRƏVİ  TƏQDİM OLUNMA»
İştirakçılara dairə üzrə düzülmək təklif edilir. Sonra hər iştirakçı
adını deyərək və onu müəyyən hərəkət ilə müşayiət edərək özünü
təqdim etməlidir.
Hər növbəti iştirakçı əvvəlki iştirakçıların adını və hərəkətlərini təkrarlayır, sonra isə özünü təqdim edir və jestlə və ya hərəkətlə öz adını
müşayiət edir:Beləliklə, axırıncı iştirakçı bütün iştirakçıların adlarını və hərəkətlərini təkrar etməlidir, sonra isə özünü təqdim etməlidir. Gülməli
hərəkətlərdən istifadə olunması təqdimatı daha da şən edir.

08.03.2015

8 mart Qadınlar Gününüz mübarək!!!



Dünyanı bəzəyən qadın səsidir,
Hər qadın bir evin nurlu çırağı,
Hər qadın bir nəslin bünövrəsidir.
Qadın gözlərini seyr et bir anlıq:
Onlar sevinəndə açılır səhər,