15.03.2015

Tanışlıq,özünü təqdimetmə oyunları.

1.«DAİRƏVİ  TƏQDİM OLUNMA»
İştirakçılara dairə üzrə düzülmək təklif edilir. Sonra hər iştirakçı
adını deyərək və onu müəyyən hərəkət ilə müşayiət edərək özünü
təqdim etməlidir.
Hər növbəti iştirakçı əvvəlki iştirakçıların adını və hərəkətlərini təkrarlayır, sonra isə özünü təqdim edir və jestlə və ya hərəkətlə öz adını
müşayiət edir:Beləliklə, axırıncı iştirakçı bütün iştirakçıların adlarını və hərəkətlərini təkrar etməlidir, sonra isə özünü təqdim etməlidir. Gülməli
hərəkətlərdən istifadə olunması təqdimatı daha da şən edir.


2.AD-ŞƏKİL (RƏSM) – DEVİZİNİZ (ŞÜARINIZ)
İştirakçılar xarakterik xüsusiyyətləri əks etdirən simvolik şəkildən
və devizdən ibarət olan öz vizit kartoçkalarını bir vərəq üzərində təsvir
edirlər. Sonra hər bir iştirakçı öz vizitkasını şərh edir.

3.«VİZİT KARTI»T
Təlimat: «Rəngli qələmlərdən istifadə etməklə kağız üzərində öz
adınızı yazın və bu vizit kartınızı istədiyiniz kimi bəzəyin. Özünüzü
şəkil vasitəsi ilə ifadə edin».
Aparıcı özü də şəklin çəkilməsində iştirak edir. bununla o, ümumi
işə cəlb olunmasını nümayiş etdirir və tərəddüd edənləri ürəkləndirir.
Aparıcı iştirakçılara dairə üzrə bu vərəq vasitəsi ilə özlərini
təqdim etməyi təklif edir.


4.MÜŞAHİDƏÇİLİK  ƏSASINDA TANIŞLIQ
Eyni masanın arxasında oturan iştirakçılara belə bir təlimat verilir:
Müşahidəçilik qabiliyyətinizə əsaslanıb, siyahıda verilən hər bir
mülahizənin iştirakçılardan hansına uyğun gəldiyini qeyd edir» (oyun
blankı əlavədə verilmişdir, blank 1). İştirakçılar iş vərəqində öz adlarını
yazır, sonra dairə boyu sol tərəfdəki iştirakçıya ötürərək vərəq sahibinə
məxsus keyfiyyətləri qeyd etmək təklif olunur. Hər kəsə öz vərəqi
çatdıqdan sonra ona aid edilən mülahizələri oxuyur və onun fikrincə,
həqiqətə nə qədər uyğun gəlib-gəlmədiyini söyləyir.


Mənbə:A.H.DƏMİROV      S.M.MƏMMƏDOV        Ş.N.İSMAYILOV
YENİ TƏLİM   TEXNOLOGİYALARI VƏ MÜASİR DƏRS