28.02.2014

“Milli mətbuatımızın banisi ” mövzusunda interaktiv dərs nümunəsi


Epiqraf:”Var millətimin imzası imzalar içində”

Məzmun xətti: Şəxsiyyət, mədəniyyət

Əsas standart: 4.1. Tarixi şəxsiyyətləri dövr baxımından fərqləndirir

5.1. Milli-mənəvi dəyərləri fərqləndirir.

Alt standartlar:

4.1.1. Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir;

4.1.2. Mənbələrə əsasən şəxsiyyətlər haqqında təqdimatlar hazırlayır;

5.1.2. Milli mənəvi dəyərləri fərqləndirir;

Mövzu: Milli mətbuatımızın banisi

Məqsəd: a)Biliklər-Həsən bəy Zərdabinin həyat və fəaliyyəti haqqında məlumat toplayır

b) Bacarıqlar-”Əkinçi” qəzetinin işıq üzü görməsində Həsən bəy Zərdabinin

olunu müəyyən edir;

c)İnkişaf-Məlumat mənbələrinin dəyərini fərqləndirir;

Təlim forması:kollektiv iş, kiçik qruplarla iş, fərdi sorğu

Təlim üsulu:beyin həmləsi, müzakirə, suallar

İnteqrasiya:Azərbaycan dili. 3.1.3.;

Azərbaycan Hülakülər dövlətinin tərkibində.




25.02.2014

XOCA ( FİLM 2012 / HQ )


Kürdəmirdə Xocalı faciəsinin qurbanları yad edilir


Fevralın 25-də rayonun Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirimi ikinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən öncə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev rayonda müvəqqəti məskunlaşmış Xocalı sakinlərini qəbul etmiş, onların qayğı və problemləri ilə maraqlanmış və onlara maddi yardımlar göstərilməsi təmin olunmuşdur.
Sonra tədbir iştirakçıları Mərkəzin Sərgi salonunda təşkil edilmiş “ Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsmlərə, əl işlərinə və kitablardan ibarət sərgiylə tanış olumuşlar.


 Tədbirin açlışında Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və faciə haqqında video-çarx izlənilmişdir.

Tədbirdə “Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı səhifəsidir”mövzusunda rayon Təhsil şöbəsinin müdir müavini Əsgər Hüseynov, “Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir” mövzusunda şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimova,”Xocalı faciəsi XX əsrin ən dəhşətli hadisələrindəndir” mövzusunda şəhər 3 saylı tam orta məktəbin müəllimi Xəyalə Veyisova,habelə rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev bu qanlı faciə ilə əlaqədar ətraflı məlumatlar vermişlər.


Xocalı sakini Elmar Şahverənov çıxış edərək tədbirin hazırlanmasında əməyi keçən hər bir şəxsə,məktəblilərə və onlara hər zaman qayğı ilə yanaşan kürdəmirlilərə öz minətdarlıqlarını bildirmişdir.


Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev çıxış edərək Xocalı faciəsinin törədilməsi səbəblərindən ,tarixən ermənilərin azərbaycanlılara və türklərə qarşı törətmiş olduqları soyqırıma Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə siyasi qiymət verdiyindən, eləcədə ölkə başçısı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən ətraflı sohbət açmışdır.


24.02.2014

Xocalının məhv edilən maddi-mədəniyyət abidələri



Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir isti yurd idi Xocalı. Qucağında, qundağında körpəsi boğulan, yurd-yuvası dağıdılan bir ana idi sanki - fəryadı qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən!
Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal etdiyi torpaqlardakı maddi-mədəniyyət abidələrimizi saxtalaşdıraraq erməniləşdirməyə çalışmış və buna müəyyən mənada nail olmuşlar. Belə ki, işğal altında qalan maddi-mədəniyyət abidələrimiz tamamilə və qəddarlıqla məhv edilmişdir. Ələ keçirilən ərazilərdə ermənilər 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırmışlar. Nadir əhəmiyyətə malik 40 min eksponat talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və nadir incilərdən sayılan əlyazmaların külü göyə sovrulmuşdur.

22.02.2014

YEDDİİLLİK MÜHARİBƏ VƏ RUSİYANIN AVROPA SİYASƏTİ


      
           Beynəlxalq münasibətlər üçün ciddi nəticələrə səbəb olan hadisələr XVIII əsrin birinci  yarısında Avropanın sərhədlərindən kənarda da baş verirdi, burada iri müstəmləkəçi və dəniz dövlətləri olan Fransa və İngiltərə arasında mübarizə genişlənirdi. Onların hər ikisini yer kürəsinin eyni əraziləri cəlb edirdi – Hindistan (Ost – Hind) və Amerika.Fransızlar Müqəddəs Lavrenti çayının vadisini, Böyük Amerika gölləri hövzəsini, həmçinin Missisipi çayını zəbt edə bilmişdilər. Beləcə, fransız torpaqlarının arası kəsilməyən xətti Atlantik okeanı sahili boyunca uzanan ingilis müstəmləkələrini qövs kimi əhatə etmişdi. Bu, ingilislərin Şimali Amerikanın içəri tərəflərinə yolunu qapayan fransızlara böyük üstünlük verirdi. İngilis hökuməti ya Şimali Amerika genişliklərinin ələ keçirilməsində birinciliyi fransızlara verməli idi, ya da yaranmış vəziyyəti öz xeyrinə dəyişməyə nail olmalı idi. Onlar geri çəkilmək istəmirdilər. Buna görə də Şimali Amerikada Fransa ilə İngiltərə arasında toqquşmanın baş verməsi yalnız zaman məsələsi idi. Çünki Fransa ilə İngiltərə arasındakı XVII əsrin sonu – XVIII əsrin birinci yarısında baş verən bütün hərbi konfliktlər, o cümlədən, İspaniya və Avstriya mirası üstündə baş verən müharibələr hamısı müstəmləkələrdə qızğın toqquşmalarla müşayiət olunurdu.


Azərbaycan tarixi.İskit dövləti


18.02.2014

Tərlan bəy Əliyarbəyov

Azərbaycanın görkəmli sərkərdələri arasında general Tərlan bəy Əliyarbəyovun adı xüsusi qeyd olunur. O, 64 illik ömür yolunda iki böyük müharibənin və lokal toqquşmaların iştirakçısı olub: I Dünya müharibəsində, 1918- 1920-ci illərdə Azərbaycan Milli Ordusunda və Böyük Vətən müharibəsində (1941 – 1945) vuruşub. I Dünya müharibəsini tabor komandiri vəzifəsində bitirən, Milli Orduda alay komandiri vəzifəsində çalışan, II Dünya müharibəsində qələbəni diviziya komandiri və korpus komandirinin müavini vəzifəsində qarşılayan Əliyarbəyov respublikada milli hərbi kadrların hazırlanmasında seçilirdi.
Azərbaycan tarixinə Tərlan bəy Əliyarbəyov iki cahan müharibəsində iştirak etmiş, Azərbaycan Milli Ordusunun təşkilində fəaliyyət göstərmiş görkəmli sərkərdə kimi daxil olmuşdur.

İNŞAAT MƏDƏNİYYƏTİ: YAŞAYIŞ MƏSKƏNLƏRİ VƏ EVLƏR

 Məskənlər
Məskən insanların uzun müddət yurd salıb məişət və təsərrüfat həyatı qurduğu, yaşayış
evləri və yardımçı binalar, su təchizatı, əlaqə yolları və s. ilə təchiz olunmuş, zaman keçdikcə
abadlaşdırılıb müvafiq görkəmə salınmış insan düşərgəsi olmaq etibarı ilə çox böyük təkamül
yolu keçmişdir. Yaşayış evləri, təsərrüfat tikililəri və fərdi həyətlər daimi məskənlərin başlıca
məişət göstəriciləri sayılır. Bütün bunlardan əlavə yollar, küçə və döngələr, meydanlar, sənət və
ticarət dükanları, ictimai və dini binalar iri məskənlərin mühüm nişanəsi idi.
Qədim zamanlardan başlayaraq məhsuldar qüvvələr inkişaf edib təkmilləşdikcə
məskənlərin tipoloji cəhətdən bir-birindən fərqlənən müxtəlif növləri və formaları yaranmışdır.
Məskən tipləri cəmiyyətin sosial-iqtisadi inkişaf səviyyəsi, istehsal münasibətləri və təbii-coğrafi
şəraitlə üzvi sürətdə bağlı olduğundan hər bir tarixi dövrün və məhəlli məskunlaşma bölgəsinin
özünəməxsus məskən növləri təşəkkül tapmışdır.
Məişət həyatının səciyyəsinə görə insan məskənləri müvəqqəti və daimi olmaqla iki
qismə bölünür. Bu bölgü Azərbaycanın tarixən təşəkkül tapmış yaşayış məskənləri üçün də
səciyyəvi idi.