28.02.14

“Milli mətbuatımızın banisi ” mövzusunda interaktiv dərs nümunəsi


Epiqraf:”Var millətimin imzası imzalar içində”

Məzmun xətti: Şəxsiyyət, mədəniyyət

Əsas standart: 4.1. Tarixi şəxsiyyətləri dövr baxımından fərqləndirir

5.1. Milli-mənəvi dəyərləri fərqləndirir.

Alt standartlar:

4.1.1. Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir;

4.1.2. Mənbələrə əsasən şəxsiyyətlər haqqında təqdimatlar hazırlayır;

5.1.2. Milli mənəvi dəyərləri fərqləndirir;

Mövzu: Milli mətbuatımızın banisi

Məqsəd: a)Biliklər-Həsən bəy Zərdabinin həyat və fəaliyyəti haqqında məlumat toplayır

b) Bacarıqlar-”Əkinçi” qəzetinin işıq üzü görməsində Həsən bəy Zərdabinin

olunu müəyyən edir;

c)İnkişaf-Məlumat mənbələrinin dəyərini fərqləndirir;

Təlim forması:kollektiv iş, kiçik qruplarla iş, fərdi sorğu

Təlim üsulu:beyin həmləsi, müzakirə, suallar

İnteqrasiya:Azərbaycan dili. 3.1.3.;




İnformatik resurslar:İKT, dərslik, iş vərəqləri

Təchizat: kompyuter, proyektor, yapışqan, qayçı, marker

Dərsin gedişi – 4dəq.

Motivasiya -10 dəq.

Tədqiqatın aparılması -10 dəq.

Məlumatın mübadiləsi-5dəq.

Məlumatın müzakirəsi və təşkili-5 dəq.

Nəticə və ümumiləşdirmə-5 dəq.

Yaradıcı tətbiqetmə-5 dəq.

Qiymətləndirmə-6 dəq.

Motivasiya, problemin qoyuluşu:

Beyin həmləsi üsulundan istifadə edərək sinfə müraciət olunur:

- Yer üzünə Günəş nə üçün lazımdır?

- Niyə bu kəndə Günəş qəzetin üzərindən boylanır?

- Ziya və ziyalı nə deməkdir?

Dinlənilən fərziyyələr əsasında açar sual formalaşır. Tədqiqat sualı: 



Həsən bəy Zərdabinin Azərbaycan milli mətbuatının inkişafında rolu nədən ibarətdir?

Tədqiqatın aparılması:

Sinif qruplara ayrılır və göstərilən suallar əsasında tədiqata cəlb olunur

Məlumat mübadiləsi: Qrup nümayəndələri sinfi tədqiqatlarının nəticəsi ilə tanış edir.

Müzakirə sualları:- Müasir dövrdə hansı informasiya vasitələri var?

- Məlumat azadlığı nədir?











Yaradıcı tətbiqetmə: Bu tapşırıqlara şagirdlərin fərdi münasibəti bildirir.

Nəticə və ümumiləşdirmə: Həsən bəy Zərdabi dövrün çətinliklərinə baxmayaraq

“Əkinçi”qəzetinin nəşrinə nail oldu və mətbuat tariximizdə silinməz iz qoydu.

Ev tapşırığı: “İş dəftəri”nin 35-ci səhifəsindəki tapşırığı yerinə yetirin.

Refleksiya və qiymətləndirmə:

Şirincan Məmmədova,

Binəqədi rayonu 126 ¹-li tam orta məktəbin tarix müəllimi


Mənbə:http://www.tehsilproblemleri.com/?p=3441