30.04.2013

Kainat necə yaranıb?

Elmi hesablamalara görə, kainatın 14 milyard yaşı var. Qaranlıq səmada 100 milyard qalaktika mövcuddur. Onların hər birinin öz günəş sistemi, o cümlədən planetləri, peykləri, 400 milyard ulduzu və digər göy cisimləri vardır. Bu nəhəng və qoca dünya yarananda bu qədər böyük olmayıb. Kainat dərimizdəki məsamədən də kiçik bir ölçüdə əmələ gəlib. Bu yaranış elmdə “Big Bang” (böyük partlayış) adlandırılır. Partlayış həcm və ölçü baxımından çox kiçik olsa da, bütün kainatın əvvəli olduğu üçün ən böyük hadisə hesab olunur. Partlayış nəticəsində yeni növ zərrəciklər əmələ gələrək sıçrayıb ki, bu da məhz kainatın özü olub. “Big Bang” səma içərisində baş verən bir hadisə yox, məhz səmanın özünü əmələ gətirən bir hadisədir. Zərrəciklər böyüyüb, toqquşaraq yeni materiyalar əmələ gətirib, çoxalıb və kainat şar kimi genişlənməyə başlayıb. “Big Bang” nəzəriyyəsinə görə, kainat hələ də böyüməkdədir.

Oxu TV.

Əziz şagirdlər.Sizə "Oxu TV" saytını təqdim edirəm.Saytda siz həm Azərbaycan tarixi ,həm də Ümumdünya tarixi ilə bağlı video dərslərə baxa bilərsiniz.


http://www.oxu.tv/?sec=videos&level=6&lesson=34

29.04.2013

Tapın görək-2.

Kraliça II Elizaveta daim ona qarşı çıxırdı.O,deyirdi ki,insanlar içində ondan istifadə etmək piş vərdişdir.Lakin kraliçaya onun mirvarilərlə bəzədilmişini bağışlayanda o ondan imtina edə bilmədi.
Sual:Söhbət nədən gedir.



28.04.2013

Tarixi şəxsiyyətlərin həyatından maraqlı məlumatlar

Suvorov - Böyük rus sərkərdəsi A.B.Suvorov doğulanda çox zəif və çılız uşaq olmuşdur. Lakin özünü müntəzəm surətdə möhkəmləndirmək sayəsində o səhhətini tam bərpa etmişdi. Belə ki, Suvorov hətta yetmiş yaşında ikən misilsiz yürüşlərə çıxmış və ordusu ilə birlikdə Alp dağlarını aşmışdı. Ondan başqa Alp dağlarından yalnız Hannibal və Napoleon keçmişdi.
Suvorov adəti üzrə qəbul günlərində bütün medallarını döşünə taxarmış. Onu gözü götürməyən generalların arvadları bir qəbul zamanı marşalla rastlaşıb: «Ah, Aleksandr Vasilyeviç, siz bu qədər zəif adam olduğunuzdan, yəqin ki, bu medallar sizə ağırlıq edir!» – demişlər. Suvorov onlara: «Çox ağırlıq edir, o qədər ağırlıq edir ki, onu qaldırmağa sizin ərlərinizin gücü çatmaz!» — deyə cavab vermişdi.

26.04.2013

Qubada ilginc kəşf: evin zirzəmisindən tarixi tikili çıxdı

Qubada 200 ildən artıq yaşı olan qədim tikili aşkarlanıb. Quba şəhəri Ərdəbil küçəsi 90 ünvanında yaşayan sakinlər tərəfindən müəyyən edilən qədim tikili təsadüf nəticəsində ortaya çıxıb.

25.04.2013

Kobra effekti nə deməkdir.



-Kobra effekti nə deməkdir?

-İngilislərin Hindistanda müstəmləkə rejimi dövründə təbiətdə çoxalan kobraların sayını azaltmaq üçün hər ölü kobranın başına mükafat qoymuşdular.Yerli əhali bu fürsəti əldən verməmək üçün kobraları qırmağa başladılar.Bir müddətdən sonra kobraların sayı kəskin azaldı.Bu da gəlirin azalması demək idi.Ona görə yerli əhali gəlir əldə etmək məqsədi ilə kobraları saxlayaraq artırmağa başladılar.Bir müddət sonra ingilislər gördükləri tədbirlərin nəticə vermədiklərini görüb mükafatı ləğv etdilər.Gəlirlərindən məhrum olan hindlilər artıq kobraları saxlamadılar və onları təbiətə buraxdilar.Nəticədə kobraların sayı əvvəlkindən də çox oldu.
O zamandan bir problemin həlli üçün atılan  və nəticədə əks təsir göstərən tədbirə "kobra effekti" deyilir.

Ağsuda XVI əsrə aid məscid tapıldı

Azərbaycanın Ağsu şəhərində XVI əsrə aid qədim məscid tapılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiya-sının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu Arxeoloji Ekspedisiy-asının rəisi, tarix elmləri        doktoru Qafar Cəbiyev bildirib. 

Həsənağa Turabov

Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Həsənağa Turabov 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.

24.04.2013

Konstantinopolun fəthi.

Klubumuzun üzvləri Bağırova Cəmilə və Qasımova Aytacın hazırladığı "Konstantinopolun fəthi"mövzusunda hazırladıqları işi sizlərə təqdim edirik.


                              Yüklə.

23.04.2013

Xudafərin körpüsü.




Artıq 200 ilə yaxındır ki,Xudafərin körpüsü Cənubi və Şimali Azərbaycanı birləşdirən rəmzi abidə kimi anılır.Həqiqətən də,Şimalı Azərbaycan ,Rusiyanın tərkibinə qatıldıqdan sonra ikiyə ayrılan torpaqlarımızı birləşdirən yeganə ad Xudafərin" idi.Doğrudur,Sovet imperiyası dövründə körpü ilə Arazın o tayına keçmək yasaq idi,çünki bu çay iki dövlətin-İran və SSRİ-nin sərhədində yerləşirdi.Lakin keçən əsrin sonlarında Azərbaycanda başlanan güclü azadlıq hərəkatının qollarından biri də "sərhəd hərəkatı" oldu.1989-cu il dekabrın 31-də Araz çayının o tay-bu tayında yaşayan azərbaycanlıları ayıran sərhəd dirəkləri vətəndaşlarımız tərəfindən dağıdıldı.Sonralar ulu öndər Heydər Əliyev 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında fərman imzalandı.

22.04.2013

Tapın görək...

Bir dəfə dahi  Rable Lion mehmanxanalarının birində kağızdan 3 paket hazırladı və onların üstünə"Kral üçün zəhər","Kraliça üçün zəhər" və "Şahzadə üçün zəhər" yazıb içlərinə şəkər tozu tökdü.Sonra o paketləri hamının gördüyü yerə qoydu?

Sual:Dahi Rable bunu nə üçün etdi?
Cavablarınızı gözləyirəm.

Məktəbimizdə ədəbiyyat gecəsi.

    Hörmətli oxucular.Məkətəbimizdə keçirilən ədəbiyyat gecəsi öz maraqlı anları ilə şagirdlərimiz tərəfindən çox maraqla qarşılandı.Gecəni ədəbiyyat müəllimi Ələkbərova Lalə və 10"S"sinfi hazırlamışdı.Bu maraqlı tədbirə görə onlara minnətdarlıq edirik.Yeni maraqlı tədbirlər gözləyirik.Gecənin bir neçə fraqmentini sizlərə təqdim edirəm.





20.04.2013

Dahilərin həyatından maraqlı əhvalatlar.1

Ömər Xəyyamdam.


Bir müdrikdən soruşurlar:
-Niyə kasıblar varlılara nisbətən daha mehriban və əliaçıq olurlar?
-Pəncərəyə bax.Nə görürsən?
-Görürəm ki, iki uşaq həyətdə oynayır.
-İndi güzgüyə bax.Orada nə görürsən?
-Özümü görürəm.
-Görürsən,pəncərə də,güzgü də şüşədəndir.Amma şüşəyə bir az gümüş qatan kimi yalnız üzünü görürsən.

Maniçilik və Məzdək hərəkatı

   

   III əsrdə Sasani dövlətində Maninin əsasını qoyduğu hərəkat geniş vüsət aldı. Bu hərəkat dövlətin bütün vilayətlərinin, o cümlədən Azərbaycanın sosial və dini həyatına təsir etdi. Hələ cavanlığında şərqi İran və Hindistanda olmuş Mani brəhmənizm, buddizm, Orta Asiyanın yerli ayinləri ilə tanış olaraq, tərkibində xristianlığın, buddizmin, brəhmənizmin, zərdüştiliyin, Ön Asiya qnostisizminin elementləri olan çox sinkretik təlimin əsasını qoymuşdu. Maninin təlimində bütün dinlərin vahid bir dinlə əvəz edilməsi meyli var idi. 243-cü ildə şahənşah I Şapur tərəfindən qəbul edilən Mani özünün "şapurakan" ("şapurun kitabı") əsərini ona təqdim etdi. Mani tərəfindən yaradılan yeni din yüksək zümrələrin ağalığına, dünyəvi və dini başçıların istismarına qarşı xalq kütlələrinin etirazını əks etdirirdi.

Sxem-4.


19.04.2013

Sxem-3.

Hörmətli müəllimlər 8-ci sinifdə "Osmanlı dövlətini" tədris etdiyiniz zaman bu sxemlərdən istifadə edə bilərsiniz.


Çıraqqala.


      VI əsrdə Sasani hökmdarı Qubad şah şimal tayfalarından qorunmaq üçün “Gilgilçay səddi” və ya “Gil divar” adlanan sədd tikdirmişdi.Gilgilçayın Xəzər dənizinə töküldüyü yerdən Babadağa qədər məsafəni əhatə edən bu sədd 60 km uzunluğunda idi.Sədd boyu bir neçə qala tikilmişdi.Onlardan biri də  Çıraqqala idi.

16.04.2013

Üzeyir Hacıbəyov.


                                       1919-cu ilin yayında “Azərbaycan” qəzetində çap edilmiş silsilə məqalələrin müəllifi hərəcanla yazırdı: “İstiklalımızın bir ilinin bayramını yenicə keçirmişdik ki, üfüqümüzdən qəflətən nümayan olan bir qara əl haman istiklalımızı qırmaq və bizi murdar pəncəsi altında əzmək xəyalı ilə şimalımızdan uzanmağa başladı”. Bu məqalənin müəllifi Üzeyir bəy Hacıbəyli idi. O həmçinin yazırdı: “Ölmək var, dönmək yoxdur. Sidq dil ilə yaşasın müstəqil Azərbaycan deyənlər əmin olmalı: onu müstəqil yaşatmağa qadir olarlar... Bir yaşlı dövlətimiz – gələcəkdə - yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı və aləm mədəniyyətinin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda hər kəsə bildirməkdədir”.

15.04.2013

Azərbaycan ərazisində ilk dövlət qurumları.



E.ə. II minilliyin axırı – I minilliyin əvvəllərində əhalinin yoxsullara və varlılara ayrılması daha da artmış ibtidai-icma quruluşunun dağılması sürətlənmişdir. Bu dövrdə Azərbaycanın cənub ərazisində dövlət qurumları, şimal hissəsində iri tayfa ittifaqları mövcud olmuşdur. Bu birliklərə nüfuzlu tayfa başçıları rəhbərlik edirdilər. Daha güclü tayfa ittifaqları əlverişli təbii şəraiti, münbit torpağı olan ərazilərə yiyələnmişlər. 

14.04.2013

Dünya muzeylərinə səyahət.

Əziz şagirdlər,Sizə Google Art Project adlı dünya muzeylərinə virtual səyahət saytını təqdim edirəm.Sizlərə xoş səyahət arzulayıram.



                Virtual səyatə başla.   

Sxem-2


                 Sxemdən Albaniya tarixini öyrədərkən istifadə etmək olar.

KSQ-1


Hörmətli müəllimlər.5-ci sinifdə keçirdiyim kiçik summativ qiymətləndirmə tapşırıqlarını sizlərə təqdim edirəm.Bu KSQ-№1-dir.Bu KSQ-nı "Azərbaycan qədim dövrdə"bölməsini bitirdikdən sonra keçirilir.

Yüklə və bax: http://www.share.az/xghuxh6b477k/ksq-1.docx.html

Azərbaycan Cəlairilərin hakimiyyəti altında.

    Cəlairilər hələ XIII əsrin ortalarında Hülaku xanın Yaxın şərq ölkələrinə yürüşündə iştirak etmiş, Cənubi Qafqaza gəlmişdilər. Onların nümayəndələri Hülakular dövlətinin hərbi və inzibati idarələrində xidmət etmişlər. Şeyx Həsən Cəlairi XIV əsrin birinci rübündə Rumda hakim idi. O, 1336-cı ildə Oyrat qəbiləsindən olan Əmir Əli Padşahı və onun taxta çıxardığı Musa xana qalib gələrək, Hülaku Məhəmməd xanı Rumda padşah elan etdi və bir müddətdən sonra Təbrizə daxil oldu. O, Azərbaycanı və İraqı öz hakimiyyəti altında birləşdirdi. 1338-ci ildə şeyx Həsən Cəlairi daha qorxulu rəqiblə - şeyx Həsən Çobani ilə qarşılaşmalı oldu. Həmin ilin iyul ayının 17-də Çobanilərlə vuruşmada məğlub olmuş şeyx Həsən Cəlairi Sultaniyyənin hakimi kimi tanındı.

Misirdə əhalinin təbəqələri.Sxem.

Hörmətli müəllimlər,bu sxemdən 6-cı sinifdə"Misir"mövzusunu keçərkən istifadə edə bilərsiniz.


13.04.2013

№2

-Dünyada baş verən ən qısa müharibə hansıdır?
Bu müharibə Ginnesin Rekordlar kitabına dünyanın ən qısa müharibəsi kimi düşmüşdür.
Mənbə:http://znaeteli.ru/category/istoriya/

Ромул и Рем

Ромул и Рем считаются основателями Рима, это братья-близнецы, но они же и братья-враги. Своим происхождением город обязан именно им.

Кто их родители?

Родителями Рема и Ромула являются Март и Рея Сильвия, которая является наследницей города Альба-Лонги. Чтоб возглавить правление Альбой, Амулий заставил, чтоб бросили его брата Нумитора, царя Альбы и отца Реи, в тюрьму. А свою племянницу Рею Амулий заставил стать весталкой. Весталки не должны были иметь детей, однако Марс влюбился в Рею Сильвию и у них родились близнецы Рем и Ромул. Когда Амулий узнал, он заставил убить Рею Сильвию, а их младенцев приказал положить в ивовую корзину и бросить в реку Тибр. Корзину прибивает к берегу, который расположен у подножия холмов, где со временем раскинулся Рим. Марс посылает волчицу к детям, которая могла б своим молоком кормить их, до тех пор пока пастух не нашел их.

Romul və Rem.

12.04.2013

XIX əsr təsviri sənəti.


XIX əsrin ikinci yarısında kapitalist istehsal üsulunun təşəkkülü şəraitində təsviri sənət inkişaf etməkdə davam edirdi və bu, milli mədəniyyətin ümumi yüksəlişi ilə bağlı idi. O, yeni formalarda inkişaf edir, öz tətbiqini divar nəqşlərində, kitab ülüstrasiyalarında, təsviri sənət əsərlərində, xalçaçılıqda, daş üzərində oymalarda, insan. heyvan və məişət əşyalarının təsviri olan qəbir daşlarında tapırdı.

11.04.2013

№1




      -"Pirr qələbəsi" nədir?

      -.E.ə.279-cu ildə Roma      İtaliyanın yunan şəhərləri 
 ilə müharibə apararkən kiçik Epir  dövlətinin  padşahı Pirr onların  köməyinə gəlir,romalılarla döyüşdə çoxlu  itki hesabına qələbə qazanır.Pirr özü bu  haqda demişdir:"Birdə belə qələbə  qazansam mən ordusuz  qalacam".Buradan da belə ifadə  yaranmışdır.Onun mənası isə  məğlubiyyətə bərabər olan qələbə  deməkdir.

Abbasqulu ağa Bakıxanov (1794-1847)

     
 İlk Azərbaycan maarifçilərindən olan Abbasqulu ağa Bakıxanov özünün məşhur “Gülüstani – İrəm” əsərində yazırdı: “Mal və dövlət hər halda puç olacaq, ixtiyar və iqtidar əldən gedəcəkdir...Şəxsi ləyaqət olmadan nəsəb və sülalə şərafəti qürbətdə naməlum, vətəndə məzəmmətə məruzdur. Bunlara təkyə etmək mənasızdır. Etibar ediləcək və arxalanacaq bir dövlət varsa, o da hər halda elm və ədəbdən ibarətdir”. A.Bakıxanov bütün elmi və ədəbi yaradıcılığının əsas qayəsi xalqı maarifləndirmək olmuşdur.Azərbaycan tarixinə Abbasqulu ağa Bakıxanov görkəmli maarifpərvər, Azərbaycan tarixşünaslığının elmi əsaslarını qoymuş şəxs, filosof, alim, jurnalist, filoloq, astronomiya və coğrafiya kitablarının müəllifi və şair kimi daxil olmuşdur.

Tarixi yazanlar-Sara Aşurbəyli.

04.04.2013

I Şah Abbas

     

     Azərbaycan xalqının tarixi yaddaşında birmənalı qarşılanmayan şəxsiyyətlədən biri I Şah Abbasdır. O, ölkədə sabitlik yaratmış, islahatlar həyata keçirmiş, uğurlu hərbi əməliyyatlar vasitəsilə zəbt edilmiş torpaqları geri qaytarmış, geniş quruculuq işləri aparmışdır. Bununla belə, “Böyük sürgün” nəticəsində İranın daxili rayonlarının iqtisadiyyatını inkişaf etdirməsi Azərbaycan iqtisadiyyatının zəiflədilməsi hesabına həyata keçirilmişdir. Qızılbaş əmirlərinə qarşı aparılmış mübarizə azərbaycanlıların dövlətdə tutduqları mövqeyə zərbə vurmuşdur. Azərbaycan Səfəvilər dövlətinin tədricən formalaşmasının təməlini məhz I Şah Abbas qoymuşdur.
Azərbaycan tarixinə I Şah Abbas görkəmli dövlət xadimi, islahatçı, istedadlı sərkərdə, Azərbaycan Səfəvilər dövlətinin qüdrətini pərba edən və bununla belə, onun formalaşması üçün zəmin yaradan şəxsiyyət kimi daxil olmuşdur.

01.04.2013

Kəlbəcərin işğalı

   

Kəlbəcər — Azərbaycan Respublikası ərazisində rayon. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Tarixi
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
İlk insan məskəni

1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr - Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı.


Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş,Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub. Kəlbəcər də qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun «Qaragöl» və «Zalxa gölləri» sahillərində, «Ayıçınqıllı» və «Pəriçınqıllı» dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.
Kəlbəcərin işğalı

Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır.

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.
Mənbə:http://az.wikipedia.org/wiki/Kəlbəcər

Shah Ismayil Xetayi/Sefeviler-Kizilbashlar

 












                                                                                                                                               


Şah İsmayıl Xətai (1487-1524)


Azərbaycan tarixində I Şah İsmayıl Xətai xüsusi yer tutur. Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli dövlət xadimi və sərkərdə, həmçinin gözəl şair olan Xətai Azərbaycan ədəbi dilinin inkişafında mühüm rol oynamışdır. O, şeirimizin ana dilində yazılmasına müstəsna əhəmiyyət vermiş, onun hakimiyyəti dövründə Azərbaycan dili nəinki hakim ədəbi dilə çevrilmiş, eyni zamanda dövlət dili səviyyəsinə yüksəlmişdir: ondan diplomatik yazışmalarda istifadə olunmuşdur.