23.04.2013

Xudafərin körpüsü.




Artıq 200 ilə yaxındır ki,Xudafərin körpüsü Cənubi və Şimali Azərbaycanı birləşdirən rəmzi abidə kimi anılır.Həqiqətən də,Şimalı Azərbaycan ,Rusiyanın tərkibinə qatıldıqdan sonra ikiyə ayrılan torpaqlarımızı birləşdirən yeganə ad Xudafərin" idi.Doğrudur,Sovet imperiyası dövründə körpü ilə Arazın o tayına keçmək yasaq idi,çünki bu çay iki dövlətin-İran və SSRİ-nin sərhədində yerləşirdi.Lakin keçən əsrin sonlarında Azərbaycanda başlanan güclü azadlıq hərəkatının qollarından biri də "sərhəd hərəkatı" oldu.1989-cu il dekabrın 31-də Araz çayının o tay-bu tayında yaşayan azərbaycanlıları ayıran sərhəd dirəkləri vətəndaşlarımız tərəfindən dağıdıldı.Sonralar ulu öndər Heydər Əliyev 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında fərman imzalandı.





Araz çayı üzərində "Xudafərin körpüsü"adı ilə iki körpü mövcuddur.Onların hər ikisi Cəbrayıl rayonu ərazisindədir."Baş Xudafərin körpüsü"adlanan 11 açırımlı körpünün uzunliğu 130,eni 6,hündürlüyü isə 12 metrdir.İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200,eni 4,5,hündürlüyü isə 10 metrdir.
Körpülərin tarixi barəsində bir-birinə zidd  fikirlər var.Baş Xudafərin körpüsünün daha qədim olduğu ehtimal edilir.Alimlərin  fikrincə,bu körpü Əhəmənilər dövründə ağacdan tikilmiş,sonralar Eldəgəzlər dövləti zamanında daş və kərpiclə tilikmiş.
İran tarixçisi Həmdullah Qəzvininin fikrincə,Xudafərin körpüsü Bəkir ibn Abdulla adlı bir şəxs tərəfindən 736-cı ildə inşa edilib.Bəziləri isə iddia edir ki,həmin şəxs körpünü tikdirməyib,yalnız təmir etdirib.
Qəzvini öz əsərlərində körpünün adını "Xuda-Afərin" kimi yazır ki,bu da farsca "Allah tərəfindən yaradılmış"mənasını verir.Çox güman ki,bu ad körpülərə qeyri-adi memarlıq xüsusiyyətinə görə verilib.Belə ki,hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulmuşdur.
Xudafərin körpüsünün Makedoniyalı İsgəndər,hətta Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə tarixi mənbələrdə heç bir dəqiq məlumat yoxdur.
Son fərziyyəyə görə Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən inşa olunub.
Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.
Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır.
Hər iki körpü İpək yolunun üzərində yerləşir.