Məktəbimiz.

Məktəb 1898-ci ildə 5 nəfər müəllim və 3 sinif komplekti ilə  fəaliyyətə başlamışdır. Məktəb Kürdəmirdə dünyəvi təhsil verən ilk dövlət məktəblərindən biri olmuşdur. Kürdəmir şəhərində ilk orta təhsil müəssisəsi kimi 114 ildən çox tarixə malik, Kürdəmir şəhəri  1 saylı tam orta məktəbi öz yüksək nailiyyətlərini  daim davam etdirir.  


   Məktəb 40 sinif otağı, 8 fənn kabineti, 3 laborotoriyası, 24500 kitab tutumlu kitabxanası, idman zalı, akt zalı, emalatxanası və  3 internet şəbəkəli kabinetləri ilə  fəaliyyət göstərir.


Məktəbdə 144 müəllim və 29 texniki işçi fəaliyyət göstərir.

Onlardan:        Ali təhsilli müəllim - 76 % 
                         Orta ixtisas təhsilli müəllim - 24%
                         Əməkdar müəllim - 1 nəfər   
                         İlin ən yaxşı müəllimi - 2 nəfər
                       “Tərəqqi” medalı alan  müəllim - 1 nəfər
                        Qabaqcıl iş təcrübəsi yayılan müəllim - 15 nəfər
                        İnteraktiv təlim metodları ilə işləyən müəllim - 79 nəfər


Məktəbdə1195 nəfər şagird təhsil alır.
Onlardan:         İbtidai sinif komplektlərinin sayı - 26
                           V-IX sinif komplektlərinin sayı - 28
                           X-XI sinif komplektlərinin sayı - 9
                          Siniflərin sayı – 63
                         Şagird sıxlığı  - 18.


Məktəb 2011 ildə cari təmir olunmuşdur.
2006-cı ildə Təhsil Nazirliyi tərəfindən məktəb müasir 
avadanlıqlar və İKT ilə təmin olunmuşdur.
39 komplekt kompyüter və lokal şəbəkə ilə təmin olunmuş  3 Informatika kabineti
yüksək sürətli internetlə təmin olunmaqla İnternet Kompyuter  Mərkəzi kimi
müəllim və şagirdlərə xidmət göstərir.

2005-ci ildə yeni tədris korpusu tikilib istifadəyə verilmişdir.
2009-cu ildə məktəbdə müasir tipli istilik sistemi istifadəyə verilmişdir.
İbtidai sinif otaqları interaktiv təlim metoduna uyğun olaraq yeniləşdirilmişdir.
Məktəbin 79-dək müəllimi və 300-dən çox şagirdi www.Hotmail.com, www.Yahooo.com, www.Rambler.ru, www.mail.ru, www.odnoklassniki.ru və sair saytları, eləcə də MSN Messenger, İCQ, Aqent çatları vasitəsi ilə ABŞ, Türkiyə,  Avropa, MDB ölkələrinin müəllim və şagirdləri ilə mütamadi olaraq informasiya mübadiləsi aparırlar.

2013-cü ildə cənab Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.Bu məktəbimizin ən böyük uğurudur.