22.06.2014

ƏN QƏDİM ZAMANLARDAN İSLAM DİNİNİN QƏBULUNA QƏDƏRKİ DÖVRDƏ MEMARLIĞIN İNKİŞAFI

Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülaim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır.

21.06.2014

Şeyx Şaban türbəsi

Savalan Fərəcov

Abşeron yarımadasında müxtəlif dövrlərə aid çoxlu tarixi-memarlıq abidəsi var. Bu tarix yadigarlarının bir çoxu haqqında müfəssəl məlumat azdır.

Bakının Sabunçu rayonu ərazisində, Maştağa və Nardaran kəndlərinin yolayrıcında yerləşən Şeyx Şaban türbəsi də belə nümunələrdəndir. Abidə haqqında məlumat almaq üçün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi Aygün Quliyeva ilə görüşdük. Həmsöhbətimiz əvvəlcə Şeyx Şaban türbəsinin yerləşdiyi ərazi haqqında məlumat verdi:

AZƏRBAYCANDA TEATR SƏNƏTİNİN YARANMASI VƏ İNKİŞAFI

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.

II dünya müharibəsi, Azərbaycan II dünya müharibəsi dövründə


14.06.2014

Kürdəmirdə Milli Qurtuluş Günü qeyd edildi

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan, dünya dövlətləri arasında nüfuzu getdikcə artan, Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti sayəsində günbəgün inkişaf edən Azərbaycan Respublikasının hər yerində olduğu kimi, Kürdəmirdə də 15 İyun – Milli Qurtuluş Günü böyük sevinc və təntənə ilə qeyd olunmuşdur.
İyunun 14-də rayonun “Heydər Əliyev” parkında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə geniş bayram konserti təşkil edilmişdir.

13.06.2014

Orta əsrlərə aid 7 mumiya tapılıb.


Nil vadisində itmiş orta əsr krallığının paytaxtında, Köhnə donqoladakı   qədim monastırda  alimlər orta əsrlərə aid sərdabə tapıblar .Buranın divarları yazılarla örtülüb .Sərdabədə 7 eyni tərzdə mumiyalanmış insan qalıqları  aşkar  edilib.
Bu şəhər müasir Sudanın ərazisində yerləşir və 900 ilə yaxın Mukurranın paytaxtı olub.
Varşava universitetinin tədqiqatçı alimi antropoloq Robert Malerin sözlərinə görə burada aşkarlanan 7 kişi cəsətləridir,onların yaşı 40 çox idi.Divardakı yazıların şəkli çəkilib və tədqiqat üçün göndərilib.
  

11.06.2014

Kolumbiyada aşkarlanan qədim hindu yaşayış məskəni.

Kolumbiyada inşaat işləri zamanı qədim hinduların yaşayış məskəni aşkar edilib.Yaşayış məskəninin təxminən 3000 il yaşı olduğu guman edilir.Tapıntı Boqotadan cənubda yerləşən Soaçi şəhərində aşkarlanıb.İndi burada 170 yaxın arxeoloq çalışır.Alimlərin fikrinə görə bu kənd Mərkəzi Kolumbiyada e.ə.XI-IV əsrlərdə mövcud olmuş Errera mədəniyyətinə aid edilir.Arxeoloqlar artıq bu tapıntını unikal hesab edir.
Kənd o qədər iridir ki,alimlər bütöv bir cəmiyyətini təsvir etməyin mümkünlüyünü etiraf edir.İnsan sümükləri ilə yanaşı burada 30 mindən artıq artefakt tapılıb.Bu müxtəlif əşyalardır.
Kənd burada elektrik stansiyasının tikintisi zamanı aşkar edilib.Lakin Kolumbiya qanunlarına görə tikinti dayandırılıb.Qazıntı işləri 2 ilə qədər davam etməsi gözlənilir.
Artefaktların bəzisini ictimaiyətin nümayişinə qoyulacağı gözlənilir.

Z.Veysova "FƏAL İNTERAKTİV TELİM "

 
Z.Veysova  "FƏAL  İNTERAKTİV TELİM "muəllimler üçün vəsait Yüklə.

Z.A.Veysova 13 noyabr 1958-ci ildə Bakı şəhərində doğulub. Moskva Dövlət Universitetinin psixologiya fakultəsinin məzmunudur, psixologiya elmləri namizədidir. 1980-1990 ci illərdə Bakı Dövlət Universitetində psixologiya və pedaqogika kafedrasında, 1989-cu ildən bu vaxta qədər Bakı Dövlət Universiteti nəzdində “İnkişaf” Elmi-Praktik Mərkəzinin aparıcı elmi işçisi, 1993-cü ildən Bakı Avropa Liseyinin elmi rəhbəri, 2005-ci ildən bu vaxta qədər isə Liseyin direktorudur.

10.06.2014

Sınaq Qiymətləndirilməsinə aid nümunəvi testlər



Bildiyiniz kimi, Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsi keçiriləcəkdir.

Bu məqsədlə Bakının 12 rayonunda müəllimlərlə görüşlər keçirilmiş, suallar cavablandırılmışdır.

Müəllimlərlə görüşlərdəki istəkləri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, İdarənin rəsmi “Facebook” səhifəsinə daxil olan çoxsaylı sualları nəzərə alaraq Sınaq Qiymətləndirilməsini əhatə edən fənlər üzrə bir neçə nümunə təqdim edirik.



Azərbaycan dili və ədəbiyyat



Əvəzliklər hansı nitq hissələrinin yerində işlənmişdir?
Mən meydan əriyəm, sən də bir kişi.
Mərdliklə seçilir hər mərdin işi.

A) isim, say

B) isim, sifət

C) say, sifət

D) sifət, zərf

E) zərf, isim

09.06.2014

Mikayıl Cabbarovdan təklif

Sənaye sahələri ilə ali təhsil müəssisələri arasında əlaqələr daha da genişlənməli və sənaye müəssisələri kadr hazırlığında bilavasitə iştirak etməlidir. Trend xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov "Bakıeletrikşəbəkə" ASC ilə birgə təşkil edilmiş "Eleketroenergetikada kadr problemləri - Gələcəyə baxış" adlı konfransda deyib.

Nazirin sözlərinə görə, hazırda təhsilin keyfiyyəti və iqtisadiyyatın inkişafının mövcud tələbləri arasında fərqin aradan qaldırılması üçün sənaye sahələri ilə ali təhsil sistemi arasında sıx əməkdaşlığın qurulması zərurətə çevrilib: "Xüsusi diqqət təhsil alanların istehsalat təcrübəsinə, birbaşa onların gələcək iş yerlərində təşkil olunmasına yönəlməlidir. İstehsalat təcrübəsinin düzgün təşkili və onun nəticələri həm işəgötürən, həm də tələbə üçün gələcək iş fəaliyyəinə dair düzgün seçim etməsi baxımından mühüm faktordur. Eyni zamanda istehsalat təcrübəsi təhsil müəssisəsi üçün verdiyi təlimin nəticələrini kənardan ölçülməsi alətinə çevrilməli və tədris müəssisənin təkmilləşdirilməsi istiqamətlərini müəyyən etməlidir".

Mimioda dərs.

Hörmətli müəllimlər,sizlərə Mimio Studio -da hazırmadığım dərsi təqdim edirəm.Dərs "Yunan şəhər dövlətlərinin süqutu və Makedoniyalı İsgəndər imperiyası" mövzusundadır.
Aşağıda dərsin yükləmə linki və dərsin planı verilib.



Makedoniyalı_Isgəndər.ink.Yüklə.

                                       Dərsin planı.

08.06.2014

Əyani vəsaitlər.

Əziz müəllimlər və şagirdlər.Sizlərə Rusiyadan tarix müəllimi olan A.Vajeninin hazırladığı "Texniki kəşflər" mövzusunun keçirilməsi zamanı istifadə edilə biləcək əyani vəsaiti təqdim edirəm.Hazırlanmış vəsait rus dilində olduğundan mən onu sizlər üçün azərbaycan dilinə tərcümə etmişəm.Artıq siz vəsaitləri hazır şəkildə prezentasiyalara əlavə edə bilər və ya şagirdlərinizi mövzu  keçərkən əyani şəkildə bu vəsaitlərlə tanış edə bilərsiniz.
                                               

07.06.2014

Çingizxanın heykəli.

Əfsanəyə görə Çingiz xanın xan elan olduğu yerdə ucalan bu heykəlin 40 metr hündürlüyü var. Buranı ziyarət edənlər atın başına qalxaraq ətrafda 13 əsrin ponoramını izləyə bilərlər.Ətrafda Qədimdə olduğu kimi 200 lager var.Bu lagerlərdə yurtalar qurulub və monqolların yaşam tərzi əks olunub.Heykəlin qiyməti 4,1 mln dollardır.

04.06.2014

Müasir İncəsənət Muzeyinə səyahət



Hörmətli oxucular !Biz sizinlə tez-tez virtual səyahət edirik.Bu gün də sizə Müasir İncəsənət Muzeyinə səyahət təqdim edirəm.
Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avangardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir.Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edir.Muzey özündə memarlıq və dizayn, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulmuşdur və konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeydə qapalı formalar yoxdur. Iki mərtəbə vahid açıq məkanda yerləşmişdir və “unudulmuş pilləkan” obyektilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir: muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş “hərəkəti”, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir.

Azərbaycan və dünya təsviri sənəti və memarlığı üzrə hər dövrə aid kitabları muzey daxilində fəaliyyət göstərən kitab mağazasından əldə etmək mümkündür.


                      

   Muzeyə səyahət et.






01.06.2014

Təhsil Nazirliyi: Azərbaycanda gələn ildən bəzi müəllimlər üçün həvəsləndirici tədbirlərin tətbiqinə başlanacaq

Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayevin Trend-ə müsahibəsi

- Bakıda çalışan orta məktəb müəllimlərinin fəaliyyətinin sınaq qiymətləndirilməsi zərurəti nədən yarandı?

- Təhsil sistemində keyfiyyətin qaldırılması, ayrı-ayrı müəllimlərin peşəkar inkişafına dəstək olmaq üçün bu tip qiymətləndirmələrin aparılması normal praktikadır. Dünyanın bir çox ölkələrində belə qiymətləndirmələr milli və ya regional səviyyədə həyata keçirilir. Bakıda da belə bir sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi müəllimlərlə bağlı mövcud vəziyyəti, müəllimlər arasındakı mövcud fərqləri dəyərləndirmək, müəllimlərin əmək fəaliyyətinin motivasiyasını qaldırmaqdır.
Düşünürük ki, bu sınaq qiymətləndirmənin nəticəsi olaraq, biz Bakı şəhərində rayonlar, müxtəlif fənlər, müxtəlif yaş qrupları və s. faktorlara görə ayrı-ayrı keyfiyyət göstəricilərinə daha yaxından bələd olacağıq. Bu, gələcəkdə nazirlik tərəfindən müxtəlif qərarların verilməsində, müəllimlərin daha yaxşı hazırlanması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsində, həmcinin ixtisasartırma, müəllimlərin yenidənhazırlığı işinin təşkili baxımından zəruri olan layihədir.