09.06.14

Mimioda dərs.

Hörmətli müəllimlər,sizlərə Mimio Studio -da hazırmadığım dərsi təqdim edirəm.Dərs "Yunan şəhər dövlətlərinin süqutu və Makedoniyalı İsgəndər imperiyası" mövzusundadır.
Aşağıda dərsin yükləmə linki və dərsin planı verilib.



Makedoniyalı_Isgəndər.ink.Yüklə.

                                       Dərsin planı.


Dərsin mövzusu: Yunan şəhər dövlətlərinin tənəzzülü.Makedoniyalı İsgəndər.

Standartlar:1.1.2.;3.1.1.;4.1.2.

Məqsəd:

1.Yunan şəhər-dövlətlərinin meydana gəlməsi,inkişafını və tənəzzülü dövrlərini fərqləndirir;

2.Qədim dövlətlərin yaranma,idarəetmə qaydalarını,sosial-iqtisadi münasibətləri təsvir edir;

3.Tarixi şəxsiyyəti-Makedoniyalı İsgəndəri müəyyənləşdirir.

Təlim forması: kollektiv və qruplarla iş.

Təlim üsulu:beyin həmləsi, Venn diaqramı,müzakirə,mühazirə.

İnteqrasiya: H.b. 2.2.2.;Az.T. 3.1.1.

Resurslar:interaktiv lövhə,kompüter,xəritə,marker.

Dərsin mərhələləri

Motivasiya: (2 slayd)(4 dəqiqə)

Slaydda  şagirdlərə xəritə  təqdim olunur və suallarla müraciət edilir.Şagirdlərin fikirləri dinlənilir və düzgün cavablar müqayisə edilir.

Müəllim mövzu ilə bağlı şagirdlərə məlumat verir.(5 d)

Sonra şagirdlər qruplara bölünür və tapşırıqlar verilir.(6 d)

1 qrup-Yunan şəhər-dövlətlərinin tənəzzül səbəblərini müəyyən edin.Afina-Sparta müharibəsinin  zamanını, nəticələrini müəyyən edin.(3,4 slayd)

2 qrup-II Filiplə bağlı mətni tamamlayın.İsgəndərin ilk sərkərdəlik məharətini göstərdiyi döyüşü müəyyən edin.(5,6slayd)

3 qrup-Əhəməni-Makedoniya döyüşləri haqqında məlumat verin.(7,8 slayd)

4 qrup –Mədəniyyətlə bağlı çalışmaları yerinə yetirin.(9,10 slayd)

Məlumatın mübadiləsi: (10 d)
Müəyyən edilmiş zamanda şagirdlər çalışmaları hazırlayır və elektron lövhədə yerinə yetirir.Bu zaman virtual klaviaturadan,virtual marker və qələmlərdən istifadə edə bilərlər.Hər tapşırıq ayrı slaydda verilib.Tapşırıqların düzgünlüyü  slaydlarda verilən YOXLA pəncərəsi vasitəsi ilə yoxlanılır.

Məlumatın müzakirəsi.(5 d)

Cavablar dinlənilir,müzakirə edilir,əlavələr edilir.Meyarlar əsasında qruplar qiymətləndirilir.


Qruplar

Tapşırıq tam yerinə yetirilib

Əməkdaşlıq

Təqdimat

Mənbələrdən düzgün istifadə

Tapşırıqların vaxtında yerinə yetirilməsi



















































Kollektiv iş(8 d)

1.Xəritə ilə iş.(11 slayd)

2.Xronoloji tapşırıqlar(12,13 slayd)

3.Venn diaqramı (14 slayd)

Yaradıcı tətbiqetmə.(15 slayd)(4 d)

İsgəndərin hansı keyfiyyətləri ona böyük imperiya qurmağa imkan verdi?

Kiçik mətn tərtib edin.

Nəticə və ümumiləşdirmə.

Şagirdlər “Makedoniyalı İsgəndər öz imperiyasını necə yaratdı?” sualına cavab verir.Sonra cavablar yoxlanılır.

Ev tapşırığı:İsgəndəriyyə şəhərini təsvir edən mətn tərtib edin.

Refleksiya və qiymətləndirmə.(3 d)

Meyarlar:

1)fərqləndirmə;  2)təsviretmə;  3)müəyyənləşdirmə.