14.06.2014

Kürdəmirdə Milli Qurtuluş Günü qeyd edildi

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan, dünya dövlətləri arasında nüfuzu getdikcə artan, Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti sayəsində günbəgün inkişaf edən Azərbaycan Respublikasının hər yerində olduğu kimi, Kürdəmirdə də 15 İyun – Milli Qurtuluş Günü böyük sevinc və təntənə ilə qeyd olunmuşdur.
İyunun 14-də rayonun “Heydər Əliyev” parkında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə geniş bayram konserti təşkil edilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının üzvləri , ictimaiyyətin nümayəndələri , rayon sakinləri və digər qonaqlar iştirak etmişlər.
İlk öncə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qeyd etdi ki, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyinə nail olan Azərbaycan onu yenidən itirmək təhlüksi ilə üzləşəndə Ulu Öndər Heydər Əliyev xalqının taleyinə biganə qala bilmədi. Milyonların təkidli çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıtdı və ölkəni parçalanmaq təhlükəsindən xilas etdi.
Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilməsi çağdaş tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bununla da milli qurtuluşuna nail olan xalqımız Heydər Əliyev dühası ilə müstəqil və qüdrətli dövlət yaratdı. Bu gün Ulu Öndərin siyasi kursu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan dünyada mötəbər söz sahibdir, Cənubu Qafqazın aparıcı dövlətidir. Ölkənin sürətli inkişaf modeli regionları, o cümlədən Kürdəmiri də əhatə etmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov yaxın günlərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunmuş “Əməkdar mədəniyyət işçisi” Şahalı Şıxəliyevi və “Tərəqqi” medalı ilə təltif olunmuş Həmid Abbasovu təbrik edərək, onlara bayram münasibətilə mükafat və qiymətli hədiyyələr təqdim etdi.
Bayram iştirakçıları rayon incəsənət ustalarının ifa etdikləri mahnıları da maraqla qarşılamışlar.