19.04.2013

Çıraqqala.


      VI əsrdə Sasani hökmdarı Qubad şah şimal tayfalarından qorunmaq üçün “Gilgilçay səddi” və ya “Gil divar” adlanan sədd tikdirmişdi.Gilgilçayın Xəzər dənizinə töküldüyü yerdən Babadağa qədər məsafəni əhatə edən bu sədd 60 km uzunluğunda idi.Sədd boyu bir neçə qala tikilmişdi.Onlardan biri də  Çıraqqala idi.


        Çıraqqala Şabran rayonunun 20-25 kilometrliyində Çıanaqqaya adlanan sıldırım qayanın zirvəsində terləşir.Bu qalanın adını izah etmək  üçün “Dədə Qorqud”filmini yada salmaq kifayətdir.Filmin sonunda Dədə Qorqud deyir:”Bir tonqal qalayanda elimiz şənliyə toplaşır,iki tonqal qalayanda basqınlardan qorunmağa yığışır,üç tonqal ğörəndə hamı xış-kotanla işləməyə gəlir.”
        Beləliklə,Çıraqqala bu ərazidə ən hündür nöqtədə yerləşdiyindən tonqallar da onun üstündə yandırılırdı ki,ətrafda yaşayan hər kəs onu görsün.Qalanın adı da məhz bununla bağlı olmuşdur.
        Çıraqqala o zamanlar 12 bürcdən ibarət idi,lakin günümüzə onlardan cəmi  üçü qəlib çatmışdır.