19.06.2012

   B.e.ə. 1750-ci ildə Qədim Misirdə yoxsulların firona  qarşı  qiyamı başladı.Yoxsullar çox hiddətli idilər.Qan çayı Nilə axırdı,analıar evladlarını qoruya bilmirdi.Üsyançıların ordusu Fiv şəhərinə fironu öldürmək üçün gəlmişdir.

Lakin onların qarşısına baş kahin çıxdı və dedi ki əgər onlar silahlarını yerə qoyub  dagılmasalar,Günəş allahı-Ra qəzəblənəcək və bir daha göy üzünə çıxmayacaq.O,dedi:”Sizləri qara zülmət gözləyir.Soyuq,aclıq,zalım ruhlar sizlərı öz cənginə alacaq və siz hamınız həlak olacaqsınız.”Biz sənə inanmırıq.Öldürün onu!”:ona yaxınlaşan üsyançılar qışqırırdılar.Lakin bu an  hava qaralmağa başladı və bir neçə dəqiqədən sonra günəş yoxa çıxdı,hər tərəf zülmət oldu.


“Ranın qəzəbinı görürsünüz,diz çökün və əff diləyin”-qışqrdı kahin.Yüzlərlə insan diz çökdü və üsyan yatırıldı.Firon sağ qaldı.

Beləcə öz mbilikləri hesabına kahinlər bütün xalqı idarə edə bilirdi.Məlumdu ki ,onlar dəqiqəsilə günəşin batmağını hesablaya bilirdilər.Bundan əlavə astronomiya və astrologiya biliklərinə malik idilər.Kahinin iştirakı olmadan heç bir iri tikili (piramida,məbəd və s.) ucaldılmırdı.


Kahinlər səma cismlərinın hərəkəti və konkret insan taleyi arasında əlaqəni duya bilirdilər.Onlar unikal say sistemi yaratdılar.İnsanın konkret xüsusiyyətləri bir rəqəmlə uyğunlaşdırılırdı.Beləcə hələ anadan olanda insanın taleyini müəyyənləşdirmək olurdu.Sonralar onların bu gizli biliklərindən şərqdə istifadə olunmağa başlanıldı.Avropaya isə bu biliklər magiya adı ilə tanındı.


Məlumdur ki,Pifaqor da onlardan örənirdi və say sistemini öz elmi araşdırmalarının əsası kimi götürmüşdüqr.Məs Misirdən qayıtdıqdan sonra o,bir neçə riyazı kəşflər etdi.Misirdə Pifaqor and içmişdi ki bu Kemet müdriklərindən aldığı bilikləri heç kimə açıqlamayacaq və öz andına sadiq qaldı.

Ən maraqlısı isə ondadır ki misir kahınləri bu bilikləri haradan əldə etmişdir?Kim bilir,bəlkə də  yad planetlilərdən...