19.06.2012


       PEYĞƏMBƏR VARİSİ DEYİLİR SİZƏ,

          HƏYATIN BAHARI SƏNSƏN, MÜƏLLİM!    

          VƏTƏNİ SEVDİRDİN HƏR BİRİMİZƏ,

          VƏTƏNİN VÜQARI SƏNSƏN , MÜƏLLİM!

         Məmmədov Rəfail İnqilab oğlu 1979-cu ildə Kürdəmir rayonunun Xınıslı kəndində anadan olub.1997-ci ildə məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedoqoji  Universitetinin qiyabi şöbəsinə daxil olmuş,1998-2000-ci illərdə hərbi xidmətə çağırışla əlaqədar olaraq 2 il təhsildən ayrılaraq ordu sıralarında olmuşdur.Ordu sıralarından tərxis olduqdan sonra həm təhsilini davam etdirmiş,həm də öz doğma Xınıslı kəndində 2001-ci ildən Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.




    İşlədiyi dövrdə dəfələrlə Təhsil Nazirliyinin və Rayon Təhsil Şöbəsinin fəxri fərmanlarına layiq görülmüşdür.

“004-2009-cu illər ardıcıl olaraq rayon üzrə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.

   2006-cı ildən Kürdəmir RTŞ-də Azərbaycan dili və ədəbiyyatı bölməsinə rəhbərlik edir.

  2007-ci ildə qabaqçıl iş təcrübəsi Kürdəmir RTŞ-si tərəfindən öyrənilərək rayon səviyyəsində yayılmışdır.

   2008-ci ildə Rəfail müəllimin əmək fəaliyyəti yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim”fəxri adına layiq görülmüş,2009/2010-cu dərs ilində respublika üzrə keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.
     Öz əhatə dairəsində gedən tədbirlərdə fəallığı,iştirakı və çıxışı ilə seçilən R.Məmmədov rayonda keçirilən bütün konfrans,seminar,dəyirmi masalarda iştirak edir və məruzələr edir.O,şagirdlərin istedad və qabiliyyətlərinin aşkar edilməsinə, peşə seçiminə xüsusi diqqət yetirir.Hazırda onun şagirdlərinin 8 nəfəri respublikamızın ayrı-ayrı ali məktəblərində Azərbaycan dili və ədəbiyyat üzrə ixtisasa yiyələnirlər.
   Hal- hazırda Rəfail müəllim Kürdəmir şəhər 1 saylı tam orta məktəbin təlim-tərbiyə üzrə müdir müavini işləyir. 
Sizə uğurlar arzulayırıq,Rəfail müəllim!