19.06.2012

Dünyanı tanıdan müəllim-Məhəmmədəli müəllim.


   
   
   Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. 

                                                                        Heydər ƏLİYEV
   Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünya baxışının formalaşması, yəni gələcəyin mütəxəssisinin ilk hazırlığı orta məktəb illərindən başlayır.


   
 Bu gün heç bir təmənna ummadan savadlı, layiqli insan yetişdirmək istəyən nə qədər müəllim tanıyırıq. Adına və peşəsinə hörmət gətirən, həyatını dəyərli işinə həsr edən müəllimlərimiz az deyil. Bizim hər birimizin həyatında müəllim əməyi var və hər birimiz müəllim əməyinin, müəllim sevgisinin bəhrələriyik. Müəllim bizə həmişə mənalı həyat yaşamağı tövsiyə edir, çünki əsl müəllim həmişə yaxşı şagird - əsl insan yetişdirməyə çalışır.

   Məhşur pedaqoq V.A.Suxomlinski "Yaxşı müəllim nə deməkdir" sualına belə cavab vermişdir: "Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünya görüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər... Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss edən insan olmalıdır".

   Təkcə məktəbimizin deyil,rayonumuzun və respublikamızın fəxri olan Məhəmmədəli müəllim də məs belə müəllimlərdəndir.Əgər məktəbimizdə şagirdlər arasında  “Ən çox sevdiyiniz müəllim kimdir? “sorğusu aparılsaydı,sözsüz ki, Məhəmmədəli müəllim bu cədvəlin birincisi olardı.

    Məhəmmədəli müəllim 1956-cı ildə Kürdəmir şəhərində anadan olmuş,1974-cü ildə Kürdəmir 1 №li  məktəbi bitirmiş,1979-cu ildə isə BDU-nin Coğrafiya Fakultəsini bitirmişdir.

   Ali məktəbi bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək  rayonumuzun Qarabucağ kəndində ilk müəllimlik fəaliyyətinə başlamışdır.1982-1992-ci illər XDS İK-nin müavini və sədri vəzifəsində işləyib.
     Məhəmmədəli müəllim Qarabag müharıbəsi dövründə də kənarda qalmamış,cəbhəyə yollanmışdır.

   1992-1994-cü illər Kürdəmir şəhər 1 №li orta məktəbdə coğrafiya müəllimi işləyib.

   1994-1998-ci illər Atakişili Kənd İcra nümayəndəsai vəzifəsində çalışıb.

   1999-cu ildən bu günə kimi Kürdəmir 1№li məktəbdə coğrafiya müəllimi işləyir.

    Azərbaycan Kooperativlər Qurultayının və ATƏT-in keçirdiyi “Yaşıl paket” tədbirinin iştirakçısı olub.



   Gənc nəslin təlim tərbiyyəsində göstərdiyi əməyə və nəaliyyətlərə görə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

   Məhəmmədəli müəllimə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.