25.09.2014

Ermənilərin ərazi iddiaları – saxtakarlıq və tarixi həqiqətlər

Mirzəli Tağıyev,
Naxçıvan şəhəri 15
nömrəli tam orta məktəbin tarix müəllimi
Azərbaycanın əzəli torpaqları hesabına (həmçinin Türkiyənin) “erməni dövləti” yaratmaq istəyən ermənilər özlərinin məkrli niyyətlərini həyata keçirmək məqsədi ilə XVII əsrin sonu -XVIII əsrin əvvələrində Qərbi Avropa və Rusiya dövlətləri ilə danışıqlar aparmaq üçün xaricə göndərilmiş İsrail Ori və Minas Vartaped adlı nümayəndələrinin fəaliyyəti nəticəsində XVIII əsrin əvvələrində Çar Rusiyasından (I Pyotrdan) dəstək ala bilmişlər. XIX əsrin birinci yarısında Çar Rusiyası tərəfindən İrandan və Türkiyədən Cənubi Qafqaza (Zaqafqaziya) 100 mindən artıq köçürülən ermənilər Yelizavetopol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdikdən sonra onlar (ermənilər) xəyali “böyük ermənistan ərazisini” yaratmaq üçün daha da fəallaşdılar.

Ermənilərin “böyük ermənistan” yaratmaq ideyası 1890-cı ildə Tiflisdə yaradılmış qatı erməni millətçi partiyası olan “Daşnaqsütyun” partiyası tərəfindən kəskin şəkildə irəli sürülmüşdü (5,s. 91,124).



Qeyd edək ki, ermənilər dənizdən-dənizə qədər xəyali “böyük ermənistan” ərazisini təsvir edən xəritələrlə, Ermənistanın qədim tarixə malik olmasından və orta əsrlərdə inşa olmuş Azərbaycan-türk memarlıq abidələrini özününküləşdirib bu sahədən bəhs edən tarixi kitablarla dünya ölkələrini təchiz edirlər. Ermənilərin belə qərəzli millətçilik fəaliyyəti hələ keçmiş SSRİ dövründə XX əsrin son rübündə bir çox dərslik, xəritə, atlas və digər kitablarda özünü göstərdi.(şək.1)


2 nömrəli xəritədə sol tərəfdən aşağıda “B. er. ə. I minilliyin axırlarında Zaqafqaziyada qədim dövlətlər” başlıqlı xəritədə qondarma “Böyük Ermənistan” ərazisi saxtakarlıq edilərək təsvir olunub

Belə ki, 1985 ildə 2386000 tirajla və 1989-cu ildə Moskvada 3297000 tirajla nəşr olunmuş keçmiş “SSRİ-tarixi” (7,8-ci siniflər üçün) dərsliyində “Zaqafqaziyada quldar dövründən bəhs edən mövzu dolayısı ilə də olsa Ermənistana həsr olunub. (13,s.26; 8, s.22-25). Eyni zamanda b.e.ə. IX əsrin ortalarında yaranmış qədim Urartu dövləti həmin mövzuda birinci yazıldığı halda, (Ermənilər özlərinin tarixi kökünü qədim Urartu dövləti ilə bağlayırlar. Nədənsə Urartu dövlətindən öncə b.e.ə. IX əsrin başlanğıcında Zaqafqaziyada yaranmış qədim Azərbaycan dövləti olan “Manna” dövlətindən bir kəlmə belə yazılmır. Eyni şovinist hisslər hər iki kitabın arxasında yuxarıda göstərilən 2 nömrəli xəritədə saxta və qondarma “böyük ermənistan” ərazisi göstərilməklə təsvir olunur.

Bundan başqa ali məktəblər üçün, SSRİ tarixi dərsliyində göstərilmiş, Zaqafqaziya və orta Asiya VII-IX əsrlərdə ərəblərin istilaları adlı xəritədə Van gölü daxil olmaqla Türkiyənin bir hissəsi, həmçinin İran və Gürcüstanının bir hissəsi o cümlədən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan ərazisi daxil olmaqla Araz çayının Kür çayı ilə birləşdiyi yerədək olan əraziləri əhatə etməklə böyük hərflərlə Ermənistan yazılmış və həmin bölgələr xəritədə Ermənistanın ərazisi kimi təsvir olunmuşdur(3,s. 50).

Daha sonra N.A.Smirnovun redaktorluğu ilə 1989-cu ildə” Moskvada 2800000 tirajla çap olunmuş VI sinif üçün keçmiş “Qədim dünya tarixi” atlasında (s. 11) və VIII sinif üçün keçmiş “SSRİ-tarixi” atlasında (s. 2), o cümlədən T.V.Artemenkonun redaktorluğu ilə 1981-ci ildə Moskvada 13000 tirajla çap olunmuş VII sinif üçün keçmiş, SSRİ tarixinə dair dərs vəsaiti olan xəritədə saxtakarlıq edilərək “dənizdən dənizə” (Xəzər dənizi və Qara dəniz) “böyük ermənistan” ərazisi təsvir olunmuşdur. 8-ci sinif üçün keçmiş “SSRİ tarixi” atlasında (s.5) aşağıda göstərilən “Zaqafqaziya XI-XIII əsrlərdə” başlıqlı xəritədə isə qədim Azəri-türk torpağı olan Naxçıvan və Türkiyənin qədim torpağı olan Van gölü daxil olmaqla Ərzurum, Ərdəhan, Kars (Qars), Bəyazit və s. ərazisi Ermənistanın tərkib hissəsi kimi təsvir edilir.
Zaqafqaziya XI-XIII əsrlərdə(şək.2)





Şəkil 3

Halbuki XII-XIII əsrlərdə Naxçıvanda Atabəylər (Eldənizlər) dövlətinin hökmranlığı (1136-1225), Naxçıvanın Atabəylər dövlətinin paytaxtı olması (5 s. 47-52) və bu dövrdə Naxçıvan özünün memarlıq abidələri ilə xüsusilə Möminə xatın türbəsi ilə müsəlman-türk aləmində və xristian aləmində şöhrət qazanması (4, s. 304-310), Azərbaycanın şimalında paytaxtı Şamaxı olan Şirvanşahlar dövlətinin yüksəlməsi və XI-XII əsrlərdə Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənddən İran körfəzinə qədər əraziləri əhatə edən Böyük Səlcuq imperiyasının varlığı, bu dövrdə başqa ərazilərlə yanaşı (Orta Asiya, İran, İraq, Misir və s.) Azərbaycan da özünün əzəli torpağı olan qədim İrəvan ərazisi ilə birlikdə və bütün Cənubi Qafqazın Böyük Səlcuq imperiyasının tərkibinə daxil olması tarixdən məlumdur. (1,s.289).

1966-cı ildə Moskvada nəşr olunmuş ali məktəblər üçün “SSRİ tarixi” dərsliyində (Baş redaksiya şurasının sədri B.N.Ponomaryovdan sonra birinci məsul şəxs milliyyətcə erməni olan Ç.P.Aqayandır). “böyük ermənistan”ın xəritəsi verilmiş və göstərilmişdir ki, II-Tiqranın çarlığı dövründə (b.e.ə. 95-56) bütün erməni tayfalarının birləşməsi başa çatır və istilalar nəticəsində dövlətin sərhədləri xeyli genişlənir, (bəzi mənbələrdə saxtakarlıq edilərək bu sərhədlər-Kür çayından Fələstinədək və Aralıq dənizindən Xəzər dənizinədək olan ərazilər kimi göstərilir (3, s. 27), lakin Roma sərkərdəsi Lukullun və Pompeyin yürüşləri (b.e.ə.69-cu il) nəticəsində II-Tiqran əvvəllər tutduğu bütün torpaqları itirir və b.e.ə. 66-cı ildə (bəzi mənbədə 65-ci il göstərilir) Roma imperiyasından asılı vəziyyətə düşür (5, s. 91-92; 7, s. 202).

Sual olunur: Necə ola bilər ki, II-Tiqranın vaxtında özgə torpaqlarını istila etmək nəticəsində qısa bir müddətdə ərazisi böyümüş, Ermənistan sərhədləri Moskvada nəşr olunmuş tarix dərsliklərinin xəritələrində, həmçinin dərsliklərə aid xəritə və atlaslarda “Böyük Ermənistan” adlandırılır? Əgər ermənilər başqa xalqların torpaqlarını istila etmək yolu ilə ərazilərini böyüdüb “Böyük Ermənistan” adlandırmaqda haqlıdırlarsa, onda nə üçün VII-IX əsrlərdə Zaqafqaziya, Orta Asiya və s. torpaqları işğal etmiş ərəblər, XIII-XV əsrlər arasında Orta Asiyanı, Zaqafqaziyanı və qədim Rus torpaqlarının xeyli hissəsini işğal etmiş monqol-tatarlar və 1939-cu ildən başlamış II-Dünya müharibəsində işğalçılıq yolu ilə xeyli ərazi tutmuş almanlar həmin yerləri indiki xəritələrində “Böyük Ərəbistan”, “Böyük monqol-tatar” dövləti və “Böyük Almaniya” (bu faktları artırmaq da olar) adlandırmasınlar? Qeyd olunmalıdır ki, keçmiş SSRİ dövründə Moskvada nəşr olunmuş hər üç dərslikdəki xəritələrin redaktoru milliyyətcə erməni olan L. F. Voskanyandır. Redaktor, məsul şəxs heç bir tarixi fakta əsaslanmadan bildiyini edir və bu nədənsə təəccüb doğurmurdu.

İndi isə ermənilər özlərinin tarixi köklərini Zaqafqaziyada qədim quldar dövləti olan Urartu dövlətinə bağlamasından, bununla qədim tarixə malik olmasından və ermənilərin saxta yollarla qədim bir əraziyə malik olmasını, “böyük ermənistan”adlı dövlətin, onun sərhədlərinin tarixdə mövcud olmasını təkzib edən bir neçə tarixi faktlara diqqət yetirək. SSRİ- tarixi 7,8-ci sinif. Moskva, 1985, 1989-cu il. -Eramızdan əvvəl VII əsrin ortalarında Urartu dövləti geniş əraziyə malik idi. O, Ermənistanda Sevan (Göyçə) gölündən və Ararat (Ağrı) dağlarından başlayıb. Dəclə və Fəratın yuxarılarına qədər uzanaraq Qədim Şərqin mühüm dövlətlərindən birinə çevrilmişdi (8, s 22).

Dünyanın ən qədim şəhərlərindən biri olan İrəvanın yaranmasını xəbər verən, eramızdan əvvəl 782-ci ilə aid olan kitabədə deyilir: “Xaldı Allah Mendin oğlu Arğiştinin şərəfinə bu möhtəşəm qalanı tikdi, şəhərə Erebuni adını verdi” (8, s. 25).
Urartu dövləti eramızdan əvvəl VI-əsrdə skiflərin (İskit) basqınından sonra süqut etdi (8,s. 24).

İndi isə müəllifləri milliyyətcə erməni olan V. M.Arutunyan, M.M.Asratyan və A. A. Melikyanın rəhbərliyi ilə 1968-ci ildə Moskvada 18000 tirajla nəşr edilmiş, Erevanın 2750 illiyinə həsr olunmuş “Erevan” adlı tarixi kitabın 12-13-cü səhifələrindən bəzi sətirlərin tərcüməsinə diqqət yetirək.

I fəsil İrəvan ötən əsrlərdə

İrəvan ərazisində 2-ci Urartu şəhəri Erebuni şəhəridir. Alimlər hesab edirlər ki, İrəvanın adı onun adından götürülmüşdür. 1950-ci ildən başlayaraq bu şəhər arxeoloqlar tərəfindən mütəmadi olaraq öyrənilməyə başlandı. Burada və başqa yerlərdə (Van, Çovinar) tapılmış yazılar nəinki onun dəqiq yerini hətta yaranma tarixini də təyin edir. Menuanın oğlu Urartu çarı Argişti də İrəvanın yaranma tarixini belə xatırlayır. Bazalt daşında həkk olunmuş 13 sətirdən ibarət mixi xətli yazıda (şəkil 9) oxumaq olur: “Bu möhtəşəm qalanı Menuanın oğlu Argişti çarı tikdi, ona Erebuni adı verdi, Biayni dövlətinin qüdrəti üçün və düşmən ölkələrini qorxutmaq üçün”.

Argişti deyirdi: “Torpaq səhra idi, orada mən çox böyük işlər gördüm. Xaldı Allah Menuanın oğlu Argişti, qüdrətli Biayni ölkəsinin çarı, Tuşpa şəhərinin hökmdarı” (13, s. 12-13).

6.Teyşebaini . Seksiyalı evin planı

7.Teyşebaini. Saray konpleksində anbar

8.Teyşebaini .Bürünc dəbilqə

9.Erevanın yaranması haqqında daş kitabənin mətni(mixi yazı)

10. Erebuni qala qazıntıların ümumi görüntüsü

11. Erebuni. Saray kompleksinin baş planı

-Başqa Van yazısı alimlərə şəhərin yaranma tarixini dəqiqləşdirdi, b.e.ə. 782-ci il. Beləliklə, Erebuni İrəvan ərazi məntəqəsi kimi düz 2750-il bundan əvvəl yaranmışdır, yəni öz qədimliyi ilə tanınan Roma şəhərindən 30 il əvvəl “Erebuni daha doğrusu onun qalası İrəvanın cənub-şərq kənarında Arin-Berd təpəsində yerləşirdi (13,s. 13).

Haqqında bəhs olunan həmin daş kitabənin 8-ci sinif üçün keçmiş “SSRİ-tarixi” dərsliyinin 1947-ci il və 50-ci illərdə nəşr olunan tərcüməsinə və görünüşünə diqqət yetirək: “SSRİ tarixi” 8-sinif 1947-ci il.

“Ölkəmizin ərazisində ən qədim dövlətlər”, Urartuda tapılmış tikinti daşı və onun üzərində padşah Arqiştinin mixi yazısı. İrəvanın yaxınlığında olan bir qalanın xarabasında.

Moskvada tarix muzeyi. Yazının tərcüməsi: “Menuanın oğlu Arqişti bu qalanı 10000 belə daşdan tikdirmişdir (6, s.13).

Həmin bu tərcümə 1950-ci illərdə nəşr olunan “SSRİ tarixi” dərsliyində də tamamilə eynidir. İstər 1947-50-ci illərdə, istərsə də 1985-1989-cu illərdə nəşr olunmuş 8 sinif üçün keçmiş, SSRİ tarixi dərsliklərində olan həmin daş kitabənin xarici görünüşü, oxşarlığı və orada olan mixi yazılar eyni olmaqla dörd sətirdən ibarət olması açıq-aydın göründüyü halda tərcümələr bir-birinə qətiyyən uyğun gəlmir. Bundan başqa-müəllifləri erməni olan, Moskvada nəşr olunmuş “Erevan” adlı kitabda da (Şəkil 9). mixi xətti ilə yazılan daş kitabə verilir. Kitabədəki yazının 13 sətirdən ibarət olması (“SSRİ tarixi” dərsliyində 4 sətir göstərilir). və yuxarıda təsvir olunan daş kitabədən görünüşcə tamam fərqlənməklə yanaşı oradakı tərcümədə uyğun gələn ümumi sözləri çıxmaq şərti ilə İrəvanın qədim tarixə malik olmasından (yaranma tarixindən) bir kəlmə belə yazılmır. Yalnız həmin kitabın 13 səh-də heç bir dəlil-sübut gətirmədən, tarixi fakta əsaslanmadan, daş kitabənin şəkli təsvir olunmadan qısaca belə bir ifadə işlənir: -Başqa Van yazısı alimlərə şəhərin yaranma tarixini dəqiqləşdirdi: b.er.ə. 782-ci il. İrəvan adlı kitabdan aydın olur ki, ermənilər çox böyük məharətlə Erebunidə və digər yerdə əldə etmiş daş kitabələrdəki mixi yazını ixtisar edib birləşdirərək keçmiş SSRİ tarixi (1985, 1989) dərsliyinə həmin daş kitabənin mətnini özlərinin mənafelərinə uyğun olan formada saldıra bilmişlər. Eyni zamanda 1947 və 50-ci illərdə nəşr olunmuş SSRİ tarixi (8 sinif) dərsliyində təsvir edilən Urartuda tapılmış daş kitabənin mətninin tərcüməsi, növbəti illərdə nəşr olunan “SSRİ-tarixi” (8 sinif) dərsliyində və “İrəvan” adlı kitabda ermənilərin istək və arzularına mənafelərinə uyğun saxtakarlıqla təhrif edilərək tərcümə edilmişdir. Bu barədə tarix elmləri doktoru prof. Y.Yusifovun redaktorluğu ilə 1993-cü ildə Bakıda nəşr olunmuş ali məktəblər üçün “Qədim Şərq” tarixi dərsliyində (s. 276) də haqlı olaraq İrəvan ərazisində tapılmış həmin daş kitabələrdəki yazıların saxta olması göstərilir. Daha sonra milliyyətcə erməni olan B.N.Arakelyan və A.R.İoannisyanın redaktorluğu altında 1951-ci ildə İrəvanda rus dilində nəşr olmuş birinci hissə “İstoriya Armyanskoqo Naroda” adlı kitabda (s.17-25) Erevanın b.e. ə. 782-ci ildə yaranmasını təsdiq edən, yuxarıda adı çəkilən mixi xətti daş kitabədən nədənsə bir kəlmə belə yazılmır.

Bundan başqa “böyük ermənistan” adlı qondarma dövlətin və onun sərhədlərinin tarixdə mövcud olmasını təkzib edən və eyni zamanda Zaqafqaziyanın o dövrə aid tarixini təhrif edən digər tarixi sənədlərə, keçmiş SSRİ dövründə fəaliyyət göstərmiş SSRİ Dövlət Xalq Təhsil Komitəsinin və Gürcüstan SSR Xalq Təhsili Nazirliyinin 30.01.91-ci il tarixdə bizə göndərilmiş məktubundan bəzi sətirlərə diqqət yetirək: Sizin 03. XII-1990-cı il. 10-2-281 ¹-li məktubunuza cavab veririk ki, respublikanın ümumtəhsil məktəblərində SSRİ-tarixi öyrənilmir. Amma sizin 6-cı sinif üçün qədim dünya tarixi atlasında olan iradlarınızı düzgün sayırıq. Belə ki, Zaqafqaziyanın o dövrə aid sərhədləri tamamilə təhrif olunmuşdur (11). 6-cı sinif üçün “Qədim dünya tarixinə” dair atlasın (red.N.A.Smirnov, Moskva 1989) 11-ci səhifəsindəki xəritədə Roma dövlətinin sərhədləri və ondan asılı olan ərazilər təhrif olunmuşdur. (Məktub məqaləyə əlavə olunur).

Roma dövlətinin böyüməsi (b.e. ə. III- əsr b.er. II – əsr)

Xəritədə Roma dövlətindən asılı olan qırıq xəttlərlə göstərilən ərazilər (Xəzər dənizindən Qara dənizinə, Van gölü daxil olmaqla Dəclə Fərat çaylarınadək ərazilər) o cümlədən Zaqafqaziyanın ərazisi tarixi baxımdan təhrif edilərək Dəclə, Fərat çaylarından Xəzər dənizinə qədər sahələri əhatə edən ərazilərdə ARMENİA adı yazılmaqla saxtakarlıq edilərək Ermənistanın ərazisi kimi təsvir olunmuşdur.

SSRİ Dövlət Xalq Təhsili Komitəsinin 13.03.1991-ci il tarixli ¹TA-01710/II-09- məktubu:

Sizin, VIII sinif “SSRİ tarixi” dərsliyinə aid tənqidi qeydlərinizə cavab veririk ki, həmin dərslikdə §4 materialı (səh.21-24) məktubunuzda göstərdiyiniz kimi Ermənistana yox, indiki Türkiyə, İran, İraq və SSRİ ərazilərinin bir hissəsi olan qədim Urartu dövlətinin tarixinə həsr olunur. Urartular 60 qəbilənin nümayəndələri olmuşlar. Dövlətin özü isə Assuriya və Midiyalıların hücumu nəticəsində erməni xalqının yaranmasından çox qabaq eramızdan əvvəl VI-əsrdə süqut etmişdir. Məktubun digər bir yerində belə yazılır: “…Xəritənin əlavəsində b.e.ə. I minilliyin sonunda dəqiq sərhədləri göstərilmədən”Böyük Ermənistan”ın şərti tutduğu yer təsvir edilib. Göstərilən dövlət uzun müddət ömür sürməyib, onun tərkibindəki vilayətlərin əlaqələri olduqca zəif olmuş və Romalıların zərbələri altında tezliklə dağılmışdır. Onun (“böyük ermənistan”) dəqiq sərhədlərini müəyyən etməyə heç kimin gücü çatmaz. Bizim fikrimizcə bu sərhədlər həqiqətdə mövcud olmayıb. “SSRİ tarixi” -ali məktəblər üçün I-cild. 1949-cu il. “Erməni və Gürcü” xalqlarının mənşəyi və Zaqafqaziyanın qədim xalqlarının ictimai quruluşu məsələsi” mövzusu. Həmin mövzuda haqlı olaraq yazılır: -Urartu dövründə hələ nə erməni xalqı vardı, nə də gürcü xalqı. (2, s. 28) Bu fikirlər ermənilərin uzun illik iddialarının əsassız olduğunu bir daha təsdiq edir. Yuxarıda göstərilən araşdırmalarda ermənilərin “qədim tarixə” malik olmasını təkzib edən tarixi faktlarla yanaşı eyni zamanda ermənilərin Zaqafqaziyaya gəlmə xalq olduqları Rus və erməni mənbələrində də öz əksini tapmışdı. Bu barədə rus tədqiqatçısı İ.N.Şavrov yazırdı: “… 1828-ci ildən 1830-cu ilədək biz zaqafqaziyaya 40 mindən çox İran və 84600 Türkiyə ermənisi köçürtdük. Onları Yelizavetpol (Gəncə) – (Qarabağ ərazisi bu quberniyaya daxil idi) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdik. Onlara 200.000 desyatindən çox xəzinə torpaqları ayrıldı.

“…1896-cı ildən 1908-ci ilə kimi Zaqafqaziyaya o cümlədən Qarabağa 400 min erməni köçürülmüşdü…” (9, s. 59-61).

Erməni tarixçisi M.G.Nersesyan isə belə yazırdı: “….XIX-yüzilin 20-ci illərin sonunda bu bölgələrə – Şərqi Ermənistana 40.000-dən çox İran, Türkiyədən isə 90.000 erməni köçürülmüşdü” (10 s. 139).

B eləliklə, Moskvada tarix muzeyində saxlanılan, haqqında bəhs olunan mixi yazılı daş kitabənin 1947-ci il və 50-ci illərdəki tərcüməsinə əsasən, həmin tərcümənin 1980-cı illərdə nəşr olunmuş keçmiş “SSRİ tarixi” dərsliyində ermənilərin mənafelərinə uyğun olaraq təhrif olunmuş formada saxta tərcüməsinə əsasən, Moskvada nəşr olunmuş, “Erevan” adlı kitabda İrəvanın qədim tarixə malik olmasını saxta yollara təsdiq edən daş kitabənin qondarma mətninə və 1949-cu ildə nəşr olunmuş keçmiş “SSRİ tarixi” dərsliyində “Erməni və Gürcü xalqlarının mənşəyi və Zaqafqaziyanın qədim xalqlarının ictimai quruluşu məsələsi” mövzusuna əsasən, Zaqafqaziyanın o dövrə aid (b. e. əv). sərhədlərinin təhrif olunmasını təsdiq edən Gürcüstan SSR Xalq Təhsili Nazirliyinin 30.01.91-ci il tarixli ¹ 01-12-10/09 məktubuna əsasən və keçmiş SSRİ Dövlət Xalq Təhsili Komitəsinin 13.03.1991-ci il tarixli ¹-TA-01710/II.09 məktubuna əsasən, rus tədqiqatçısı İ.N.Şavrovun və erməni tarixçisi M.G.Nersesyanın məlumatlarına əsasən qəti deyə bilərik ki, İrəvanın qədim bir ölkə kimi b. ev ə. 782-ci ildə yaranmasını təsdiq edən, 1985, 1989-cu illərdə Moskvada nəşr olunmuş keçmiş “SSRİ tarixi” (VIII sinif) dərsliyində və “Erevan” adlı tarixi kitabdakı mixi yazılı daş kitabənin tərcüməsi və qondarma “böyük ermənistan” adlı dövlət onun sərhədlərinin tarixdə mövcud olması tamamilə saxtadır və Zaqafqaziyanın o dövrə aid (b.e.ə.) əraziləri tarixi baxımdan təhrif edilməklə yanaşı rus və erməni mənbələrindəki tarixi faktlara əsasən ermənilər Zaqafqaziyaya gəlmə xalqdır. Əlavə olaraq qeyd olunmalıdır ki, bu kimi saxtakarlıqlar təkcə tarix dərsliklərində, atlas və xəritələrdə deyil, eyni zamanda 1987-ci ildə Moskvada çapdan çıxmış orta məktəblər üçün (VIII-sinif) hüquq dərsliyi olan “Sovet dövləti və hüququnun əsasları (Osnovı Sovetskoqo qosudarstva i prava)” kitabında da öz əksini tapmışdır. Belə ki keçmiş Sovetlər birliyi dövründə Moskvada çap olunmuş orta məktəblər üçün hüquq dərsliyində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana aid olması kimi öz əksini tapmışdı. 198 səhifədən ibarət olan hüquq dərsliyinin yazı mətnindən sonra kitabın axırlarına əlavə edilmiş tablolardan biri diqqəti daha çox cəlb edir. Yazı mətnindən sonra 3-cü vərəqdəki (6-cı səhifə) tablonun üstündə yazılıb: “SSRİ xalq təhsilinin əsas prinsipləri, aşağıda sağ tərəfdə isə şəklin altında belə yazılıb: Stepanakert şəhərindəki 2 nömrəli orta məktəbin qabaqcıl alman dili müəllimlərindən biri Erna Daneliyan X-sinifdə dərs aparır.

Ermənistan SSR” Moskvada nəşr olunmuş hüquq dərsliyindəki kobud və bağışlanılmaz səhvə-saxtakarlığa qarşı 1988-ci ilin dekabrında kitabın redaktoru Q.P.Davıdova etiraz məktubu göndərildi. (Bax: Gənclik jurnalı, Bakı 1989, iyul,s. 10; avqust,s.17) Buna cavab olaraq 1989-cu ildə kitabın redaktorluğundan üzürxahlıq məktubu alındı (məktub məqaləyə əlavə olunur).

Bu haqda professor Bəşir Əhmədov 1989-cu ildə nəşr olunmuş “Azərbaycan məktəbi” (¹ 10) jurnalının 25-ci səhifəsindəki, “Bu diqqətsizlikdir, yoxsa…” adlı məqaləsində, Sovet dövləti və hüququnun əsasları dərsliyində buraxılmış səhvlə bağlı yazırdı.

…Düzdür, bu səhv dərsliyin Azərbaycan dilinə tərcüməsi zamanı düzəldilmişdir. Lakin respublikamızda rus, gürcü və s. məktəblərdə oxuyan şagirdlər indi də həqiqəti təhrif edən kitabdan istifadə edirlər. Bu bizi bir də ona görə narahat edir ki, Moskvada buraxılmış həmin kitab bütün qardaş respublikaların dillərinə tərcümə olunub şagirdlərin istifadəsinə verilmişdir…

Göründüyü kimi Azərbaycan tarixinin saxtalaşdırılması yalnız monoqrafiya, dərslik və məqalələrdə özünü göstərmir. Tariximiz keçmiş SSRİ mərkəzində Moskvada çap olunmuş xəritə, atlas və dərslikdə də təhrif olunurdu. Saxtakarlara vaxtında cavab verə bilməməyimizin, etiraz səsi ucaltmamağımızın acı nəticəsidir ki, erməni millətçiləri saxta sənədləri əldə bayraq edib müxtəlif üsullarla ərazilərimizi işğal edirlər. Tarix dərsliklərində, xəritə və atlaslarında göstərilən qərəzli nöqsanlara qarşı etiraz əlaməti olaraq hələ 1990-cı ildə keçmiş sovetlər birliyi dövründə 13 müttəfiq, 19 muxtar respublikanın (Azərbaycan, Ermənistan Respublikaları və Naxçıvan MR istisna olmaqla) Elmlər Akademiyasının Tarix İnstitutlarına, Xalq Təhsil Nazirliklərinə, Moskvada xəritələri tərtib edən baş idarəyə və redaksiyalara məktublar göndərildi, teleqramlar vuruldu. Bir müddət keçdikdən sonra onlardan bu məsələyə münasibətlə əlaqədar oxucularda maraq doğuran müxtəlif məzmunda 11 adda məktublar alındı (məktublar əlavə olunur).

Məktublarda respublikalar həlli tələb olunan bu məsələ ilə əlaqədar müxtəlif fikirdədirlər. Bəziləri şərik, bəziləri bitərəf, digərləri isə ortaq və barışdırıcı mövqedə olduqlarını bildirirlər. Sənədlərdən aydın olur ki, dərslik və xəritələrin hazırlanmasında və rəy verilməsində keçmiş SSRİ Elmlər Akademiyası, SSRİ Tarix İnstitutu aparıcı rol oynayırdı. Beləliklə hələ keçmiş Sovet dönəmində ermənilər müxtəlif riyakarlıqlardan istifadə edərək Azərbaycan torpaqları hesabına öz arzu və istəklərini həyata keçirməyə başlamışlar.

Bu bir həqiqətdir ki, ermənilərin xəyali “dənizdən-dənizə”, “böyük ermənistan” ərazisini reallaşdırmaq üçün XX əsrin müxtəlif illərində (1905-1907, 1918-1920, 1948-1953, 1988-1994-cü illər) azərbaycanlılara qarşı genişmiqyaslı qanlı hadisələr həyata keçirmişlər. Tarixə nəzər salsaq görərək ki, ermənilər qondarma “böyük ermənistan” ərazisini həyata keçirmək üçün azərbaycanlılara qarşı daima ərazi iddialarında olmuşlar. Özlərinin məkrli niyyətlərini həyata keçirmək üçün Rus imperiyasına arxalanaraq azərbaycanlılara qarşı aşağıdakı illərdə milli qırğın, soyqırım, Qərbi Azərbaycan ərazisində yerləşən-Azərbaycanın əzəli ərazisi olan İrəvan torpağından azərbaycanlıların deportasiyasını və nəhayət XX əsrin son rübündə Azərbaycanın ərazi bütövlüyünü yenidən pozaraq Dağlıq Qarabağ hadisələrini törətdilər.

1. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı milli qırğın törətməkdə erməni millətçi partiyası həlledici rol oynadı və hazırlanmış plan 1905-ci ilin fevral ayında ermənilər tərəfindən həyata keçirildi. 2. Daşnaq dəstələri 1918-ci il mart ayının sonlarında azərbaycanlılara qarşı kütləvi milli qırğın törətdilər. Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş mart soyqırımında 20 mindən çox azərbaycanlı öldürüldü. 3.

Keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarlarına əsasən 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan 150 mindən çox azərbaycanlı doğma yurdlarından zorla çıxarıldı. 4. 1987-ci ilin yayında Heydər Əliyev Moskvada SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsindən azad edildikdən sonra və 1987-ci ilin noyabr ayında M.S.Qorbaçovun (SSRİ-nin ilk və sonuncu prezidenti) əlaltılarından biri olan A.Aqanbekyan Azərbaycan Respublikasının tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Parisdə “Humanite” qəzetində (1987, 18 noyabr) verdiyi müsahibədən sonra, “Daşnaksütyun” partiyası başda olmaqla Azərbaycana qarşı bütün millətçi erməni təşkilatları və komitələrinin fəaliyyəti genişləndi. Yaranmış milli ədavətin ilk qurbanları yenə də Ermənistanda yaşayan azərbaycanlılar olmaqla, 1988-ci ilin yanvarında Qafan və Mehri rayonlarından ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. 1988-ci ilin fevralında DQMV-də milli zəmində erməni-azərbaycan münaqişəsinin dərinləşməsi, ilk dəfə ermənilər tərəfindən Əsgəranda azərbaycanlıların qətlə yetirilməsi, Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi və 1994-cü il may ayınadək faciəli hadisələrin törədilməsi nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurdlarından zorla qovulub qaçqın və məcburi köçkün vəziyyətində Azərbaycanda məskunlaşmışlar.

“Xəyali”, “böyük ermənistan” ərazisini bərpa etmək üçün, Azərbaycan Respublikasının tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə çıxış edən ermənilərin tələbi hələ keçmiş SSRİ dövründə – XI çağırış Ermənistan SSR Ali Sovetinin 7-ci sessiyasında müzakirə olunaraq deputatlar tərəfindən müdafiə olunurdu (11).

Təsadüfi deyildir ki, yaranmış şəraitdən istifadə edən katolikos Vazgen Dağlıq Qarabağın Ermənistana birləşməsini müdafiə edərək bu haqda 1988-ci il iyulun 7-də Ermənistan televiziyası ilə çıxışında belə demişdir: -”Keçən fevralın sonlarında Qarabağın erməni əhalisi birgə qərarla ana Ermənistana birləşmək arzusunu ifadə etdi. Bu qərar Konstitusiyaya və qanuna əsaslanırdı. Sovet Ermənistanı və xarici ermənilər fəxr ediləcək birlik və intizamla qarabağlıların ədalətli arzularına tərəfdar çıxdılar” (12).

Bütün bunlara baxmayaraq ermənilər tərəfindən Azərbaycanlılara qarşı yuxarıda göstərilən illərdə aksiyaların həyata keçirilməsi, tarixi həqiqətlərin təhrif edilməsi və s. bu kimi hadisələrin əsil qiyməti məhz möhtərəm Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlişindən sonra verildi.

Azərbaycan Respublikasının Prezidenti, dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin “1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanları, “XIX və XX əsr Azərbaycan tarixini obyektiv və əhatəli öyrənilməsi” üçün etdiyi tövsiyələri ermənilərin əsil simasını açmaqla yanaşı bu hadisələrə aydınlıq gətirmək və ona siyasi-hüquqi qiymət verməyə imkan yaratmışdı. Tarix göstərir ki, başda “Daşnaqsütyun” partiyası olmaqla bütün erməni təşkilat və komitələrinin fəaliyyətində Azərbaycana qarşı ərazi iddialarının ön planda olmasına baxmayaraq qondarma, “böyük ermənistan” ərazisinin reallaşması xəyal olaraq qalacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmaqla yanaşı təhrif edilmiş tarixi həqiqətlər özünün əsil qiymətini alır və alacaqdır.
QƏRBİ AZƏRBAYCAN ƏRAZİSİNİN-(İNDİKİ ERMƏNİSTANIN) ƏZƏLİ SAKİNLƏRİ

Çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik yerli sakinləri – Azəri türkləri olan, orta əsrlərdə inşa edilmiş əzəmətli memarlıq abidələri ilə şöhrət qazanan Azərbaycan qədim və orta əsrlər dövründə şərəfli bir tarixi yol keçmişdir. Azərbaycan haqqında (həmçinin Cənubi Qafqaz) qədim yunan tarixçisi Herodot (b.e.ə. V əsr), coğrafiyaşünas, tarixçi Strabon (b.e.ə. I əsr, b.e-nın I əsri), XVII əsrdə yaşamış səyyahlardan: alman səyyahı Adam Oleari, Osmanlı səyyahı Övliya Çələbi, fransız səyyahı C.Şarden, rus tədqiqatçısı İ.N.Şavrov və s. öz əsərlərində tarixi əhəmiyyəti olan məlumatlar verirlər.

Azərbaycanın ərazisi və orada əzəldən yaşamış qədim tayfalar haqqında ilk və geniş məlumat “Tarixin atası” adlanan qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində verilmişdir (4, s.7). Mənbələrdə ən qədim türk tayfalarının Azərbaycanda b.e.ə. III-I minilliklərdə yaşadıqları göstərilməklə yanaşı, Azərbaycanın əzəli və yerli sakinlərinin türk tayfalarından ibarət olduğu təsdiq olunmuşdur (4, s. 231).

T əsadüfi deyil ki, Əməvilər sülaləsinin (661-750) 1-ci nümayəndəsi xəlifə Müaviyyə (661-680) türklərin Azərbaycanla əlaqəsini soruşanda, ona vəziri belə cavab vermişdir: “Azərbaycan qədimdən türk tayfaları tərəfindən məskunlaşmış ölkədir” (4, səh.223). Tarixdən məlumdur ki, Azərbaycanın həmçinin Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinləri Azəri türkləri olduğu halda, ermənilər isə bu ərazilərə Çar Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində xarici ölkələrdən köçürülərək gəlmə bir xalqdır. Qərbi Azərbaycan-indiki Ermənistan bölgəsinə ermənilərin köçürülərək gəlmələrinin və ərazi əldə etmələrinin əsasının qoyulması tarixi XIX-əsrin əvvələrinə aiddir. Tarixi mənbələrdə göstərilir ki, Rusiya-İran müharibəsinin gedişində 1827-ci il oktyabrın 1-də İrəvan qalası ruslar tərəfindən işğal olunduqdan sonra Çar I- Nikolayın fərmanı ilə rus qoşunlarının komandanı İ.F.Paskeviçin tituluna “Erivanski” sözü əlavə edildi. 1826-1828-ci illərdə Rusiya-İran müharibəsinin gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Zaqafqaziyaya o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Bundan sonra Türkmənçay müqaviləsinin (10 fevral 1828-ci il) XV maddəsinə əsasən ermənilər maneəsiz olaraq Zaqafqaziyaya-Cənubi Qafqaza köçürülərkən onların Şimali Azərbaycan torpaqlarında, xüsusilə Naxçıvan, İrəvan və Qarabağda yerləşdirilməsinə mühüm əhəmiyyət verilirdi. Bu hadisədən bir müddət sonra 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlığı ləğv edilərək onların ərazisində, “Erməni vilayəti” adlı qondarma bölgə yaradıldı.(6,s 144). Ermənilər İrəvan ərazisinə, o cümlədən Azərbaycanın dilbər güşəsi olan Qarabağa və digər ərazilərə XIX-XX əsrlərdə Rus imperiyası tərəfindən İrandan və Türkiyədən həmçinin XX əsrdə Yunanıstan, Suriya, Fransa və s. ərazilərdən köçürülərək yerləşdirilmişdi.

Bu barədə rus tədqiqatçısı İ.N.Şavrov yazırdı: “1828-ci ildən “1830-cu ilədək biz Zaqafqaziyaya 40 mindən çox İran və 84600 Türkiyə ermənisi köçürdük və onları erməni əhalisinin cüzi olduğu Yelizavetpol (Gəncə) (Qarabağ ərazisi bu quberniyaya daxil idi) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdik. Onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı…. 1896-cı ildən 1908-ci ilə kimi Zaqafqaziyaya, o cümlədən Qarabağa 400-min erməni köçürülmüşdür” (1, s. 59-61. 4, s-582).

1956-cı ildə Erevanda nəşr olunmuş “İz istorii Russkoqo-Armyanskiy otnoşeniy” kiniqa I (Rus-erməni əlaqələri tarixindən) adlı kitabın 227-ci səhifəsində erməni tarixçisi M.G.Nersesyan belə yazırdı:

“… XIX yüz ilin 20-ci illərin sonunda bu bölgələrə, Şərqi Ermənistana 40000-dən çox İran, Türkiyədən isə 90000 erməni köçürülmüşdü” (7, s.139).

1830-cu ildə Türkiyənin Ərzurum və Bəyazid ərazilərindən 45 min nəfər erməni köçüb gəlmiş və Göyçə mahalında məskunlaşmışlar.

1915-ci ildə Rus ordusu ilə Türkiyədən gələn 200 min nəfər erməni Cənubi Qafqazın müxtəlif ərazilərində, o cümlədən İrəvan qüberniyasında yerləşmişdi. Arxiv materiallarından aydın olur ki, 1831-ci ildə İrəvan əyalətində 50 min nəfər azərbaycanlı, 45,2 min nəfər isə gəlmə erməni vardı. Gəlmələr hesabına Qərbi Azərbaycan kəndlərində ermənilərin sayı artsa da belə hələ XIX əsrin 2-ci yarısında Ermənistanda 2310-kəndin 1500-dən çoxu azərbaycanlılara aid idi (5,s.66).

Ümumiyyətlə, 1918-ci ildə Ermənistanda əhali 1.510.000 nəfərə çatırdı ki, bunun da 795.000 nəfəri erməni, 575.000 nəfəri müsəlman, 140.000 nəfəri isə digər millətlərdən idi (8, s.14). Keçmiş SSRİ dövründə 1946-cı ildə Suriya, Yunanıstan, Lübnan, İran, Bolqarıstan və Rusiyadan 50,9 min, 1947-ci ildə Fələstin Suriya, Fransa, ABD, Yunanıstan, Misir, İran və Lübnandan 35,4 min erməni qəbul edilərək Ermənistanda yerləşdirildi (7, s.170) Həmçinin bax: İstoriya Armiyanskoqo naroda (Erməni xalqının tarixi) I hissə. Erevan 1951, s. 365).

İrəvan ərazisində ermənilərin gəlmə xalq olduqları barədə tarixçi-etnoqraf, tanınmış toponimist Q.Ə.Qeybullayev “Qədim türklər və Ermənistan” adlı kitabında belə yazırdı: “…Ermənistan ərazisində azərbaycanlıların ulu əcdadları hələ eradan əvvəl VIII-VII əsrlərdə yaşayırdılar. O zaman ermənilər Kiçik Asiyada məskun idilər.

Ermənilər indiki Ermənistan ərazisinə gəlmə olduqlarına görə erməni dilində Ermənistanda qədim toponimlər yoxdur. Buna görə də XIX əsrdə bütün əhalisi ermənilərdən ibarət olan kəndlərin və ermənilərlə azərbaycanlıların qarışıq yaşadıqları kəndlərin adları da azərbaycanca idi. Onlardan bir neçəsinin adlarına diqqət edək: Babakişi, Karvansaray (Qarnıyarıq), Tayçarıq, Yaycı, Ağadək, Paşali, Ağamzal, Vərməzyar, Cənnətli, Zöhrablı, İmamşalı, Qulaməli, Təzəkənd, Tamamlı, Şirabad, Birəli (Pirəli), Şahab, Ağcaqala, Əlibəyli, Armudlu, Hacıqara, Köçərli, Cəfərabad, Zeyvə, Korpəli, Molla Bəyazid, Molla Dursun, Sərdarabad, Təpədibi, Uzunoba, Xatunarx, Çubuxçu, (Kamalabad), Böyük Şəhriyar, Kiçik Şəhriyar, Böyük Körpü, Hacı Bağır, Gözlü, Güllücə, Dədəli, İlançalan, Gülablı, Molla Qasım, Saçlı, Damcılı, Ələtli, Əlican, Əli-Qızıl, Daşburun, Qazıqışlaq, Nəcəfli, Xəlfəli, Abasgöl, Molla Kəmər, Ağbulaq, Əlixan, Arıq Vəli, Bəndovan, Baş-Göy, Boz-Abdal, Bazıkənd, Boz-Yoxuş, Güllü-bulaq, Dərbənd, Dərəgöy, Qaraqışlaq, Qanlıca, Qaçaqlı, Göygülü, Düzkənd, Qurdlubulaq, Mahmudcuq, Nalbənd, Palıdlı, Təknəli, Təpədolaq, Toy-Xaraba, Hacıqar, Hacınazqulu, Şiştəpə və b.” Qeyd olunan yer adları onu göstərir ki, ermənilər həmin kəndlərdə sonralar yaşamağa başlamışlar, çünki göstərilən kəndlərin ermənicə adları yox idi (5,s. 65).

Ümumiyyətlə Ermənistan ərazisində qədim türk mənşəli toponimlər ilk dəfə b.e.ə. VIII-VII-əsrlərə aid Urartu mənbələrində qeyd olunmuşdur (5,s.43).

Qərbi Azərbaycanın İrəvan əyalətində qədim dövrdə, erkən və orta əsrlərdə mövcud olmuş türk mənşəli toponimlərin Azəri-türkcəsində olması bir daha Azərbaycan türklərinin Qərbi Azərbaycan ərazisinin qədim və yerli sakinləri olduğunu və orada əzəldən yaşadıqlarını sübut edir. Deyilənləri nəzərə alaraq xanlıqlar dövründə (XVIII əsr) İrəvan xanlığının 15 mahaldan ibərət olması və həmin mahalların (həmçinin orada olan çay, göl, dağ və s.) adlarının (toponimlərin) Azərbaycan türkcəsində olması faktlarına diqqət yetirək.

1. Qırxbulaq mahalı 22 kənd
2. Zəngibasar mahalı 26 kənd
3. Qarnibasar mahalı 52 kənd
4. Vedibasar mahalı 21 kənd
5. Şərur mahalı 50 kənd
6. Sürməli mahalı 49 kənd
7. Dərəkənd-Parçenis mahalı 55 kənd
8. Saadlı mahalı 9 kənd
9. Talin mahalı 20 kənd
10. Seyidli-Axsaqlı mahalı 20 kənd
11. Sərdarabad mahalı 22 kənd
12. Kərbibasar mahalı 40 kənd
13. Aparan mahalı 39 kənd
14. Dərəçiçək mahalı 37 kənd
15. Göyçə mahalı 59 kənd

İrəvan ərazisində əzəldən yaşayan və yerli əhalinin Azərbaycan türklərindən ibarət olması, ermənilərin isə həmin ərazilərə çar rusiyasi tərəfindən köçürülərək gəlmə xalq olduğu, həmçinin Qərbi Azərbaycanın İrəvan əyalətində mövcud olmuş qədim türk mənşəli toponimlərin Azərbaycan türkcəsində olması onu göstərir ki, oradakı ərazinin ən qədim və yerli sakinləri Azərbaycan türkləridir. Yanaşı Azərbaycan türkləri “Tatar” adı ilə göstərilir.

Maraq doğuran tarixi mənbələrdən biri də 1886-cı ildə E. Kondratenkoqunun redaktorluğu altında tərtib olunmuş İrəvan quberniyasının xəritəsində göstərilən toponimlərin azəri türkcəsində olmasıdır. Misal: Sarvanlar, Arzu kənd, Sərdarabad, Güllücə, Daşvurun, Qazı-Qışlaq, Mehriban, Şirabad, Qəmərli, Kamalı, Molla-Göyçə, Yaqublu, Alagöz, Gözəl dərə, Qara xal, Xeyirbəyli, Əli Məmmədli, Baş-abaran, Göyçə gölü və s. İrəvan quberniyasının xəritəsinə baxdıqda oradakı toponimlərin Azəri türkcəsində göstərilməsi faktı Qərbi Azərbaycan-İndiki Ermənistan ərazisini qədim və yerli sakinlərinin Azərbaycan türklərindən ibarət olması bir daha öz təsdiqini tapmış olur.

Həmin xəritədə İrəvan quberniyasında yaşayan əhalinin tərkibi, say cədvəli və yer adları göstərilməklə yanaşı 7 xalqın adı çəkilir; erməni, tatar rus, yunan, aysor, kürd, mordva. (Xəritədə Azərbaycan türkləri tatar adı ilə göstərilir). İrəvan quberniyasının xəritəsində tarixi əhəmiyyəti olan faktlarından biri də Cənubi Qafqazda və Qərbi Azərbaycan ərazisinə İran və Türkiyədən ermənilərin köçürülməsinə baxmayaraq İrəvan qüberniyasının mərkəzi şəhərində, xüsusilə İrəvan şəhərinin özündə və digər yerlərdə yaşayan, tatarların (Azəri türkləri) ermənilərdən sayca çox olmasıdır. Misal:

1. İrəvan şəhərində 7228-Tatar (Azərbaycan-türkü), 7142-erməni

İrəvan quberniyasının qəzalarında

1. İrəvan qəzasında 52880-Tatar, 36426-erməni

Bundan başqa Aleksandropol şəhərində (Erkən və orta əsrlərdə Gümrü, Sovet dövründə Leninakan adlanıb) 881, qəzasında 4580, Novo-Bayazid (Yeni Bəyazid 1959-cu ildən Kamo adlanır) qəzasında 29523 və Eçmiədzin qəzasında-30203 və Surmalinski (Sürməli) qəzasında 34351 tatar (Azəri-türkü) yaşayırdı (7).

Qərbi Azərbaycanda və Dağlıq Qarabağın ərazisində yaşayan yerli sakinlərin Azərbaycan türkləri olduğunu və ordakı toponimlərin türk mənşəli olduğunu təsdiq edən digər bir tarixi əhəmiyyəti olan sənədə-sonuncu Rus çarı II Nikolayın hakimiyyəti (1896-1917) dövründə 1903-cü ildə tərtib olunmuş və 1914-cü ildə çapdan çıxmış Qafqaz hərbi dairəsinin hərbi topoqrafik xəritəsinə baxdıqda diqqəti daha çox cəlb edən Qərbi Azərbaycanın ərazisindəki yer adları və Qarabağ ərazisindəki toponimlərin ermənicə deyil, məhz türkcə (Azərbaycan türkcəsi) olmasıdır. Misal: Alagöz dağı, Göyçə gölü, Bazar çayı, Gözəldərə dağı, Qəmərli, Dəvəli, Çardaxlı, Qarabulaq, Karvansara, Dilican, Dərəçiçək, Qabıqlı, Mədinə, Çubuqlu və s. Qeyd olunan hərbi xəritədə Qarabağın mərkəzi Xankəndi adı ilə göstərilir.

Qeyd olunan hərbi xəritədə Qərbi Azərbaycan ərazisindəki toponimlərin bütövlükdə Azəri türcəsində göstərilməsi, İrəvan ərazisinin əzəli və yerli sakinlərinin tarixən Azərbaycan türklərindən ibarət olduğu və həmin ərazinin (İrəvan) Azərbaycan türklərinə məxsus olduğu bir daha öz təsdiqini tapmış olur. Buna görədə adı çəkilən,1903-cü ildə tərtib olunmuş hərbi xəritəsi İrəvan ərazisinin yerli sakinlərinin Azərbaycan türklərindən ibarət olmasını təsdiqləyən çox əhəmiyyətli, tarixi sənəddir.

Göstərilən və adı çəkilən faktlarla yanaşı 1928-ci ildə Moskvada çapdan çıxmış, “SSRİ xalqlarının inzibati ərazisi və etnoqrafik atlası”nda da (s.49) Zaqafqaziyanın tərkib həssəsi olan İrəvan ərazisindəki qədim yer adlarının (toponimlərin) türk mənşəli olması faktı göstərilərək həmin ərazilərin ilk və yerli sakinlərinin Azərbaycan-türkləri olması dolayısı ilə də olsa təsdiqlənir.

Misal: Qazançı, Uzunlar, Karvansara, Dilican, Dərəçiçək, Göycə gölü, Bazar çay, Basar-keçər, Qəmərli, Alagöz dağı və s.

Araşdırma nəticəsində aydın olur ki, ermənilər Qərbi Azərbaycanın İrəvan əyalətinə və b. ərazilərə gəlmə olduğundan eyni zamanda orada yaşayan yerli əhalinin Azərbaycan türkləri olduğundan oradakı (İrəvan) qədim yer adları ermənicə deyil, məhz Azərbaycan türkcəsindədir. Bundan başqa Qərbi Azərbaycanın yerli sakinlərinin Azəri türklərindən ibarət olmasını təsdiqləyən digər tarixi faktlardan biri də İrəvanda orta əsrlərdə inşa edilmiş Azərbaycan-türk memarlıq abidələrinin olmasıdır. Qərbi Azərbaycan ərazisində inşa edilmiş orta əsr Azərbaycan-türk memarlıq abidələri İrəvanın tarixində əhəmiyyətli bir yer tutmaqdadır.

Deyilənlərə misal olaraq erməni müəllifləri tərəfindən yazılmış və 1968-ci ildə Moskvada nəşr olunmuş, Ermənistanın tarixindən bəhs edən “Erevan” adlı tarixi kitabdan bəzi sətirlərə diqqət edək: …. “İrəvan qalası 1582-1583-cü illərdə Fərhad paşa tərəfindən inşa edilmişdi. 1760-cı ildə inşasına başlanmış və Hüseynəli xanın hakimiyyəti illərində (1764-1768) başa çatmış, Azərbaycan memarlığının ən yüksək incəsənət abidəsi sayılan, öz görkəmi ilə səyyahları heyran edən, İrəvan məscidləri arasında ən böyük məscid olan əzəmətli Göy-məscid, 1687-ci ildə tikilmiş Novruzəli xanın məscidi, 1725-ci ildə inşa edilmiş Rəcəb paşa məscidi, XVIII əsrin əvvələrində inşa edilmiş Abbas Mirzə Camesi, Paqos-Petros kilsəsinin yanında yerləşən Zal-xanın məscidi, XVIII əsrin sonlarında Mahmud xanın dövründə inşa edilmiş Sərdar sarayı (3, s. 18-55) və s. onlarca belə Qərbi Azərbaycan-ərazisində inşa edilmiş orta əsr Azərbaycan memarlıq abidələrini misal göstərə bilərik.

Xanlıqlar dövrünə aid mənbələrə baxdıqda görürük ki, İrəvan xanlığının əsasının qoyulmasında və onun idarə olunmasında bir nəfər də olsun belə erməni iştirak etməyib. İrəvan xanlığı yalnız Azərbaycan xanları tərəfindən idarə olunub. Bu barədə milliyyətcə erməni olan Kahin Hovanes Şahxatunyan xronoloji ardıcıllıqla özünün tərtib etdiyi siyahıda məlumat verərək 1441-cı ildən 1828-ci ilədək İrəvanı idarə etmiş 49 azərbaycanlı hakimin adlarını çəkir. “Erevan” adlı kitabda da İrəvan xanlığının idarə olunmasında iştirak etmiş xanlar sırasında erməni adı göstərilmir (3.s.18-55).

Əlavə olaraq onuda qeyd etmək lazımdır ki, 1918-ci ilin may ayında ermənilər Qərbi Azərbaycan ərazisində özlərinin yeni dövlətini yaradarkən bir qrup erməni nümayəndələri İrəvan şəhərini Ermənistanın paytaxtı edilməsi üçün Azərbaycan hökümətinə müraciət etdilər. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının iclasında həmin müraciət müzakirə edildi. Gərgin müzakirələrdən sonra Milli Şura İrəvan şəhərini ermənilərə güzəştə getdi (6,s.274).

Ermənilərin Azərbaycandan qopardığı qədim İrəvan şəhəri keçmiş Sovetlər birliyi dövründə özünün tarixi adını 1936-ci ilə kimi saxlamışdı. (1936-ci ildən İrəvan şəhəri Yerevan adlandı) (2,s.128).

Beləliklə qeyd olunan faktlara əsasən İrəvandakı ərazilərin əzəli və yeri sakinlərinin Azərbaycan türkləri olduğu və ermənilərin isə gəlmə xalq olduğu sübut olunaraq tarixi sənədlərdə öz əksini tapmışdı.

Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinlərinin Azərbaycan türkləri olmağına baxmayaraq Rus imperiyası tərəfindən ora köçürülən ermənilər XX əsrin 1-ci və 2-ci yarısında Azərbaycan türklərini öz doğma yurdlarından didərgin salmaq üçün Rus imperiyasının əli ilə özlərinin məkirli niyyətlərini həyata keçirdilər. Belə ki, mərkəz (Moskva) ermənilərin maraqlarına uyğun olaraq 1948-1953-cü illərdə Qərbi Azərbaycandan (Ermənistan SSR) 150 mindən artıq azərbaycanlını, o cümlədən 1988-1994-cü illərdə bir milyondan artıq azərbaycanlını öz doğma ata-baba yurdlarından zorla çıxarmış və onlar qaçqın və məcburi köçkün halında Azərbaycanda məskunlaşmışlar. Ermənilərin Azərbaycan-türklərinə qarşı müxtəlif illərdə törətdiyi zorakı hərəkətlərin, xüsusilə azərbaycanlıların öz doğma yurdlarından zorla qovulmasının əsil qiyməti Azərbaycanda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycanlıların Qərbi Azərbaycandan zorla köçürülməsi dövrünü araşdırıb, tarixi həqiqətləri üzə çıxarmaq üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci ildə fərman verdi. Ermənilərin zorakı hərəkətlərinə dövlət səviyyəsində qiymət verən, Azərbaycanın itirilmiş torpaqlarının sülh yolu ilə qaytarılması üçün öz səyini, bacarığını əsirgəməyən dünya şöhrətli siyasətçi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdi: “Xalqımız daim bilməlidr ki, bizim tarixi torpaqlarımız hansılar olubdur. Hansılar, nə vaxt əlimizdən gedibdir, niyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qaytarılmalıdır. Biz qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar”.
MİRZƏ YUSİF QARABAĞI VƏ ONUN TARİXİ-SAFI” ƏSƏRİNDƏ ERMƏNİ
MİLLƏTZILIYI MÖVQEYİ

XIX əsrin 2-ci yarısında Azərbaycanda tarix elmi inkişaf etdiyindən bu sahədə bir çox əsərlər yazılmışdır. Bu dövrdə tarix elmi Mirzə Yusif Qarabağı, Rzaqulu bəy Mirzə Camal oğlu, Əhməd bəy Cavanşir, Həsənəli xan Qaradağı, Mir Mehdi Həşimzadə və başqalarının şəxsində təmsil olunmuşdur. Adı çəkilən tarixçilər içərisində hər bir azərbaycanlı oxucusunu, ziyalısını təəccübləndirən və heyrətləndirən hal milliyətcə erməni olan bir tarixçinin Azərbaycan tarixi dərsliklərinə salınmasıdır. Həmin tarixçi xristian dininə mənsub olan, fəaliyyətində kilsə hökmranlığına tərəfdar çıxan, klerikal erməni millətçiliyi mövqeyindən Qarabağın tarixinə aid yazdığı, “Tarixi-Safi” adlı kompilyativ əsərində erməni təəssübkeşliyini, riyakarlığını, saxtakarlığını ortaya qoyan, tarixi mənbələrdə dəyərli tarixçi kimi adı çəkilən, milliyətcə erməni olan Mirzə Yusif Qarabağıdır.

Mirzə Yusif Qarabağının yazdığı “Tarixi-Safi” əsəri həm Sovetlər birliyi dövründə, həm də təəssüf ki, müasir dövrdə dərslik və digər mənbələrdə hələ də məşhur və əhəmiyyətli bir tarixi əsər kimi göstərilməkdədir. Deyilənlərə aydınlıq gətirmək üçün bir neçə tarixi mənbələri nəzərdən keçirək.

1) Azərbaycan tarixi II-cild (III-cilddə) Bakı- 1964. Orada yazılır:

….Mirzə Yusif fars dilində yazılmış və Qarabağın tarixinə həsr olunmuş məşhur, “Tarixi-Safi” əsərinin müəllifidir. Bu elmi əsər, xüsusilə onun ikinci hissəsi XVIII əsrin ikinci yarısı-XIX əsrin başlanğıcında Rusiya-İran münasibətlərini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir (4, s.372).

2) Azərbaycan tarixi IV-cild (VII-cilddə) Bakı-2000. Orada yazılır:

….Azərbaycan erməni və fars dillərini yaxşı bilən, şərh etdiyi hadisələrin çoxunun şahidi olan Mirzə Yusif 1855-ci ildə fars dilində “Tarixi-Safi”ni yazmışdır.

….Mirzə Yusifin əsəri, xüsusilə ikinci hissəsi XVIII yüzilliyin ikinci yarısı XIX yüzilliyin əvvəlində Azərbaycan tarixi və XVIII yüzilliyin sonu-XIX yüzilliyin əvvəlində Rusiya-İran münasibətlərini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir (5, s.343).

3) Azərbaycan tarixi X-sinif (Bakı-2005). Orada yazılır:

…..Mirzə Yusif (1798-1864) Qarabağın tarixinə həsr olunmuş məşhur “Tarixi-Safi” əsərinin müəllifidir. Əsər XVIII əsrin ikinci yarısı-XIX əsrin başlanğıcında Azərbaycan tarixini, xüsusilə, Rusiya-İran münasibətlərini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir (7, s.133).

Bundan başqa müxtəlif illərdə yazılmış və nəşr olunmuş digər Azərbaycan tarixlərində də – XIX yüzilliyin ikinci yarısında Azərbaycanda tarix elmi sahəsində fəaliyyət göstərmiş azərbaycanlı tarixçilərin adı çəkilərkən milliyətcə erməni olan Mirzə Yusif Qarabağının adı nədənsə öndə çəkilir.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, hələ keçmiş Sovetlər biriliyi dövründə Azərbaycan SSR Elmlər Akademiyası Redaksiya Nəşriyyat Şurasının qərarı ilə 1967-ci ildə Bakıda çapdan çıxmış “XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı” adlı elmi-tədqiqat əsərində və 1987-ci ildə Bakıda çapdan çıxmış Azərbaycan Sovet Ensiklopediyasının (X-cilddə) VI cildində və 1989-cu ildə Bakıda çapdan çıxmış “Qarabağ salnamələri” adlı tarixi kitabda Mirzə Yusifin fəaliyyəti və yazdığı “Tarixi-Safi” adlı əsəri dolayısı ilə tənqid olunub araşdırılaraq əsl tarixi həqiqətlər öz əksini tapmışdır. Mirzə Yusif Qarabağının dini mənsubiyyəti, milliyəti və Azərbaycan tarixindəki saxtakar, riyakar və erməni millətçiliyinə xas olan mövqeyi haqqında və klerikal erməni millətçiliyi mövqeyindən yazdığı “Tarixi-Safi” adlı kompilyativ əsəri haqqında ətraflı, doğru-dürüst məlumat əldə etmək üçün adı çəkilən mənbələrə istinad edək.
“XIX əsrin ikinci yarısında Azərbaycan
tarixşünaslığı” (səh.88-133)

Milliyətcə erməni olan Mirzə Yusif 1798-ci ildə Qarabağın Hadrut kəndində anadan olmuşdur. Onun atası Nerses Cənubi Azərbaycanın Əhər şəhərindən idi. (Əhər XVIII əsrin ortalarında Cənubi Azərbaycanda yaradılmış Qaradağ xanlığının mərkəzi idi). Nerses İran hökmdarlarının ermənilərə münasibətlərindən narazı qaldığı üçün Qarabağa köçmüşdü. 1804-1813-cü illərdə olmuş Rusiya-İran müharibələrində 8-9 yaşlarında İrana əsir düşmüş (bəzi mənbələrdə 10-11 yaş göstərir). Mirzə Yusif orada islamı-müsəlmanlığı qəbul etmiş, ərəb, fars və azərbaycan dillərini mükəmməl öyrənərək Əmirxan Sərdarın (Əmirxan Sərdar-Qacarlar sülaləsinin 2-ci nümayəndəsi olan Fətəli şah Qacarın (1797-1834) qaynatasıdır) divanında mirzəlik etmişdi (8, s.89).

1828-ci ildə Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Qarabağa qayıdan Mirzə Yusif keşiş Bağdasar Cəlalyanın təkidi ilə yenidən xristianlığı qəbul edir. 1854-cü ildə Kaspi və Şimali Dağıstan ölkələrinin komandanı general-leytenant knyaz Qriqori Orbelianinin yanında xidmətə girdikdən sonra (8,s.90,92) onun tapşırığı və knyaz D.Georqadzenin yardımı ilə Mirzə Yusif IX fəsildən ibarət “Tarixi-Safi” adlı əsərini yazmağa başlayır və əsəri 1855-ci ildə bitirir (8, s.92).

“Tarixi-Safi” əsəri IX-fəsildən ibarət olmaqla ümumi səhifəsi 288-səhifədir və hər fəsil aşağıdakı sayda vərəqdən ibarətdir.

I-fəsil – 10 vərəq IV-fəsil – 4 vərəq VII- fəsil – 8 vərəq
II-fəsil – 2 vərəq V-fəsil – 2 vərəq VIII-fəsil – 28 vərəq
III-fəsil – 15 vərəq VI-fəsil – 28 vərəq IX-fəsil – 47 vərəq

MİRZƏ YUSİF QARABAĞI VƏ ONUN TARİXİ-SAFİ” ƏSƏRİNDƏ ERMƏNİ MİLLƏTÇİLİYİ MÖVQEYİ

“Tarixi-Safi” əsərini oxuyarkən müəllifin obyektivlikdən nə qədər uzaq olduğu və klerikal-erməni millətçiliyinin əsiri olduğu aydın nəzərə çarpır. Belə ki, bütün əsər boyu Mirzə Yusifin Azərbaycan tarixindəki saxtakar fəaliyyəti və eyni zamanda erməni millətçiliyinə xas olan qərəzli mövqeyi diqqəti cəlb edir. Bu deyilənləri təsdiq etmək üzün “Tarixi-Safi” əsərinin 5-ci, 6-cı, 8-ci və 9-cu fəsillərindən bir neçə tarixi faktları göstərmək kifayət edər.

Adı çəkilən əsərin 5-ci fəsli, “İslamiyyətdən sonra İranda səltənət sürmüş padşahlar” adlanır. Bu fəsil 2-vərəqdir. Burada Ağqoyunlular, Qaraqoyunlular və Səfəvilər haqqında müəllif olduqca müxtəsər və eyni zamanda qarışıq və nöqsanlı məlumat verir (8, s..98). “Tarixi-Safi”nin 28 vərəqdən ibarət olan 6-cı fəsli, “İranda hakimiyyətin parçalanması, Nadir şah və onun şahlıq taxtına çıxmasına dair azca məlumat” adlanır (8, s. 99). Kompilyativ mahiyyət daşıyan bu fəsil Nadirin öldürülməsi ilə bitir və burada müəllif diqqətə layiq yeni bir məlumat vermir, əksinə hadisələrin gedişini və tarixini təhrif edir (8, s. 100). “Tarixi-Safi”də Nadirin Muğan qurultayında şah seçilməsinə dair verilən məlumat da təhrif edilmişdir (8, s.101). Bu deyilənlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, müəllif öz əsərində xalq kütlələrinə mənfi münasibət bəsləyir, onları “əşrar” (quldur) və “sərkəş” (dikbaş) kimi nalayiq sözlərlə təhqir edir.

Eyni zamanda əsərdə Nadirin Dağıstandakı zülmünə və soyğunçu siyasətinə qarşı mübarizə aparanları “sərkəş” və “əşrar” adlandırır və Dağıstan xalqlarının azadlıq mübarizəsinə mənfi qiymət verir (8, s.93).

Qeyd etmək lazımdır ki, Mirzə Yusif əsərin müqəddiməsində vəd verdiyi obyektivliyə əməl edə bilməmiş və bir sıra tarixi hadisələrin izahında istifadə etdiyi erməni müəlliflərinə tənqidi yanaşa bilmədiyindən istər-istəməz erməni təəssübkeşliyindən yaxa qurtara bilməmişdir. Müəllif əsərin “Xəmsə və Zəngəzur mahalları, orada olan erməni məlikləri və xanlar” adlanan, 28 vərəqdən ibarət olan 8-ci fəslində Qarabağın Xəmsə mahallarından bəhs edərkən Arranı (Arran- Qafqaz Albaniyasnın Ərəb mənbələrində adı) Ermənistanın bir hissəsi kimi qələmə verir. Erməni tarixçisi Mikael Zamziyanın dərin təsiri altında olan Mirzə Yusif klerikal erməni millətçiliyindən yaxa qurtara bilmədiyi üçün əsassız olaraq Bərdə, Şamaxı və Şəki kimi Azərbaycan şəhərlərini də Ermənistanın tərkibində göstərir. Həmçinin Təbriz şəhərini Xosrov adlı bir erməni məliki tərəfindən əsası qoyulduğunu, Təbriz sözünün ermənicə “intiqam almaq” mənasını bildirən “tavrij” sözündən meydana gəldiyini göstərir (8, s.95).

“Tarixi-Safi”nin IX-fəsli “Rusların Qafqaza gəlməsi, qızılbaşlarla müharibəsi və o yerləri alması” adlanır. Müəllif bu fəsli 1826-1828-ci illər Rusiya-İran müharibəsinə həsr etmişdir (8, s.106). Əsərin 47 vərəqdən ibarət olan bu son fəslində hadisələr erməni qərəzkarlığı və riyakarlığı ilə işlənmiş, tariximiz saxtalaşdırılmış, həqiqətdən uzaq ifadələrlə tariximizə qara yaxılmış və tarixi hadisələrin əksəriyyəti təhrif olunmuşdu. Tarixi hadisələri məharətlə saxtalaşdıran Mirzə Yusif öz fikirlərini son fəsildə (IX-fəsl) aşağıdakı kimi belə ifadə emişdi.

…..Rusiyanın qəddar düşməni olan, bütün ömrünü Rusiyaya qarşı mübarizəyə sərf edən Abbas Mirzəni Mirzə Yusifin son Rusiya-İran müharibəsi əleyhdarı kimi qələmə vermək cəhdi tarixi həqiqəti təhrif etməkdən başqa bir şey deyildir (8, s. 110).

Əsərin digər səhifələrində qeyd olunur ki, knyaz Eristovun komandanlığı altında rus qoşunlarının Təbrizə daxil olması xəbərini alan Abbas Mirzə məğlubiyyətini hiss etdiyindən müşavirə çağırır. Mirzə Yusifin yazdığına görə Abbas Mirzə məclisdəkilərə Rusiya imperiyasının himayəsinə keçmək fikrində olduğunu xəbər verir (8, s.111).

Bundan sonra 500 nəfər yaxın adam ilə birlikdə Rusiyada yaşamaq qərarına gələn Abbas Mirzə Paskeviçə təklif göndərir. Təklifi rədd olunan Abbas Mirzə özünü təhqir olunmuş hesab edir. Rusiyaya düşmən münasibət bəsləyən Abbas Mirzənin məğlub olduqdan sonra Rusiyaya pənah gətirmək arzusunda olması faktın özü də tarixi saxtakarlıqdır (8, s.112). Hətta Mirzə Yusif öz əsərində saxtakarlıq edərək rus qoşunlarının knyaz Eristovun rəhbərliyi altında Təbrizə girməsindən bəhs edərkən şəhərin mübarizəsiz ruslara təslim olmasını, rus qoşunlarının Təbrizə yaxınlaşdıqda əhali şəhərin qapılarını açıb rusları duz-çörəklə qarşılamışdır (8, s.112) kimi göstərməsi faktın özü də həqiqətə uyğun deyil.

Əslində isə tarixi həqiqət aşağıdakı kimidir:

…1827-ci ilin oktyabrında Təbrizi işğal etmək rus qoşunlarının komandanı G.Eristov üçün heç də asan olmadı….təbrizlilərə şah qoşununun rəisi Allahyar xan başçılıq edirdi.

O, Təbrizin müdafiəsi üçün Azərbaycan xalqına müraciət etmişdir: “Təbriz xalqımızın qeyrətidir. Bu yolda ölmək hər bir Azərbaycan türkü üçün şərəfli iş olmalıdır.

Çalışmalıyıq ki, kafirlər (ruslar) bu gözəl şəhərimizdə at oynatmasınlar. Sizi mübarizəyə səsləyirəm…”. Bu müraciətə cavab olaraq Azərbaycanın hər yerindən Təbrizə müdafiə dəstələri gəlməyə başlamşdır. Ruslar bütün artilleriyanı və 60 minlik ordunu Təbriz üzərinə hücuma göndərmişlər. Oktyabrın 13-də Təbriz mühasirəyə alındı. Qeyri-bərabər döyüş Təbrizin tutulması ilə bitdi (6, s.215).

Digər bir mənbədə isə belə yazılır:

…1827-ci il oktyabrın 11-də rus qoşunları Təbrizə hərəkət etdi. Eristov yazırdı: “Şəhərə rəhbərlik üçün göndərilmiş şahın kürəkəni və birinci naziri Allahyar xan əhalini və orada olan 2 batalyon sərbazı müdafiə olunmağa razı salmaq üçün hər vasitədən istifadə etdi”. 1827-ci il oktyabrın 13-də rus qoşunu Təbrizə daxil oldu. Çoxlu qənimət… ələ keçirdi (5, s.47).

Mirzə Yusif Qarabağı və onun “Tarixi-Safi” adlı əsəri haqqında tənqidi material eyni zamanda ASE-nın VI-cildində (X-cilddə) Mirzə Yusif Qarabağı Nersesov məqaləsində öz əksini tapmışdı. Orada yazılır: (İxtisarla).

Mirzə Yusif Qarabağı Nersesov milliyətcə ermənidir….Fars dilində erməni klerikal millətçiliyi mövqeyindən yazdığı “Tarixi-Safi” kompilyativ əsəri Zaqafqaziya (xüsusilə Qarabağ) və İranda ən qədim dövrlərdən Rusiya-İran müharibələrinə qədər baş vermiş hadisələrdən bəhs edir. Əsərin ancaq müəllifin şahidi olduğu hadisələrdən bəhs edən son iki hissəsi nisbətən elmi qiymətə malikdir (3, s.590).

Elmi-tədqiqat əsərində və ASE-nin VI-cildində yazılmış…..Mirzə Yusif Qarabağının fars dilində klerikal erməni millətçiliyi mövqeyindən yazdığı “Tarixi-Safi” kompilyativ əsəri… ifadəsində işlədilən klerikal və kompilyativ terminlərinin tərcüməsinə-şərhinə baxdıqda milliyətcə erməni olan Mirzə Yusif Qarabağının Azərbaycan tarixindəki saxtakar və riyakar mövqeyi bir daha öz təsdiqini tapmış olur.

Klerikal (latınca-klerikalis-kilsə, kilsəyə məxsus) latınca olub 2 mənada işlənir:

1) Ruhanilik rütbəsi olan kilsə nümayəndəsi.

2) Öz siyasi prinsiplərini dini ehkamlarla əsaslandıran, dövlətin siyasi və mədəni həyatında kilsə hökmranlığına tərəfdar çıxan şəxs (2,s.421).

Kompilyativ-kompilyasiya (latınca kompilatio-oğurluq, qarət) latınca olub mənası: – oğurluq, qarət-müstəqil tədqiqat aparılmadan başqa müəlliflərin materiallarından istifadə yolu ilə yaradılan ədəbi və ya elmi əsər (2, s.474).

Klerikal və kompilyativ terminlərinin tərcüməsindən belə başa düşülür ki, milliyətcə erməni olan tarixçi Mirzə Yusif Qarabağı kilsə nümayəndəsidir və erməni millətçiliyi mövqeyindən yazdığı “Tarixi-Safi” əsərinin əksər hissəsi oğurluq yolu ilə yazılmış əsərdir.

Mirzə Yusif Qarabağının Azərbaycan tarixindəki qərəzli və saxtakar fəaliyyəti, erməni millətçiliyi mövqeyindən yazdığı “Tarixi-Safi” əsərində onun başqa müəlliflərin əsərlərindən istifadə etməsi və digər tənqidi materiallar həmçinin tarix elmləri doktoru Fuad Əliyevin redaktoruluğu ilə faktlar əsasında yazılmış, 1989-cu ildə Bakıda çapdan çıxmış “Qarabağ salnamələri” adlı tarixi kitabda da öz əksini tapmışdı. Orada yazılır: … Mirzə Yusif (Nersesov) Qarabağı fars dilində Qarabağ xanlığı barədə yazdığı “Tarixi-Safi” əsərində bir çox tarixi hadisələrin işıqlandırılmasında ciddi səhvlərə yol versə də, Molla Pənah Vaqif və onun müasirlərinin əsərlərindən də istifadə etmişdir (1, s.3).

Başqa bir səhifədə isə belə yazılır:

Mirzə Yusif Qarabağı “Tarixi-Safi” əsərininin birinci hissəsində Qarabağ və bütün Arran ərazisinin vaxtı ilə “böyük ermənistana” məxsus olduğunu bildirir. Mirzə Yusif Azərbaycanın qədim şəhəri Bərdənin tərənnümü və təsvirinə dair Nizami Gəncəvidən məşhur parçaları misal gətirirsə də həqiqəti söyləməkdən çəkinir.

Digər tərəfdən Pənah Əli xan və İbrahim Xəlil xanın xarici müdaxiləyə və daxili düşmənlərə qarşı müvəffəqiyyətli mübarizəsini təsvir edərkən faktları hər addımda təhrif edir. Qarabağ xanlığına qarşı çıxan və fitnə-fəsad yaradan Qarabağ məliklərinin çirkin hərəkətlərini ört-basdır edib onların hərəkətlərinə bəraət qazandırmağa çalışır (1, s.16).

“Qarabağ salnamələri” adlı tarixi kitabda Mirzə Yusifin başqa müəlliflərin əsərlərindən istifadə etməsi belə göstərilir.

…Mirzə Yusif Qarabağı “Tarixi-Safi” əsərində Ağa Məhəmməd xanın 1795-ci ildə Şuşa uğrunda ölüm-dirim müharibəsini Mirzə Camal və Mirzə Adıgözəl bəyin əsərlərinə istinad edərək işıqlandırmışdır (1, s.110).

Beləliklə, “XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı” adlı elmi-tədqiqat əsərində, ASE-nın VI-cildində və “Qarabağ salnamələri” adlı tarixi kitabda göstərilən faktlardan, həmçinin klerikal və kompilyativ terminlərinin tərcüməsindən-şərhindən belə bir nəticəyə gəlmək olur ki, Mirzə Yusif Qarabağının klerikal erməni millətçiliyi mövqeyindən yazdığı “Tarixi-Safi” adlı kompilyativ əsəri bütövlükdə Azərbaycan tarixinin saxtalaşdırılmasına yönələn, riyakarlıqla yazılmış qeyri-obyektiv bir əsərdir.

Müəllifdən: Yuxarıda deyilənlərə əsaslanaraq təklif edirəm ki, Azərbaycan ərazisinin 20% erməni quldurları tərəfindən işğal olunduğundan, Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycan tarixində soy adı, milliyəti, dini mənsubiyyəti gizlədilən, yazdığı “Tarixi-Safi” adlı əsərində Bərdə, Şamaxı, Şəki kimi Azərbaycan şəhərlərini Ermənistanın tərkib hissəsi kimi göstərən, xristian dininə mənsub, milliyətcə erməni olan Nersesyan Mirzə Yusif Nerses oğlu Qarabağının özünün və klerikal erməni milliyətçiliyi müvqeyindən yazdığı “Tarixi-Safi” adlı kompilyativ əsərinin Azərbaycan tarixi dərsliyindən çıxarılması məqsədə uyğun hesab edilsin.

Ümüd edirik ki, yaxın vaxtlarda tədqiqatçılar tərəfindən XIX əsrin ikinci yarısında Azərbaycan tarixində fəaliyyət göstərmiş, xristian dininə mənsub, milliyətcə erməni olan Mirzə Yusif Qarabağının saxtakar, riyakar, qərəzli mövqeyi və onun klerikal erməni millətçiliyi mövqeyindən yazdığı “Tarixi-Safi” adlı kompilyativ əsəri yenidən araşdırılacaq və əsərdə göstərilən təhriflərə aydınlıq gətirilməklə tarixi həqiqətlər öz yerini tapacaqdır.
QƏRBİ AZƏRBAYCAN (İNDİKİ ERMƏNİSTAN) ƏRAZİSİNDƏ ORTA ƏSR AZƏRBAYCAN ABİDƏLƏRİ

-Orta əsrlərdə zəngin mədəniyyətə, memarlıq abidələrinə malik olan Azərbaycan eyni zamanda dünyanın ən qədim ölkələrindən biridir. Hələ keçmiş SSRİ dövründə, 1968-ci ildə Azərbaycanın Füzuli şəhəri yaxınlığında olan “Quruzay” dərəsinin kənarında yerləşən “Azıx” mağarasında aparılan arxeoloji qazıntılar nəticəsində tapılmış, təxminən 350-400 min il bundan əvvələ aid olan ibtidai insanın alt çənə sümüyü və s. materiallar Azərbaycanda dünyanın ən qədim insan məskəni olmasını təsdiqləyirdi. Bu tapıntı keçmiş SSRİ ərazisində tapılmış ən qədim insan nümunəsidir (8, s. 21-22).

-XI-XII əsrlərdə memarlıq sahəsində intibah baş verdi. Bu zaman Azərbaycanda dünya memarlığının nadir inciləri yaranırdı. Onlardan orta əsr Azərbaycan memarlığının ən görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan memarlıq məktəbinin banisi XII əsrdə yaşamış məşhur memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin Eldənizlər (Atabəylər) dövlətinin paytaxtı Naxçıvanda yaratdığı 1162-ci ildə Yusif İbn Küseyir (11,s-478) 1186-cı ildə Möminə xatun türbələri (11, s.304). Memar Məsud Davud oğlu tərəfindən XII əsrdə Bakıda ucaldılmış əzəmətli Qız qalasının (3, s. 152). Qarabağ xanı Pənahəli xan tərəfindən 1756-cı ildə Şuşada ucaldılmış, əvvəl Pənahabad sonra isə Şuşa adlanan qalanı (6, s.521) 1322-ci ildə inşa edilmiş, Bərdə türbəsini (2, s.147). Naxçıvan MR-in Culfa rayonunda XIII əsrdə inşa edilmiş, Gülüstan türbəsini (11, s.149). XIV əsrdə Qarabağlar türbəsini (11,s 248).

XVIII əsrdə “Əsgəran qalasını” (4, s.233). XVIII əsrdə inşa edilmiş Şəki xanlarının sarayını (7,s.502). Cənubi Azərbaycanda 1196-cı ildə “Göy kümbəzi” (5, s. 105).

Təbrizdə 1465-ci ildə inşa edilmiş, “Göy məscidi”, (5,s.106). İrəvan xanlığında İrəvan xanı Hüseynəli xan tərəfindən 1764-cu ildə inşa etdirilmiş Göy məscidi və s. onlarla belə tarixi memarlıq abidələrini misal göstərmək olar. Yuxarıda göstərilən orta əsr memarlıq abidələri sırasında özünəməxsus yeri olan, Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanda XII əsrdə inşa edilmiş Möminə xatun türbəsi haqqında “Əcəmi Əbubəkr oğlu və Naxçıvan Memarlıq abidələri” kitabında xüsusi olaraq belə yazılır: “Möminə xatun türbəsi tam mənada memarlıq sənətinin şah əsəri, orta əsr memarlıq tarixinin yüksək zirvələrindən biridir. Məhz Möminə xatun türbəsi tarixçilərin və sənətşünasların diqqətini özünə cəlb etmiş, memarlıq və incəsənət tarixinə aid ümumi əsərlərdə və monoqrafik tədqiqatların səhifəsində şərəfli yer tutmuşdur. Məşhur sovet sənətşünası, keçmiş SSRİ Bədaye Akademiyasının akademiki, professor M.V.Alpatov üz cildlik “Ümumdünya incəsənəti tarixi əsərində (M.V.Alpa-tov. “Vseobşaya istoriya iskusstv” I cild, Moskva-Leninqrad, 1948-ci il, səh. 248-249). Möminə xatun türbəsini təhlil edərək yazmışdır: “Belə yüksək memarlıq forması duyğusuna, kompozisiyanın belə klassik kamilliyinə və mükəmməl işlənməsinə bu zamanlar Orta Avropada təsadüf etmək mümkün deyildir. Naxçıvan türbəsindən klassik Şərq ədəbiyyatının ən yaxşı əsərləri Firdovsinin, “Şahnamə” (X-XI əsr) və yaxud Nizaminin, “Leyli və Məcnun” (XII) poemasında olduğu kimi insanpərvərlik nəfəsi gəlir” (11, s.309-310). Beləliklə qəti deyə bilərık ki, Azərbaycan qədim tarixə malik olmaqla yanaşı eynı zamanda orta əsrlərdə özünün möhtəşəm, əzəmətli nadir memarlıq abidələri ilə də şöhrət qazanmışdır.

Orta əsrlərdə Səfəvilər dövləti dövründə Azərbaycanın ərazisi İrəvan ərazisi də daxil olmaqla böyük bir sahəni əhatə edirdi.

Buna görə də Azərbaycanın əzəli ərazisi olan İrəvanda qədim yer körpü, karvansara, meydan adları və memarlıq abidələrinin xeyli hissəsi Azərbaycan-türk abidələridir. Müasir dövrdə ermənilər öz tarixlərini saxtalaşdırıb dünyada qədim bır ölkə kimi göstərməyə və Azərbaycan memarlıq abidələrini özününküləşdirməyə cəhd etdiyi halda, maraqlı haldır ki, XX əsrin 60-cı ıllərın sonunda erməni müəllifləri öz əsərlərində Ermənistanda olan orta əsr Azərbaycan-türk abidələri haqqında, İrəvan xanlığı haqqında, 1582-1583-cü illərdə İrəvan qalasının Fərhad paşa tərəfindən inşa edilməsi və s. haqqında dəyərli məlumatlar verirlər. Bu baxımdan müəllifləri milliyyətcə erməni olan V.M.Arutunyan, M.M.Asratyan, A.A.Melikyan tərəfindən yazılmış, 1968-ci ildə Moskvada rusca 18000 tirajla nəşr olunmuş və Erevanın yaranmasının 2750 illiyinə həsr edilmiş, “Erevan” adlı tarixi kitabda Azərbaycan-türk tarixini təsdiqləyən faktlar maraq doğurur. Haqqında bəhs etdiyimiz “Erevan” adlı kitabın bəzi səhifələrindən tərcüməsinə diqqət yetirək:
I. FƏSİL
İrəvan-ötən əsrlərdə

1579-cu ildə Türk sultanı III Muradın qoşunları Mustafa Lələ paşanın rəhbərliyi ilə İrəvanı hücumla aldılar, oradan iran qarnizonunu çıxartdılar. Bundan sonra 1582-1583-cü illərdə Fərhad paşa İrəvan qalasını tikdi. 1604-cü ildə İran şahı Abbas özünün çoxsaylı qoşunlarını İrəvana yeritdi və böyük dağıntıya məruz qoyaraq İrəvan qalasını zəpt etdi. (s.18).

-İrəvan uzun müddət İrəvan xanlığının və yaxud sərdarlığının inzibati mərkəzi olaraq qalırdı. Lakin İrəvan xanlığının İrandan asılılığı 1748-1790-cı illər boyu əsasən formal olmuşdur. Xanlıq sərdarlarla idarə olunurdu. (s.19.)

-Meydanlardan dördünün adı çəkilir: Hüseynəli xan və yaxud Məscid meydanı, Zal-xan meydanı, Fəhlə bazar meydanı və Böyük (və yaxud Bazar) meydan (s. 23)

-Orada xan sarayı yerləşirdi. XVII-XVIII əsrlərdə İrəvan uğrunda döyüşləri zamanı Qala bir neçə dəfə dağılmış, sonradan yenidən bərpa olunmuşdu. Qalanın Təbriz və Şirvan darvazaları var idi. “Türk mənbələrində üçüncü, Körpü davazalarının adı çəkilir.

Təbriz qapıları çox güman ki cənubi qərb divarlarının ortasında yerləşirdi. (s. 24) (“İslam ensiklopediyası” cild 32 s. 311-315 türk dilində)

-Şəhərin özü haqqında Fransız səyyahı Şarden yazırdı ki, “İrəvan böyük, lakin çirkin və çirkli şəhər idi. Onun böyük hissəsini bağlar və üzümlüklər tuturdıı. Orada gözəl tikintilər yox idi…” (s. 28)

-Orta əsrlər dövrünün sonlarında İrəvanda 8 məscid var idi. Onlardan 2-si Qalanın içində yerləşirdi.(s. 29) .

-XX əsrin əvvəllərində İrəvanda 8 məscid var idi. Onlardan ikisi Qalada yarı dağılmış vəziyyətdə idi. Qalan məscidlərdən, Zal-xan və ya Şəhər məscidi, Novruzəli xan, Hüseynəli xan və yaxud Göy məscid (şəkil 22-23-24), Xoca-Cəfər bəy və Məhəmməd-Sartip xanın məscidlərindən istifadə olunurdu. Hüseynəli xanın məscidi və yaxud Göy-məscid Lenin prospektinin qərb hissəsində-mərkəzi bazarda üz-üzə yerləşən İran memarlığının ən yüksək incəsənət abidəsi sayılırdı. O, köhnə məscidin yerində 1760-cı ildə tikilmişdir və Hüseynəli xanın hökmranlıq illərində (1764-1768) başa çatmışdı. Öz formasına və kompazisiyasına görə onun əsas ibadət yeri Şah Abbas dövründə Gəncə şəhərində Şeyx Bahəddin usta tərəfindən 1616-cı ildə tikilən Cuma məscidinə” bənzəyirdi. “Göy-məscid” İrəvan məscidləri arasında ən böyük məscid sayılırdı. (s. 31)
-Başqa bir məscid Zal-xan məscidi və ya Şəhər məscidi və Novruzəli xanın məscidi (1687-ci ildə tikilmişdi) eyni tipli idi və Göy məscidə baxanda kiçik idilər. XVII-XVIII əsrə aid olan üç məscid müxtəlif məhəllələrdə yerləşirdi; Dəmir-bulaqda və Kondada.

Nəhayət yenə iki məscid Rəcəb paşa (1725) və Abbas-Mirzə Camesi (XVIII əsrin əvvəllərində, Sərdar Hüseyn xanın vaxtında tikilmişdir) (şəkil 25, 26, 27), qalanın ərazisində yerləşirdilər. Ruslar İrəvanı alandan sonra birinci məscidi söküb yerində kilsə tikdilər. İrəvan memarlıq abidələrinin ən maraqlısı Sərdar sarayı və yaxud xan sarayı idi. Yeni sarayın tikintisi 1798-ci ildə Mahmud-xanın dövründə başlandı. (s. 32).

-İrəvanda bir neçə karvansara var idi. Onların çoxu şəhərin mərkəzi hissəsində-bazarın yaxınlığında yerləşirdi. Onların adları da çəkilir: Gürcü (şəkil 33), Ovşar (şəkil 34) Djuqi (Culfa), Zarabi-xan (şəkil 35) Tahir, Sulli, Susuz-kyamzı və Hacı-Alı. (s. 41)

-Həmin müddət İrəvanda xüsusi məktəb binaları yox idi. Məscidlərdə və Kilsələrdə öyrədirdilər. Şagirdlərin çoxu (200 şagird) Göy-məsciddə və Surb-Sarkıs kilsəsində təhsil alırdı. (s. 42).

-XX əsrin əvvəllərində İrəvanda 2-zəif elektrik stansiyası var idi. Onlardan biri Şərab-konyak zavodunun sahibi Şustova məxsus idi. Digəri isə Hacı İbrahim oğlunun Dəri zavoduna məxsus idi. (s. 51).

-Ən əsas inzibati binalardan… Qubernator evi və Pənah xanın meydanında yerləşən şəhər dumasının binası sayılırdı (s.54 ).

-Yaşayış binalarının çox maraqlı küçə fasadları ilə və taxta məhəccərlərlə xarakterizə olunan nümunələrindən Spandaryan və Kamo küçələrində olan binaları, Babacanyana, Canıbekyana, Xudabaşyana, Əmiryana, Qeqamyana eyni zamanda Pənah xana (şəkil 65) və Bağırova məxsus olan yaşayış binalarını göstərmək olar (s. 55) (1, s. 18-55).

Yuxarıda qeyd olunan “Erevan” adlı tarixi kitabda Azərbaycan türklərinə məxsus, “Göy məscid, xan sarayı, Pənah xanın evi və s. memarlıq abidələri təsvir olunmaqla yanaşı eyni zamanda İrəvan haqqında da məlumatlar verilir. İrəvan xanlığının Azərbaycan-türk xanları tərəfindən idarə olunması və bu xanlığın Rusiyanın tabeliyinə keçənədək (10 fevral 1828-ci i1) hakimiyyətdə olmuş İrəvan xanları haqqında həmçinin miliyyətcə erməni olna Kahin Hovanes Şahxatunyan özünün xronoloji ardıcıllıqla tərtib etdiyi siyahıda məlumat verərək 1441-ci ildən-1828-ci ilədək İrəvan xanlığını idarə etmiş 49 azərbaycanlı hakimin adını çəkir (10, s. 265, 269).

Qeyd olunmalıdır ki, ermənilər 1968-ci ildə Moskvada çap etdirdikləri, “Erevan” adlı kitabda İrəvan ərazisində orta əsr Azərbaycan-türk abidələrinin, onları inşa edən xanların Azərbaycan türklərinə məxsus olması yazılmasa da belə abidələrin Azərbaycan-türklərinə məxsus olması dolayısı ilə də olsa təsdiqlənir.

Ç ünki “Erevan” adlı kitabda göstərilən Pənah xanın, İrəvan xanı Hüseynəli xanın, Zal xanın, İrəvan qalasını inşa edən Fərhad paşanın, o cümlədən xan sarayıının (Sərdar sarayı), Göy məscid, Pənah xanın evi, İrəvan xanlarına məxsus olan məscidlər (8 məscid), Rəcəb paşa camesi və s. orta əsr memarlıq abidələrinin Azərbaycana məxsus olması tarixdən məlumdur.

1. Ovşar Karvansarayı (Ovşar adının etimologiyası- türk soylu tayfa olan Əfşarların adı ilə bağlıdır.)

2. Zərəbi-Xan Bazarı

3. Fayla Bazarı.

4. Hamam Giriş Qapısı.

Lakin bu gün “Ermənistan ancaq ermənilərə məxsusdur” deyən ermənilər özlərinin milliyətçi partiyasının proqramına uyğun olaraq “böyük ermənistan” ərazisini yaratmaq üçün görüləcək tədbirlərin tərkib hissələrindən biri olan öz ərazilərində, Azərbaycan və digər ərazilərdə olan tarixi memarlıq abidələrinin özününküləşdirib və beynəlxalq aləmdə bu abidələrin erməni abidələri olmasını saxta tarixi faktlarla dəridən-qabıqdan çıxararaq sübut etməyə çalışırlar. Bunun üçün ermənilər eyni zamanda İrəvanın tarixindən, onun qədimliyindən,-memarlıq abidələrindən bəhs edən kitablar, Azərbaycan, Gürcüstan və Türkiyənin yeddi (7) vilayəti hesabına xəyali “dənizdən-dənizə böyük ermənistan” ərazisini təsvir edən xəritə və atlaslar nəşr edib keçmiş SSRİ daxilində və dünya ölkələrinə yaymaqla özlərinin çirkin milliyətçi, qərəzli fəaliyyətlərini davam etdirirlər (12,s. 2). Halbuki, 1828-1830-cı illər arasında Zaqafqaziyaya 40-mindən çox İrandan və 84000 Türkiyədən erməni ailəsi köçürülərək Yelizavetpol quberniyasında (Qarabağ ərazisi bu quberniyaya daxil idi) və İrəvan quberniyasında yerləşdirilməsi haqqında və sonrakı illərdə 1896-cı ildən 1908-ci ilə kimi Zaqafqaziyaya, o cümlədən Qarabağa 400 min erməninin köçürülməsi haqqında Rus mənbələrində ətraflı məlumat verilir. (13, s. 59-61). Hətta ermənilər Ağdərə rayonun Maquşavan kəndində 1978-ci ildə buraya köçüb gəldiklərinin 150-illiyi ilə əlaqədar olaraq abidə qoymuş, abidədə “1828-1978″ rəqəmlərini göstərmişdilər.

Xeyli müddət keçdikdən sonra erməni milliyətçiləri abidədəki rəqəmləri yox etmişlər (9).

Bütün bunlara görə Azərbaycan xalqı XX əsrdə keçdiyi tarixi yola baxıb dərs almalı, “erməni-azərbaycan” məsələsində tarixi həqiqətləri üzə çıxarıb beynəlxalq aləmə çatdırmalıdır. Bunun üçün Azərbaycanın tarixçi alim, müəllim və bütün ziyalıları, elm adamları; erməni-azərbaycan məsələsi üzrə tarixi həqiqətləri üzə çıxarmaqda, bütövlükdə bu münaqişənin (erməni-azərbaycan) həllində qabiliyyətini, bacarığını əsirgəməməli, vətəndaşlıq borcunu verməli, vətənpərvər olmalıdır. Böyük şəxsiyyət Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sözləri ilə desək; “Milli vətənpərvərlik, milli qürur hissi bizim dövlətçiliyimizin yaşaması üçün ən böyük amillərdən biridir”. Beləliklə dövlətçiliyimizin yaşaması üçün, Azərbaycanın bu günü və sabahı üçün hər bir Azərbaycan vətəndaşı əsil mənada vətənpərvər olmalı, onun ərazi bütövlüyünü, mədəniyyətini, xüsusilə də tarixi memarlıq abidələrini qorumalı, yaşatmalı və gələcək nəsillərə ərməğan etməlidir. Bunu zaman tələb edir. Bunu Azərbaycanın dövləyçiliyi tələb edir.
Ermənilərin Azərbaycan respublikasının ərazisinə – Dağlıq Qarabağa və Naxçıvana qarşı ərazi iddiaları
(Tarixindən səhifələr)

1826-1828-ci illərdə Rusiya-İran müharibəsinin sonunda tərəflər arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən və 1828-1829-ci illərdə baş vermiş Rusiya Türkiyə müharibəsi nəticəsində İrandan və Türkiyədən Cənubi Qafqaza, xüsusən Şimali Azərbaycana köçürülən ermənilər çar Rusiyası tərəfindən münbit ərazilərdə yerləşdirildi. I Nikolayın fərmanına əsasən 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlığı ləğv edildi. Əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan İrəvan xanlığı ərazisində, “Erməni vilayəti” adlı bölgə, 1849-ci il iyunun 9-da isə İrəvan quberniyası yaradılmışdı (2 s. 15-16).

XIX-əsrin sonlarında Tiflisdə yaradılmış qatı erməni millətçi partiyası olan Daşnaksütun partiyası tərəfindən qondarma, “böyük ermənistan” ərazisini yaratmaq ideyası irəli sürülmüşdü. Bu işi həyata keçirmək üçün ermənilər ilk növbədə Azərbaycan və Türkiyə torpaqlarını ələ keçirməyi qarşılarına məqsəd qoymuşdular. Bunun üçün ermənilər çar Rusiyasının səyi və havadarlığı nəticəsində Azərbaycanlılara qarşı 1905-1907-ci illərdə milli qırğın, 1918-ci ilin mart ayında soyqırım törətmişlər (6, s. 91,124).

Ərazi mənimsəmək iddiasında olan ermənilər 1918-1921-ci illərdə Naxçıvan ərazisinin bütövlükdə Ermənistana birləşdirməyə cəhd edirdilər. Həmin dövrdə Naxçıvandakı Türk qoşunlarının müfətişi Veysəl Ünüvarın başçılığı altında olan Türk qoşunlarının və Naxçıvan əhalisinin şücaəti nəticəsində erməni hücumlarının qarşısı hər dəfə qətiyyətlə alınırdı. Bütün təzyiqlərə baxmayaraq ermənilər Naxçıvana qarşı ərazi iddialarından əl çəkmək istəmirdilər. Elə buna görə də ermənilər tez-tez Naxçıvan ərazisinə hücumlar edirdilər. 19-iyul 1920-ci il tarixdə ermənilər Naxçıvanlılar özlərinə sərf edəcək şərtlər qoydular. Həmin şərtlərdə göstərilirdi ki, bütün Naxçıvan Araz-Türk dövlətinin ərazisi erməni hökümətinə veriləcək, əhali erməni hakimiyyətinin rəyyiyəti olaraq qalacaq, bunu qəbul etməyənlər istədikləri yerlərə gedə bilərlər. Onların tələbinə görə silahlar təhvil verilməli və əhali üzərinə ağır vergilər qoyulmalıdır. Göstərilən şərtləri yerinə yetirmək üçün ermənilər 60 saat vaxt ayırmışlar

Mirzəli Tağıyev, Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəbin tarix müəllimi

http://www.tehsilproblemleri.com/?p=6113