21.09.2014

Şirvanşahlar dövləti

Fənn: Azərbaycan tarixi. VII sinif.

Mövzu: Şirvanşahlar dövləti

Standart: 2.1.2. Dövrə aid xəritə və xəritə sxemlərdəki müxtəlif tarixi hadisə,proses və təzahürlərə dair məlumatları izah edir.

3.1.2. Azərbaycanda dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir.

4.1.2. Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı sxem və cədvəllər hazırlayır .

Məqsəd: 1. Xəritə və xəritə sxemlərdə olan məlumatlara əsasən Şirvanşahlar dövlətində baş vermiş dəyişiklikləri izah edir.

2. Şirvanşahlar dövlətinə əsaslanaraq dövlətçilik ənənələrinin inkşaf xüsusiyyətlərini dəyərləndirir.

3. Heysəm ibn Xalid və Əbu Tahirin oxşar və fərqli cəhətləri ilə bağlı sxem-cədvəl hazırlayır.

İnteqrasiya: Az.d.2.2.3; H.b.3.2.1.T .i:2.2.1




İş forması: Kollektiv iş, qruplarla iş.

İş üsulları: Beyin həmləsi, sxem,venn.

Resurslar: Dərslik, iş vərəqləri, kompyuter, xəritə,videogörüntü, marker, İKT vasitələri.

Motivasiya:

Tapın görək?

* Hansı dövlətdir ilk hecası vəhşi heyvan adı bildirir.
* İkinci hecası göl adı bildirir.
* Üçüncü hecası titul bildirir.
* Dörduncü hecası cəm şəkilcisi bildirir.

Şəkildə verilmiş memarlıq abidəsi və onun tarixi haqqında şagirdlərin fikirlərini öyrəndikdən sonra əlavələr edərək saray kompleksi haqqında məlumatlar aşağıda verilmiş ifadələrlə yekunlaşdırılır.

Müəllim tərəfindən Şirvanşahlar sarayı haqqında verilmiş məlumat – XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının mərkəzində, İçəri şəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), saray hamamı və ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur. 2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir

Tədqiqat sualı: Şirvanşahlar dövlətinin Azərbaycan tarixindəki rolu nədən ibarətdir?

Tədqiqatın aparılması: Mövzuya dair videosüjet nümayiş etdirildikdən sonra, tədqiqat sualına cavab tapmaq üçün şagirdlər 3 qrupa bölünür və hər qrupa tapşırıqlar, yazılı iş vərəqələri paylanır və tədqiqat işi üçün 15 dəqiqə vaxt verilir.

I Qrup. İş vərəqi 1

Tapşırıq 1. Məzyədilər sülaləsi.Yezid ibn Məzyədin faliyyətini təhlil edərək Azərbaycan tarixindəki rolunu müəyyən edib fikirlərinizi yazın.

Tapşırıq 2. Şirvan vilayətinin əhatə etdiyi əraziləri xəritədə göstərin.




Xəritə

II Qrup. İş vərəqi 2

Tapşırıq 1. Məzyədilərin müstəqilliyin artması, onların Azərbaycanda daha da möhkəmlənməsini şərh edin.

Tapşırıq 2. Xronoloji və məntiqi ardıcıllığ gözləməklə Erkən feodal dövlətlər ağacını yazılı olaraq təsvir edin.

III Qrup. İş vərəqi 3

Tapşırıq 1. Şirvanın müstəqilliyinin elan edilməsi. Şirvanşahların ərazisinin və nüfuz dairəsinin genişlənməsi. Məntiqi və xronoloji ardıcıllığı gözləməklə sxem tərtib edin.

Tapşırıq 2. Şirvanşahlar dövlətinə birləşdirilən əraziləri xəritədə göstərin.

Məlumatın mübadiləsi: Tədqiqat işi üçün ayrılmış vaxtın başa çatması elan edildikdən sonra qruplar növbə ilə öz işlərini lövhədən asır və məlumat verirlər.

Məlumatın müzakirəsi: Qarşıya qoyulan məqsədə nail olmaq üçün müzakirə aparılarkən şagirdlərə müəllim tərəfindən isdiqamətləndirici suallar verilir.

Nəticənin cıxarılması: Şagirdlər müəyyən etdilər ki, Abbasilər xilafətinin zəyifləməsi dövründə yaranmış tarixi şəraitdən istifadə edərək Məzyədilər sülaləsinin nümayəndəsi Heysəm ibn Xalid tərəfindən Azərbycanın şimal-şərq torpaqlarında müstəqil Şirvanşahlar dövləti yarandı. Şirvanşahlar dövlətinin yaranması Azərbaycanın başqa yerlərində də qədim dövlətçilik ənənələrinin dircəlməsinə təsir göstəridı.

988-ci ildə Haşimilər tərəfindən idarə olunan Dərbənd əmirliyinin Şirvanşahlar dövlətinə birləşdirilməsi, Dərbənd səddini və şəhərin qala divarlarını təmir etdirib möhkəmləndirilməsi şimaldan Azərbaycan torpaqlarına hücum edən yadellilərin basqınlarına qarşı mübarizəni də asanlaşdırdı.

Yaradıcı tətbiqetmə: Heysam ibn Xalid (I) və Əbu Tahirin (II) ümumi və fərqli xüsusiyyətlərini venn diaqramında işləyin.

I II




Venn diaqramı



1.Məzyədilər sülaləsinin nümayəndəsidir

2.İlk dəfə Şirvanşah titulunu qəbul etdi

3. Şirvanşahlar dövlətin yaradıcısıdı

4. X əsrdə dövləti idarə etməyə başladı

5.Qədim Şamaxını bərpa etdirib, paytaxtı buraya köçürdü

6. Şirvanşahlar dövlətinin paytaxtı Yezidiyyə adlanmağa başlandı

QRUP İŞLƏRİNİN QIYMƏTLƏNDİRİLMƏSİ




Qiymətləndirmə


Səviyyələr üzrə qiymətləndirmə:

İzah etmə, dəyərləndirmə, sxem cədvəl qurma.



Hümmətova Nuriyyə Əli qızı, Bakı şəhəri, Azərbaycan
Milli Qəhrəmanı Alı Mustafayev adına 202 nömrəli
tam orta məktəbin tarix müəllimi

http://www.tehsilproblemleri.com/?p=5237