15.09.2014

Bilik gününüz mübarək!



Bu gün Azərbaycanda Bilik günü və yeni dərs ilinin başlanğıcı qeyd olunur. Ölkə prezidenti İlham Əliyevin 24 avqust 2004-cü il tarixli sərəncamı ilə bütün tədris müəssisələrində dərslər sentyabrın 15-də başlanır. Məhz bu tarix Bilik günü kimi təsdiq olunub.Bütün Respublikada olduğu kimi məktəbimizdə də bu bayram təntənəli şəkildə qeyd edildi.Məktəbimizin direktoru Vüqar Nəsirov  tədbiri məktəbimizin əldə etdiyi nəaliyyətlərinə həsr olunmuş  çıxışı ilə açdı.Məzunların əldə etdiyi yüksək göstəricilər həm qonaqları ,həm də şagirdləri sevindirdi.Tədbirə gələn qonaqlar da öz ürək sözlərini dedilər.1 sinif şagirdləri həyəcanlı səsləri ilə məktəbə həsr edilmiş seirlər söylədi.Sonda qonaqlar birincilərə dərslərində uğur dilədilər.