07.05.14

Kürdəmirdə Gül bayramı qeyd olundu


Mayın 6-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayonun Heydər Əliyev Parkında keçirilən Gül bayramında Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ,rayonun hüquq-mühafizə orqanlarının, idarə ,müəssisə və təşkilatların rəhbərləri ,pedaqoji kollektivlər, mədəniyyət və səhiyyə işçiləri,ümumtəhsil məktəblərinin şagirdləri , rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bayram iştirakçılarını salamladı,onları bu əlamətdar gün münasibətilə təbrik etdi və dahi rəhbər,Ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi yolunda onlara uğurlar arzuladı.
Bu fərəhli günlərdə diqqəti cəlb edən bir məqamda odur ki, Gül bayramı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Kürdəmirdə aparılan yeni quruculuq ,tikinti-abadlıq işlərinin fonunda daha əzəmətli,daha cazibədar görünürdü.



Bayram iştirakçıları Heydər Əliyev Parkında gəzintiyə başlayaraq parkın ayrı-ayrı guşələrində,həmçinin gəzinti səkilərinin ətraflarında təşkil olunmuş sərgilərə və foto-stendlərə böyük maraqla tamaşa etdilər.Məktəblilərin əli ilə gül-çiçəkdən yaradılmış kompozisiyalar və eksponantlar ,dahi rəhbərin həyat və fəaliyyətinə,dövlətçiliyimizin inkişafına və möhkəmləndirilməsinə ,sülh və əminamanlıq arzularının həyata keçirilməsinə həsr olunmuş uşaq rəsmləri xüsusilə diqqəti cəlb etdi.Ulu öndərin və onun siyasi davamçısı İlham Əliyevin,eləcə də, Azərbaycan Respublikası xəritəsinin ,dövlət bayrağımızın ,digər dövlətçilik rəmzlərinin, ölkəmizdə mövcud olan gözəl mənzərələrin əlvan gül-çiçəklə bəzədilmiş görüntüləri hər kəsi valeh etdi.Milli geyimdə olan oğlan və qızların mahnı oxuyub,rəqs etməsi ,xalqımızın qədimliyini,gözəl ənənələrini,maddi və mənəvi dəyərlərini əks etdirən qədim əşyaların və əl işlərinin təqdimatı da bayram iştirakçılarında xoş əhval-ruhiyyə oyatdı.



Bağça uşaqları və məktəblilər Ulu öndərə və onun layiqli davamçısı İlham Əliyevə həsr olunmuş şeirləri və mahnıları səsləndirməklə onlara öz hörmət və ehtiramlarını bir daha nümayiş etdirdilər.
Bayram gəzintiləri şən və oynaq musiqi sədaları ilə ,vətənpərvərlik mahnıları ilə əvvəldən axıradək müşayiət olundu.