07.05.2014

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə möhtəşəm konsert keçirildi



Mayın 6-da Kürdəmir şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayon İcra Hakimiyyəti və Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkəti maraqlı konsert proqramı təşkil etmişlər.
Bayram konsertində rayon rəhbərliyi, Respublikamızın tanınmış incəsənət ustaları və rayon sakinləri iştirak etmişlər.
Rayon sakinlərinin coşğusu ilə qarşılanan konsert proqramında xalq artistləri Bilal Əliyev, Səməd Səmədov, əməkdar artistləri Mətanət İsgəndərli, Vasif Məhərrəmli, Teymur Əmrah, müğənnilər Elşad Qarayev, Rəvan Qarayev, Günay İbrahimli və digər mədəniyyət xadimləri çıxış edərək kürdəmirliləri bayram münasibətilə təbrik ediblər.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.