04.05.2014

Afina.


Afina - müasir Yunanıstanın paytaxtı. Afina şəhər ilahəsi -qoruyucusunun şərəfinə belə adlandırılmış ən qədim şəhərlərdən biridir. Afina e.ə.II minilliyin sonlarında Orta Yunanıstanın cənub-şərqində yerləşən Attika vilayətində salınmışdır. Attika vilayətinin təbii şəraiti arpa, üzüm və zeytun ağacları becərmək üçün əlverişli idi. Buna görə də burada üzümçülük, şərabçılıq inkişaf etmişdi; burada istehsal olunan yüksək keyfiyyətli zeytun yağı geniş ərazilərdə məlum idi. Külli miqdarda keyfiyyətli gilin olması Attikada dulusçuluq sənətinin inkişafına səbəb olmuşdu. Afina sənətkarları şəhərin Keramik adlanan rayonunda məskunlaşdılar ("keramika " sözü buradan yaranıb). Afina sənətkarlarının düzəltdikləri amforalar xüsusilə məşhur idi. Pirey adlı əlverişli liman da Afina yaxınlığında yerləşirdi. Buraya taxıl, taxta-şalban və qul
gətirirdilər. Qulların gümüş çıxardıqları Lavrion mədənləri də Attikada yerləşirdi.



E.e. VI əsrdə Afinada özlərinin gümüş pullarını kəsməyə başladılar.Attika tayfalarının Afina ətrafında birləşdirilməsi çar Teseyin adı ilə bağlanılır. Bundan sonra e.ə. I minilliyin əvvəllərindən Afina Qədim Yunanıstanın tarixi və mədəniyyətində mühüm rol oynayan şəhərdövlətə çevrildi. E.ə. VIII - VI əsrlərdə Afinada əyanların - aristokratiyanın hakimiyyəti bərqərar oldu. E.ə. 621-ci ildə ilk dəfə olaraq hökmdar Drakont tərəfindən qanunverici adətlər yazıya alındı və bu, aristokrat hakimlərin özbaşınalığını bir qədər
məhdudlaşdırdı. E.ə. 594-cü ildə demosun güclü təzyiqi altında Solon Afinanın
bütün ictimai-siyasi həyatını deyişən islahatlar keçirdi. Attikanın bütün yerli əhalisi
Afina vətəndaşı oldu. Amma demosun nisbətən imkanlı təbəqələri hakimiyyəti
böyük mülkü olan aristokratlarla bölüşdürməli idilər. Buna görə də onların
arasında mübarizə hələ də davam edirdi. E.ə. 560-cı ildə Afinada siyasi çevriliş
oldu - Pisistratın nəsli aristokratiyaya qarşı yönəlmiş tiraniyası (istibdad üsuliidarəsi)
quruldu. Pisistratın dövründə Afina xarici siyasət sahəsində böyük nailiyyətlər əldə etdi. Şəhərin özü böyüdü, yeni binalar və heykəllərlə bəzəndi, su kəməri çəkildi. Homerin poemaları yazıya köçürüldü. Pisistratın ölümündən az sonra onun oğlanlarının tiraniyası e.ə. 510-cu ildə devrildi. Nəsli əyanların hakimiyyəti ələ keçirmək cəhdləri e.ə. 508-ci ildə demosun Klisfenin başçılığı ilə üsyanına səbəb oldu. Üsyançıların qələbəsi əyanların ağalığına və nəsli icmanın axırıncı qalıqlarına son qoyan islahatlarla daha da möhkəmləndirildi. E.ə. VI əsrin sonlarından qoşun və donanmaya komandanlıq etmək üçün strateqlər seçilirdi.Vətəndaşlar arasında mübahisələri həll edən hakimlər də seçki ilə müəyyənləşdirilirdilər. Afinanın istənilən vətəndaşı hakim seçilə bilərdi. Yunan -İran müharibələri dövründə əvvəldən-axıradək aparıcı rol Afinaya məxsus olmuşdur. Sonrakı illərdə, bir qədər keçdikdən sonra Afina dəniz dövlətinə çevrilən Delos ittifaqına (Afina dəniz ittifaqına) başçılıq etmişdi. Bu dövrdə Afina özünü çiçəklənmə dövrünə qədəm qoymuşdu. Afinanın dəniz limanı olan Pirey bütün qədim dünyanın ticarət yollarının qovuşma mərkəzinə çevrilmişdi. Afinada o dövr üçün daha mütərəqqi olan dövlət quruluşu - Afina demokratiyası bərqəqar olur. Ali hakimiyyət mühüm məsələlərin həlli və vəzifəli şəxslərin seçkisi ilə məşğul olan
xalq yığıncağına keçir. Xalq yığıncağı, demək olar ki, hər həftə aqorada çağırılırdı.
Strateq Periklin dövründə dövlət vəzifələrinin icrası üçün maaş təyin edilir ki, bu
da az imkanlı ailələri dövlətin idarə olunmasında iştirak etməyə maraqlandırır.
"Periklin qızıl dövrü" adlandırılan çağda ən görkəmli yunan alimləri, memarları -
tarixçi Herodot, filosof Anaksaqor, memar və heykəltəraş Fidi və b. Afinada
yaşayıb-yaratmışlar. Esxil, Sofokl, Aristofan və b.-nın əsərləri teatrda göstərilirdi.
Akropol dünya memarlığının şah əsəri sayılır. Afina Yunanıstanın ən gözəl şəhəri
hesab edilirdi. Lakin bu qısamüddətli çiçəklənmə Peloponnes müharibəsində (c.ə.
431 - 404) Afinanın məğlubiyyətindən sonra başa çatdı.E.ə. 338-ci ildə Xeroneya yaxınlığındakı döyüşdən sonra Afina Makedoniya monarxiyasına tabe olmaq məcburiyyətində qaldı. E.ə. 196-cı ildə Makedoniya çarı IV Filippin romalılar tərəfindən
məğlub edilməsindən sonra Afina, əslində, Romadan asılı vəziyyətə düşdü. E.ə. 88-ci ildə Afinada başda Aristion olmaqla antiroma əhval-ruhiyyəli demokratlar hakimiyyətə gəldilər və Afina Pont çarı VI Mitridat Yevpatorun rəhbərlik etdiyi antiroma
koalisiyasına qoşuldu. Bundan az sonra Afina Roma sərkərdəsi Komeli Sullanın
qoşunları tərəfindən mühasirəyə alındı. Afinanın mühasirəsi e.ə. 88 - 87-ci illərin
bütün qışı ərzində davam etdi və martın 1-də şəhər hücumla alınıb talan edildi.
Sulla bir çox incəsənət əsərlərini Romaya apardı. Romaya tabe olmuş Afina hələ
də özünü idarə edirdi. Afinanın elm və mədəniyyət mərkəzi olması şərəfi
qorunurdu və "adətən varlı romalılar təhsillərini burada başa vururdular. Bəzi
Roma imperatorları Afinaya xüsusi himayədarlıq edirdilər, orada binalar və
məbədlər inşa etdirirdilər, o cümlədən Zevs və Hera məbədi, kitabxana,
gimuasiyalar inşa etdirilmişdi. E.ə. III əsrdən Yunanıstan barbarların hücumlarına
məruz qalır və Afina tam süquta uğrayır. Bizans imperiyasının yaranması ilə Afina
incəsənətinin bir çox abidələri eramızın IV əsrində Konstantinopolun bəzədilməsi
üçün aparılmışdı. 529-cu ildə Bizans imperatoru Yustinianın əmri ilə Afinada
qalmış sonuncu məktəblər bağlanılmışdı. Antik Afinanın mədəni tarixi belə başa
çatmışdı.
Afina dəniz ittifaqı və ya Afina arxesi - Afinanın başçılığı altında qədim
yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində
yaranmış birlik. Yunan - İran müharibələri dövründə formal olaraq müstəqil və
bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi.
Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə.
478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Ajina strateqləri birgə hərbi
əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz
əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə
qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya
köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq
cəhdlərinin qarşısı yubadılmadan alınırdı. Afinalılar qarnizonlarını müttəfiqlərin
ərazilərində yerləşdirməyə başladılar. Bu qarnizonlara başçılıq edən Afina
müvəkkilləri - yepiskopları yerli əhalinin torpaqlarını müsadirə edib orada
afinalıları yerləşdirməyə başladılar. Müttəfiqlərdən müsadirə olunmuş torpaqlarda
10 mindən artıq afinalı yerləşdirilmişdi. İlk vaxtlar xəzinəyə ödənilən könüllü
üzvlük haqları sonralar Afinaya onun xalq yığıncağı tərəfindən hər müttəfiq üçün
müəyyənləşdirilən xəraca çevrildi. Bütün bunlar Peloponnes müharibəsi üçün
bəhanə oldu - Sparta və onun müttəfiqləri yunan şəhərlərini Afina despotizmindən
xilas etmək üçün müharibəyə başladılar. Afina dəniz ittifaqı şəhərlərinin Spartanın tərəfinə keçməsi Peloponnes müharibəsinin taleyini Spartanın xeyrinə həll etdi.
E.ə. 404-cü ildə Afinanın məğlub olması onun möhtəşəm dəniz ittifaqı kimi
ləğvinə gətirib çıxardı. Afina dəniz ittifaqının buraxılması qaliblərin məğlub
afinalılara qarşı irəli sürülən ilk tələblərindən biri idi.


Mənbə:Rauf Məlikov
Nizami İbrahimov
MƏKTƏBLİNİN
TARİX LÜĞƏTİ