03.05.2014

Şəkidə "Tarixin canlı səhifələri" adlı festival keçirilib

Şəki şəhəri “Xan sarayı”nda MDB məkanında ilk dəfə olaraq tarixi rekonstruksiya formatında təşkil edilmiş "Tarixin canlı səhifələri" adlı Gənclər Festivalı keçirilib.









Lent.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi festivalda nazir müavini İntiqam Babayev, Şəki şəhərinin icra başçısı Elxan Usubov və digər qonaqlar iştirak edib.

 İ.Babayev çıxış edərək bildirib ki, festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını elə özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaqdır.

 Festivalda 200 nəfərə yaxın iştirakçı var idi. Layihənin ideya müəllifi gənclər və idman nazirliyinin əməkdaşı Günay Rəhimova, rejissoru Gənc Tamaşaçılar teatrının rejissoru Nicat Kazımov, rəssam Elşən Sərxanoğlu idi. Layihədə Gənc Tamaşaçılar, Şəki Dram Teatrının aktyorları, gənclər və idman nazirliyinin nəzdində yerləşən atçılıq məktəbinin mütəxəssisləri və s iştirak edib.
Qeyd edək ki, Festival Heydər Əliyevin 91-ci ildönümünə həsr edilir.