20.05.14

Azərbaycanda müəllimlərin etik davranış qaydaları təsdiqlənib

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov "Müəllimlərin etik davranış qaydaları"nı təsdiq edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu qaydalar bütün növ təhsil muəssisələrində işləyən müəllimlərə şamil edilir.

Qaydaların tətbiqində əsas məqsəd təhsil muəssisələrində saglam işgüzar durumun bərqarar olmasına, vətəndaşların təhsil müəssisəsinə va muəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin va cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin va şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının va maraqların toqquşmasının qarşısının alınmasına və muəllim nüfuzunun yuksəldilməsinə nail olmaqdır.




Qaydalara görə, müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqadar (qanunsuz fəaliyyat istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirərkən qərəzsiz olmalı, öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müallim peşə fəaliyyatini yerinə yetirərkən siyasi bitərfliyə əməl etməyə borcludur.

Muəllim bilərəkdan yalan, təhrif olunmuş, yaxud oz şəxsi maragı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Müəllim iş vaxtında kənar işlərlə məşgul olmur, üzrsüz səbəbdən işdən yayınmır.

Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özunu ələ almagı bacarmalıdır.
Müəllim təhsilalanlara qarşı haqsızlıga yol verdikdə səhvini etiraf etmayi bacarmalı, nitqində kobud və təhqiredici sözlər işlətməməli, təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir.

Müəllim qanunvericiliklə müəyyən edilmiş qaydada təhsilalanlara göstərdiyi əlavə təhsil xidməti müqabilində hədiyyə va ya pul tələb etməməlidir.

Təhsilalanlar va digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi va zor tətbiq etməsi yolverilməzdir.