05.08.13

Babilər hərəkatı

Babilər hərəkatı - 1844 - 52-ci illərdə İranda (Mazandaran və Neyrizdə) və Cənubi Azərbaycanda Babın dini-siyasi təliminə - babizmə əsaslanan hərəkat.Kişilərin və qadınların bərabərliyi ideyası qadınları da babizmə cəlb etmişdir.Qəzvin şəhəri (Cənubi Azərbaycan)müctəhidinin qızı Zərrintac babilər arasında böyük hörmətə malik idi. Özünün alovlu çıxışları və lirik şerləri ilə o, Qəzvində
babilərin sayının artmasına səbəb olmuşdur. Qəzvini məcburiyyət qarşısında tərk edən Zərrintac İranın müxtəlif şəhər və kəndlərində babizmin təbliğini davam
etdirirdi. Zərrintac 1852-ci ildə Tehranda öldürülmüşdür. Babilər hərəkatı Zəncanda (Cənubi Azərbaycan) daha fəal idi. 1850-ci ildə təkcə Zəncanda babilərin sayı 15 min nəfərə çatırdı. Babilər 1850-ci ilin mayında Zəncanın şəhər qalasını tutdular. Qadınlar barrikadalar qurur, kişilərlə bərabər vuruşurdular.Babilər arasında çoxlu kəndli, sənətkar, tacir və ruhanilər var idi. Zəncanda üsyana Molla Məhəmməd Əli rəhbərlik edirdi. Babilər hökumət qoşunlarının birinci həmləsini dəf edə bilmişdilər. 1850-ci ilin dekabrında 30 minlik şah qoşunları və feodal dəstələri Zəncanı mühasirəyə aldılar. Mühasirədən çıxmağa cəhd ərən babilərin xeyli hissəsi həlak oldu. Məhəmməd Əli yaralandı və üç gündən sonra
öldü. Sağ qalan babilər 5 günlük salan sonra onlara şəhəri tərk etməyə imkan verilməsi şərti ilə müqaviməti dayandırdılar. Şah qoşunlarının sərkərdələri Qurana
and içdilər ki, həmin şərti yerinə yetirəcəklər, lakin az sonra silahı yerə qoymuş üsyançılar məhv edildi.