16.08.2013

Yenə də birinciyik!!!


15 avqust 2013-cü il tarixində Ucar rayonunda, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən Kompyuter oyunları üzrə VIII Azərbaycan Milli Çempionatının zona mərhələsi keçirildi.
Tədbir Ucar rayonunun Heydər Əliyev Mərkəzindəki internet klubunda keçirildi. 
Çempionatın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünya görüşünü, internet, kompyuter texnologiyaları sahəsində biliklərini artırmaq, eləcədə asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. 
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin məsləhətçisi Mehdiyev Elnar Heybət oğlu, Kiber İdman Federasiyasından, hakimlər Hüseyn və Fərəc iştirak etdilər. Zona mərhələsində 4 rayon (Ağsu, Şamaxı, Kürdəmir və Ucar) komandalarından 24 nəfər iştirak etdi. 
Turnir 2 oyun üzrə (Counter-Strike və FİFA 13) təşkil edildi.

 "Counter-Strike" oyununda 4 komanda mübarizə apardı və Kürdəmir rayonunun 1 saylı orta məktəbin komandası qalib oldu.Komandanın kapitanı İbrahimov Cəmil.
 

"FİFA 13" oyununda birinci yerə Ucar rayon komandasının üzvü Yaqubov Feyruz Novruz oğlu layiq görüldü.
Qaliblər diplomlarla təltif edildi və respublika final mərhələsinə vəsiqə qazandılar.


Xatırladıram ki, “Xəmsə” Milli İntellektual oyunu üzrə VI Azərbaycan Çempionatının zona mərhələsində də bizim məktəbin şagirdlərindən təşkil etdiyim komanda qalib olmuşdur.
17 aprel 2013-cü il tarixdə Ucar rayon Mədəniyyət evində Qobustan, Ağsu, İsmayıllı, Şamaxı, Ucar və Kürdəmir rayonlarından olan komandaların iştirakı ilə “Xəmsə” Milli İntellektual oyunu üzrə VI Azərbaycan Çempionatının zona mərhələsi keçirilmişdir.  VI Azərbaycan Çempionatının zona mərhələsində birinci yerə Kürdəmir, ikinci yerə Ağsu, üçün yerə isə Ucar rayonundan iştirak edən komandalar layiq görülmüşdür.
Məktəbimizə qalibiyyət gətirən hər bir şagirdi ürəkdən təbrik edir və yeni nailiyyətlər arzulayırıq.