08.08.2013

Ramazan bayramınız mübarək!


 Müsəlman aləminin ən müqəddəs bayramlarından biri olan Ramazan bayramı bu il də öz gözəlliyi və bərəkəti ilə xalqımıza öz sirrlərini ərməğan etdi. Uzun və isti yay günlərinə təsadüf edən bu gözəl günlər, çox-çox insanların ruhlarını saflaşdıraraq, Allah qarşısında borclarını verməyə, günahlarından azad olmağa kömək etdi. Bu uzun və isti yay günlərində günün böyük hissəsini ac, susuz və orucluğun tələb etdiyi bir çox məhrumiyyətləri insana yaşatdıqca, çətin günlərin və çətinlikdə yaşayanların hisslərini hamıya duyurdu. Uzaqda, başqa məhrumiyyətlərlə həyat sürənlərin hisslərini yaşatdı. Bundan tərbiyəvi əhəmiyyət dərk edərək, insanları başa sala bildi ki, pis əməllərdən çəkinsinlər ki, hansı məhrumiyyətlərin onları gözlədiyini anlasınlar. Daha neçə-neçə sirlərini açdı bəşər övladına. Sonda isə nemətləri düzdü onların qarşısına. 

Bütün Azərbaycan xalqını və bütün müsəlman dünyasını bu müqəddəs bayram münasibəti ilə təbrik edir, onlara can sağlığı, uzun ömür və firavan yaşayış arzu edirik. Allah bu müqəddəs bayramınızı mübarək eləsin!